C a V a d X a n V ə s r I n X a n I



Yüklə 81,51 Kb.
Pdf görüntüsü
tarix18.06.2018
ölçüsü81,51 Kb.
#49830


C A V A D    X A N

 

 

 

 



      

V   Ə S R İ N    X A N I

 

 

 



 

 

 



                                                                        

                                                                                               



(Cavad Xan Dəftərxanası) 

Cavad  xan,  Cavad  xan  Şahverdi  xan  oğlu 

Ziyadoğlu  Qacar  1748,  Gəncə  —  1804,  Gəncə 

yaxınlığı)  —  Qacarlar  nəslindən  olan  böyük 

Azərbaycan  sərkərdəsi,  dövlət  xadimi,  Gəncə 

xanlığının  sonuncu  hökmdarı.  1786-cı  ildən 

Gəncəni  idarə  edən  Cavad  xan  1804-cü  ilin 

yanvarın  3-dən  4-nə  keçən  gecə  general  Pavel 

Sisianovun  başçılığı  ilə  uzun  müddət  şəhəri 

mühasirədə  saxlayan  rus  işğalçı  qoşunları  ilə 

qeyri-bərabər  döyüşdə  oğulları  ilə  birlikdə 

qəhrəmancasına həlak olmuşdur. 

Cavad 

xan 


Gəncədə 

XVI 


əsrdən 

hökmranlıq  edən  Ziyadoğlular  nəslindəndir. 

Ziyadoğlular  ilk  doqquz  Qızılbaş  tayfalarından 

olan  Qacarların  bir  qoludur.  Cavad  xan  o  dövrdə  sürətlə  bir-birini  əvəz  edən 

mürəkkəb  hadisələr  fonunda  öz  fəal  siyasi  fəaliyyəti  ilə  digər  Azərbaycan 

1786

 



 

1804

, 

3 yanvar

 

Tacqoyma: 

1786


 

Sələfi:

 

Rəhim xan

 

Xələfi:

 

Xanlıq ləğv edilib

 

Varisi: 

Hüseynqulu bəy

 

Milliyəti:

 

Azərbaycan

 

Dini: 

Şiə


 

İslam


 

Təvəllüdü:

 

1748


 

Gəncə


 

Vəfatı:

 

3 yanvar


 

1804


 (56 

yaşında)


 

Gəncə


 

Dəfn yeri:

 

Gəncə


Cavad xan türbəsi

 

Sülalə:

 

Qacarlar


 

Atası:

 

Şahverdi xan

 

Ziyadoğlu Qacar



 

Anası:

 

Şərəf Cahan bəyim

 

Həyat 

yoldaşı:

 

Şükufə bəyim

 

Məliknisə bəyim



 

Uşaqları:

 

oğlanları:

 

Ələddin bəy,Uğurlu bəy, Əliqulu bəy, 



Hüseynqulu bəy;

 

qızları:

 

Tuti bikə, Püstə bəyim, Balaca bəyim



 


xanlarından  seçilirdi.  Yaxınlaşan  təhlükə  qarşısında  Azərbaycan,  Dağıstan  və 

Gürcüstan  hakimlərinin  vahid  cəbhədən  çıxış  etmək  meyllərindən  məharətlə 

istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müyəyyən 

qədər  müvəffəq  olur.  Gəncə,  Qarabağ,  Şəki  xanları,  ləzgi  şamxalları  və  gürcü 

şahzadəsi  Aleksandr  Rusiyaya  qarşı  birgə  mübarizə  aparacaqlarına  and  içirlər. 

Lakin  həlledici  anda  Gəncə  xanına  heç  kim  kömək  etmir  və  o,  güclü  düşmən 

qarşısında tək qalır. 

Cavad xanın başcılığı ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə 

mübarizə  aparırlar.  Cavad  xan  hətta  düşmənlərinin  belə  etiraf  etdiyi  bir 

qəhrəmanlıqla həlak olur. 

 

H Ə Y A T I 

Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Cavad xanın atası Şahverdi 

xan  1756-cı  ildən  1761-ci  ilə  qədər  Gəncənin  xanı  olmuşdu.  Cavad  xanın  anası 

Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi. Cavaddan başqa ailənin Tuti 

bəyim,  Xurşid  bəyim  və  Heyransa  xanım  adında  üç  qızı  da  vardı.  1780-ci  ildə 

Cavad  xan  adi  bir  kəndli  qızı  olan  Şükufə  xanımla,  1790-cı  ildə  isə  Şəki  xanının 

bacısı  Məliknisə  (Bəyim  xanım)  xanımla  ailə  qurur.  Bu  qadınlardan  biri  1812-ci 

ildə,  ikincisi  isə  1830-cu  ildə  vəfat  edir.  Cavad  xanın  ikinci  arvadı  onun 

ölümündən  sonra  Şəkiyə,  qardaşının  yanına  getmiş  və  orada  da  dünyasını 

dəyişmişdir.  Məliknisə  xanımın  məzarı  da  Şəkidədir.  Şükufə  xanımdan  Cavad 

xanın  üç  oğlu  Uğurlu  xan,  Əliqulu  xan  və  Hüseynqulu  xan,  dörd  qızı-Tuti  Bikə, 

Püstə  bəyim,  Xatun  bəyim,  Balaca  bəyim  doğulublar.  Uğurlu  xan  1801-ci  ildə 

Məhəmməd xanın qızı Cahan bəyimlə evlənib. Doğulan uşağa Cavad adı veriblər. 

Hüseynqulu xan (1784-1804) Şəmşəddinli Nəsib Sultanın qohumu Zeynəb xanımla 

evlənib. 

Gəncəlilərin  növbəti  üsyanından  sonra  hakimiyyətə  əvvəlcə  Rəhim  bəy,  bir 

müddət  keçəndən  sonra  isə  1786-cı  ildə  onun  qardaşı  Cavad  xan  gəlir.  Görünür, 

Cavad  xan  hakimiyyətə  İraklinin  köməyi  ilə  gəlmişdi.  Belə  ki,  bundan  sonra  bir 

neçə il müddətində o, ilbəil gürcü çarına 10 min manat həcmində vergi ödəyirdi. 

Həmin  asılılıqdan  və  gürcülərin  Gəncə  üzərinə  tez-tez  baş  verən  basqınlarından 

can qurtarmaq məqsədilə Cavad xan öz hərbi hissələrini 1785-ci ildə Tiflis üzərinə 

yürüşə  gedən  Ağa  Məhəmməd  şah  Qacarın  qoşunlarına  qoşur.  Qacarın  qoşunları 

geri  qayıtdıqdan  sonra  Cavad  xanla  II  İrakli  arasındakı  münasibətlər  daha  da 

gərkinləşir. II İraklinin, Qarabağ xanı İbrahim xanın və onun qohumu Avar Umma 

xanın  dəstələri  Gəncəni  mühasirəyə  alır.  Uzunmüddətli  mühasirə  uğursuzluqla 

başa  çatsa  da,  onun  aradan  götürülməsi  üçün  Cavad  xan  Tiflisdə  əsir  aldığı 

döyüşçüləri geri göndərməli və İbrahim xanın hərbi xərclərini ödəməli olur. 

 

Cavad xanın siyasəti və Qafqazda rus maraqları 

Rus  imperatriçəsi  ll  Yekaterina  Çar  İraklinin  ölümündən  sonra  Cavad  xan 

Nadir  şahın  vaxtında  İrakliyə  bağışlanmış  Borçalı  və  Şəmşədil  mahallarını  geri 

qaytarmağa  çalışır.  Lakin  ona  yalnız  Şəmşəddil  mahalını  azad  etmək  müyəssər 

olur.  O  öz  oğlu  Uğurlu  xanı  da  oraya  göndərir.  II  Yekaterinanın  sərəncamı  ilə 

1796-cı  ildə  onun  favoriti  Platon  Zubovun  qardaşı  Valerian  Zubovun  başçılığı 

altında rus qoşunlarının Qafqaza yürüşü başlanır. 




          (Rus imperatriçəsi ll Yekaterina) 

Yürüşün  rəsmi  səbəbi  kimi  Ağa  Məhəmməd 

xanın  pozduğu  əmin-amanlığın  bərpa  olunması 

göstərilirdi.  Çox  qısa  bir  müddətdə  ruslar  az  qala 

döyüşsüz  və  müqavimətsiz  Azərbaycanın  demək 

olar  ki,  bütün  Xəzəryanı  bölgələrini  tuturlar. 

Xanların  bir  çoxu  aralarında  türk  və  İran  meyllilər 

də  olmalarına  baxmayaraq,  xanlığın  və  xan 

hakimiyyətinin  saxlanılması  şərti  ilə  Rusiyanın 

himayəsi  altına  keçməyə  məcbur  olur.  Qafqaz 

korpusu Gəncəyə 1796-cı ilin 13 dekabrında general 

Aleksandr  Rimski-Korsakovun  başçılığı  ilə  gəlir. 

Cavad  xanın  özü  şəhərdən  çıxıb,  rus  ordusunun 

qarşısına gələrək, qalanın açarlarını Rimski-Korsakova şəxsən təqdim edir. 

(Gəncənin sərhədləri (o cümlədən bütün Azərbaqycan xanlıqları))                                          (Valerian Aleksandroviç Zubov) 

Əvvəlcə  Azərbaycan 

türkləri 

ilə 


rusların 

arasındakı 

münasibət 

normal idi. Lakin Zubovun 

müşaviri 

təyin 


olunan 

Arqutinskinin 

Qarabağ 

məliklərinə 

müraciətlərindən  sonra  bu 

münasibətlər  gərginləşir. 

O, 

Zubovun 


razılığı 

olmadan  bəyan  edir  ki, 

guya  ruslar  Azərbaycana 

ona  görə  gəliblər  ki, 

"erməniləri müsəlmanların təcavüzündən qurtarsınlar." (Halbuki Qarabağ məlikləri 

erməni  deyil,  qriqoryanlaşmış  Qafqaz  albanları  idilər  və  o  zaman  Qarabağda 

erməni  yox  idi.[Mənbə  göstərin])  Lakin  bu  bəyanat  da  əsassız  verilməmişdi. 

Qafqaz  yürüşünə  kömək  müqabilində  ruslar  sonradan  gürcülərə  bu  bölgədə 

hegemonluq üçün imkan yaradacaqlarına vəd də vermişdilər. Bufer xristian dövləti 

yaratmaq  məqsədilə  İrəvan  və  Qarabağ  xanlıqlarını  buraya  İran  və  Osmanlıdan 

köçürülmüş ermənilərlə məskunlaşdırmaq da planlaşdırılırdı. Həmin siyasət bizim 

günlərə  qədər  davam  etməkdədir.  "Böyük  Ermənistan"  iddiası  ilə  bu  bölgəyə  o 

vaxtdan  etibarən  1  milyon  yarımdan  çox  erməni  yerləşdirilmiş  və  oradan  bir  o 

qədər Azərbaycan türkü də zorla köçürülmüşdür. 

 

Cavad Xanın Gəncə uğrunda qəhrəmancasına mübarizəsi 

(Gəncə Xanlığının hücum zamanı ruslar tərəfində ələ keçirilmiş bayrağı) 

Hiyləgər  general  Sisianov  əvvəlcə  diplomatiyaya 

üstünlük  verdi.  1803-cü  il  25  fevral  tarixli  birinci 

məktubunda  ona  iltifatla  yanaşır,  Rusiya  himayəsinə 

keçmək  üçün  dilə  tuturdu.  O,  yazırdı:  "...Sizin  şərafətli 

etimadınızın...  ən  gözəl  zəmanəti  o  olardı  ki,  xahişimizi 




nəzərə  alaraq  yüksək  mənsəbli  böyük  oğlunuz  Uğurlu  ağanı  əmanət  kimi  Tiflisə 

göndərərsiniz.  O,  burada  ləyaqətinə  və  hörmət  sahibi  olacaqdır.  Bu  təmənnam 

yerinə  yetirilsə,  onu  Gəncə  ilə  Gürcüstan  arasında  heç  bir  ayrı-seçkiliyin 

olmayacağı barədə xeyirxah vədimizin əməli timsalı kimi qəbul edəcəyəm". 



      (Gəncə Xanlığının bayrağı) 

Cavad  xan  Sisianova  ehtiyatlı  və  ikibaşlı  cavab 

məktubu yazır və onun təklifini rədd edir. 1803-cü ilin 22 

noyabrında  ruslar  Tiflisdən  Gəncə  istiqamətində  hərəkət 

edirlər.  Cavad  xanın  kömək  üçün  qoşunu  xanlıqlara 

müraciəti isə cavabsız qalırdı. Onu daha çox hiddətləndirən 

Qacar şahı Fətəli şahın qorxaqlığı idi.  əgər Fətəli şah ona 

kömək  göstərsə  idi,  xan  rusların  cənuba  gedən  yolunu 

həmişəlik  kəsərdi.  Gəncənin  itirilməsinin  Azərbaycan  elecə  də  Qacarlar  üçün  nə 

kimi  nəticələr  verəcəyini  Fətəli  şah  dərk  etmirdi.  Sisianov  da  boş  dayanmırdı. 

əzmkar  xanı  yenə  bilməyəcəyini  görüb  imperatora  məktubu-məktuba  calayırdı. 

Ondan hərbi kömək istəyirdi. Nəticədə yardım gəlib çatdı. Dağıstan alayları Tiflisə 

çatıb  onun  sərəncamına  verildi.  Bir  neçə  gündən  sonra  Gəncəyə  çatıb  onu 

mühasirəyə  aldı.  Qala  fasiləsiz  olaraq  top  ateşinə  tutuldu.  memarlıq  abidələri, 

evlər, saraylar dağıdıldı. Rus qoşunları içərisində olan şahidlərdən biri yazırdı: 

                                         (Gürcüstanın əsas komandiri knyaz Pavеl Sisianov) 

"Su  boruları  insan  cəsədləri  ilə  dolmuşdu,  şəhər 

sakinləri  məcbur  olub  bu  sudan  içirdilər.  Xəstəlik 

tüğyan  edirdi.  Buna  baxmayaraq,  Cavad  xan  təslim 

olmurdu". 

Şəhərin  yaxınlığında  dayanan  Sisianov  1803  29 

dekabr  tarixli  son  məktubunu  Cavad  xana  yazır,  şəhəri 

təslim  etmək  barədə  ultimatum  verir.  Məktubda 

deyilirdi: 

"Qalanı  xoşluqla  vermək  meyliniz  olmadığını 

görüb  axrıncı  dəfə  təslim  şərtlərini  sizə  göndərməyi 

özümə  borc  bilirəm...  Məktubuma  təcili  cavab 

istəməyim  isə  heç  də  o  demək  deyildir  ki,  mən  düşmənimi  nökər,  qul  hesab 

edirəm.  Bu,  ona  görədir  ki,  insanlar  arasındakı  qarşılıqlı  hörmətə  riayət 

olunmalıdır. Buna görə də ümidvaram ki... sabah günortadan qabaq  məktubumun 

cavabını ala biləcəyəm". Məktubda daha sonra təslim şərtləri irəli sürülür: "Gəncə 

şəhərinin təslimi aşağıdakı maddələrlə qəbul edilə bilər: 

(Cavad xanın general Sisyanova cavabı) 

1. Cavad xan Gəncəli tabeliyindəki bütün əhali ilə birgə 

Ümumrusiya padşahının təbəəliyinə and içir; 

2.  Qala  tamamilə  təmizlənir  və  ora  rus  qoşununun 

topları, hərbi sursatı yerləşdirilir; 

3.  Cavad  xan  Gəncəli  Rusiya  imperiyasının  tabeliyində 

olaraq  əvvəlki  ixtiyarla  öz  ərazisini  idarə  edir  və  Rusiyaya 

ildə 20 min manat xərac verir. Bu maddələri imzalayan zaman 

1804-cü ildə həmin məbləği təcili ödəyir; 

4.  Qaladakı  və  Şəmşəddil  yolundakı  ordunu  ərzaqla 

təmin edir; 



5.  Şəmşəddilin  və  onun  əyalətinin  əhalisini  sıxışdırmaq  olmaz,  çünki  onlar 

artıq Gürcüstan hökumətinin idarəsinə keçirlər; 



(Cavad xanın buncuğu) 

Yuxarıdakılara sədaqətlə əməl etmək üçün Cavad 

xan  Gəncəli  öz  oğlu  Hüseynqulu  ağanı  Gürcüstanın 

baş  idarə  edicisinin  yanında  həmişəlik  qalmaq  üçün 

əmanət verir". 

Bu  cür  təhqiramiz  şərtləri  vətənpərvər  Cavad 

xanın  qəbul  etməsi  mümkün  deyildi.  Ona  görə  də  o, 

Sisianovun bu şərtlərini qətiyyətlə rədd etdi.Cavad xan 

cavab  verir  ki,  o,  Gəncəni  döyüşərək  müdafiə 

edəcəkdir. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəyin 

də  yazdığı  kimi,  Cavad  xan  öz  qoşununu  və  yaxın 

adamlarını  başına  yığaraq,  düşmənin  üzərinə  yeriyir. 

Döyüş  dahi  şairimiz  Nizami  Gəncəvinin  məqbərəsi 

yaxınlığında,  Quru  qobu  adlanan  yerdə  baş  verir. 

Qüvvələr nisbəti açıq-aydın görünürdü ki, bərabər deyil 

və  buna  görə  də  gəncəlilər  ağır  itkilər  verdikdən  sonra  geri  çəkilərək,  qalanın 

darvazalarını bağlayırlar. Onları təqib eləyən ruslar da şəhərə girərək, qalanı dörd 

bir tərəfdən mühasirəyə alırlar. Düz bir ay Sisiyanovun ultimatumlarına Cavad xan 

birmənalı  şəkildə  eyni  cür  cavab  verir:  "Şəhəri  verməyə  gəlincə,  bu  niyyətindən 

çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə 

bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür." 

Qabaqdan qarlı qış gəlirdi və bunu gözünün altına alan Sisiyanov 1804-cü ilin 

3 yanvarında qalanı hücumla almaq qərarı verir. Hücumçu dəstələrə general-mayor 

Portyagin  və  polkovnik  Koryagin  başçılıq  edirdilər.  Güclü  top  atəşinin  Qarabağ 

darvazası  tərəfdən  açdığı  yarıqdan  qalaya  doluşan  əsgərlər  ilk  hücumda  qalanı 

asma pilləkənlərlə almaq istəyirlərsə də, uğursuzluğa düçar olurlar. İkinci həmle də 

uğursuzluqla  nəticələndi.  Ruslar  hücum  istiqamətini  dəyişdilər.  Bu  hücum 

qurtarmamış,  qalanın  o  biri  yanından  hücum  başlanır.  Ruslar  bu  dəfə  alınmaz 

hesab olunan Tiflis qapılarından nərdivanlar vasitəsilə divara çıxdılar. Cavad xan 

bu  tərəfdən  hücum  gözləmirdi.  O,  düşməni  qarşılamaq  üçün  ora  yollandı. 

Gəncəlilərin  qəhrəmancasına  müqavimət  göstərmələrinə  baxmayaraq,  ruslar 

qalanın  əsas  qüllələrini  ələ  keçirirlər.  Artıq  qalanın  iki  bürcü  rusların  əlində  idi. 

Qala divarları üzərində açıq döyüş zamanı Cavad xan 1804-cü il yanvarın 3-dən 4-

nə  keçən  gecə,  səhər  saat  4-də  düşmən  gülləsindən  həlak  olur.  Qala  divarları 

uğrunda  döyüşlərdə  onun  oğlu  Hüseynqulu  xan  da  atasını  n  adına  layiq  bir 

şərafətlə  həlak  olur.  Gəncə  bundan  sonra  Rusiyanın  himayəsinə  keçir  və  xanlıq 

ləğv  olunur.  Cavad  xanın  səhvi  onda  idi  ki,  o  erməniləri  şəhərdən  qovmamışdı. 

Belə  ki,  ruslar  hücuma  keçən  kimi  ermənilər  Tiflis  kapılarını  onların  üzrinə 

açmışdılar. Ermənilər namərdcə hərəkət edərək, əhalini susuzluğa düçar etmək və 

yoluxucu  xəstəlikləri  yaymaq  üçüncü  mal-qaranı  kəsib  qanını  şəhərə  gələn  suya 

axıdırdılar.  Rusların  şəhərdə  törətdiyi  anlamsızlığı,  erməni  xəyanətkarlığını  rus 

tarihçisi Dubrovin də təsdiq edərək yazıldı: "Şəhərin bir yerində qan lap sel kimi 

axırdı. 500-ə qədər tatar məsciddə gizlənmişdi... Bir nəfər erməni bizim əsgərlərə 

xəbər  çatdırdı  ki,  onların  içində  bir  neçə  Dağıstan  ləzgisi  var.  Ləzgi  adının  dilə 

gətirilməsilə  məsciddə  olanların  ölümünə  işarə  verildi".  1826-cı  ilin  26  iyulunda 



Cavad xanın oğlu Uğurlu xan Gəncəni yenidən ələ almış və qısa bir müddətdə də 

olsa, xanlığı bərpa edə bilmişdi. 

                                     (Cavad Xanın Movzaleyi) 

Uğurlu xan qeyri-adi cəsarəti 

və 

sərkərdəlik 



bacarığı 

ilə 


fərqlənirdi. 

O, 


sonradan 

da 


özünün  kiçik  dəstəsi  ilə  iki  dəfə 

Azərbaycanın  içərilərinə  doğru 

irəliləmiş,  hətta  yenidən  Gəncəni 

ələ  keçirməyə  cəhd  göstərmişdi. 

Cavad  xan  Gəncədə  Şah  I  Abbas 

tərəfindən  tikilmiş  məşhur  Cümə 

məscidində  dəfn  olunur.  1962-ci 

ildə 


yaxınlıqdakı 

meydanın 

rekonstruksiyası  adı  altında  onun  məzarı  dağıdılır.  Lakin,  vətənpərvərlər  Cavad 

xanın cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayırlar və artıq 1990-cı ilin 27 

martında  öz  əvvəlki  yerində  torpağa  tapşırılır.  Xoşbəxtlikdən  həmişə  elmi 

axtarışlarda  olan  Məşədixanım  Nemətova  arxivdən  Cavad  xanın  qəbrüstü 

abidəsinin foto-surətini tapır və təcili olaraq, həmin 

şəkildəki  məzarın  mərmərdən  yonulmuş  oxşarı 

hazırlanır.  Onun  üzərində  gözəl  nəstəliq  xətti  ilə 

fars dilində aşağıdakı sözlər həkk olunmuşdur:

  

"Bu  məzarda  Gəncə  bəylərbəyisi  Qacar 



tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur. Elə 

ki, qara torpaq oldu onların məskəni 

İstər  miskin  dərviş,  istərsə  şahi-cahan  olsun. 

Gəncədə  bu  məqbərəni  bina  etdi  Mərhum, 

rəhmətlik Cavad xan. 

Kərbəla  şəhidlərinin  torpağından  O  astadan 

çoxlu  torpaq  gətirib  Həmin  türbəni  malaladı.  Öz 

ölüləri üçün əmin-aman bir ev yaratdı. 

Allahı  tanıyan  cənnətlik  Cavad  xan  min  iki 

yüz  on  səkkizinci  ildə  (1804-cü  il)  öldü.  Ondan 

sonra bu məqbərəda dəfn olundular O fatehin nəsli 

və ailəsi." 



Rusların Gəncənin fəthinə verdiyi dəyər 

Rusiyanın Cavad xan üzərində qələbəyə və Gəncənin işğal olunmasına necə 

böyük bir diqqət yetirdiyini sadəcə olaraq, bu hadisə ilə əlaqədar buraxılmış təltif 

və xatirə medalları da sübut edir. 

Belə  ki,  bu  və  1827-ci  ildə  Gəncənin  ikinci  işğalı  münasibətilə  gümüşdən 

"1804-cü ilin 30 yanvarında Gəncənin alınması" döş nişanı və "Gəncənin alınması 

zamanı cəsarət və igidliyə görə" medalı buraxılmışdı. 1826-cı ildə Gəncənin ikinci 

dəfə  Uğurlu  xandan  alınması  tanınmış  medalyer  qraf  Fyodr  Tolstoyun  yaratdığı 

"Yelizavetpol  uğrunda  döyüş.  1826-cı  il."  xatirə  medalı  ilə  qeyd  olunmuşdu. 

Şəhərin adı I Aleksandrın həyat yoldaşının şərəfinə Yelizavetpol deyə çağrılmağa 

başlamışdı. 



Cavad xanın ölümündən sonra Ziyadoğlular şəcərəsi 

(Gəncə Qalasının alınması) 

Cavad  xanın  hakimiyyəti  dövründə 

Gəncə  çiçəklənir.  Ticarət  genişlənir,  müxtəlif 

sənət  sahələri  inkişaf  edir.  Yaşayış  binaları, 

karvansaralar,  məscidlər  tikilir.  Cavad  xanın 

sarayında  alimlər,  yazıçılar  və  şairlər 

toplaşırdı.  Orada  görkəmli  Azərbaycan  şairi 

Mirzə  Şəfi  Vazehin  atası  Kərbəlayı  Sadıq  da 

çalışmışdır.  Gəncə  ruslar  tərəfindən  işğal 

olunduqdan  sonra  Cavad  xanın  qızı  Püstə 

xanım  Mirzə  Şəfini  öz  yanında  idarə  işinə 

götürür, Şəmkir döyüşündən sonra Uğurlu xan 

bacısını özü ilə İrana aparır. 

Cavad xanın nəvəsi, Uğurlu xanın qızı və 

sonuncu Qarabağ xanı Mehdiqulu xanın həyat 

yoldaşı  Bədircahan  bəyim  tanınmış  şairə  və 

ictimai xadim idi. Cavad xanın nəvəsi Kəlbəli 

xan  Müsahib  Azərbaycan  və  fars  dillərində 

gözəl şerlər yazıb. Cavad xanın qardaşı Fətəli 

bəy  Ziyadoğlu  Xali  Gəncəli  tanınmış  şair  olub.  Onun  əsasən, Azərbaycan  dilində 

yazılmış  divanı  indi  Elmlər  Akademiyasının  Əlyazmalar  institutunda  saxlanılır. 

Görkəmli Azərbaycan yazıçısı Möhsün Nasiri də Cavad xanın sarayında yaşayıb-

yaratmışdır. O, Cavad xanın sifarişi ilə qədim hind nağıllarının əsasında yaradılmış 

"Tutinamə"nin  Azərbaycan  versiyasını  yazmışdı.  Cavad  xanın  xələflərindən  bir 

neçəsi Azərbaycan Rusiyaya birləşəndən sonra Ziyadxanov soyadını almışlar. İndi 

də onların bir çoxunun törəmələri Bakıda və Gəncədə yaşayırlar. 

 

Həmçinin bax 

1.

 

Cavad xan (film, 2009) – Cavad xan haqqında film. 

-

 

(link: 



https://www.youtube.com/watch?v=aO3apfsAmsk

) 

 

2.

 

Gəncə qalasının işğalı 

-

 

(link: 



https://az.wikipedia.org/wiki/Gəncə_qalasının_işğalı

 

3.



 

Gəncə xanlığı 



-

 

(link: 



https://az.wikipedia.org/wiki/Gəncə_xanlığı



Yüklə 81,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə