Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə57/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
176        
Böyük  rus  dramaturqu  Aleksandr  Nikolayeviç 
Ostrovskinin  (1823-1886)  təbirincə  desək,  «Tarix  o  
yazıçılara  böyük  və  dahi    adlarını  bəxş  edir    ki,  onlar    öz 
xalqları    üçün  yazmağı    bacarmışlar  və  yalnız  o  əsrlərin 
sınağından  çıxa  bilmişdir  ki,  onlar  yarandıqları  torpaqda 
«öz  evlərində» əsil xəlqi əsərlər kimi qarşılanmışdır: Məhz 
həmin əsərlər  vaxt  keçdikcə başqa  xalqlar, eləcə də bütün 
bəşəriyyət tərəfindən anlaşılır və xüsusi qiymət kəsb  edir». 
(55, səh. 86). 
N.Tusinin beynəlmiləlçiliyi onun həm pedaqoji, həm də 
fəlsəfi    əsərlərində  daha  qabarıq    verilmişdir.  O,  insanları 
bir-birinə arxa,  bir-birinə  kömək edən   görmək  istəyir və  
elmdə ayrı seçkilik görmək istəmirdi. 
Tusi  göstərirdi    ki,  insanlar  yaşadıqları    cəmiyyətdə  
müvəffəqiyyət əldə  etməkdən  ötrü çiyin-çiyinə  çalışmalı 
və    xeyirxah    əməl    göstərməlidirlər.  Hər  kəs    ayrılıqda, 
tənha,  rəiyyətdən  və    cəmiyyətdən  iraq  yaşaya  bilməz, 
deyirdi.  Onun  fikrincə,  həmişə  və  hər  yerdə  insanlar  bir-
birinin  köməyinə  möhtac olmuşlar. 
Tusi  öz  əsərlərində  insanların  bir-birinə    köməyini 
həmişə  mədh  etmiş və bunu «tərəqqinin ümdə vəzifəsi»nə 
aid  etmişdir. 
Filosof  qeyd  edirdi  ki,  bu    aləm  elə    qurulmuşdur  ki,  
hər  kəs    özünü  və  nəslini  qorumaq    üçün    başqasının 
köməyinə möhtacdır.  Deməli, hər bir  fərd cəmiyyətin kö-
məyinə  möhtac olduğu üçün cəmiyyətdən kənarda  yaşaya 
bilməz. 
Tusi  «Divan»ında  da    xalqlar    arasında    səmimiyyəti 
nəsillər  arasında  sıx əlaqə, rəiyyətin bir-birinə köməyi,  bir-
birini  başa  düşməsi, hamılıqla  mübarizəyə qalxmaq, birgə  
əməkdə    olmaq,  birgə    əməyin  tərəqqisi    üçün  əhəmiyyəti,  


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
177 
əql  və    idrakla,  elm  və    savadla    davranmaq  və  s.  və  kimi 
münasibətlərə də  yer  vermiş və bu barədə  özünün dövrünə  
görə  çox mütərəqqi fikirlərini əks  etdirmişdir. 
Tehran  universitetinin  professoru,  doktor  Mahmud 
Nəcmabadi  Tusinin  beynəlxalq  nüfuzundan  bəhs  edərək 
yazır:  «Xacə  Nəsirəddin  Tusi  zəmanəsinin  məşhur    həkim 
və    filosofu,  həm  də  böyük  dövlət  xadimi  olmuşdur.  O, 
(yəni  Tusi)  dünya  sağlamlıq  cəmiyyətinin  yaradılması  
banilərindən biri  kimi təbabət tarixinə daxil olmuşdur. 
Qeyd    etməliyik  ki,  Tusi  özünəqədərki  bütün    təlim-
tərbiyə fəlsəfə  elmini təfəkkür  süzgəcindən keçirərək, tam 
bir pedaqoji  sistem yaratmağa  müvəffəq olmuşdur. 
Onun    çoxmündəricəli,  məzmunlu,  hələ  də  elmlərin 
tarixindən  silinməyən  yaradıcılığı  və  mütərəqqi  ənənələri 
indi də öz təravətini itirməmişdir. 
Ensiklopedik  mütəfəkkir  bütün  elmlər  sahəsində, 
xüsusən  pedaqogika tarixində orta əsrlərin pedaqoji sahədə  
sükut buzunu sındırmış ilk orta  əsr pedaqoqudur. 
Sonra  Tusi  nəzəriyyə  ilə    təcrübənin,  elmlə  əməlin 
əlaqəsindən danışır. Tusiyə görə, bunların vəhdəti olmadan  
inkişaf    və  kamillik  qeyri-mümkündür.  Elmlə    əməlin 
qarşılıqlı    əlaqəsi  və  birgə    inkişafı  nəticəsində    insan 
kamilləşib «mütləq insan» səviyyəsinə qədər  yüksələ bilir. 
Tusi o biri dünyada əbədi eyş-işrətdə yaşamaq ümidi ilə  
ibadətlə    məşğul  olanları  az  şey  verib  qazanmaq  istəyən 
alverçilərə  oxşadır.  Tusinin  əqidəsincə,  sitayiş,  dostluq, 
məhəbbət müqəddəs, qərəzsiz və təmənnasız olmalıdır. 
Tusinin  fikrinə  görə,  uşaqda  təmiz  idraki  qüvvələrdən 
birinci  «həya»  özünü    göstərir,  ona  görə  də  hər  şeydən  
əvvəl, bu hissin tərbiyəsi və inkişafı ilə məşğul olmaq təklif 
olunur. «Həyanın» böyük idraki əhəmiyyəti qeyd  edilərək 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
178        
bunun  nə  üçün  inkişaf  etdirilməsi  belə  əsaslandırılır:  «… 
uşaq  həyalıdırsa,  əksər    halda  başını  aşağı  salıb  sırtıqlıq 
etmirsə, bu onun nəcibliyinə  sübutdur; bu, o deməkdir ki, 
onun  nəfsi çirkin  əməllərdən ikrah  edib gözəl  işlərə meyl 
göstərir,  bu    əlamət    həmin  istedadın    uşaqda  olduğuna 
dəlalət  edir.  
Belə  isə  uşağın  tərbiyəsinə  xüsusi  fikir  etikanın 
mövzusu insanın  iradəsindən  asılı yaxşı və təriflənən, qə-
bahətli  və  pislənən işlərin hamısının əlaqədar  olduğu in-
sani nəfsdir. İnsani nəfs, yaxud düşüncəli nəfs  idrak vasi-
təsidir, «ağlın dərk  etdiyi nə  varsa, hamısı   onun sayəsin-
də  olur»,  «bədəndə  nə    kimi  dəyişiklik  və    fəaliyyət  baş  
verirsə,  hamısı  onun  qüvvə  və    təsiri  nəticəsində  əmələ 
gəlir». 
Başqa    filosoflar  kimi,  nəfsi  ontoloji  və    qnoseoloji 
aspektdə    mənəvi  «can»  mənasında  şərh    edən  Nəsirəddin 
Tusi  etik-əxlaqi  planda  onu  «ehtiras  istəyi»  məzmununda 
götürmüşdür. 
Nəsirəddin  Tusinin  fikrincə,  insan  yaranarkən    orta 
dərəcədə,  kainatdakı  təkamül  mərhələlərinin  ortasında 
olur, fitrətinə görə aşağı  dərəcədəkilərlə əlaqədardır, yal-
nız    iradəsi    sayəsində  ali  dərəcədə    yüksələ    bilir.  İnsan 
heyvanlardan  fərqli olaraq maddi  ehtiyacları təbiətdə  ha-
zır şəkildə almır, həmin şeyləri ağıl, bilik, əmək, sənət və 
peşəyə yiyələnməklə, özü də bacardığı  üçün yaxşı  üsullar  
əldə  edir. Nəsirəddin Tusi yazır  ki, insanın mənəvi ehti-
yacları  fikir,  ağıl,  şüur  və  iradə  vasitəsilə  təmin  və  idarə  
edilir. İnsanın  xoşbəxtlik və bədbəxtlik açarı kamillik və  
naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmiş-
dir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə