Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə8/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   4   5   6   7   8   9   10   11   ...   175

 

19 


həqiqəti  dərk  etməmək  daha  yaxşıdı.  Fəaliyyətsizlik  mötədil  ruhi  tarazlıq,  bir  yerə  yığılmış 

dağınıqlıqdır.  Oliveyra  üçün  ən  vacibi  bu  mənzərədə  Tupak  Amarunun  torpaqlarının 

bölüşdürülməsində olduğu kimi ruhun varlığını itirməmək və bu zaman ətrafında hər gün bütün 

mümkün  sifətlərdə  təntənəli  surətdə  elan  edilən  miskin  eqosentrizmə  (kreolosentrizmə, 

subursentrizmə, kultursentrizmə, folklorsentrizmə) yuvarlanmamaq  oldu. Hələ on yaşında ikən 

günlərin  bir  günündə  parasio  ağacları  əmilərini  və  onların  tarixi-siyasi  mövzuda  çoxmənalı 

nəsihətlərini  öz  adda-budda  gölgəsi  altına  alanda  o,  ilk  dəfə  «Mən  sizə  deyirəm!»  kimi 

yumruğun  masaya  vurulmasıyla  müşayiət olunan  (bu, qəzəbli təsdiqə  xidmət edirdi)  xarakterik 

ispan-italyan-argentinalı nidalarına qorxa-qorxa etirazını bildirdi. 

«Glieco dico io!»

4

,

 «Mən sizə 



deyirəm,  lənət  şeytana!»  Bu  o  deməkdir  ki,  «mən»  çox  dəyərliyəm»  –  Oliveyra  düşünməyə 

başladı. – Bu «mən» bu böyük dünyada hansı çoxbilmişliyi təsdiq edə bilərdi?» On beş yaşında 

anladı ki, «mən bir şeyi bilirəm ki, heç nə bilmirəm»; və bu açıqlamanın ardınca gələn baldırğan 

zəhəri tamamilə labüd göründü, həqiqətən də insanlara «mən sizə deyirəm» kimi çağırış etmək 

cəzasız  qala  bilməz  axı.  Sonradan  o,  məmnuniyyətlə  əmin  oldu  ki,  mədəniyyətin  ən  yüksək 

formalarına nüfuz, həmçinin biliyə və ağıla əsaslanan inam təsir göstərir. «Mən sizə deyirəm» də 

eləcə. Ancaq bunu deyənlər tərəfindən pərdələnmiş və qəbul edilməmiş olsa belə, «mən həmişə 

düşünmüşəm»,  yaxud  «əgər  mən  nəyəsə  inanıramsa  da»  və  yaxud  «aydındır  ki»  kimi  səslənə 

bilərdi  və  demək  olar  ki,  heç  vaxt  əks  fikri  ehtiva  edən  soyuq  mühakimə  kimi 

dəyərləndirilməzdi.  Lap  insan  cinsi  kimi  dözüm,  ağıllı  şübhələr,  duyğularda  tərəddüdetmə 

yoluyla  həddindən  artıq  irəliləməsinə  yol  vermədən  individumu  diqqətlə  izləyərdi.  Müəyyən 

məqamda  həm  qabar,    həm  skleroz,  həm  də  tərif  yaranıb:  qara,  yoxsa  ağ,  radikal,  yoxsa 

konservator,  homo,  yoxsa  geteroseksual,  bədii,  yaxud  mücərrəd,  «San-Lorenso»,  yaxud 

«Bokayuniors», ətli, yaxud vegeterian, kommersiya, yaxud poeziya.  Tamamilə doğrudur, çünki 

insan  cinsi  Oliveyra  kimi  tiplərə  bel  bağlaya  bilməz;  qardaşının  məktubu  da  məhz  bu 

qəbuledilməzliyi ifadə edirdi.  

«Bəla  burasındadır  ki,  –  o  düşündü,  –  bütün  bunlar  labüdən  bir  şeyə  gətirib  çıxarır: 

«animula  vagula  blandula»

2

.

  Nə  etməli?  –  onun  yuxusuzluğu  da  elə  bu  sualdan  başladı.  – 



Oblomov, 

cosa  facciamo?

3

  Tarixin  böyük  səsləri  hərəkətə  keçməyə  vadar  edir: 



«Hamlet, 

revenge!»

4

 İntiqam almalıyıq, Hamlet, yoxsa çippendeyl kreslosu, şap-şaplar və köhnə buxarıyla 



kifayətlənəcəyik? Suriyalı  hər şeydən sonra, bildiyimiz kimi, Marfanı  biabırçı  şəkildə təriflədi. 

Sən  Arcunanı  döyüşə  çağıracaqsan,  qorxaq  kral?  Mübarizə  xətrinə  mübarizə,  daim  təhlükədə 

yaşamaq,  epikürçü  Mariyanı,  Riçard  Hillarini,  Kionu,  T.E.  Lourensi…    yada  sal.  O  kəs 

                                                

4

 

 Мян сизя дейирям! (ит.) 



2

 

 «Цряйим, эюзял сярсяри гыз» (лат.) 

3

 



 Ня етмяли? (ит.) 

4

 



 Щамлет, интигам ал! (инэ.) 


 

20 


xoşbəxtdir ki, özü seçir, gözəl qəhrəmanların, müqəddəslərin onu seçməsinə izn verir, həqiqətdə 

isə onlar gerçəklikdən rahatlıqla qaçırlar». 

Bəlkə də, elə belədir. Məgər yox? Ancaq onun nəzər nöqtəsi üzümə baxan tülkününküylə 

eynidir.  Bəlkə,  onun  öz  əsasları  var,  ancaq  onlar  da  qarışqanın  cırcıramaya  söylədikləri  kimi 

xırda  və  miskindir.  Şüur  aydınlığının  fəaliyyətsizliyə  aparması  şübhəli  deyilmi,  bunun  içində 

xüsusi bir şeytan korluğu yoxdur ki? Barıt anbarıyla havaya uçan cəsur və səfeh döyüşçü Kabral, 

şan-şöhrət qazanan igid əsgər – yüksək idealları, absolyuta ani yaxınlaşmanı özləri də bilmədən 

belələri  müəyyən  etmirmi  (çavuşdan  hansı  şüurluluğu  tələb  etmək  olar)?  Bununla  müqayisədə 

adi  bəsirətin,  şüurun  kabinet  məntiqinin  gecə  saat  üçdə  yatağın  kənarında  ağzında  siqaret 

oturduğun zaman yanına gəlməsi torpaq köstəbəyinin kəşfindən az əhəmiyyət kəsb edir. 

O,  öz  fikirlərini  artıq  oyanmış  və  əlində  bürmələnmiş  qalac  yuxulu-yuxulu  xoruldayan 

Sibilla ilə bölüşdü. Sibilla gözlərini açıb fikrə getdi. 

–  Sən,  sadəcə,  bacarmazdın,  –  o  dedi.  –  Sənin  beynin  səhərdən  gecə  yarısınadək  baş 

sındırmağa, düşünməyə hazırdır, ancaq iş görmək sənlik deyil. 

– Mən o prinsipdən çıxış edirəm ki, fikir fəaliyyətdən əvvəl gəlməlidir, ay axmaq. 

– Prinsipdən, – Sibilla dedi, – çox mürəkkəbdir. Sən muzeydəki şəkillərə

,

 sanki


,

 nəzarətçi 

kimi baxırsan. Mən demək istəyirəm ki, şəkillər oradadır, sənsə muzeydəsən, həm yaxınsan, həm 

də uzaq. Mən səninçün şəkiləm, Rokamadur  – şəkildir. Etyen – şəkildir və bu otaq da şəkildir. 

Sənə elə gəlir ki, otaqdasan, ancaq sən  burada deyilsən. Sən bu otağa baxırsan, özünsə  burada 

deyilsən. 

– Sən, qızım, hətta müqəddəs Fomanı da zir-zibillə qarışıq sala bilərsən, – Oliveyra dedi. 

– Niyə  müqəddəs  Fomanı?  – Sibilla soruşdu.  – İnanmaq üçün  hər  şeyi görmək  istəyən 

əbləhi deyirsən? 

– Özüdür ki var, əzizim, – Oliveyra dedi və düşündü ki, əslində, Sibilla haqlıdır. Bəxtəvər 

gözüylə  görmədiklərinə  də  inanmağa  hazırdır.  O,  həyatın  fasiləsiz  prosesiylə  bir  vəhdət  təşkil 

edir.  Necə  də  xoşbəxtdir,  bu  otaqdadır,  toxunmaq  istədiyi  hər  şeyə  tam  ixtiyarı  var  və  axınla 

üzən balıq, ağacdakı yarpaq, göydəki bulud, şeirdəki obraz da onunla birlikdədir. Balıq, yarpaq, 

bulud, obraz – elədir ki var, məgər yalnız bu… 

 

(–84) 

 

 

Onlar  hansısa  «clochard»ın  ifadə  etdiyi  kimi,  gecənin  əlamətlərinə  boyun  əyərək  və 



yolları  sayaraq,  qaranlıq  küçənin  dərinliyindəki  çardağın  pəncərəsinin  titrək  işığında  əfsanəvi 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə