Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə48/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   44   45   46   47   48   49   50   51   ...   175

 

10



otağı  bulamamağın  necə  öyrədildiyini  bilirsən.  Burnuna  vururlar.  Bəs  donuza  yerdombalanı 

yeməməsini necə öyrədirlər? Ağacla burnuna ilişdirirlər, dəhşət. Mənə elə gəlir ki, Paskal burun 

problemi üzrə nəhəng alim olub, onun Misirlə bağlı məşhur fikrini yada salmaq kifayətdir.  

– Paskal? – Sibilla dedi. – Nə deyib ki, Misirlə bağlı? 

Qreqorovius  köks  ötürdü.  O,  bir  şey  soruşan  kimi  hamı  köksünü  ötürürdü.  Horasio  da 

həmçinin,  xüsusilə  də  Etyen,  o,  sadəcə,  ah  çəkməklə  kifayətlənmir,  fısıldayır,  fınxırır,  hətta 

gicbəsər  də  deyirdi.  «Mən  necə  də  avamam  –  lap  bənövşəyiyədək»,  –  Sibilla  təəssüflə 

düşünürdü.  Hər  dəfə  öz  suallarıyla  birini  şoka  salanda  ona  elə  gəlirdi  ki,  bir  anlığa  bənövşəyi 

buludun içinə girib. Dərindən nəfəs almalı olurdu ki, bənövşəyi buludun içindən çıxsın, bulud isə 

bənövşəyi  balıqların  ətrafına  yayılır,  saysız-hesabsız  bənövşəyi  romblara  parçalanır,  Positos 

çölündə  uçan  ilanlara,  yayda  dəniz  sahilində  günəşə  baxanda  gözlərimiz  önündə  əmələ  gələn 

bənövşəyi  ləkələrə  çevrilir,  günəşin  adı  isə  «Ra»dır  və  Paskal  kimi  o  da  misirlidir. 

Qreqoroviusun ahları ona, demək olar ki, təsir  etmədi, Horasiodan sonra onun suallarına cavab 

olaraq  kim  nə  qədər  ah  çəksə  də,  onu  həyəcanlandıra  bilərdimi?!  Ancaq  buna  baxmayaraq, 

bənövşəyi ləkələr bir anlıq da olsa göründü, ağlamaq istədi, ancaq bu bir an – siqaretinin külünü 

çırpanadək çəkdi. Bu, döşəmədə xalça olsaydı, onları yandırıb zay edərdi.  

 

(–141) 

 

26 

 

– Əslində, – Qreqorovius dedi, – Paris nəhəng bir metaforadır. 



– O, barmağıyla qəlyanını tıqqıldadıb tütünü əzdi. Sibilla artıq ikinci siqaretini yandırıb 

yenidən  oxumağa  başlamışdı.  Elə  yorulmuşdu  ki,  hətta  cümlələri  başa  düşməyəndə  də 

əsəbiləşirdi. Ancaq Qreqoroviusun gözlədiyinin əksinə, sual verməyə tələsmədiyindən özü izahat 

verməyə  məcbur olurdu. Sibilla uzaqdan qulaq asırdı, otağı cənginə alan tüstü və qaranlıq ona 

yardım edirdi. O,  ayrı-ayrı rabitəsiz  frazalar  eşitdi,  bir  neçə dəfə Horasio, onun qəlbinə  hakim 

olan ixtilaf, Klubun bütün üzvlərinin Paris küçələrində məqsədsiz gəzintiləri, nəsə bir məna kəsb 

edə biləcək  bütün  bunlara  inam üçün  səbəb  və dəlillər  xatırlandı. Bəzən Qreqoroviusun dediyi 

fraza  qaranlıqda  birdən-birə  yaşıl  və  ya  ağ  fiqurlar  çəkirdi:  bu  gah  Atlan,  gah  da  Estev  olur, 

sonra  hansısa  səs  fırlanmağa  başlayır,  daha  sonra  yumulur  və  böyüyərək  ya  Manessye,  ya  da 

Vifredo Lam, yaxud Pyober, yaxud da Etyen və ya Maks Ernst olurdu. Gülməliydi, Qreqorovius 

deyirdi: 

«

…budur  elə  hey  bu  Babil  yolları  görünür,  necə  deyim,  deməli…



»

  –  Sibilla  isə 

sözlərdən  Deyrol,  Bisyer  doğduğunu  görürdü,  ancaq  Qreqorovius  artıq  empirik  ontologiyanın 

lazımsızlığı  haqqında  danışmışdı,  ancaq  bu  birdən-birə  Fridlender,  yaxud  zərif  Viyon  olub 




 

10



qaranlığı dəlir və onu titrəməyə məcbur edirdi, empirik ontologiya, mavitəhər, sanki

,

 tüstüdən və 



çəhrayı, empirik, açıq-sarı, ağ qığılcımların parladığı dərinlik.  

– Rokamadur yatdı, – Sibilla külü çırparaq dedi. – Mən də bir az yatsam, pis olmaz. 

– Bu gün, məncə, Horasio gəlməyəcək. 

– Haradan biləsən. Horasio pişik kimidir, bəlkə də, haradasa döşəmənin üzərində, qapının 

altında oturub, bəlkə də, qatarla Marselə gedir. 

– Mən qala bilərəm, – Qreqorovius dedi. – Siz yatın, mən Rokamadura baxaram.  

– Mənim heç yuxum gəlmir. Siz danışırsınız, mənimsə gözümə havada elə hey cürbəcür 

şeylər  görünür.  Siz  dediniz  ki:  «Paris  –  nəhəng  bir  metaforadır»,  mənimsə  gözlərimin  önündə 

Suqay nişanı kimi bir şey peyda oldu, qırmızı və qara. 

– Mən Horasio barədə düşünürdüm,  – Qreqorovius dedi.  – Qəribədir, son zamanlar elə 

dəyişib ki, onu tanımaq olmur. Yəqin

,

 hiss etmirsiniz, çünki ona çox yaxınsınız və bu dəyişikliyə 



görə ciddi şəkildə günahkarsınız. 

– Nəhəng metafora nə deməkdir? 

–  İndi  onun  olduğu  vəziyyətdə  olanlar  qaçmağa  yol  axtarırlar  –  bu,  vodu  ayini  də  ola 

bilər, marixuana da,   Pyer Bulez və ya Tingelinin rəssam maşınları da. O başa düşür ki, Parisin 

harasındasa  –  onun  günlərindən  və  ya  əcəl  günlərindən  birində  –  görüşlərin  birində  onun 

axtardığı,  dəli  kimi  axtardığı  açar  gizlənir.  Əslində,  o,  hansı  açarı  axtardığını  bilmir,  hətta  bu 

açarın mövcudluğundan da xəbəri yoxdur. O yalnız onun konturlarını və sifətini görür; mən bu 

mənada metaforadan danışıram. 

– Bəs siz niyə Horasionun dəyişdiyini düşünürsünüz? 

–  Qanunauyğun  sualdır,  Lusia.  Mən  Horasio  ilə  tanış  olanda  onu  intellektual-diletant 

kimi  qiymətləndirirdim,  başqa  sözlə,  peşəkar  kimi  deyil,  həvəskar  intellektual  kimi.  Siz  orada 

beləsiniz, deyilmi? Öz vətəniniz Matu-Qrosda. 

– Matu-Qros Braziliyadadır. 

– Bir sözlə, Parana sahillərində. Çox ağıllı, maraqlı, hər şeydən xəbərdar. Bizdən qat-qat 

çox.  İtalyan  və  ingilis  ədəbiyyatından  da  başınız  çıxır.  İspanların  «qızıl  əsri»,  yaxud  fransız 

ədəbiyyatı isə dilinizdən düşmür. Horasio da belədir, ilk baxışdan bəlli olur. Qəribədir, bu qədər 

qısa zamanda o necə də dəyişilib. Kobudlaşıb, ona baxmaq kifayətdir. Hələ tam qabalaşmayıb, 

ancaq ona doğru gedir. 

– Boş-boş danışmaq nəyə lazımdır, – Sibilla deyindi.  

–  Məni  düzgün  başa  düşün,  mən  demək  istəyirəm  ki,  o,  qara  rəng,  açar  axtarır  və 

anlamağa  başlayır  ki,  bunları  kitabxanada  axtarmaq  lazım  deyil.  Əslinə  baxsan,  siz  bunu  ona 

öyrətmisiniz, o, elə buna görə gedir, çünki bunu heç vaxt sizə bağışlaya bilməyəcək. 

– Horasio buna görə getmir. 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə