Бя Щилал Мяммядови озодяти!!! ¹ 53 26 iyun 2013-ня сîр МÖÑТßÃÈËß РóÆíîМА



Yüklə 281,15 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix29.01.2018
ölçüsü281,15 Kb.
#22633
1   2   3   4   5   6   7

4

¹ 53 26 iyun 2013-íÿ ñîð

Òîëûøîí Ñÿäî

B

ir xalqın dininə həqarətlə



yanaşılırsa, bu, heç şüb-

həsiz ki, nə vaxtsa böyük

bəlalarla nəticələnəcək! Bir xalqın

mədəniyyətinə, yaddaşına, mental-

itetinə zərbə vurulursa, bu, olduqca

qorxuludur! Əgər bir xalqın DİLİnə

təcavüz  olunursa,  bu,  artıq  həm

təhlükəli,  həm  qorxulu,  həm  də

böyük günahdır. 

Bu  “SOS”-dur!  Yəni,  xalqın

həyəcan siqnalı çalmaqdan savayı

özgə  çarəsi  qalmayıb  və    artıq  o,

ölüm  təhlükəsi  ilə  üzbə-surətdir!

Deməli, xalqın bütün milli-mənəvi

dəyərlər sistemi – dini də, tarixi də

mədəniyyəti  də,  mənəviyyatı  da,

adət-ənənəsi də, əxlaqı da, müvafiq

olaraq  mövcudluğu  da  məhv  ol-

maqdadır!

1992-ci  ildə  Azərbaycan  Re-

spublikası Prezidenti ölkədə yaşayan

milli azlıqlar, azsaylı xalq və etnik

qrupların  hüquq  və  azadlıqlarının

qorunması, dil və mədəniyyətinin

inkişafı haqqında fərman imzaladı.

Bu  Fərmandan  sonra  azsaylı

xalqların mədəniyyətlərinin və dil-

lərinin  inkişafı  üçün  işartılar

göründü,  milli-mənəvi  infrastruk-

turaların təkamülü üçün qismən də

olsa,  şərait  yaradıldı.  Onların  ana

dilində qəzet və jurnallar dərc ol-

unması, Mədəniyyət Mərkəzlərinin

təşəkkül  tapması,  radio  və  tele-

viziya  verilişlərin  efirə  verilməsi,

eləcə  də  hər  bir  xalqın  doğma

dilində dərsliklərin çapı və tədrisi

həyata keçirildi. Hətta bununla bağlı

Prezident admnistrasiyasında xüsusi

şöbə də yaradıldı. Hamı kimi biz də

bütün bunlara çox sevindik. Çünki

bu, sözün əsl mənasında demokratik

bir addım idi.

Qarabağ torpaqları düşmən tə-

cavüzünə məruz qalanda, biz talışlar

azəri-türk  qardaşlarımızla  çiyin-

çiyinə VƏTƏNİMİZİN müdafiəsinə

qalxdıq. “Mənim-sənin” bilmədik,

Bizimdir! - dedik. Şəhidlər verdik,

məhrumiyyətlərə qatlaşdıq. Günü bu

gün  də  Azərbaycanımız  uğrunda

heç  “uf”  demədən  canımızdan

keçməyə hazırıq. Və bu deyilənlər

qətiyyən bəlağətli sözlər kimi qəbul

olunmamalıdır.  Bu,  hər  bir  talış

kökənli  Azərbaycan  vətəndaşının

səmimi mövqeyidir. 

Etiraf etməliyik ki, Prezidentin

məlum Fərmanından sonra, insafən

bəzi işlər həqiqətən həyata keçiril-

di, o cümlədən talışların kompakt

yaşadıqları rayonlarda ümumtəhsil

məktəblərin ibtidai siniflərində Talış

dili dərsləri tədris olundu, müvafiq

dərsliklər çap edildi. Bunlar heç şüb-

həsiz  ki,  bizlərdə  ruh  yüksəkliyi

yaratdı,  demokratik  dövlətçilik

ənənələrinə ümidlərimiz artı. Amma

sədd heyif, bu sevinc çox  çəkmə-

di.  Pozitiv  inkişaf    və  mütərəqqi-

demokratik  fəaliyyət,  başladığı

surətlə də tənəzzülə uğradı. Sanki

fərman  müəyyən  dövr  üçün  ver-

ilmişdi  və  bu  müddət  bitən  kimi,

bundan irəli gələn məsələlərin icrası

dalana  dirəndi.  Dərsliklərin  çapı

dayandırıldı və gözə görünməz diri-

jor çubuğunun sehrli hərəkəti ilə ana

dilində dərs keçən  müəllimlərin sayı

azaldı, qalanların isə əli-qolu yanı-

na  düşdü.  Ruh  yüksəkliyi  ruh

düşkünlüyü ilə əvəzləndi. Dərslik-

lər  boynubükük  qərib  insan  kimi

qalaq-qalaq  anbarlara  yığıldı.

Vəssəlam! VAR dönüb, YOX oldu. 

Ancaq  bütün  bunlara  baxma-

yaraq,  bəzi  fədakar  müəllimlər

1992-ci  ildən  2009-cu  ilə  qədər

(azalan xətlə də olsa), bu dərsləri tə-

dris eləməyə cəhd göstərdilər. Lakin

hər şeyin bir əndazəsi olduğu kimi,

fədakarlığın da həddi-hüdudu var.

2009-cu  ildən  başlayaraq  bir

çox məktəblərdə Talış dilində dərslər

tamamilə  dayandırıldı.  Nəticədə,

Təhsil Naziri tərəfindən 2012-ci il

10 iyul tarixli 10330 №-li əmrlə təs-

tiqlənən  2012–2013-cü  illər  orta

umumtəhsil  məktəblərinin  tədris

proqramlarında  Talış  dili  dərsləri

ümumiyyətlə  nəzərdə  tutulmadı.

Bu olduqca acı, acı olduğu qədər də

ədalətsiz bir sonluqdur. Proqramda

həftədə 2 saat ləzgi dilində və digər

azsaylı  xalqların  dilində  dərslər

keçirilməsi qeyd olunsa da, əslində

bu qərar formal xarakter daşıyır və

ancaq kağız üzərində qeyd olunmaq

üçün  “lazımdır”.  Yeri  gəlmişkən,

əvvəlki illərdən fərqli olaraq Təhsil

Nazirliyi elə bu il olduqca dolaşıq,

yəni  daha  çox  mürəkkəb  labirinti

xatırladan bir tədris proqramı təs-

diqləmişdir.

Talış  dilinin  tədrisi  üçün  dərs

saatları həm nəzərdə tutulub, həm də

tutulmayıb – lap tapmacadır. Kiçik,

eyni  zamanda  tipik  bir  misal  da

göstərim: 1990-cı illərin əvvələrində

9-cu  sinfin  Azərbaycan  tarixi

kitabından  əvvəl  “Talış  xanlığı”

mövzusu  səbəbsiz,  yəni  heç  bir

pedaqoji  məntiqə  əsaslanmadan

çıxarıldı.  Etirazlar,  narazılıq  və

haqlı tələblərdən sonra “Talış” sözü

“Lənkəran”  sözü  ilə  əvəzləndi.

“Talış  xanlığı”  “Lənkəran  xan-

lığı”na  çevrildi.  Təəssüf  ki,  bu

sayaq absurd, bir çox hallarda isə

qərəzli  transformasiyalar  haqda

istənilən  qədər  misallar  çəkmək

olar. 


Subyektiv  təsir  bağışlamamaq

üçün  burada  vacib  bir  məqama

diqqət yetirməliyik ki, Azərbaycan

Prezidentinin imzaladığı Fərmanın

talışlara aid olan hissəsinin reallaş-

mamasının, daha dəqiqi ona əməl ol-

unmamasının səbəbini təkcə Azər-

baycan Hökuməti və Təhsil Nazir-

liyinin  üstünə  atmaq  da  düzgün

yanaşma  olmazdı.  Mövcud  duru-

mun günahının böyük bir qismi öz

doğma  dilində  yetərincə  sərbəst

danışa bilməyən, bu dildə danışmağı

özünə ar bilən ziyalı görkəmli ziyan-

lı  talışlardır.  Doğma  ana  dilinə

rişxənd  edənlər,  onu  ikinci  “sort”

sayan  psevdo-talışlar,  birmənalı

olaraq, “sapı özümüzdən olan bal-

talar”  adlandırılmağa  layiqdirlər.

Bu xüsusda, dərs saatlarının azal-

masına  göz  yuman  (bəzən,  hətta

buna  sevinən!)  bəzi  təhsil

şöbələrinin  müdirləri,  məktəb  di-

rektorları, müəllimlər və s. anlamalı,

qanmalı  və  nəhayət  dərk  etmə-

lidirlər ki, bu çox böyük təhlükədir.

Bu sayaq bağışlanmaz naxələflikdən

doğan fəlakət milli faciəmizin as-

tanasıdır. 

Fəlakət “arxitektorları” kənardan

olanda isə, vəziyyət lap acınacaqlı

görkəm alır. Təəssüf və səd heyif ki,

DİLin  tədricən  unudulub  öləz-

iməsinə hesablanmış bu sayaq qü-

surlu “eksperimentlər” təkcə tədris

və  dərslik  problemlərinə  münasi-

bətlə bitmir. Bəlkə də çoxları bilmir,

öz verilişlərini Lənkəranda yayım-

layan  Regional  Televiziya  kanalı

nədənsə  bir  kəlmə  də  olsun  talış

dilində söz “danışmır”. Talış dilində

bir dəqiqə də olsun hər hansı pro-

qram  və  ya  veriliş  efirə  çıxmır.

Tabu!  Belə  yanaşma  nədən  xəbər

verir?!  Bu  artıq  heç  təəccüblü  də

deyil; bu məkrlə düşünülüb, ölçülüb-

biçilmiş  bir  təcavüz  siyasətidir.

Bunun özgə adı varmı?

Yaxud özgə bir misal. Aylardı ki,

azəri  türklərini  doğma  qardaş  sa-

yaraq  Azərbaycan  Dövlətçiliyi,

bərabərhüquqlu vətəndaş cəmiyyəti

quruculuğu naminə fəaliyyət göstər-

mək  istəyən,  milli  maraqları,

mənəvi, əxlaqi, dini dəyərləri uca tu-

tub onu hifz etmək arzusunda olan

Azəri–Talış İctimai Birliyini Dövlət

qeydiyyatına  almırlar.  Səbəbi

bilirsiniz  nədir?  Birliyin  adında

göstərilən “Talış” kəlməsi (?!). 

Bu  nonses  deyilmi?  Belə  mü-

nasibət  incikliyə,  umu-küsüyə,

nəticədə isə separatçılıq meyillərinə

rəvac vermirmi?! Axı biz hamımız

Azərbaycan vətəndaşıyıq və bizim

də hüquqlarımız digər vətəndaşlar

kimi, Azərbaycan Respublikasının

Ana Yasasında aydın şəkildə təsbit

olunub. 

Göründüyü kimi, bu gün “SOS”

çağırmaqdan, Haray qoparmaqdan

savayı özgə çarə yoxdur!

Eheyy..! Kömək edin!.. Dilim-

iz  yaşamasa  ölümə  məhkum  ola-

cağıq.  Ölü-mə!..  Ay  xalqım,  ay

canım-ciyərim! Ayıl, özünə, sözünə

qayıt!  Qayıtmasan  yanılacaqsan!

Yanılıb... məhv olacaqsan!!!



xanəli Tolış

mİr  HəSən xAn

(tarıxi poema)

(-1-nə baxş)

Paskeviç de Abbas Mirzə,

Bə ğanuni ğolışon noy.

Ha dıynəni- bənə qurzə,

Əmənışon bə nışon noy.

“Tırkmənçay”o rus de farsi,

İco mandin bənə bilə.

Tolışonku tarse- tarse

Bastışone Moğavilə.

Kardeşone Tolış dı poə,

Həsrət mande boə bəştə boə.

Poəy farsiku, poəy rusiku,

Mande Tolış çə kursiku.

Rusi- farsi çı hukmiku

Mir Həsən xan nıbe toxtə.

Voteşe bə Abbas Mirzə,

Sarayədə: ”Pədərsuxtə,

Bıvot çoknə doy  Tolışı.

Məsır ıyo hərzə- hərzə.

Tolışədə beşi, bışiy.

Farsən bışiy, rusən bışiy.

Ozod bəkam az Tolışi.

Tolışi ko ovand bıbu.

Iştən bəştə xıvand bıbu.

Çı Babəki nəvə azim.

Əçəy şımşi- təvə azim.

Tolış bəpe ozod bıbuy,

Iştən bəştə xıvand bıbuy”.

Merzə vote:  Ko bastə bə,

Moğavilə davastə bə.

Iştı hap-qop həvoy- hədər,

Nıvıştə be şımə ğədər.

Imış məse Mir Həsəni

Vote: Səbrım sə be həni.

Akonədə Ğələ tono.

Noşone çı dave bino.

De ləşqəri bə canq dəşe,

Bə Xani və urus beşe.

...Bə şəv bə ruj bərkə canq be,

Iyo çanə odəm çanq be.

Urusiku qullə, tifanq.

De Tolışon dəşe bə canq.

Sığ- sığısə mande bəqəm?

Tolışiku “bımand purkəm”,

Tolışiku bıştə ləvo.

Bızın, çoknə bəşe davo.

Daveədə vey koon qarde,

Mir Həsəni əmır karde:

-Bınıvışt bə Mirzə İso.

Zu omedə zardə şeyton.

Bırəs şedə Akon daso.

Kanə mənzıl...Teyfə meydon.

Merzə İso ımış məse,

Deştə asbon ome- rəse.

Bərk davarde dave ıyo,

Məvuji ləpə jey dıyo.

Deştə topon Urus ome,

Topi vədə tolış xome.

Xeyli ləşqər ıyo ğır be,

Sute çanə di, mıncır be.

Məydon səpe vaşte urus.

Çəmə səysə nışte urus.

Ostoroku omin farson:

Çı ton xuqon, çəton hırson.

Meydonədə Tolış tase,

Çəşış honyə çəşmə  ase.

Mir Həsəni doje əmır,

Həmə ıyo məbənən ğır.

Hiylə bıkən canqo beşən.

Oqardənən, bə band peşən.

Əyo şəvi ruj bıkənən,

Çımı əmri çəş bıkənən.

Bə ğalinə vişon bışən,

Hələ mandə “bıjən- bıjən”.

Mir Həsən Xan peşe bə band,

Votşe: azim çıvrəy xıvand.



(DƏVOMIŞ HESTE)

“S o S”:  AnA dİlİ – xAlqın rUHUdUr.

dİl ölərSə, xAlq ölər! 

UldUz Həşİmov

tarix müəllimi,

Azəri–Talış İctimai 

Birliyinin İH üzvü


Yüklə 281,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə