Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə7/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   82

24
Buxovları qıran
(Matta 28:18). Çarmıxa görə şeytan məğlub edilmiş düşməndir 
və Məsihlə birlikdə sağ olanların və Onunla səmada oturanların 
üzərində  səlahiyyəti  yoxdur  (Efes.  2:5,  6).  Məsihin  qələbəsinin 
həqiqətini və şeytanın məğlubiyyətini təsdiqləmək, düşmənin sizi 
qorxutmaq cəhdlərinə qarşı uğurla dayanmağın ilkin addımıdır. 
İkincisi,  Məsihlə  birlikdə  sağ  olduğunuza  və  səmada  Onunla 
oturduğunuza görə artıq səlahiyyəti icra etmək üçün sizə başqa 
vasitəçi lazım deyil. Siz indi bütün səlahiyyətləri olan «Məsihdə» 
yaşayırsınız. Şeytana qarşı durmaq üçün siz Məsihdə kimliyinizi, 
mövqeyinizi və səlahiyyətinizi başa düşməli və mənimsəməlisiniz. 
Məsihdə azadlıq bir məsihçi kimi sizin mirasınızdır. Ona görə də 
Paul yazırdı: 
Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun ça-
ğırışından  yaranan  ümidin  nə  olduğunu,  müqəddəslərə 
verdiyi  irsin  izzətinin  necə  zəngin  olduğunu,  Onun 
böyük  qüvvəsinin  fəaliyyətinə  görə  iman  edən  bizlərə 
sərf  etdiyi  qüdrətinin  hədsiz  böyüklüyünün  nə  olduğu-
nu  görəsiniz.  Allah  bu  qüdrətlə  Məsihdə  elə  fəaliyyət 
göstərdi  ki,  Onu  ölülər  arasından  dirildib  səmada  Öz 
sağında oturtdu və hər başçı, hakim, qüvvə və ağadan, 
yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər 
addan Onu çox yüksəltdi (Efes. 1:18-21).
Məsihçinin  şeytanı  məğlub  etməsinə  ehtiyac  yoxdur.  Məsih 
artıq  onu  edib.  Biz,  sadəcə,  buna  inanmalıyıq.  Həvarilərin 
məktublarını  oxuduqca  aydın  görürük  ki,  İsa  artıq  bizi  şeytan-
dan və günahdan xilas edib. Bu, Paulun öz duasında ifadə etdiyi 
xoş xəbərdir. Allah Məsihdə bizim yenilməz həyat yaşamağımız 
üçün lazım olan hər bir şeyi edib – indi biz məsuliyyətlərimizi öz 
üzərimizə götürməliyik. 
Bir imanlı kimi tövbə etmək və sizi azad edəcək həqiqətə iman 
etmək  sizin  şəxsi  məsuliyyətinizdir.  Başqa  heç  kim  bunu  sizin 
üçün edə bilməz. Mən sizin üçün Allahın zirehlərini geyinə, inana, 
tövbə edə, başqalarını bağışlaya və hər bir düşüncəni əsir edərək 


Siz kölgələrdə yaşamaya bilərsiniz 
25
Məsihə  itaət  etdirə  bilmərəm,  amma  sizə  kömək  edə  bilərəm. 
Sizin  Məsihdə  öz  azadlığınızı  tapmağınız,  eləcə  də  başqalarına 
da tapmaqda kömək etməyiniz haqda kitabın üçüncü hissəsində 
danışılır. 
Özünü «İtmiş quzu» adlandıran qadın, nəhayət, hansısa ölçüdə 
azadlıq əldə etdi. Ümidsiz məktubundan dörd il sonra o, bir bazar 
günü məbəddə oturmuşdu və hiss etdi ki, Allah ona belə cavab 
verir:
Mənim əziz İtmiş quzum,
Sən  məndən  harada  olduğumu  soruşdun.  Mənim 
balam, Mən səninləyəm və həmişə səninlə olacağam. 
Sən zəifsən, amma Məndə güclüsən, Mən səni o qədər 
çox sevirəm ki, sənin ölməyinə icazə verə bilmərəm. 
Mən o qədər yaxınam ki, sənin hiss etdiyin hər bir 
şeyi hiss edirəm. 
Mən sənin nələrdən keçdiyini bilirəm, çünki Mən də 
səninlə birlikdə keçirəm. Amma Mən səni azad etmişəm 
və  sən  möhkəm  durmalısan.  Mənim  düşmənlərimin 
yox  olması  üçün  sən  fiziki  olaraq  ölməli  deyilsən, 
Mənimlə çarmıxa çəkilməlisən və Mən səndə yaşaya-
cağam, sən də Mənimlə yaşayacaqsan. Mən səni sa-
lehlik yolu ilə aparacağam. Mənim balam, Mən səni 
sevirəm və heç vaxt səni tərk etməyəcəyəm, çünki sən 
həqiqətən mənimsən. 
- Sevgi ilə, Allah.


2
Dünyada öz yolunuzu 
tapmaq
Mən  keçən  bir  neçə  il  ərzində  Birləşmiş  Ştatlar  və  Kanada-
dakı  bir  çox  universitetlərdə  çıxış  etmişəm.  «Bu  gün  dünyada 
şeytani  təsirlər»  mövzusu  üzrə  keçiriləcək  toplantılarda  iştirak 
etmək üçün tələbələrə dəvətnamələr paylandı. Sonuncu məqsəd 
Məsihin özü haqqında söylədiklərini bölüşmək idi. Hər auditori-
yada bir neçə yüz tələbənin olduğuna təəccübləndim. Bunlar yeni 
sensasiya axtaran və ya yerdən atmacalar ataraq mübahisə etmək 
istəyən yeniyetmələr deyildilər (Düzdür, toplantıların birində bir 
qrup Satanistlər çöldə mahnı oxumaq üçün yığışmışdılar). Onlar 
heç Nil Andersonu dinləməyə də gəlməmişdilər, çünki onlar məni 
tanımırdılar. Bu insanları şeytani təsirlər maraqlandırırdı. 
Qərb dünyası öz dünyagörüşündə böyük dəyişikliyi yaşayır, bu, 
«New  Age»  hərəkatının  yüksəlməsində,  parapsixologiyanın  elm 
kimi qəbul edilməsində, fövqəltəbiiliyin artan məşhurluğunda və 
mədəniyyətimizdə satanizmin qabarıq cəhətində daha yaxşı görü-
nür. Öz gücünü ən çox 1960-cı illərdə Şərqi dinlərdən toplayan 
«New Age» mistisizmi çoxlu sayda tanınmış ulduzlar tərəfindən 
məşhurlaşıb. Gecə televizoru yandırın və falçıların elanlarının şahi-
di olun. Onlar günahların bağışlanması və Məsihdə yeni həyatdan 
başqa, məsihçiliyin vəd etdiyi hər bir şeyi vəd edirlər. 
«New Age» hərəkatı, sadəcə olaraq, ulduzların maraqlandığı bir 
şey deyil. Bizim ölkəmizdə «New Age» fəlsəfəsi biznesə, təhsilə, 
hətta dinə də güclü surətdə nüfuz edir. Seminariyanın iki tələbəsi 
Biola Universitetindən iki tin aralıda «New Age» konfransa (araş-


Dünyada öz yolunuzu tapmaq
27
dırma aparmaq üçün) iştirak etmişdi. Onlar qapıya yaxınlaşarkən 
hərəyə 65 dollar ödəməli olduqlarını biləndə uzaqlaşmağa başladı-
lar. Amma iki yad adam onlara yaxınlaşaraq: «Bizə deyildi ki, bu 
biletləri sizə verək» — deyə, söylədilər. Təəccüblənmiş tələbələr 
biletləri götürdülər və içəri daxil oldular. 
Onlar bildirdilər ki, spikerlərin biri konfrans iştirakçıları ilə me-
ditasiya (düşüncə məşqi) keçirir. O, hər bir kəsi həvəsləndirirdi 
ki, ruh bələdçisinin yanlarına gəldiyini təsəvvür etsinlər. Spiker 
məşqi:  «İndi  ruh  bələdçinizi  içəri  daxil  olmağa  dəvət  edin»  — 
deməklə sona çatdırdı. Bu, məni çox heyrətə saldı! Şeytan Biola 
Universitetindən iki tin aralıda insanları özünə tərəf çağırır! 
İ
kimərtəbəli dünyagörüşü 
Qərb  dünyası  gerçəkliyi  iki  mərtəbədə  görür  (2a  Diaqramı-
na  baxın).  Yuxarı  mərtəbə  Allah,  ruhlar,  cinlərin  yaşadığı  fizi-
ki hisslərimizdən kənar olan aləmdir, bu aləm din və mistisizm 
vasitəsilə başa düşülür. Aşağı mərtəbə elm və fiziki hisslərlə başa 
düşülən  təcrübədən  keçirilmiş  aləmdir.  İkimərtəbəli  təfəkkürə 
əsasən,  ruhani  aləm  təbii  aləmə  təsir  etmir  və  ya  azca  təsir 
edir;  biz,  demək  olar  ki,  gerçəkliyi  dərk  etməyimizdən  bunu 
kənarlaşdırmışıq.  Humanistlər  yuxarı  mərtəbəni  tamamilə  rədd 
edirlər. Teologiya və psixologiyanı birləşdirməkdə edilən səylərin 
çoxu yalnız Allahı və bəşəriyyəti (günaha düşmüş və xilas edil-
miş) əhatə edir, şeytan və cinlərin fəaliyyətini kənarlaşdırır. 
Qərb  rasionalizminə  və  naturalizminə  tamamilə  əks  olaraq, 
dünyanın  digər  sakinlərinin  gerçəklik  barəsində  başqa  nöqteyi-
nəzərləri var. Ruhani aləmin gerçəkliyi onların mədəniyyətlərinin 
və  nöqteyi-nəzərlərinin  bir  hissəsidir.  Animistik  və  spiritistik 
mədəniyyətlər  allahlarını  qurbanlar  ilə  sakitləşdirirlər  və  şər 
qüvvələri dəf etmək üçün dini ayinləri icra edirlər. İnkişaf etməmiş 
ölkələrin xalqlarının bir çoxu üçün gündəlik həyatda elmdən daha 
çox dini adətlər və ya mövhumat böyük rol oynayır. 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə