53
– Əgər, sadəcə, mənim danışmağımı istəyirsənsə, mən başqa şeylər haqqında da danışa
bilərəm.
– Niyə belə danışırsınız?
Horasio quayava ləti kimidir, – Sibilla dedi.
– Necə yəni, quayava ləti?
– Horasio – fırtınada bir udum sudur.
– Hə, – Qreqorovius dedi.
– O gərək madam Leoninin azca içəndən sonra haqqında danışdığı zamanlarda
doğulaydı. O vaxt insanlar həyəcanlanmaz, əsəbiləşməzdilər, tramvayları elektrik enerjisi deyil,
atlar çəkərdi, müharibələr isə savaş meydanlarında aparılardı. O zamanlar hələ yuxusuzluğa qarşı
həblər də yoxmuş, madam Leoni deyir.
– Çox gözəl, qızıl cütlükdür, – Qreqorovius dedi. – O dövr haqqında mənə də Odessada
danışıblar. Anam danışardı ki, saçlarını yanına tökəndə çox romantik görünərmiş… Balkonlarda
ananas yetişdirirmişlər və gecə güvəclərindən heç kəs istifadə etmirmiş – çox qəribədir. Ancaq
Horasionu bu gözəl tabloya daxil edə bilmirəm.
– Mən də, ancaq bəlkə də, onunçün orada pis olmazdı. Burada hər şey ona əzab verir,
hətta aspirin də. Doğrudur, keçən gecə mən ona aspirin verdim, dişi ağrıyırdı. O isə həbi alıb
baxırdı, heç cür onu uda bilmirdi. Elə qəribə şeylər danışırdı ki, guya ki, mahiyyətini bilmədiyin
şeylərdən, kiminsə nəyisə toxtatmaq üçün fikirləşdiyi şeylərdən istifadə etmək ziyanlıdır… Siz
onun hər şeyi necə alt-üst etməyi bacardığını eşitmisiniz də.
– Bax, siz neçə dəfə «şey» sözünü işlətdiniz, – Qreqorovius dedi. – Allah bilir, bu necə
sözdür, ancaq Horasioya nə olduğunu izah etməyə yarayır. Tamamilə aydındır ki, o,
şeyləşdirmənin qurbanıdır.
– Şeyləşdirmə nədir? – Sibilla soruşdu.
– Kifayət qədər xoşagəlməz duyğudur: bir şeyi dərk etməmiş, onu dağıtmağa başlayırsan.
Mücərrəd və hətta alleqorik dildən istifadə etdiyimə görə təəssüf edirəm, ancaq sizə deməliyəm
ki, Oliveyra, yumşaq desək, onu əhatə edən hər şeyi – yaşadığı dünyanı, bəxtinə düşən hər nə
varsa, hamısını basıb əzməyə patoloji olaraq meyillidir. Bir sözlə, mövcud vəziyyət onu çox
sıxır. Daha dəqiqi: dünyadakı hər şey ona əzab verir. Siz bunu hiss etmisiniz, Lusia, ancaq sizə
xas olan incə sadəlövhlüklə xəyal etmisiniz ki, guya, Oliveyra hansısa madam Leoninin və
mənim odessalı anamın uydurduğu Arkadiyada xoşbəxt ola bilər. Mənə elə gəlir ki, balkondakı
ananaslar barədə dediklərimə inanmadınız.
– Elə gecə güvəclərinə də, – Sibilla dedi. – Bütün bunlara inanmaq çətindir.
54
Ronaldla Etyenin Celli Roll Mortonu dinləməyə qərar vermələri Gi-Mononu yuxudan
oyandırdı; o, bir gözünü açdı və yaşıl şamların fonunda aydın görünən kürəyin Qreqoroviusa
məxsus olduğunu qət etdi; mansardanın pəncərəsinin o tayında tıqqatıq salan yağış indicə
gördüyü yuxuyla qəribə şəkildə səsləşirdi; yuxusunda gün işığıyla dolu yöndəmsiz bir yer
görmüşdü və orada Qabi lüt anabülbül gəzərək ördəyə oxşayan sarsaq göyərçinlərə çörək ovub
tökürdü. «Başım partlayır», – Gi düşündü. Celli Roll Morton onu qətiyyən maraqlandırmırdı,
ancaq pəncərənin o tayındakı yağışın fonunda bu sözlər olduqca maraqlı səslənirdi:
«Stood in a
corner, cith her feet soaked and cet…»
1
Əlbəttə, indi Vonq real və poetik zaman haqqında bir
nəzəriyyə qondarardı; maraqlıdır, görəsən, Vonq qəhvə bişirmək istədiyini doğru deyirdi? Qabi
göyərçinlərə çörək ovxalayır və bu zaman Vonq, daha doğrusu, haradansa, Qabinin allı-güllü
bağçada gəzən çılpaq ayaqlarının arxasından Vonqun səsi eşidildi: «Mentono» kazinosunun
xüsusi reseptilə». Tamamilə mümkündür ki, hər şey başa çatdıqdan sonra Vonq dolu qəhvədanla
birlikdə zühur edəcək.
Celli Roll royalın arxasında oturub zərb aləti olmadığından ayağı ilə sakitcə ritm tuturdu.
Celli Roll yəqin ki, xəfifcə yırğalanaraq və tavandakı hansısa tökməyə zillənərək və ya ora-bura
uçan milçəyə, ya da, sadəcə,
uzaqdan gözünə girən ləkəyə baxaraq
«
Mamie’s Blues”u»
oxuyurdu.
«Tco-nineteen done took my baby acay…»
1
Yəqin ki, həyat elə bu deməkdir –
qatarlar insanları aparıb-gətirirlər, bu vaxt sən islanmış ayaqlarınla küncdə dayanıb mexaniki
pianoya və zaldan qopan qəhqəhələrə qulaq asırsan, qapının ağzında vurnuxursan, çünki içəri
girməyə həmişə pul olmur.
«
Tco-nineteen done took my baby acay…» Bəps, yəqin ki, qatarda
çox gedib, o, qatarla səyahət etməyi xoşlayır, ancaq yolun sonunda onu dostu gözləyirsə və
Ronald da indiki kimi nəvazişlə onun budlarını tumarlayaraq dərisinin üzərinə
,
sanki
,
«Tco-
seventeen’ll bring her back some day»
2
yazırsa, bu heç də xoşuna gəlmir və əlbəttə, günlərin bir
günü başqa bir qatar onu geri qaytardı, get öyrən gör Celli Roll orada platformadadırmı, budur o,
royal, bu da Mammi Desdyum blyuzu, budur o, buradadır, yağışın Parisin mansardalarını
islatdığı yerdə, gecə saat birdə, ayaqları da islanıb və qəhbənin biri deyinir:
«If you can’t give a
dollar, gimme a lousy dime»
3
.
Yəqin ki, Bəps nəsə Sinsinnatiyə oxşayan bir şeydən danışırdı,
bütün qadınlar nə vaxtsa və haradasa bunabənzər şeylər danışırlar, hətta kralın yatağında da
Bəpsin kral yatağı haqqında öz təsəvvürü var, ancaq necə olursa-olsun, hansısa qadın yəqin ki,
bunabənzər nəsə deyib:
If you can’t give a million, gimme a lousy grand”
1
.
Hər şey tələbatdan
asılıdır, niyə Celli Rollun royalının səsi belə qəmlidir, lap Gini yuxudan oyadan, Sibillanı isə
1
Айаглары суйун ичиндя кцнъдя дайанмышды. (инэ.)
1
Ики йцз он доггузунъу апарды мяним баламы… (инэ.)
2
Ики йцз он йеддинъи ону мяня гайтараъаг. (инэ.)
3
Яэяр доллар веря билмирсинизся, щеч олмаса битли онсентлик верин. (инэ.)
1
Яэяр милйон веря билмирсинизся, щеч олмаса битли минлик верин. (инэ.)