Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə4/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   2   3   4   5   6   7   8   9   ...   175

 

11 


axtarmaq  mənim  taleyimə  ulduzlar  tərəfindən  yazılıb,  axtarmaq  –  gecələr  evdən  məqsədsiz 

çıxanların  şüarı  və  bütün  kompasqıranlar  üçün  bəhanədir.  Biz  Sibilla  ilə  başımızı  itirənədək 

patafizikadan danışdıq, çünki onun başına (bizim görüşümüz də minlərcə digər şeylər kimi fosfor 

qədər qara oldu) saysız-hesabsız qeyri-adi, heç bir çərçivəyə sığmayan şeylər gəlib və qətiyyən 

ona  görə  yox  ki,  biz  başqalarına  xor  baxır  və  özümüzü  Maldororların  və  ya  hansısa  qeyri-adi 

sərsəri  Melmotların  içərisindən  çıxmış  sayırdıq.  Mən  elə  düşünmürəm  ki,  işıldaquş  təbiətin  ən 

fövqəladə  möcüzələrindən  biri  olduğunu  şəksiz  əsas  gətirərək  dərin  məmnunluq  hissi  keçirir, 

gəlin  fərz  edək  ki,  onun  şüuru  var,  onda  aydın  olacaq  ki,  bu  həşəratın  qarıncığı  hər  dəfə 

işıldamağa  başlayanda  qeyri-adilik  duyğusu  ona  ləzzət  edir.  Bax  Sibilla  da  həyatında  bütün 

qanunların daima  iflasa uğraması ucbatından düşmüş olduğu  həmin  fövqəladə dəyişikliklərdən 

vəcdə gəlmişdi. O, körpüyə qədəm basar-basmaz onu uçurub-dağıdanlardan, beş dəqiqə bundan 

öncə  beş  milyon  dollar  udan  lotereyanı  öz  gözləriylə  görüb,  lakin  almadığını  çığıra-ağlaya 

xatırlayanlardan idi. Mən sadə qeyri-adiliklərin başıma gəlməsinə öyrəşmişəm və val albomunu 

götürmək üçün qaranlıq otağa girəndə birdən məhz həmin albomu özünə yuva seçmiş diri, çevik 

və  nəhəng  qırxayağı  ovcumda  sıxmağımda  dəhşətli  heç  bir  şey  görməmişəm.  Ya  da,  məsələn,  

siqaret  qutusunu  açarkən  içində  boz-yaşıl  rəngdə  saman  görmüşəm,  yaxud  parovozun  fitini  elə 

vaxtda və elə tonda eşitmişəm ki, dərhal Lüdviq Vanın simfoniyasının passajına köklənmişəm, 

yaxud  da  Mediçi  küçəsindəki  ayaqyoluna  cumub  özümü  pissuara  yetirmək  istərkən  kabinadan 

çıxan kişiylə toqquşar, o da sanki, qiymətli kilsə əşyasını ovcunda sıxaraq,  bədəninin qeyri-adi 

ölçüdə və rəngdə olan ifadəolunmaz hissəsini mənə tərəf döndərər və mən başa düşərdim ki, bu 

kişi   o birinə (bəlkə də, o, başqası deyil, elə  bunun özüydü),  iyirmi  dörd saat əvvəl  Coğrafiya 

seminarında  totem  və  tabular  haqqında  məruzə  edərək  eynilə  beləcə  yumruqlarını  sıxıb 

publikaya  mərmər  çubuqlar,  liraquyruq  quşu  quyruğunun  lələyi,  ayin  sikkələri,  qeyri-adi 

vasitələrlə parçalanmış  heyvan qalıqları, dəniz ulduzları, qurudulmuş  balıqlar, kral kənizlərinin 

şəkillərini,  ovçu  qurbanları,  mumiyalanmış  nəhəng  böcək-skarabeylər  göstərən,  xanımları  cuşa 

gətirən və bu cür işlər üçün heç vaxt özünə korluq verməyən kişiyə bənzəyir.  

Bir sözlə, indi

,

  yəqin ki, Belvildə və ya Pantendə avaralanan və ayağının altına diqqətlə 



baxaraq qırmızı  cır-cındır axtaran Sibilla  haqqında danışmaq o qədər də asan deyil. Əgər tapa 

bilməsə bütün gecəni ölgün baxışlarıyla zibilxanalarda eşələnəcək: ona görə ki, qırmızı əsgini  – 

bu günahyuma, bağışlanma və ya möhlət nişanəsini tapmayacağı təqdirdə nəsə dəhşətli bir şeyin 

baş verəcəyinə əmindir. Onu yaxşı başa düşürəm, çünki özüm də əlamətlərə inanıram və hərdən 

mənim özümə də qırmızı əsgi çox lazım olur. Uşaqlıqdan inanıram ki, əgər yerə nəsə  düşdüsə, 

gərək onu qaldıram, nə olur-olsun, yox, əgər qaldırmasam, demək, mütləq bədbəxtlik üz verəcək, 

vacib  deyil  ki,  mənə,  sevdiklərimdən  kiməsə  və  kimin  ki,  adı  yerə  düşən  əşyanın  baş  hərfiylə 

başlayır.  Ən  pisi  də  odur  ki,  məni  saxlamağa  qadir  olan  güc  yoxdur,  əgər  nəsə  bir  şeyim 




 

12 


döşəməyə düşdüsə, başqa bir şeyi qaldırmağın heç bir mənası yoxdur, bu sayılmır və bədbəxtlik 

qaçılmazdır.  Bunun  üstündə  dəfələrlə  məni  axmaq  yerinə  qoyublar,  elə  mən  özüm  də  dəliyə 

dönürəm, gicbəsər kimi əlimdən düşən kağızın və ya karandaşın dalınca uçuram. Bir dəfə Skrib 

küçəsindəki işgüzar adamlarla, tülkü xəzi geyinmiş fahişələrlə və mədəni ər-arvadlarla ağzınadək 

dolu  olan  dəbdəbəli  restoranda  bir  parça  qəndin  dalınca  sürünmüşdüm.  Mən  ora  Ronald  və 

Etyenlə  getmişdim,  bir  parça  qənd  əlimdən  çıxıb  bizdən  xeyli  aralı  olan  masanın  altına 

diyirləndi.  Mən  ilk  növbədə  onun  diyirlənməsinə  diqqət  etdim,  çünki  qənd  parçası,  adətən, 

döşəməyə  düşdükdən  sonra  düzbucaqlı  olduğundan  heç  bir  yerə  diyirlənmir.  Bu  isə  naftalin 

kürəciyi  kimi  gilləndiyindən  daha  çox  qorxdum,  hətta  mənə  elə  gəldi  ki,  onu  əlimdən  dartıb 

aldılar.  Mənə  bələd  olan  Ronald  qəndin  diyirlənə  biləcəyi  ehtimal  olunan  yerə  baxdı  və 

qaqqıldayıb güldü. Bu məni daha da qorxutdu və qorxuma əsəblərimin tarıma çəkilməsi də əlavə 

olundu. Ofisiant yerə nəsə qiymətli bir şey, məsələn,  parker qələmimi, ya da taxma  dişlərimi 

saldığımı zənn edib yaxınlaşdı, ancaq o, mənə yalnız mane olurdu, odur ki, heç bir söz demədən 

döşəmənin  üzəriylə  sürünərək  məsələnin  çox  ciddi  olduğunu  düşünüb  maraqdan  çatlayan 

adamların  (insafən,  buna  əsasları  da  vardı)  ayaqlarının  altında  qənd  parçasını  axtarmağa 

başladım.  Masanın  ətrafında  bir  yekəpər  sarı  arvadla,  o  qədər  də  kök  olmayan  cantaraq  bir 

fahişə, idarə müdiri, ya da bunabənzər iki tip oturmuşdu. Hər şeydən öncə başa düşdüm ki, qənd 

heç  yerdə  yoxdur,  halbuki  onun  masanın  altında  toyuq  kimi  vurnuxan  çəkmələrin  altına 

diyirləndiyini  öz  gözlərimlə  görmüşdüm.  Bədbəxtlikdən  döşəməyə  sərilmiş  xalı  xeyli  didilib-

dağıldığından  qənd  onun  tükləri  arasında  elə  gizlənə  bilərdi  ki,  tapmaq  mümkün  olmasın. 

Ofisiant da  masanın o  biri tərəfiylə döşəməyə çökdü və  hər  ikimiz  iməkləyə-iməkləyə çəkmə-

toyuqların arasıyla sürünməyə başladıq, onların sahibləri isə masanın üstündə təzə yumurtlamış 

toyuq kimi qaqqıldayırdılar. Ofisiant hələ də yerə parker qələmi, ya da qiymətli zinət əşyasının 

düşdüyünə əmin və biz masanın altına, qarşılıqlı etimada  tam yarayan yarımqaranlığa daldıqda o 

soruşdu,  mən  də  hər  şeyi  olduğu  kimi  dedim  və  o,  üz-gözünə  elə  bir  biçim  verdi  ki,  onu 

yubanmadan fotolentə köçürmək lazım idi, mənsə güləcək durumda deyildim,  qorxudan mədəm 

deşilməyə  başlamışdı,  axırda  ümidimi  tamam  itirdim  (ofisiant  hirslə  masanın  altından  çıxdı), 

başladım  qadınların  çəkmələrindən  yapışıb  qənd  parçasını  dabanlarının  altında  axtarmağa, 

toyuqlarsa  qaqqıldaşır,  müdir-xoruzlar  belimi  dimdikləyirdilər.  Mən  Ronaldla  Etyenin 

qəhqəhələrini  eşitdim,  ancaq  özümü  saxlaya  bilməyib  İkinci  imperiya  üslubundakı  kürsünün 

ayağının  dalında  gizlənmiş  qəndi  tapanadək  bu  masanın  altından  o  birinə  süründüm.  Ətrafda 

hamı özündən çıxmışdı, mən özüm də cinlənmişdim, ovcumda sıxdığım qənd parçasının tərimlə 

necə qarışdığını  və  iyrənc şəkildə əriyib ovcuma  yapışdığını, sanki,  məndən qisas aldığını  hiss 

edirdim. Bax belə şeylər mənim başıma çox gəlib.   



(– 2) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə