Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə7/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   2   3   4   5   6   7   8   9   10   ...   175

 

17 


Yuxusuz  gecə  ərzində  üçüncü  siqaret  yatağın  kənarında  oturmuş  Horasio  Oliveyranun 

ağzını  yandırdı;  o,  yanında  yatmış  Sibillanın  saçlarını  iki  dəfə  yavaşca  tumarladı.  Bazar  ertəsi 

dan  yeri  təzəcə  ağarırdı,  bütün  bazar  günü  və  axşamı  onlar  heç  bir  yerə  getməmişdilər,  kitab 

oxumuş, val dinləmiş, növbəylə ayağa qalxıb qəhvə, yaxud çay dəmləmişdilər. Qaydnın kvarteti 

bitər-bitməz  Sibilla  yuxuya  getmişdi,  daha  qulaq  asmaq  istəməyən  Oliveyra  isə  yatağından 

qalxmadan patefonu söndürmüşdü; val bir neçə dövrə vursa da, heç bir səs çıxarmamışdı. Allah 

bilir niyə, bu səfeh inersiya onu bəzən həşəratların və uşaqların etdiyi faydasız hərəkətlər barədə 

düşünməyə  sövq  etdi.  O,  yata  bilmirdi,  odur  ki,  açıq  pəncərədən  bəzən  skripkaçının  gecə 

yarısınadək  öz  skripkasını  cüyüldətdiyi  qarşı  mansardaya  baxaraq  siqaret  çəkirdi.  Hava  isti 

olmasa  da,  Sibillanın  bədəni  onun  ayağının  sağ  böyrünü  qızdırırdı,  o  irəlidə  uzun  gecənin 

olduğunu düşünüb dala çəkildi. 

O, özünü  yaxşı  hiss edirdi, çünki  həmişəki kimi  Sibilla  ilə  bir-birini təhqir etmədən  və 

çığırıb-bağırmadan  hər  şeyə  nöqtə  qoymaq  barədə  razılığa  gəlmişdilər.  Eniylə  uzunu  bir  olan 

qırmızıyanaq  vəkil  qardaşından  təyyarə  poçtuyla  gələn  məktub  ona  təsir  etməmişdi;  o, 

Oliveyranın  nahaq  yerə  qədrini  bilmədiyi  qardaşlıq  və  vətəndaşlıq  vəzifələri  haqqında  dördcə 

səhifə yazmışdı. Məktub deyildi e, qızıl parçasıydı və Oliveyra dostlarının da həzz alması üçün 

onu divara yapışdırdı. Məktubdakı yeganə qiymətli məqam qardaşının ona qara bazarın kursuna 

uyğun  pul  göndərməsiylə  bağlı  bildiriş  barədə  məlumat  verməsiydi.  Qardaşı  bunu  nəzakətlə 

«komisyon»  köçürməsi  adlandırırdı.  Oliveyra  düşündü  ki,  bu  pula  çoxdan  oxumaq  istədiyi 

kitabları alar  və üç  min  frank da Sibillaya  verər  – qoy,  nə  istəyir alsın,  istəyir  lap təbii ölçülü 

oyuncaq fil alsın və Rokamaduru heyrətləndirsin. Səhərlər o, qoca Truyanın yanına gedib Latın 

Amerikasından  gələn  korrespondensiyanı

 

yerbəyer  etməliydi.  Evdən  çıxıb  harasa  getmək, 



nəyləsə məşğul olmaq, nəyisə yerbəyer etmək yatmağa kömək etmirdi. Yerbəyer etmək – bu nə 

sözdür?    Etmək.  Nə  isə  etmək,  yaxşılıq  etmək,  çiş  etmək,  iş  gözləyə-gözləyə  bekarçılıqla  baş 

girləmək,  hara  fırladırsan-fırlat,  hər  yer  işdir.  Lakin  hər  bir  fəaliyyətin  arxasında  etiraz  vardı, 

çünki  hər  cür  fəaliyyət  -dan,  -dən  –  dən  başlayıb,  -a,  -ə  –  də  qurtarmaq,  ya  da  nəyinsə  yerini 

dəyişmək deməkdir, yəni o artıq orada deyil, buradadır, yaxud başqa bir evə girməməyin və ya 

girməyin  əksinə  bu  evə  girmək  lazımdır  –  başqa  sözlə,  hər  cür  əməl  hesab  edir  ki,  nəsə  hələ 

yoxdur, nəsə hələ edilməyib  və bunu etmək olardı,  məhz  buna görə də nəyinsə daimi  və aşkar 

qüsurunun,  varlığın  əskiklyinin  və  ya  olmamasının  əleyhinə  səssiz  etiraz.  Düşünmək  –  guya, 

ağzınadək  doldurmağa  qadir  əməldir,  yaxud  guya,  həyat  deyilməyə  layiq  olan  nəsnə  elə 

əməllərin cəmidir,  moralistin

 

arzusu kimi  başqa  bir aləmdir. Ən  yaxşısı, ümumiyyətlə,  bundan 



imtina  etməkdir,  çünki  fəaliyyətdən  imtina  etirazın  maskası  yox,  xalis  etirazdır.  Oliveyra  bir 

siqaret də yandırdı və qımışdı – onun hərəkəti minimal olmasa da, o bunu etdi. O, səthi analizlə 

məşğul  olmaq  istəmirdi  –  mücərrədliyi  və  filoloji  fəndləri,  demək  olar  ki,  həmişə  kənara 



 

18 


qoyurdular. İndi yeganə düzgün olan şey mədənin girişində heç nəyin yaxşı olmadığı və demək 

olar ki, heç vaxt yaxşı olmadığıyla bağlı şübhəni  fiziki baxımdan duyan ağırlığı hiss etməkdir. 

Qorxulu heç bir şey yoxdur, sadəcə, o, kollektiv hərəkətlərin fırıldaq olduğunu qəzəbli tənhalıq 

kimi  lap  çoxdan  rədd  etmişdi.  Bunlardan  sonra  adamlar  radioaktiv  izotopları  və  ya  Bartolome 

Mitrenin prezidentlik dövrünü öyrənməyə cumurlar. Onun gənclik illərindən bəri seçdiyi bir şey 

vardısa  da,  bu,  hansısa  «mədəniyyətin»  sürətlə  və  acgözlüklə  udulması  sayəsində  müdafiə 

olunmamaq, əsas etibarilə Argentina orta sinfinə xas olan və öz bədənini milli və digər istənilən 

gerçəklikdən oğurlamağı  hədəf seçən tryuk  və onun qidalandığı  boşluqdan  sənin qurtulduğunu 

hesab  etməkdir.  Bəlkə  də,

 

bu,  dostu  Trevelerin  təbirincə,  xüsusi  sistemə  salınmış  dəliliyin 



təzahürüdür və onu fariseylərin cəmiyyətinə (onun bir çox dostları könüllü olaraq bu cəmiyyətin 

fəal  üzvləriydi)  üzv  olmaqdan  qurtardı;  cəmiyyətin  üzvü  olmaq  hər  hansı  fəaliyyət  üzrə 

ixtisaslaşmaqla  bütün  problemlərdən  uzaqlaşmağa  imkan  verirdi,  buna  görə  də,  sanki

,

  ələ 



salınaraq  ən  yüksək  Argentina  rütbələriylə  təltif  olunurdular.  Buna  baxmayaraq,  ona,  məsələn,  

sən  argentinalısan,  ya  eskimos  kimi  tarixi  problemləri  fəaliyyət  seçimi  və  ya  ondan  imtina 

problemiylə  qarışdırmaq  qeyri-düzgün  və  çox  asan  görünürdü.  O,  həyatda  kifayət  qədər 

yaşamışdı və artıq anlamağa başlamışdı ki, başqalarının fikriylə oturub-durduğundan obyektivin 

qiymətləndirilməsində  subyektivin  əhəmiyyəti  əvvəllər  daim  onun  gözündən  yayınmışdı. 

Məsələn,  Sibilla  insanın  fizionomiyasının  təəssüratlara  (bu  təəssüratları  onda  tarixi-sosial 

ideyalar,  yaxud    krito-miken  mədəniyyəti  formalaşdırırdı),  əlinin  formasının  isə  hökmən 

duyğulara  (bu  duyğuların  sahibi  onları  Girlandayoya  və  Dostoyevskiyə  münasibətdə  sınaqdan 

keçirə  bilər) birbaşa təsir göstərdiyini  hesab edən azlığa  mənsub  idi. Və Oliveyra etiraf etməyə 

hazır  idi  ki,  onun  qan  qrupu  möhtərəm  əmiləriylə  keçirdiyi  uşaqlığı,  yeniyetməlik  dövründə 

cavabsız  qalan  sevgi  duyğuları  ilə  birlikdə  olub  və  onun  asteniyaya  meylliliyi  ilə  bərabər 

dünyagörüşünün  formalaşmasında  mühüm  əhəmiyyətli  faktora  çevrilə  bilər.  O,  orta  sinfə 

mənsub  idi,  əslən  Buenos-Ayresliydi  və  dövlət  məktəbində  oxumuşdu  –  belə  şeylər  isə  izsiz 

ötüşmür.  Bəla  burasındaydı  ki,  öz  görüşlərinin  hədsiz  milli  məhdudluğundan  qorxaraq,  o, 

nəhayət, bütün «hə»ləri və «yox»ları tərəzinin gözlərində, sanki, tarazlıq mərkəzindən baxaraq, 

diqqətlə  «çəkməyə»  və  olduqca  böyük  əhəmiyyət  verməyə  başladı.  Parisdəki  hər  şeydə  o, 

Buenos-Ayresi  görürdü  və  əksinə;  məhəbbəti  nə  qədər  bölünsə  də,  əzab  çəkərək  bu  itkiyə  və 

unutqanlığa  hörmətlə  yanaşırdı.    Bu  cür  davranış  öldürücü  dərəcədə  əlverişli,  hətta  asan  idi, 

çünki  tədricən  refleksə  və  texnikaya  çevrilir  (uzaqbaşı)  və  iflic  olmuş  adamın  qorxunc-parlaq 

fikirlərini,  yaxud  gözəl-səfeh  atletin  cahilliyini  xatırladırdı.  O  artıq  həyatla  filosofsayağı  və 

clochard

1

 



kimi  ağır-ağır  addımlamağa  başladı  və  irəli getdikcə özünüqoruma  instinktinə  həyati 

vacib ehtirasları məhdudlaşdarmaq üçün daha çox izin verdi; o, qəti əmin idi ki, aldanmaqdansa 

                                                

1

 



 Аваралар (фран.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə