Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə9/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   82

32
Buxovları qıran
Bu fakt bu gün də doğrudur. Fövqəltəbii qüvvələr yer üzündə iş 
görür. Biz təbii aləmdə yaşayırıq, amma ruhani müharibədə işti-
rak edirik. «Kənarlaşdırılmış ortalıq» həqiqətdə deyil, yalnız bizim 
dünyəviləşmiş ağlımızda kənarlaşdırılıb. 
Allahsız ruhaniləşmək
Keçən dörd onillikdə Qərbdəki insanlar elmin izah etdiyindən və 
beş fiziki hisslə ayırd edə bildiklərindən daha çox şeyin həyatda 
olduğunu  düşünməyə  başlayıblar.  Bu  yeni  yanğıya  ilkin  nəzər 
saldıqda  məsihçi  dünyagörüşü  olan  bizlər  üçün  bu,  ruhlandırıcı 
səslənə  bilər,  amma  əslində  materialist  dünyadan  məyus  olmuş 
belə  insanların  bir  çoxu  dindən  də  məyus  olublar.  Məsihə  və 
Onun Cəmiyyətinə qayıtmaq əvəzinə onlar öz ruhani boşluqlarını 
parapsixologiya, Allahdan kənar qüvvələrin iştirakı ilə şəfa, Şərq 
mistisizmi  və  «New  Age»  hərəkatının  bayrağı  altında  yeriyən 
çoxsaylı kultlardan müasir libas geymiş köhnə dəbli okkultizmlə 
doldururlar. 
Allahdan kənarda ruhani ehtiyacları ödəməkdə yeni heç bir şey 
yoxdur.  Məsih  yer  üzündəki  xidməti  zamanı  İbrahimin,  İshaqın 
və  Yaqubun  Allahının  əvəzinə  ənənələrə  bağlanmış  yəhudi  dini-
nin dünyəviləşmiş forması ilə qarşılaşmışdı. Həmin günlərdə dini 
rəhbərlər Məsihi ruhani xilaskarları kimi tanımadılar. Onlar zülm-
karın bu dünyanın allahı olan şeytan deyil, Roma dövləti olduğu-
nu düşünürdülər. Amma İsa iki mərtəbəni «Kəlam bəşər olanda» 
(Yəhya  1:14)  birləşdirdi.  O,  qeysərin  deyil,  şeytanın  əməllərini 
puça çıxarmağa gəldi (1 Yəhya 3:8).
İndi də, əvvəllər olduğu kimi, dünyəvi dünyagörüşünün mərkəzi 
insan  özüdür:  Bundan  mən nə əldə edəcəyəm? Kim mənim eh-
tiyaclarımı  ödəyəcək?  Mən  öz  işimi  görürəm.  Hətta  bu  sahədə 
irəliləyən məsihçi də xudbin məqsəd və qürurla hərəkət edir.
Özü mərkəzdə olan həyat ilə Məsih mərkəzdə olan həyat ara-
sında mübarizənin bariz nümunəsi həvari Peterdir. Peter funda-
mental  həqiqəti,  İsanın  Var  Olan  Allahın  Oğlu  Məsih,  yaşayan 
Allahın  Oğlu  olduğunu  (Matta  16:13-16)  etiraf  etdikdən  dərhal 


Dünyada öz yolunuzu tapmaq
33
sonra qara qüvvələrə qoşuldu. Gözəl etirafına görə Peterə xeyir-
dua  verdikdən  sonra  İsa  ona  və  digər  şagirdlərinə  Yerusəlimdə 
Onu gözləyən əzabı və ölümü elan etdi. «Peter Onu bir kənara 
çəkib etiraz etməyə başladı: 'Ya Rəbb, Özünə yazığın gəlsin! Bu, 
əsla Sənin başına gəlməyəcək!'» (22-ci ayə). 
İsa  cavab  verdi:  «Çəkil  qarşımdan,  şeytan!  Sən  Mənə  mane 
olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində 
fikirləşirsən» (23-cü ayə).
İsanın  unudulmaz  məzəmməti  rəhmsizcəsinə  sərt  görünür. 
Amma İsanın şeytanı Peterin sözlərinin mənbəyi kimi göstərməsi 
onun  vermək  istədiyi  məsləhətin  xüsusiyyətini  dəqiq  və  mü-
vafiq  şəkildə  təsvir  edir.  Peterin  məsləhəti  əsasən  şeytani  idi, 
çünki  şeytanın  ilkin  niyyəti  budur  ki,  insan  öz  əsas  məramının 
xudpəsəndlik olduğunu düşünsün. Şeytan bu dünyanın hökmdarı 
adlanır, çünki bu dünyanı xudpəsəndlik idarə edir. O, qardaşları 
təqsirləndirən adlanır, çünki o inanmır ki, hətta Allahın övladının 
belə xudpəsəndlik arzusundan daha böyük məqsədi var. Demək 
olar ki, siz onun fısıldaya-fısıldaya dediyini eşidə bilərsiniz: «Nəyin 
bahasına  olursa-olsun,  özünü  xilas  et.  Üzərinə  düşən  borcu 
xudpəsəndliyə, Məsihin işini şəxsi rahatlığa qurban ver. Bütün 
insanlar  ürəklərinin  dərinliyində  xudbindirlər  və  hamını  nə 
iləsə satın almaq olar. Bəziləri bir az çox dözə bilərlər, amma 
sonda  hər  bir  adam  Allahın  işlərindən  daha  çox  öz  işlərini 
üstün tutacaq.» 
Şeytanın məsləyi belədir və əfsuslar olsun ki, bir çox insanla-
rın  həyatları  onun  iddialarını  təsdiqləyir.  Şeytan  onları  özlərinə 
xidmət etdiklərinə inandırıb, halbuki onlar əslində dünyaya, cis-
mani təbiətə və şeytana xidmət edirlər. 
Amma  məsihçi  dünyagörüşünün  fərqli  mərkəzi  var.  İsa  bizim 
özümüzə güvənməyimizlə qarşılaşır və fərqli baxış – çarmıxdan 
baxış təklif edir. Siz yalnız Allahın baxışı ilə yaşayanda yeganə 
niyyəti  «qarət  etmək,  öldürmək  və  tələf  etmək»  (Yəhya  10:10) 
olanın əsarətindən qaça bilərsiniz. 


34
Buxovları qıran
Çarmıxdan baxış 
Arvadı Həvva ilə birlikdə Adəm şeytanın irəli sürdüyü xudbin 
dünyagörüşünün  məğzi  olan  «Allah  kimi  olacaqsınız»  (Yaradılış 
3:5) niyyətinə uyan birinci adam idi. Şeytan Adəmi aldadandan 
bəri o, özlərinin allahları olduqlarına inandırmaqla saysız-hesabsız 
insanları da aldadıb və bu gün «New Age» hərəkatı bu yalanı bö-
yük və beynəlxalq miqyasda inkişaf etdirir.
Amma Müqəddəs Kitabdakı yaradılış haqqında yazılar Yarada-
nın yalnız həqiqi Allah olduğunu aydın göstərir. Adəm və onun 
əcdadları allahlar deyil; biz Allahdan kənarda mövcud ola bilməyən 
yaradılmış  varlıqlarıq.  Allah  Adəmə  həyat  nəfəsi  üfürəndə  canlı 
varlıq oldu. Adəm fiziki və ruhani olaraq sağ idi, amma o, allah 
deyildi. Allah ona dedi ki, əgər xeyirlə şəri bilmə ağacından yesə, 
o, mütləq öləcək. Amma şeytan ona dedi ki, Allah nə haqqında 
danışdığını bilmir, qadağan edilmiş meyvəni yemək onun allaha 
bənzər potensialını aça bilər. Adəm yedi və əvvəlcə fiziki deyil, 
ruhani  öldü.  Adəmin  günahı  onu  Allahdan  ayırdı  və  o,  Cənnət 
Bağından qovuldu. 
Adəmdən bəri hər bir kəs dünyaya gələrkən fiziki olaraq sağ, 
ruhani olaraq ölü doğulur (Efes. 2:1). Allahdan ayrı düşdüklərinə 
görə insanlar özləri üçün adlar qoymağa və həyatda təbii yollarla 
öz  məqsədlərini  müəyyən  etməyə  çalışdılar.  Onlar  özlərinin  ba-
laca allahları oldular və həyatları qürur, özünü-ucaltma və onları 
yaradan Allahdan müstəqil olmaqla səciyyələndi. Onlar: «Biz ca-
nımızın padşahı və taleyimizin ağasıyıq» — deyə, bəyan etdilər. 
Şeytani ideya olan insanların özlərinin allahı olması faktı bu yıxıl-
mış dünyanın vuran nəbzidir və qaranlıq padşahlığındakı ruhani 
əsarətin zəncirində əsas həlqədir. 
Özümüzün  allahı  olmaqda  (öz  başının  ağası  olmaqda) 
göstərdiyimiz  cəhdlərdə  problem  budur  ki,  biz  heç  vaxt  həmin 
rolu əldə etməyə təyin edilməmişik. Bizim öz taleyimizi müəyyən 
etməkdə lazımi xüsusiyyətlərimiz çatışmır. Hətta Cənnət Bağın-


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə