93
Bert Trepa xatirələrə dalaraq Lion vağzalında Jermen Tayferə rast gəlməsi, onun
«Narıncı romblara prelyudiya»nı bəyənməsi və onu öz konsertinə daxil etməsi barədə Marqaret
Lonqla söhbət edəcəyi haqqında fərəhlə danışmağa başladı.
– Bax buna deyərəm uğur, əsl ithaf, sinyor Oliveyra. Ancaq bilirsinizmi, nə qədər ən
yaxşı ifaçılar impresarioların, vicdansız tiranların qurbanına çevrilir? Valentin hesab edir ki,
onların hakimiyyəti altına düşməyən hər hansı gənc pianoçu… Nə isə, cavan, ya qoca hamısı
quldurdur.
– Bəlkə, siz özünüz başqa bir konsert…
– Daha çıxış etmək istəmirəm, – Bert Trepa üzünü döndərərək dedi, halbuki Oliveyra özü
də ona baxmamağa çalışırdı. – Biabırçılıqdır, mən hələ də səhnəyə çıxmaq və dinləyicilərə öz
bəstələrimi təqdim etmək zorundayam, halbuki muza olmalıyam, başa düşürsünüz, ifaçıları
ilhama gətirən muza, onlar mənim yanıma gəlib əsərlərimi ifa etmək üçün icazə almalıdırlar,
yalvarmalıdırlar, məhz yalvarmalıdırlar. Mən də razı olardım, çünki hesab edirəm ki, mənim
əsərlərim publikanın hisslərini alovlandıran qığılcımdır, burada da, Birləşmiş Ştatlarda da,
Macarıstanda da… Bəli, mən razı olardım, ancaq əvvəlcə onlar bu şərəfə layiq olmalıdırlar –
mənim musiqimi ifa etmək şərəfinə.
Artıq pianoçu qadın onu nədənsə, Sen-Jak küçəsiylə sürüməyə qərar vermiş Oliveyranın
əlini var qüvvəsilə sıxdı. Soyuq külək adamın sifətinə vurur, yağış ağız-burnuna dolurdu, ancaq
istənilən hava şəraiti, deyəsən, Bert Trepanın vecinə deyildi. O, Oliveyranın qolundan asılaraq
çərənləməyinə davam edir, hərdənbir hıçqırır, nifrət və ya istehza dolu qəhqəhələrlə gülürdü.
Yox əşi, o heç də Sen-Jak küçəsində yaşamır. Əşi, nə fərqi var ki, harada yaşayır. O, bütün
gecəni bax beləcə gəzməyə hazırdır, zarafat deyil, «Sintez»in təqdimatına iki yüzdən çox
tamaşaçı yığışmışdı.
– Valentin gec gəlməyinizə görə narahat olacaq, – Oliveyra korset geyinmiş bu şarı,
yağışa və küləyə qarşı asanca dığırlanan bu kirpini doğru yola döndərməyin yollarını tapmaqda
zorlanaraq dedi. Uzun və qırıq-qırıq monoloqun sonunda bəlli oldu ki, guya, Bert Trepa Estrapad
küçəsində yaşayır. Artıq tamamilə karıxmış Oliveyra üz-gözünün suyunu silib gəminin burnunda
donub qalmış Konrad qəhrəmanlarından biri kimi istiqaməti müəyyənləşdirməyə çalışdı. Birdən
dəhşətli dərəcədə gülməyi gəldi, boş mədəsi deşilirdi, əzələləri titrəyirdi, Vonqa danışsa,
ömründə inanmaz. Monpelyedə və Poda aldığı qonorarı hesablayan və arabir qızıl medalını
xatırlayan Bert Trepaya heç də gülməyi gəlmirdi, heç onu evinə ötürməyi təklif etdiyinə görə öz
səfehliyinə də gülmürdü. O hətta nəyə güldüyünü özü də yaxşı başa düşmürdü, bəlkə də, bütün
bunlardan çox-çox əvvəllər baş verən nəyəsə gülürdü. Hətta bu konsertə də gülmürdü, halbuki,
yəqin ki, dünyada bu konsertdən gülünc heç bir şey ola bilməzdi. Lakin onun gülüşü sevinc
gülüşüydü, şadlığın təzahürünün fiziki formasıydı. Buna, bu sevincə inanmaq necə də da asandır.
94
Fərqi yoxdur, o şadlığından, adi, əyləncəli və izaholunmaz məmnuniyyətdən gülmüş olsa belə.
«Mən dəli oluram, – o düşündü. – Dəliyə qoşulanın axırı elə belə də olmalıydı». Sevinməyə ən
kiçicik səbəb belə yoxdur: su çəkmələrinin içində fırçıldayır, yaxalığının içinə dolurdu. Bert
Trepa ağır gödəniylə hələ də ondan asılmışdı, birdən hönkürürmüş kimi bütün bədənini titrətdi;
hər dəfə Valentini xatırlayanda onu titrətmə və hıçqırıq tuturdu, deyəsən, bu onda şərti refleksə
çevrilmişdi. Bütün bunlar heç kəsi, hətta dəlini belə sevindirə bilməzdi. Oliveyra isə qəhqəhə
çəkib ucadan gülmək istəyirdi, buna baxmayaraq o gedir, Bert Trepanı ehtiyatla Estrapad
küçəsinə, dörd saylı evə doğru aparırdı; bunu təsəvvür etmək, hələ başa düşmək olduqca çətindi,
ancaq hər şey məhz beləydi; əsas məsələ – Bert Trepanı imkan daxilində gölməçələrdən
qoruyaraq və Klotild küçəsinin tinindəki evlərin damından tökülən şəlalələrin altından qupquru
keçirərək Estrapad küçəsindəki dörd nömrəli evə çatdırmaq idi. Onun evində Valentinlə birlikdə
bir qədəh vurmaq təklifi artıq Oliveyranın ağlına batmışdı, onsuz da artist qarını beşinci, ya da
altıncı mərtəbəyə itələyib çıxartmalı və içəri girməli olacaqdı. Tamamilə mümkündür ki,
Valentin sobanı yandırmayıb (ancaq orada onları
,
yəqin ki, möcüzəvi salamandr, bir şüşə konyak
gözləyirdi və çəkmələrini çıxarıb ayağını odda qızdıra-qızdıra incəsənətdən, qızıl medaldan
danışa bilərdilər). Ola bilər ki, axşamların birində bir şüşə çaxır götürüb yenidən Bert Trepaya
qonaq gedər və qocaları sevindirər. Bu elə xəstəxanadakı qocanı sevindirmək kimi bir şeydir.
Belə yerlərə – xəstəxanaya, ya da Estrapad küçəsi kimi yerlərə getmək əvvəllər ağlına belə
gəlməzdi. Bu sevincli duyğu əmələ gəlməmişdən öncə mədəsi dəhşətlə oyulmağa başlamış,
dərisinin altındakı gizli əl bu şirin işgəncəni buna qədər başlamışdı (dərinin altındakı əl barədə
Vonqdan soruşmaq lazımdır).
– Ev dörd, düzdür?
– Hə, bax odur, balkonlu ev, – Bert Trepa dedi. – On səkkizinci əsrin tikilisidir. Valentin
deyir ki, Ninon de Lanklo dördüncü mərtəbədə yaşayıb. O qədər yalan danışır ki. Ninon de
Lanklo. Hə, Valentinin nəfəsi də yalandan gedib-gəlir. Yağış, demək olar ki, kəsib, görürsünüz?
– Bir az azalıb, – Oliveyra razılaşdı. – Gəlin o tərəfə keçək, əgər etiraz etmirsizsə.
– Qonşular, – Bert Trepa küçənin tinindəki kafeyə tərəf baxıb dedi. – Hə odur, səkkizinci
mərtəbədə yaşayan qarı… Bilirsiniz o nə qədər içir. Görürsünüz, qıraqdakı masanın arxasında
əyləşib. Bizə baxır, sabah dedi-qodular başlayacaq, görərsiz, başlayacaq…
– Allah xətrinə, madam, – Oliveyra dedi. – Ehtiyatlı olun, gölməçə.
– Hə, mən onu tanıyıram, sahibi də tanıyıram, beş barmağım kimi. Onlar Valentinə görə
mənə nifrət edirlər. Valentin onların başına oyun açıb… Səkkizdə olan qarıdan lap zəhləsi gedir,
bir dəfə gecə sərxoş olanda onun qapısına pişik
poxu
yaxıb, başdan-ayağa bəzəyib… Bir mərəkə
qopdu ki, ömrüm boyu unutmaram… Valentin vanna otağında oturub üst-başındakı pişik poxunu
təmizləyirdi, axı o özü də gözünəcən batmışdı, bir qəzəblənmişdi ki, mənsə polislərə, qarıya və