Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə9/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   5   6   7   8   9   10   11   12   ...   175

 

21 


Parisin  küçələrini  dolaşmağa  başladılar;  xəlvəti  yerlərdəki  balaca  meydançalarda  skamyalarda 

oturub  öpüşdülər,  ya  da  yerə  çəkilmiş  xana-xana  damalarına  baxdılar  –  uşaqların  bir  ayaq 

üstündə  hoppana-hoppana  damadan-damaya  keçməklə  daşı  Göyüzünədək  vurub  aparmaqdan 

ibarət sevimli oyunu. Sibilla Montevideodan olan rəfiqələri, uşaqlıq  illəri,  hansısa  Ledesma  və 

atası haqqında danışırdı. Oliveyra söhbətin maraqsız olduğuna bir qədər heyifsilənərək könülsüz 

qulaq asırdı; Montevideo, ya da Buenos-Ayres – nə təfavütü var ki, indi ona bu şəhərlərlə hələlik 

kövrək  olan  ayrılığını  möhkəmlətmək  lazım  idi  (görəsən,  avaralıqdan  yorulub-usanmayan 

Treveler  indi  neynir,  onun  gedişindən  sonra  hansı  böyük  bəlalara  düçar  olub?  Bəs  zavallı 

Xekrepten  necədir,  mərkəzi  küçələrdəki  kafelərdə  nələr  baş  verir?),  ona  görə  də  qaşqabağını 

sallayıb qulaq asır və çubuqla daş döşəmənin üzərində nəsə cızırdı,  bu zaman Sibilla Çempenin 

və  Qrasilanın  niyə  yaxşı  qızlar  olduğunu  və  Lusiananın  onu  paroxoda  niyə  yola  salmağa 

gəlmədiyini izah edirdi. Lusiana snobdur, ona görə də ondan zəhləsi gedir. 

– Necə yəni snobdur, bu nə deməkdir? – Oliveyra maraqla soruşdu. 

–  Necə  başa  salım,  –  Sibilla  cavab  verdi  və  başını  aşağı  elə  əydi  ki,  sanki

,

 

sarsaqlayacağını qabaqcadan hiss etmişdi, – mən üçüncü dərəcəli kayutda gedəcəkdim, ikincidə 



getsəydim, əminəm ki, gələrdi. 

– Ömrümdə bundan yaxşı qiymətləndirmə eşitməmişəm, – Oliveyra dedi. 

– Bundan başqa, mən Rokamadurla birlikdəydim, – Sibilla dedi. 

Beləliklə,  Oliveyra  Montevideoda  Karlos  Fransisko  kimi  tanınan  Rokamadurun  varlığı 

haqqında  xəbər  tutdu.  Sibilla  Rokamadurun  mənşəyi  barədə  ətraflı  məlumat  vermək  istəmirdi, 

ancaq onu demişdi ki, vaxtında abort etməkdən imtina edib, indisə peşmandır.  

–  Nəinki  peşmanam,  nə  edəcəyimi  belə  bilmirəm.  Madam  İren  çox  bahacıldır,  mənsə 

musiqi dərsləri almalıyam, bir sözlə, bütün bunlar çox baha başa gələcək.  

Sibilla Parisə niyə gəldiyini o qədər də dəqiq bilmirdi, ancaq Oliveyra bilirdi ki, turizm 

agentliyində  biletlə  və  ya  vizayla  bağlı  balaca  bir  dolaşıqlıq  baş  versəydi,  Sibilla  eyni 

müvəffəqiyyətlə  Sinqapurda  və  ya  Keyptaunda  da  lövbər  sala  bilərdi.  Əsas  məsələ  – 

Montevideodan uzaqlaşmaq və onun təvazöylə Həyat adlandırdığı şeyə baş vurmaqdı. Parisin ən 

böyük  üstünlüyü  ondaydı  ki,  o,  fransızca  (

more  Pitman

1

)  çox  yaxşı  bilirdi  və  burada 



muzeylərdəki  ən  yaxşı  rəsmlərə,  filmlərə  baxmaq  olardı.  Bir  sözlə, 

Kultur


2

  ən  yüksək 

formadaydı.  Bu  cür  həyat  proqramı  Oliveyranı  yumşaldır  (baxmayaraq  ki,  Rokamadur  onu 

yetərincə  xoşagəlməz  şəkildə  soyudurdu)  və  ona  dəbdəbə  vurğunu,  lakin  planetar  vüsətli 

metafizik  səylərinə  rəğmən,  qətiyyən  La-Platanın  hüdudlarından  kənara  çıxmaq  iqtidarında 

olmayan bəzi buenos-ayresli rəfiqələrini xatırladırdı. Bu yaramaz isə qucağında uşaq cibində bir 

                                                

1

 

 Питман цсулу иля (лат.) 

2

 



 Мядяниййят (алм.) 


 

22 


qəpiyi  olmadan  paroxodun  üçüncü  dərəcəli  kayutuna  oturub  Parisə  nəğmə  dərsi  öyrənməyə 

gəlib. Bu azmış kimi Sibilla ona baxmaq və görmək öyrətmişdi; öyrətdiyinin fərqində olmadan 

o, qəfildən küçənin ortasında dayanıb heç kəsin olmadığı boş qatara soxulmağı xoşlayardı, sonra 

isə  yaşıl  parıltı,  işıq  və  qapıçı  qadını  hirsləndirməməkçün  yavaşca  sivişib  bəzən  balaca 

heykəlciklərin,  yaxud  sarmaşıq  dolaşmış  quyunun  olduğu,  ya  da  qırmızı  plitəli  sürtülmüş 

döşəmədən başqa heç bir şeyin olmadığı, divarları kif basmış, saatsaz lövhəsi asılmış, küncdəki 

kölgədə bir qocanın büzüşüb yatdığı və mütləq zamanın və günəşin qızdırdığı plitə döşəmələrin 

sahibləri  olan,  Sibillanın  qarınlarını  qıdıqladığı,  səfeh  və  sirli  dillərində  danışaraq  görüş  təyin 

etdiyi, nəsə tövsiyə etdiyi və nə barədəsə xəbərdarlıq etdiyi daimi dostlarının  – 

minouche, piş-

piş, myau-myau, kitten, katt, chat, cat, gatto

1

  boz, ağ, qara pişiklərin olduğu böyük daxili həyətə 



girərdi.  Bəzən  Sibilla  ilə  avaralanan  Oliveyra  özü  özünə  təəccüblənərdi  –  pivə  dolu  stəkanı 

demək  olar  ki  daim  aşıran,  ofisiantı  hirsləndirməkçün  ayağıyla  ona  badalaq  quran  Sibillaya 

hirslənməyin  nə  adı  vardı.  Ancaq  hər  şeyi  baş-ayaq  etməklə  daim  onu  hirsləndirməsinə 

baxmayaraq,  Sibilla  xoşbəxt  idi:  o,  böyük  məbləğdə  pulun  tamamilə  fərqinə  varmaya  bilər  və 

əksinə, bu məbləğin sonunun «3» kimi kiçik bir rəqəmlə bitməsinə hədsiz sevinə bilər, bəzən də 

küçənin ortasında donub qalar («reno» iki metrlikdə dayandı və sürücü başını pəncərədən bayıra 

çıxararaq  pikardiya  ləhcəsində  onu  yağladı),  sadəcə  olaraq,    oradan,  küçənin  ortasından 

Panteonun necə göründüyünə baxmaq istəyirmiş, çünki o, buradan daha gözəl görünürdü, nəinki 

səkidən.  Və bu qəbildən başqa şeylər.  

O zaman Oliveyra artıq Perikonu və Ronaldı tanıyırdı. Sibilla onu Etyenlə tanış etmişdi, 

Etyen  isə  onları  Qreqoroviusa  calamışdı;  beləliklə,  Sen-Jermen-de-Predə  İlanlar  Klubu 

yaranmışdı.  Hamı,  kim  olursa  olsun,  Sibillanı  təbii  qəbul  edirdi.  Buna  baxmayaraq,  onun 

hərəkətlərinə  əsəbləşirdilər  də,  çünki  ona,  demək  olar  ki,  haqqında  danışdıqları  hər  şeyi  izah 

etmək  lazım gəlirdi, onun  boşqabındakı  yeməyin  də  yarısı daim  müxtəlif  istiqamətlərə uçurdu, 

yalnız  ona  görə  ki,  o,  çəngəl-bıçaqdan  lazımi  qaydada  istifadə  edə  bilmir,  nəticədə  kartof 

qızartması  qonşu  masada  oturanların  saçlarında  yerini  rahatlayırdı  ki,  buna  görə  üzr  istəmək, 

Sibillanı  isə  fərsizliyinə  görə  danlamaq  lazım  gəlirdi.  Yoldaşlarının  arasında  o,  özünü  birtəhər 

aparırdı,  Oliveyra  onun  Klub  dostlarının  hər  biriylə  ayrılıqda  ünsiyyət  qurmasını  görürdü.  O, 

küçədə Etyen və ya Bəpslə gəzişir, onları öz dünyasına cəlb edirdi, bunu arzulamasa da, edirdi. 

O belə insan idi və istədiyi yalnız bir şeydi: adət halını almış ətalətdən çıxmaq, nə olursa-olsun, 

avtobusdan, tarixdən çıxmaq istəyirdi, ancaq necə olsa da, hər addımda onu söyüb-yağlasalar da, 

Klubdakıların hamısı Sibillaya minnətdar idi. Sibilla köpək, ya da poçt qutusu kimi özündənrazı 

Etyenin  yeni  rəsmlərinə  baxıb  növbəti  dəfə  sarsaqlayanda  o,  kağız  kimi  ağarır,  hətta  Periko 

                                                

1

 

 Пишик баласы, пишик (инэ., исвеч, фр., ит.) 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə