Бя Щилал Мяммядови озодяти!!! ¹ 53 26 iyun 2013-ня сîр МÖÑТßÃÈËß РóÆíîМА



Yüklə 281,15 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix29.01.2018
ölçüsü281,15 Kb.
#22633
1   2   3   4   5   6   7

3

¹ 53 26 iyun 2013-íÿ ñîð

Òîëûøîí Ñÿäî



Bu  gün  qəzetimizin  ilk  dərc

günündən  iki  il  keçir.  niyə  bu

qəzeti təsis elədim, buna nə səbəb

oldu, bunları yazmaq istəmirəm,

sadəcə  onu  deməklə  ki-

fayətlənirəm  ki,  həmən  ərəfədə

Talışın  bu  qəzetə  ehtiyacı  var

idi.....

d-R HİLAL 

məmmədOVun

məHKəməLəRİ

Əslində qəzetin həftəlik dərcini

bərpa  etmək  lazımdır  ki,  bu

məhkəmə proseslərini vaxtında işıq-

landıra bilək. Çox təəsüf ki, bizim

“tolerant”  hökumətimiz  31  adda

qəzetə  2  milyon  pul  ayırsa  da,

həmən  siyahıda  Azərbaycanın

“müsəlman” azlıqlarını təmsil edən

xalqların qəzetlərinin adları olmadı.

Heç ümüd də eləmirəm ki, bundan

sonra  da  bu  hökumət  hansısa

“müsəlman”  azlıqın  qəzetini

maliyyələşdirsin.  Necə  can  verə-

verə çıxmışıq, elə can verə-verə də

çıxacağıq. Sözüm bunda yox, yəni

hər həftə dərc oluna bilmədiyimiz

üçün  məhkəmələrdən  müfəssəl

məlumat verib, oxucumuzu təmin

edə  bilmirik.  D-r  Hilal  Məmmə-

dovun məhkəmələri haqqında qısaca

onu  yazmaq  istəyirəm  ki,  bu

məhkəmələr artıq məni iyrəndirib.

Nə qədər olar hakimin ittihamçı rol-

una baxmaq? Nə qədər olar simasız

insanların şahid ifadələrinə qulaq as-

maq? Bu şahid-insanlar anlamırlar

ki, sifarişli məhkəmənin baş ifaçısı

- hakimin “düz danışacağına and iç”

kəlməsinə  “and  içirəm”  deyib,

hakimin köməkliyi ilə yalan ifadə

vermək,  elə  Xıdoya  asi  olmaq

deməkdir. Necə? Necəsini anladım

da, 


müqəddəs 

kitabımız

Qurani_Kərimdə Xıdo bizə dəfələr-

lə  xatırladır:  “And  içəndə  Mənə

and  iç”,  “Yalan  danışma”,

“Başqasının  haqqını  yemə”  və  s.

Demək bu andlılar istəməsələr də

Xıdoya and içib, onun adına yalan

danışırlar,  baxmayaraq  ki,  hələ

məhkəməyəcən 

Xıdonun

tapşırıqlarını pozmuşdular, yəni d-



r  Hilal  Məmmədovun  cibunə

narkotik atıb, onun azadlıq haqqını

mənimsəmişdilər. İndi də bu absurd

məhkəmədə hakim d-r Hilal Məm-

mədova deyir ki, sən sübut elə ki,

narkotiklər  sənin  deyil.  Dəhşəti

görürsünüzmü?  Dünyanın  heç

yerində belə şey yoxdur, kimsə öz

günahsızlığını  sübut  etməməlidir,

əgər  o  suçludursa,  onun  günahını

dəlillərlə sübut edib, heç bir boşluq

saxlamırlar. Şahid-əməliyyatçı deyir

ki,  biz  bir  ay  idi  ki,  müttəhimin

narkotik  alveri  ilə  məşğul  olduğu

barədə  məlumatlı  idik  və  onu

güdürdük. Bəs hanı bir ayın ərzində

d-r  Hilal  Məmmədovun  narkotik

alan, satan yerdə çəkilmiş şəkillər?

Bəlkə  elə  siz  böyük  bir

narkokartelin, hansı ki, sizin idarənin

alverinə  şərik  çıxıb,  izinə

düşmüşdüz,  niyə  hamını  ifşa  et-

mədiz?  Hətta  d-r  Hilal  Məmmə-

dovun bu narkotiki İrandan aldığını

da qeyd edirlər, bəs niyə bu narkoti-

ki İrandan Azərbaycana gətirənləri

ifşa etmədiz? “Bəs niyə”lər çoxdur,

çox təəsüf ki, hakimin dövlət itti-

hamçısı 

rolunda 


olduğu

məhkəmələrdə  ədalət  yox,  ətalət

qalib gəlir və bu suallar elə havadan

da  asılı  qalır.  Burda  dayanmaq

istəyirəm, Xıdo özü hər kəsin əməli-

ni bu dünyada qiymətləndirir, qisası

qiyamətə saxlamır, Xıdonun qisası

isə çox ağır olur. Məhkəmə isə d-r

Hilal Məmmədovun bütün konsti-

tusyon hüquqları pozulmaqla davam

edir. Davam edir 37..... 

zİndAndA BİR İL...

Bu ayın 21-i d-r Hilal Məmmə-

dovun saxta ittihamlarla həbsindən

bir  il  ötdü.  Bu  bir  ildə  biz  onun

AZADLIQa qovuşması üçün heç nə

edə  bilmədik,  haqq  səsimizi  də

“ikra  yeyən  diplomatlar”  eşitmək

istəmirlər, görmədikləri ikradan na-

hara yeyib, neft dollarları ilə cibləri-

ni doldurub “Bakıda siyasi məhbus

yoxdur” bəyanatlarını verirlər. Biz

bu  zavallılara  başa  sala  bilmirik

ki,  bu  “tolerant”  ölkədə  talış

ziyalılarına qarşı xüsusi və amansız

bir kompaniya aparılır, biz bu zaval-

lılara başa sala bilmirik ki, bu gün

bu kompaniyaya “dur” deyən tapıl-

masa, bunun çox acı nəticələri ola

bilər. Biz bu zavallılara həqiqətləri

anlada bilmədikcə, d-r Hilal Məm-

mədov zindanda qalmaqdadır. Ali-

mi isə zindana salanların aqibətləri

heç vaxt yaxşı olmur....

mədənİyyəT məRKəzİ

Mən, 


Respublika 

Talış


Mədəniyyət Mərkəzinə sədr seçilən

kimi  bütün  tanışlara  bildirdim  ki,

artıq siyasi motivli yazılarımı dur-

duracam,  siyasi  təşkilatların  təd-

birlərinə qatılmayacam, çünki artıq

statusum ancaq mədəniyyətimizin

inkişafı üçün çalışmamı zəruri edir-

di.  Fikirləşdim  ki,  dövlət  də  bu

işdə maraqlı olar, mənə maddi və

mənəvi dəstək verər, çətinliklərim-

izin aradan qaldırılmasında yardımçı

olar  və  sairə  və  ilaxır. Ancaq  sən

demə mənim saydığım ilə “tolerant”

yapçıların  saydığı  əks-mütənasib

imiş. Keçid alım “mustafa”ya. 

Demək,  Respublika  Talış

Mədəniyyət  Mərkəzinin  əlimizdə

heç bir sənədi yoxdur, nə Nizam-

namə, nə Məramnamə, nə üzvlərin

siyahısı, nə o, nə bu.... Sənədsiz isə

fəaliyyət  göstərmək,  həmən

fəaliyyəti əsaslandırmaq çox çətin

görünür, yəni istədikləri vaxt adama

“qeyri-qanuni fəaliyyət” damğaqsı

vurub, cinayət işi aça bilərlər. Bütün

bunları  nəzərə  alıb,  Respublika

Talış  Mədəniyyət  Mərkəzi  olaraq

Ədliyyə Nazirliyinə müraciət etdik

ki, bizi lazım olan sənədlərlə təmin

etsinlər.  Biz  də  həmən  sənədlər

əsasında öz fəaliyyətimizi yenidən

bərpa  edə  bilək.  Məni  Ədliyyə

Nazirliyinin  müvafiq  qurumuna

dəvət  edib  “tanışlıq  söhbəti”

apardılar. Həmən söhbətdə konkret

olaraq  işləmək  əzmində  olduğu-

mu, dövlətə qrand layihələri vermək

istədiyimi, Mərkəz üçün ofis tələb

edəcəyimi və bütün bunları edəndən

sonra Mərkəzi gənclərin ixtiyarına

buraxacağımı  bildirdim.  Görünür

“tolerant”  məmləkətimizdə  Talış

Mədəniyyət  Mərkəzinin  yenidən,

yeni  güclə  fıaliyyətə  başlamasını,

həmən Mərkəzdə gənclərin bir araya

toplaşmasını istəmirlər. İstəsəydilər

fəaliyyətləri  seçkidən-seçkiyə

“sezilən”  öz  cib  partiyalarına,

fəaliyyəti ancaq qrand alıb yemək

olan “şəxsi” QHT-lərinə “hədiyyə”

etdikləri  bir  neçə  otaqdan  ibarət

“ofislərdən”  bizə  də  verərdilər.

Həmən qranddan bizə də cibxərcliyi

ayırardılar.  Ancaq  etmirlər,  belə

görürəm heç etmək fikirləri də yox-

dur.  Bir  şeyi  isə  unudurlar:  mən,

RTMM-nin  sədri  olaraq  artıq

fəaliyyətdəyəm,  artıq  üzvlük

biletləri, üzvlərin şəxsi kartoçkaları

hazırdır, tezliklə RTMM öz fəaliyyə-

tini tam bərpa edəcək, pislik isə yenə

də sənə qalacaq, mənim “tolerant”

hökumətim....

P.S.  Məni  isə  “qeyri-qanuni

fəaliyyətdə”  suçlaya  bilməzsiniz,

yeni sədr olaraq boynuma düşən ilk

vəzifəmi  yerinə  yetirmişəm:  Re-

spublika 

Talış 

Mədəniyyət



Mərkəzinin son konfransının pro-

tokolunu sizə təqdim etmişəm, məni

qəbul  edib-etməməyinizdən  asılı

olmayaraq  mən  özümü  QANUNİ

sədr  sayıram  və  mənə  etimad

göstərənlərin, elə göstərməyənlərin

də ümüdüni doğruldub, yaxın müd-

dətdə  Mərkəzin  fəaliyyətini  tam

bərpa  edib,  gənclərin  ixtiyarına

verəcəm. 



P.S.S.  Bəzi  “dostların”  nəzə -

rinə: Mənim əleyhimə kimləri isə

hürdürtməyin,  mən  bir  amalla

yaşayıram: dalımca danışan varsa,

demək mən ondan ən azı bir addım

irəlidəyəm! 

BİR ADDIM İRƏLİDƏ



РафигЖялилов

желиловрафиг@маил.ру

millətinə oğul ol

Baxıram, bu torpağın,

varı, zəri talanıb.

Gilondan ta Səlyona

nıso, keri talanıb.

Divalona sökülüb,

Coni, Veri talanıb.

Bəlləburun adı var,

Izi, yeri talanıb.

Hardadır o butkələr,

hardadır o mobutlar?

Hanı Moğların sözü,

müdrikliyə subutlar?

Məzdolar hara getdi,

hara itdi xəyotlar?

Bu yurdu söküb – töküb,

qırhaqır, tuthatutlar...

Kim olublar Şumerdlər,

tarixdə sorağı var.

Kaspilər, Kədusilər,

hamsının bir bağı var.

Kölgəsindən qorxublar,

Merdlərin yarağı var.

Qoy öyrənsin tarixdən,

kimin ki marağı var!

Özünə tay bilmə bu

“şanlı” qaramatları.

Araşdır tarixini,

keç hər cür Çinvatları.

Qoy açılsın Zərdustun

qat bağlamış Qatları!

Öyrət oğluna kimdir

dədə Atropatları!

Qara ələm altında,

çoxu azdı yolunu.

Şəri başa qoyaraq,

çaldılar dümbülünü.

İtdi müqəddəs yerlər,

yırtdılar haqq tülünü.

Məhf oldu Otəşqolar,

sovurdular külünü...

Bunları bilməyən qul..._

quldan xalqa nə oğul?!

Özümü axtarıram

Bu Talış torpağının

astarında, üzündə,

Babəkin iz qoyduğu

dağlarında, düzündə,

Mustafanın əzmində,

Zülfuqarın sözündə,

Anburların kökündə,

bənövşənin gözündə

axtarıram özümü.

Hər daşına dil töküm,

bir söz var hər daşında,

Ucalan qalaların,

daşlaşmış yaddaşında,

O qoç heykəllərinin

min bəlalı başında...

Şanlı gələcək üçün,

keçmiş axtarışında_

axtarıram özümü. 

Talış xan nəslinin davamçısı, tədqiqatçı və jurnalist Rəzzaqq Xansuvar Talışxanova ithafən

Müasir Talış gənclərinin müxtəlif qayğıları, necə deyərlər, dərdi–səri var. Təhsil, iş, ev və sair, bunlar hamıya məlumdur, bir də hamısını

sadalamağa ehtiyac yoxdur.

Son 20–25 ildə bu problemlərə daha biri əlavə olunub, bu da, bəzi üzdəniraq pantürkçilərin yaratdığı süni milli ayrıseçkilik problemidir.

Bütün Talış bölgəsinin gəncləri bu problemləri, çətinlikləri öz həyatlarında hiss edir və yaşayır.

Bu qədər gərgin ab–havada, illərlə arxa planda qalan Talışın dil, mədəniyyət, tarix və digər problemlərinə güzgü tutmağa çalışmaq, bu

işlərə vaxt ayırmaq böyük bir fədakarlıqdır! Yaradana şükürlər olsun ki, belə qeyrətli gənclərimiz var və bu gənclərin içində Rəzzaq Xan-

suvar Talışxanov xususi ilə seçilənlərdəndir! Talış tarixinin araşdırılmasına xususi səy göstərən bu gənc hər cür alqışa laiqdir! İnsan

özünü, böüklüyünü, gücünü bilmək üçün tarixini, keçmişini bilməlidir, keçmişini bilməyənin gələcəyi, böyüklüyü olmaz. 

Biz arzu edirik ki, bütün talış gəncləri öz vətəninə, öz xalqına, öz tarixinə, öz mədəniyyətinə bu cür fədakarlıqla və həssaslıqla yanaşsın!

Gənclərimizə, o cümlədən Rəzzaq Xansuvar Talışxanova bu müqəddəs işdə uğur arzulayırıq!

Bu şerlərimi Rəzzaq Xansuvar Talışxanova həsr edirəm.

Özünə qAyıdışın nümunəsİ

Baladdin Veşo 

Lik, Andurmə



Yüklə 281,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə