Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə3/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   2   3   4   5   6   7   8   9   ...   175

 

özündə  də  körpünün  məhəccərinə  dirsəklənib  aşağıda  üzən  tünd  şərab  rəngli,  səliqəli, 



təmizlikdən  böyük  qaşıq  tək  par-par  yanan,  göyərtəsində  ağ  önlüklü  qadının  paltar  sərdiyi 

gəmiyə, onun yaşıl rəngdə rənglənmiş, Genzel və Qretel üslubunda pərdə çəkilmiş pəncərələrinə 

baxarkən,  Sibilla,  indinin  özündə  belə  mən  səndən  soruşuram:  məsələni  fırlatmağın  mənası 

varmı,  çünki  Lombar  küçəsinə  Sen-Mişel  və  O-Şanj  körpülərindən  keçərək  getmək  mənimçün 

daha rahat olardı. Dəfələrlə olduğu kimi, bu gün burada olsaydın, bunun bir mənası olduğundan 

şübhələnməzdim, ancaq sən yoxsan, odur ki, mən öz məğlubiyyətimi qəti surətdə kiçiltmək üçün 

bunu məsələni fırlatmaq kimi qəbul edirəm. İndi gödəkçəmin yaxalığını qaldıraraq sahilboyu iri 

mağazaların  yanından  keçərək  Şatleyədək  getməli,  Sen-Jak  qülləsinin  bənövşəyi  kölgəsindən 

keçib  səni  görə  bilmədiyimi  düşünə-düşünə    öz  küçəmlə  yuxarı  qalxmalıyam,  hələ  madam 

Leonini demirəm.  

Hə, günlərin bir günündə mən Parisə gəldim və bir müddət borcla yaşadım, başqalarının 

etdiyi kimi etdim, hər şeyə başqalarının baxdığı gözlərlə baxdım. Bir dəfə Şerş-Medi küçəsində 

sən  kafedən  çıxdın  və  biz  danışdıq.  O  axşam  işlər  yolunda  getmədi,  çünki  aldığım  argentinalı 

tərbiyəsi pis işıqlandırılmış vitrinlərə düzülmüş boş-boş şeylərə baxmaqdan ötrü durmadan indi 

adlarını  belə  unutduğum  küçələrin  bu  tərəfindən  o  tərəfinə  adlamağıma  mane  olurdu.  Mən 

istəmədən sənin arxanca sürünürdüm və o zaman sən mənə çox diribaş və tərbiyəsiz görünürdün. 

Sən  heç  cür  yorulmaq  bilmədiyin  şeydən  yorulanadək  arxanca  süründüm;  biz  Bul-Mişdəki 

kafeyə girdik və sən iki yağlı bulkanın arasında öz həyatının böyük bir parçasını mənə danışdın.  

Hardan biləydim ki, mənə uydurma kimi görünən bütün bunlar əsl həqiqət olacaq: gecə 

barı,  Fiqaridən  səhnəcik,  bənövşə  səbəti,  meyit  rəngində  sifətlər,  aclıq  və  künc-bucaqdakı 

kötəklər.  Sonra  inandım:  bunun  səbəbləri  vardı  və  mənim  ovcuma  baxıb  sənin  köksündəki 

yanğını  hiss  edən  və  bütün  bunları,  demək  olar  ki,  sənin  sözlərinlə  təkrar  edən  madam  Leoni 

vardı: «O, indi haradasa əzab çəkir. O, həmişə iztirab çəkib. O, çox şəndir, sarı rəngi çox sevir, 

sevimli  quşu  –  qaratoyuqdur,  sevdiyi  vaxt  –  gecədir,  sevdiyi  körpü  –  Dez-ardır».  (Tünd  şərab 

rəngində gəmi, Sibilla, biz niyə nə qədər ki gec deyildi, onunla üzüb getmədik?) 

Baxsana,  heç  düz-əməlli  tanış  olmağa  macal  tapmamış  həyat  bizi  ayırmaq  üçün  fitnə-

fəsadlar  törətməyə  başlayıb.  Sən  riyakarlıq  etməyi  bacarmırdın  və  mən  bunu  çox  tez  başa 

düşdüm: səni istədiyim kimi görmək üçün əvvəlcə gözlərimi yummalıydım və bu zaman ilk öncə 

nəsə  sarımtıl  ulduza  oxşayan  bir  şey  məxməri  jele  içində  hoppandı,  sonra  bir  saat  boyunca 

qırmızı rəngli şənlik sıçratmaları və mən yavaş-yavaş Sibillanın əvvəldən-axıradək biçimsiz və 

çəlpəşik  olan  dünyasına  girdim,  ancaq  onda  ayıdöşəyi  çiçəkləri,  Kleye  hörümçəkləri  və  Miro 

sirki, Vieyra və Silvanın kül səpilmiş aynaları vardı, elə bir dünya ki, orada sən gah top, gah da 

fikrini dəyişib fil kimi gedən şahmat atı tək hərəkət edə bilərsən. Bir vaxtlar biz kinokluba ayaq 

açmışdıq – səssiz filmlərə baxmağa; axı mən savadlı adamam, elə deyil? Amma sən, zavallı, sən 




 

10 


doğulanadək baş vermiş bu saralmış titrək ehtiraslardan, ölülərin vurnuxduğu əskimiş lentlərdən 

qətiyyən heç nə anlamırdın; ancaq qəflətən onların arasında Harold Lloyd göründü və sən birdən 

silkindin, axıra yaxın hər şeyin əla keçdiyinə qəti əmin oldun və əlbəttə, Pabst və Fris Lanq öz 

qaydasındadır.  Sənin  kamilləşmə  həvəsin,  cırıq  ayaqqabıların  və  daim  mümkün  olanı  qəbul 

etməmək  istəyin  məni  bir  az  əsəbiləşdirirdi.  Biz  Odeonun  yanında  küncdə  durub  doğranmış 

bifşteks  yeyirdik,  sonra  isə  velosipedlə  Monparnasa,  ilk  qabağımıza  çıxan  mehmanxanaya 

çapırdıq ki, özümüzü tezbazar yatağa çatdıraq. Ancaq elə olurdu ki, Port-d-Orleana çatıb bəzən 

gecəyarısı  İlanlar  Klubu  üzvlərinin  yığışıb  kor  ovsunçuyla  söhbətləşdikləri  Jurdan  bulvarının 

arxasındakı kimsəsiz yerlərlə tanış olurduq; əcəb ehtirasoyadan paradoksdur! Velosipedi küçədə 

saxlayıb  çöllü-biyabanla  yellənə-yellənə  gedirdik,  əlbəttə  ki,  arabir  dayanıb  göyüzünə  tamaşa 

etməklə,  çünki  bura  Parisdə  səmanın  yerdən  daha  qiymətli  olduğu  nadir  yerlərdəndir.  Zibil 

yığınının üstündə oturub siqaret çəkərdik və Sibilla nəvazişlə saçlarımı oxşayar, ya da heç kəsə 

məlum olmayan  axmaq bir mahnını zümzümə edər, arabir nəfəsini dərər və ya xatirələrə dalardı. 

Mənsə  əhəmiyyətsiz  şeylər  barədə  düşünərdim,  bu  metoddan  uzun  illər  öncə  xəstəxanada 

yatarkən istifadə etməyə başlamışam və getdikcə o, mənə daha xeyirli və gərəkli görünüb. Böyük 

çətinliklə,  ikinci  dərəcəli  obrazları  birləşdirməklə,  qoxuları  və  sifətləri  xatırlamağa  çalışaraq, 

nəhayət  ki,  mən  heç  nədən  1940-cı  ildə  Olavarriyada  geydiyim  qəhvəyi  rəngli  çəkmələri  əldə 

etdim.   Onların rezin dabanları  vardı, altları  isə elə  nazik  idi ki,  yağış  yağanda ürəyimdə də su 

fırçıldayırdı. Bu çəkmələrlə bağlı xatirələri yumruğunda sıxan kimi dalı öz-özünə gəlir: məsələn, 

donna Manuellanın sifəti, yaxud şair Ernesto Morroni. Ancaq onları dərhal kənara atırdım, çünki 

oyunun şərtlərinə görə, keçmişdən yalnız əhəmiyyətsiz, dəyərsiz, itmiş şeyləri götürmək olardı. 

Fikirləşəndə  ki  daha  heç  bir  şeyi  yadıma  sala  bilməyəcəyəm,  məni  titrətmə  tutdu,  hər  şeyə 

tüpürmək və əzab çəkməmək, zamanı öpüb-oxşamaq kimi sarsaq cəhddən imtina etmək arzusu 

içimi gəmirib-yeyirdi, ancaq hər şey onunla qurtardı ki, bu çəkmələrin yanında anamın Buenos-

Ayresdə mənə konserv bankasıyla içirtdiyi «Günəş çayı»nı gördüm. Və çay qaşığını, bir fincan 

dağ suyun içərisində fışıldayan qabarcıqlar buraxaraq diri-diri yanan siçanları – çay puçallarını 

tutan  çay  qaşığını.  Yaddaşımın  yalnız  Albertinanı,  yaxud  ürəyimin  və  böyrəklərimin  böyük 

ildönümünü deyil, hər şeyi saxladığına əmin olduqdan sonra Florestdəki iş masamın üzərində nə 

olduğunu,  sifəti  yadımdan  çıxan  Xekrepten  adlı  qızın  üzünü,  mənim,  beşinci  sinif  şagirdinin 

qələmdanında neçə qələm olduğunu var gücümlə xatırlamağa çalışdım və axırda qızdırmalı kimi 

huşumu  itirdim (çünki  neçə qələm olduğunu  yada sala  bilmədim,  bilirəm ki, onlar qələmdanın 

içində,  xüsusi  bölmədəydilər,  ancaq  neçə  dənəydilər  və  nə  zaman  iki,  nə  zaman  altı  dənə 

olduqlarını  heç  cür  xatırlaya  bilmədim),  bu  zaman  Sibilla  öpərək,  siqaret  tüstüsünü  və  isti 

nəfəsini  üzümə  üfürərək  məni  özümə  gətirdi  və  biz  gülüşdük,  ayağa  qalxıb  həmklublarımızı 

axtara-axtara  yenidən  zibil  yığınlarının  arasıyla  dığırlandıq.  Artıq  o  vaxt  başa  düşdüm  ki,  



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə