Бяйбала Ханкишийев, Шащрза Ялийев дЯрслик


istifadə olunan ədəbiyyatlar



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə11/321
tarix30.04.2022
ölçüsü1,6 Mb.
#86279
1   ...   7   8   9   10   11   12   13   14   ...   321
Budce teshkilatlarinda uchot ve hesabat

istifadə olunan ədəbiyyatlar
...................................................................................................319


5
Giriş
Siyasi və iqtisadi müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının gələ cək iqti-
sadi və sosial inkişafı eyni zamanda dövlət büdcəsinin tərtibi, təsdiqi və icrasında zəruri 
dəyişikliklərə  səbəb  olmuş,  respublikada  kiçik  və  orta  sahib kar lığın  və  bazar  iqtisadiy-
yatının inkişaf etdirilməsinə şərait yaratmışdır. Nəticədə dövlət büdcəsinin əhəmiyyəti və 
rolu  heç  də  azalmamış,  əksinə,  onun  bazar  iqti sadiyyatı  tələbl ərinə  cavab  verə  biləcək 
səviyyədə inkişaf etdirilməsi ciddi zəru rət kəsb etmişdir.
Dövlət büdcəsi xalq təsərrüfatı kompleksinə daxil olan külli miqdarda idarə, müəssisə 
və təşkilatların iqtisadiyyatının və təsərrüfat fəaliyyətinin bütün cəhət lərini əhatə etməklə 
onların bir-biri ilə, eləcə də dövlətlə, digər təsərrüfat təşki latları ilə, maliyyə-kredit sistemi 
ilə qarşılıqlı əlaqələrini əhatə edir, onlara nəzarət edir və bu əlaqələri nizamlayır.
Məlumdur ki, Respublikada bütün sosial-mədəni tədbirlər və elmin inkişafı ilə bağlı 
xərclər hazırda Azərbaycan Respublikasının Dövlət Büdcəsindən maliy yə ləş dirilir.
Hal-hazırda Azərbaycanda təhsil, səhiyyə və mədəniyyətin çox geniş şəbə kəsi möv cuddur. 
Respublikada çoxlu sayda ümumtəhsil məktəbləri, ali və orta ixtisas təhsili müəs sisələri, geniş 
elmi-tədqiqat  və  təcrübə-konstruktor  təşki latları,  onlarla  şəhər,  kənd  xəstəxanası,  poliklini-
kalar, digər tibb ocaqları, klublar və s. möv cud dur. Əmək qabiliyyətli əhalinin əksər hissəsi bu 
sahələrdə  çalışır  və  əhaliyə  bu  və  ya  digər  formada  xidmət  gös tərir.  Respublikanın  indiki 
vəziyyətində bu nəhəng şəbəkənin inkişafı və saxlanması üçün tələb olunan maliyyə vəsaitinin 
mənbələri və onların xərclənməsi istiqaməti ciddi uçot və nəzarət tələb edir. Ona görə də yaxşı 
təşkil  edilmiş  mühasibat  uçotu  ehtiyat  və  imkanların  üzə  çıxarılmasına,  qə naət  rejiminin 
gözlənilməsinə, maliyyə intizamının qorunmasına şə rait yaradır.
Dövlət büdcəsinin proqnozlaşdırılması büdcənin icrası prosesində mühüm əhə miyyət 
kəsb edir. O, büdcə gəlirlərinin daxil olması, vəsaitlərin xərclənməsi, uçot və hesabatın, ilk, 
cari və sonrakı nəzarətin təşkili, sosial və iqtisadi inkişafın tələb lərinə uyğun olaraq milli 
gəlirin səmərəli surətdə bölüşdürülməsinə imkan yaradır.
İndiki şəraitdə ölkənin milli ictimai prosesində yeni mərhələlər, bəzən çətin dərk edilə 
bilən, lakin mütləq və zəruri olan sosial inkişafın səviyyəsindən asılıdır. Dövlət büdcəsi bu 
proseslərin hər biri ilə əlaqəlidir.
Bu  dərslik  yazılarkən  müəlliflər  mövcud  metodiki  göstərişlərlə  yanaşı,  hal-hazırda 
bazar iqtisadiyyatı şəraitində və yeni tipli mülkiyyət formasına əsaslanan müxtəlif təşkilat 
formalarının  meydana  çıxması  ilə  əlaqədar  olaraq  büdcə  sis te mi nin  təşkili  və  idarə 
edilməsi,  maliyyələşdirmə,  uçot,  maliyyə  nəzarəti  və  digər  fəa liyyət  sahələrində  baş 
verməkdə olan dəyişiklikləri də nəzərə almağa çalış mışlar.
“Büdcə təşkilatlarında uçot və hesabat” adlı dərslik Azərbaycanın Dövlət İqtisad Uni-
ver sitetinin Maliyyə kafedrasında hazırlanmışdır. 
Dərslikdə olan çatışmazlıqlar haqqında öz rəylərini və qeydlərini bildirən şəxslərə mü-
əl liflər qabaqcadan öz təşəkkürlərini bildirirlər. 
Müəlliflər əmindirlər ki, respublikada maliyyə sahəsində kadr hazırlığının yaxşılaş dı-
rıl masında bu kitabın köməyi olacaqdır. 
Müəlliflər kitabın işıq üzü görməsində Maliyyə kafedrasının bütün əməkdaşlarına və elmi 
redaktor, kafedra müdiri, i.e.d., prof. D.A.Bağırova, rəyçilər i.e.d., prof. M.X.Həsənəliyə 
və dos. Ş.Ş.Bədəlova qiymətli qeydləri və təkliflərinə görə öz təşək kür lərini bildirirlər. 


6

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə