Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə14/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   10   11   12   13   14   15   16   17   ...   175

 

31 


Onlar Varenn küçəsiylə gedərək Vano küçəsinə çıxdılar. Çiskin yağış yağırdı və  Sibilla 

Oliveyranın  qolundan  sallanaraq  boyat  şorba  qoxusu  verən  plaşına  sığınmışdı.  Etyenlə  Periko 

dünyanı  rəsm  və  sözlə  necə  dərk  etmək  barədə  mübahisə  edirdilər.  Oliveyra  darıxırdı,  o, 

Sibillanın belini qucaqlamışdı. Məgər belə dərk etmək olmaz – əlini isti və biçimli qadın belinə 

qoyub  əzələlərin  xəfif  hərarətini  hiss  edərək  gedirsən?  Berlitsin  dediyi  kimi,  rəvan  və  səbatlı 

olmasına söz yoxdur: səni sevirəm, sevirəm sə-ni, sə-ni se-vi-rəm. Şəxssiz formayla heç nə ifadə 

edə  bilməzsən:  sev-mək,  sev-mək.  Dəyişmə  lazımdır.  «Dəyişmədən  sonra  isə  həmişə  əlaqə, 

birləşmə gəlir»,  – Oliveyra qrammatik  bazanı  əsaslandırdı.  Əgər Sibilla  arzuların  hakimiyyəti 

altında olmanın bəzən onu necə əsəbiləşdirdiyini başa düşə bilsəydi, təkbaşına mənasız tabeçilik, 

şairin haçansa dediyi kimi, necə də isti bel, yanaqlara tökülmüş nəm saçlar,  ah, bu Sibilla, Lap 

Tuluz-Lotrek kətanı kimi ona yapışaraq gedir. Demək, «sə-ni se-vi-rəm, sə-ni se-vi-rəmin» təkər 

topu  olduğu  antieksplikativ  üsulu  tapmaq  lazımdır.  Bəs  zaman?  Hər  şey  yenidən  başlanır, 

qətiyyən  yox. Sonra qida qəbul  etmək,  yaxud onu orqanizmdən  xaric etmək  lazımdır. Hər şey 

mütləq  yenidən  və  yeni  böhrandan  keçir.  Ancaq  zaman  keçdikdən  sonra  arzu  yenidən  doğur, 

yenə  həmin  arzu,  buna  baxmayaraq,  hər  dəfə  bir  az  başqa  cür:  zamanın  illüziyaları 

qidalandırmaq üçün xüsusi olaraq quraşdırdığı tələ. «Məhəbbət – alovdur, o, Bütün varlığı seyr 

edərək əbədi yanmalıdır. Bütün varlığı. Buyur, səndən yenə də axmaq sözlər tökülməyə başladı». 

– İzah etmək,  izah etmək,  –  Etyen donquldandı.  –,  Əgər siz əşyanın  adını  çəkməsəniz, 

onu  görə  bilməzsiniz.  Bunun  adı  itdir,  bunun  adı  evdir  Duinodan  olan  hərifin  dediyi  kimi. 

Göstərmək lazımdır, Periko, izah etmək yox. Mən rəsm çəkirəm, deməli, mən mövcudam. 

– Nəyi göstərək? – Periko Romero soruşdu. 

– Həyatımıza haqq qazandıran yeganə şeyi. 

– Bu heyvan elə zənn edir ki, görmədən başqa duyğu yoxdur, bütün nəticələriylə birlikdə, 

– Periko dedi. 

–  Rəssamlıq  yalnız  görmənin  məhsulu  deyil,  –  Etyen  dedi.  –  Mən  bütün  varlığımla 

çəkirəm və bu mənada sənin Servantesindən, Tirsonundan, yaxud nə bilim nəyindən o qədər də 

fərqlənmirəm. Sizin hər şeyi izah etmək maniyanızdan isə mənim zəhləm gedir, 

loqosun


6

 yalnız 


söz kimi başa düşülməsi isə ürəyimi bulandırır. 

–  Və  ilaxır,  –  Oliveyra  qaşqabaqlı  halda  söhbətə  qarışdı.  –  Biz  qavrayış  formaları 

haqqında danışmağa başlayan kimi söhbət iki karın mübahisəsinə çevrilir. 

Sibilla  ona  daha  da  bərk  qısılmışdı.  «İndi  növbəti  cəfəngiyatı  goplayacaq,  –  Olivyera 

düşündü. – Ona həmişə əvvəlcə özünü mənə sürtüb, dərisiylə danışmaq lazımdır». O, nəsə acıqlı 

bir  mehribanlıq  hiss  etdi,  o  qədər  təzadlı  bir  şey  ki,  doğrudan  da,  həqiqiydi.  «Ağcaqanad 

sancması kimi  incə  bir  şapalaq  haqqında düşünmək  lazımdır.  Ancaq  bu dünyada  hələ sonuncu 

                                                

6

 

 Лоэос – гядим йунан фялсяфясиндя: цмуми гануниййят; идеалист фялсяфядя: рущ, аллащ, язяли гцввя 




 

32 


sintezi  etmək  lazımdır.  Periko  haqlıdır,  böyük  loqos  mürgüləmir.  Heyif  ki,  biz  soyqırımın  nə 

olduğunu bilirik, ancaq sevgiqırım haqda heç nə bilmirik, ya da, məsələn,  əsl qaranlıq dünya və 

Qreqoroviusun üzərində baş sınıdıra biləcəyi antimateriya haqda».  

– Ey, bəs Qreqorovius bizim diskobuma gələcək? – Olivyera soruşdu. 

Periko dedi ki, gələcək, Etyen isə Mondrian haqqında fikir söylədi. 

– Bax gör Mondrian nə deyir, – Etyen dedi. – Kleyenin sehrli işarələrini o həqiqi saymır. 

Kleye  mədəni  dəyərləri  nəzərə  alaraq  geniş  oynayırdı.  Mondrianı  başa  düşmək  üçün  sadə 

qavrayış tam yetərlidir, ancaq Kleye bir yığın başqa şey də tələb edir. Zərif adamlar üçün zərif 

şeylər. Doğrudan da, çinlidir. Ancaq Mondrian da absolyut çəkir. Sən onun rəsmləri qarşısında 

olduğun  kimi,  çılpaq  dayanırsan  və  ikisindən  birini  edirsən:  ya  görürsən,  ya  da  görmürsən. 

Əsəbləri qıdıqlayan həzz, illüziya, qorxu və ləzzət – bunlar hamısı tamamilə artıq şeylərdir. 

– Sən başa düşürsən o nə danışır? – Sibilla soruşdu. – Məncə, Kleye barədə ədalətli deyil.                                 

–  Ədalətin,  yaxud  ədalətsizliyin  buna  qətiyyən  dəxli  yoxdur,  –  Olivyera  bezmiş  halda 

dedi. – Söhbət başqa şeydən gedir və məsələni dərhal şəxslərin üzərinə yönəltmə. 

– Bəs o niyə deyir ki, bütün bu gözəl şeylər Mondriana yaramır. 

– O demək istəyir ki, Kleyenin rəsmlərini yalnız 

es lettres

1

, yaxud 



es poesie

2

 diplomlarına 



malik olmaqla başa düşmək olar, ancaq Mondrianı anlamaq üçün  mondrianlaşmaq kifayət edər, 

vəssalam. 

– Qətiyyən belə deyil, – Etyen dedi. 

– Yox, belədir, – Olivyera dedi. – Sənin dediklərindən belə çıxır ki, Mondrianın əsərlərini 

başa  düşmək  üçün  yalnız  əsərin  özü  lazımdır,  başqa  heç  bir  şey.  Deməli,  Mondriana  sənin 

bakirəliyin  lazımdır,  nəinki  həyat  təcrübən.  Mən  boş  şeylərdən  deyil,  cənnət  bakirəliyi  və 

məsumluğu  barədə  danışıram.  Fikir  ver,  hətta  onun  tablosundakı  çılpağın  metaforası  ibtidai 

dövrləri geri qaytarır. Nə qədər parodoksal olsa da, Klyeye daha sadədir, çünki ona tablolarına 

baxanların da iştirakı lazımdır, o yalnız özüylə kifayətlənmir. Mahiyyət etibarilə Kleye – tarixdir, 

ancaq  Mondrian  –  zamanın  xaricindədir.  Sənə  isə  yalnız  mütləq  olan  lazımdır.  İzah  edə 

bildimmi? 

– Yox, – Etyen dedi. – 

C’est vache comme il plent

3



– Sən elə  hey titrəyirsən, lənət şeytana, – Periko dedi. – Ronald isə cəhənnəmin dibində 

yaşayır.   

–  Bir  addım  irəli  gedək,  –  Oliveyra  onu  dəstəklədi.  –  Müvvəqqəti  bədəni  tufandan 

qorumaq lazımdır, çe.  

                                                

1

 



 Ядябиййат цзря (фран.) 

2

 



 Поезийа цзря (фран.) 

3

 



 Лянят шейтана,  ня цйцдцб тюкцр. (фран.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə