Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə1/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
  1   2   3   4   5   6   7   8   9   ...   175


 



 



 

   XULİO KORTASAR 

 

 

 

 

 

 

Tərtib edəni:      Nadir Qocabəyli  



 

 

 



     

ROMAN                          

 

Xana-xana oyunu  



                          

 

 



 

 



 



 




 



 



 

 

 

 

 

 

 

 

 

 

 

XANA-XANA OYUNU 

  

 

roman 

 

 

 

 

 


 



XANA-XANA OYUNU 



  

(roman) 

 

Bələdçi-cədvəl 

 

Bu  kitab  müəyyən  mənada  çox,  əsas  etibarilə  isə  iki  kitabdır.  Oxucuya  iki  mümkün 



olandan birini seçmək hüququ verilir: 

 

Birinci  kitab  adi  qaydada  oxunur  və  56-cı  fəsillə  başa  çatır.  Axırıncı  sətrin 



altındakı üçulduz işarəsi SON mənasındadır. Ona görə də oxucu heç bir vicdan əzabı çəkmədən 

sonrakı fəsilləri oxumaya bilər. 

 

İkinci kitabı 73-cü  fəsildən  başlayaraq  xüsusi qaydada oxumaq  lazımdır:  hər  bir 



fəslin sonunda növbəti fəslin nömrəsi mötərizə içərisində göstərilir. Əgər ardıcıllığı unutsanız, ya 

da qarışdırsanız, aşağıdakı cədvəldən faydalana bilərsiniz: 

 

73 – 1 – 2 – 116 – 3 – 84 – 4 – 71 – 5 – 81 – 74 – 6 – 7 – 8 – 93 – 68 – 9 – 104 – 10 – 65 



– 11 – 136 – 12 – 106 – 13 – 115 – 14 – 114 – 117 – 15 – 120 – 16 – 137 – 17 – 97 – 18 – 153 – 

19 – 90 – 20 – 126 – 21 – 79 – 22 – 62 – 23 – 124 – 128 – 24 – 134 – 25 – 141 – 60 – 26 – 109 – 

27 – 28 –130 – 151 – 152 –  143 – 100 – 76 – 122 – 112 – 154 – 85 – 150 – 95 – 146 – 29 – 107 

– 113 – 30 – 57 – 70 – 147 – 31 – 32 – 132 – 61 – 33 –67 – 83 – 142 – 34 – 87 – 105 – 96 – 94 – 

91 – 82 – 99 –35 –121 – 36 – 37 – 98 – 38 – 39 – 86 – 78 – 40 –  59 – 41 – 148 – 42 – 75 – 43 – 

125 – 44 – 102 – 45 – 80 – 46 – 47 – 110 – 48 – 111 – 49 – 118 – 50 – 119 – 133 – 140 – 138 – 

127 – 56 – 135 – 63 – 88 –72 – 77 – 131 – 58 – 131 –  

 

 



Asanlıqla  tapılması  üçün  fəsillərin  nömrələri  hər  bir  səhifənin  başında 

göstərilmişdir.  




 



Və coşqun bir ümidlə faydalı olmaq, xüsusən də gəncliyə, həm də dəyərlərin bütövlükdə 



dəyişdirilməsinə  qatqıda  bulunmaq  üçün  mən  yaşından,  mövqeyindən  və  durumundan  asılı 

olmayaraq  bütün  insanların  mənəvi  və  dünyəvi  xoşbəxtliyinə  yardım  edəcək  bu  əxlaq 

məcmuəsini,  təməl  ümumbəşəri  öyüd  və  nəsihətləri  yalnız  öz  yaşadığımız  vətəndaş  və  xristian 

respublikasının  çiçəklənməsi  və  yaxşı  idarə  olunması  naminə  deyil,  dünyanın  ən  müdrik 

filosoflarının arzuladığı digər istənilən respublikanın və ya hökumətin rifahı üçün tərtib etdim. 

 

Əhdi-Ətiqdən və Əhdi-Cədiddən götürülmüş 

Bibliyanın ruhu və ümumbəşəri əxlaq 

Toskan rahibi abbat Martini

 tərəfindən 



Sitatlar gətirilməklə yazıldı. 

Razılığa əsasən, 

Kastiliya dilinə Konqreqasiyanın alim kleriki  

müqəddəs Kayetano çevirdi. 

1797-ci ildə Madriddə Asnar tərəfindən çap olundu. 

                                                

 

 «Изащлар» бюлцмцня бах 




 



Həmişə  havalar  azca  soyuyanda,  daha  dəqiqi,  payızın  ortalarında  ürəyimdən  nəsə  İks-



sentrik  və  İks-zotik  bir  şey  barədə  düşünmək  kimi  vəhşi  bir  arzu  keçir,  məsələn,  istəyirəm 

qaranquş  olam  və  baş  götürüb  isti  ölkələrə  uçam,  ya  da    qarışqa  cildinə  girib  yuvacığımda 

gizlənəm  və  orada  oturub  yayda  topladığım  azuqəni  xımır-xımır  yeyəm,  ya  da  ki,  zooparkda 

soyuqdan  donmamaq  üçün  şüşə  qəfəsdə  saxlanan  ilana  dönəm,  bəzən  çox  bahalı  olduğundan 

özlərinə  pal-paltar  ala  bilməyən,  kerosin,  kömür,  odun,  yaxud  hər  cür  yanacaq  yoxluğu 

ucbatından qızına bilməyən insanlar da belə olur. Cibdə pul da yoxdur ki, zirzəmilərdən birinə 

düşüb  içini  qızışdıran  bir  şey  sifariş  verəsən,  ancaq  gərək  Sui-istifadə  etməyəsən,  çünki  Sui-

istifadə etsən, dərhal «Su»

1

ya düşəcək, əxlaqsızlığa yuvarlanacaqsan, əxlaqsızlıqdan cismani və 



mənəvi  düşkünlüyə  isə  bircə  addımdır  və  bir  halda  ki,  maili  müstəviylə  bütün  mənalarda 

yaramaz  əxlaqa  doğru  yuvarlandın,  artıq  bu  dünyada  kimsə  səni  bu  insan  zibilliyindən  xilas 

etməyəcək,  heç  kəs  çapaladığın  bu  iyrənc  bataqlıqdan  çıxman  üçün  sənə  əl  uzatmayacaq. 

Kondor

2

  da  belədir:  nə  qədər  ki  cavandır,  zirvələrdə  süzür,  elə  ki  qocaldı,  daş  kimi,  mənəvi 

mühərriki  dayanan  bombarımançı  təyyarə  kimi  şığıyaraq  aşağı  düşür.  Yaxşı  olardı  ki, 

yazdıqlarım kiminsə işinə yarayaydı, oxuyan öz hərəkətlərinə fikir verəydi, yoxsa «artıq gecdir» 

və hər şey onun öz günahı ucbatından məhv olub deyə peşman olmayaydı.  

 

 

Sesar  Bruto.  Əgər  mən  bu  adam 

olmasaydım,  görəsən,  kim  olmaq  istərdim 

(«Müqəddəs Bernardonun köpəyi» fəslindən) 

                                                

1

 

 Су – ярябъя пислик, йарамазлыг демякдир. 

2

 



 Кондор – Ъянуби Американын даьлыг йерляриндя  йашайан чох ири йыртыъы гуш. 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə