C fiziki şəxsin işəgötürənlə bağlanmış əmək müqaviləsi üzrə işçi öz əmək qabiliyyətinin realizəsi ilə bağlı işin yerinə yetirilməsi zamanı



Yüklə 402,03 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix24.02.2018
ölçüsü402,03 Kb.
#27802
1   ...   7   8   9   10   11   12   13   14   15

240  İstirahət və nahar fasilələrin müddəti iş vaxtına daxil edilirmi?   

a)  daxil edilmir  

b)  daxil edilir  

c)  daxil edilə də bilər, daxil edilməyə də  

d)  həmkarlar ittifaqı təşkilatının icazəsi ilə yol verilir 

e)  işəgötürənin mülahizəsindən asılıdır  

241  Aşağıdakı müqavilələrdən hansında məzuniyyətdə olan işçilər üçün əlavə 

təminatların verilməsi nəzərdə tutula bilər?   

 

a)  əmək müqaviləsində və kollektiv müqavilədə  

b)  yalnız əmək müqaviləsində  

c)  yalnız kollektiv müqavilədə  

d)  işəgötürənin mülahizəsindən asılıdır 

e)  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir  

 242 Mövsümü işlərdə çalışan işçilərə əsas məzuniyyət hansı müddətə verilir?   

 

a)  Bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə 2 təqvim günündən az 



olmayaraq  

b)  Bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə 1 təqvim günündən az 

olmayaraq  

c)  Bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə 3 təqvim günündən az 

olmayaraq  

d)  Bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə 4 təqvim günündən az 

olmayaraq  

e)  Bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə 5 təqvim günündən az 

olmayaraq  

 243 Natamam iş vaxtı şəraitində işləyən işçilərə əmək məzuniyyəti necə verilir?    



a)  tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, 

yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir  

b)  verilmir  

c)  qismən verilir  



d)  tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyətinin yarısı 

müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq 24 təqvim 

günündən az olmayaraq verilir  

e)  bir təqvim ayından az olmayaraq verilir  

244  Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinə əmək stajına 

görə hansı müddətdə əlavə məzuniyyət verilir?     



a)  verilmir  

b)  2 təqvim günü  

c)  3 təqvim günü  

d)  4 təqvim günü  

e)  5 təqvim günü  

245  Bütün ixtisas və adlardan olan müəllimlərə neçə təqvim günü əmək 

məzuniyyəti verilir ?   

 

a)  56 təqvim günü 

b)  21 təqvim günü  

c)  35 təqvim günü  

d)  46 təqvim günü  

e)  58 təqvim günü  

246  Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-

üstə düşərsə......     



a)  həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir 

b)  əlavə istirahət günü verilmir 

c)  işəgötürənin mülahizəsindən asılı olaraq əlavə istirahət günü verilə bilər 

d)  həmkarlar ittifaqı təşkilatı ilə razılaşdırılmaqla əlavə istirahət günü verilir  

e)  əlavə istirahət günü verilmir  

 247 Aşağıda qeyd olunan bayramlardan hansı AR ƏM-nə əsasən Azərbaycan 

Respublikasının bayramları sırasına daxil deyildir? 

a)  Polis günü  

b)  Novruz bayramı 

c)  AR-nın Dövlət bayrağı günü  



d)  Respublika günü  

e)  Faşizm üzərində Qələbə günü 

248  Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət 

günü olan iş gününün müddəti neçə saatdan çox ola bilməz?  



a)  6 saatdan  

b)  4 saatdan  

c)  5 saatdan  

d)  7 saatdan 

e)  8 saatdan 

249  Məzuniyyətdə olduğu müddətdə işçi intizam məsuliyyətinə cəlb oluna 

bilərmi?   

a)  cəlb oluna bilməz  

b)  cəlb oluna bilər 

c)  ancaq həmkarlar ittifaqı təşkilatının razılığı ilə cəlb oluna bilər  

d)  işəgötürənin mülahizəsindən asılıdır  

e)  məhkəmənin qərarı olarsa, cəlb oluna bilər  

250  Məzuniyyətdə olduğu müddətdə işçi ilə əmək müqaviləsi işəgötürənin 

təşəbbüsü ilə pozula bilərmi?     

a)  pozula bilməz 

b)  pozula bilər  

c)  ancaq həmkarlar ittifaqı təşkilatının razılığı ilə pozula bilər 

d)  işəgötürənin mülahizəsindən asılıdır  

e)  məhkəmənin qərarı olarsa pozula bilər 

251  Əmək məzuniyyətinin müddəti nə ilə hesablanır?   



a)  təqvim günü ilə 

b)  iş günü ilə  

c)  iş saatları ilə  

d)  iş həftəsi ilə  

e)  təqvim həftəsi ilə  

152  Əmək məzuniyyəti müvafiq iş ili, yoxsa təqvim ili üçün verilir?   




a)  iş ili üçün  

b)  təqvim ili üçün  

c)  həm təqvim, həm də iş ili üçün  

d)  nə təqvim ili, nə də iş ili üçün verilmir  

e)  əmək stajı üçün verilir  

253  Əgər iş ili işçinin onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi 

vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti nə vaxt verilə bilər?     

a)  yalnız iş ili başlanandan sonra  

b)  iş ili başlanana qədər  

c)  təqvim ili başlanana qədər  

d)  yalnız təqvim ili başlandıqdan sonra  

e)  işəgötürənin mülahizəsindən asılıdır  

254  Bir iş ilinə görə neçə əmək məzuniyyəti verilə bilər? 



a)  yalnız bir  

b)  yalnız iki  

c)  işəgötürənin mülahizəsindən asılıdır  

d)  AR-sı Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir  

e)  işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə iki əmək məzuniyyəti yol verilir  

 255 İşçinin iş ili nə vaxt başlanır və nə vaxt başa çatır?    



a)  işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır 

b)  növbəti təqvim ilinin yanvarın 1-dən  

c)  işçinin işə götürüldüyü gündən başlanır və həmin ilin dekabrın 31-də başa çatır 

d)  işçinin işə götürüldüyü gündən bir həftə keçdikdən sonra başlayır və altı ay 

keçdikdən sonra başa çatır 

e)  əmək müqaviləsi bağlanan gündən başlanır və müqaviləyə xitam ediləndə bitir 

256 Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram 

günləri məzuniyyətin təqvim günlərinə daxil edilirmi?     



a)  daxil edilmir  

b)  daxil edilir  

c)  daxil edilir və ödənilir  



d)  daxil edilir və ödənilmir  

e)  işəgötürənin mülahizəsindən asılıdır  

 257 Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyətin 

müddəti neçə təqvim günündən az olmamalıdır?   



a)  6 təqvim günündən  

b)  3 təqvim günündən  

c)  4 təqvim günündən 

d)  5 təqvim günündən 

e)  7 təqvim günündən 

258  Beş ildən on ilədək əmək stajı olan işçilərə neçə təqvim günü müddətinə də 

əlavə məzuniyyət verilir?  

a)  2 təqvim günü müddətində  

b)  1 təqvim günü müddətində 

c)  3 təqvim günü müddətində  

d)  4 təqvim günü müddətində  

e)  5 təqvim günü müddətində 

259  On ildən on beş ilədək əmək stajı olduqda işçilərə neçə təqvim günü 

müddətində əlavə məzuniyyət verilir?   

 

a)  4 təqvim günü müddətində 

b)  1 təqvim günü müddətində  

c)  2 təqvim günü müddətində  

d)  3 təqvim günü müddətində  

e)  5 təqvim günü müddətində  

260  İşçinin əmək stajı on beş ildən çox olduqda ona neçə təqvim günü müddətində 

əlavə məzuniyyət verilməlidir?   

 

a)  6 təqvim günü müddətində 

b)  1 təqvim günü müddətində  

c)  2 təqvim günü müddətində 

d)  3 təqvim günü müddətində 

e)  4 təqvim günü müddətində  



261  Sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə neçə təqvim günü 

əmək məzuniyyəti verilir?   

 

a)  42 təqvim günündən az olmayaraq 

b)  21 təqvim günündən az olmayaraq  

c)  28 təqvim günündən az olmayaraq  

d)  35 təqvim günündən az olmayaraq 

e)  46 təqvim günündən az olmayaraq  

162  Diplom işinin hazırlandığı və müdafiə edildiyi qiyabi şöbələrində təhsil alan 

işçilərə nə qədər ödənişli təhsil məzuniyyəti verilir?   

a)  dörd təqvim ayınadək  

b)  30 təqvim günü 

c)  bir təqvim ayınadək 

d)  iki təqvim ayınadək 

e)  üç təqvim ayınadək 

263  Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı 

məzuniyyət neçə təqvim günü müddətində verilir?   

 

a)  70 təqvim günü  

b)  56 təqvim günü  

c)  76 təqvim günü  

d)  80 təqvim günü  

e)  86 təqvim günü  

264  Kənd təsərrüfatı istehsalında çalışan qadınlara doğuş çətin olduqda hamiləliyə 

və doğuşa görə məzuniyyət hansı müddətdə verilir?   

 

a)  156 təqvim günü  

b)  56 təqvim günü  

c)  70 təqvim günü 

d)  76 təqvim günü 

e)  110 təqvim günü  

265  16 yaşadək olan işçilərə neçə saatlıq iş vaxtı şamil edilir?   



a)  24 saatlıq qısaldılmış iş vaxtı 


b)  36 saatlıq iş vaxtı 

c)  20 saatlıq iş vaxtı 

d)  15 saatlıq iş vaxtı 

e)  heç biri 

266  Minimum əmək haqqı nədir?  

a)  ixtisassız əməyə görə verilən əmək haqqı 

b)  ixtisassız xidmətə görə verilən əmək haqqı 

c)  əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir 



d)  qanunvericilikdə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən 

aşağı səviyyəsini müəyyən edən sosial normativdir 

e)  müəyyən vaxtda yerinə yetirilən işə görə ödənilən əmək haqqının minimum həddi 

 267 Orta əmək haqqı nədir?   

a)  işçiyə xidmətə görə verilən əmək haqqı 

b)  işçiyə vəzifəsi (peşəsi) üzrə verilən əmək haqqı 

c)  işçiyə işəgötürən tərəfindən ödənilmiş məvacib 

d)  əmək haqqının tərkibinə da¬xil olan ödənişlərin¬ normativ aktlarda müəyyən 

olunan məbləği 



e)  işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun 

tərkibinə da¬xil olan ödənc¬lərin qanunvericiliklə və normativ aktlarda 

müəyyən olunan məbləği 

268  Nominal əmək haqqı nədir?   



a)  işçinin pul formasında aldığı haqq 

b)  işçinin natura formasında aldığı haqq 

c)  işçinin nominal əmək haqqı müqabilində əldə etdiyi istehlak şeyləri 

d)  işçinin nominal əmək haqqı müqabilində əldə etdiyi xidmətlərin məcmusu 

e)  işçinin nominal əmək haqqı müqabilində əldə etdiyi istehlak şeyləri və xidmətlərin 

məcmusu 


269  Real əmək haqqı nədir?   

a)  işçinin pul formasında aldığı haqq 

b)  işçinin natura formasında aldığı haqq 



c)  işçinin nominal əmək haqqı müqabilində əldə etdiyi istehlak şeyləri 

d)  işçinin nominal əmək haqqı müqabilində əldə etdiyi xidmətlərin məcmusu 



e)  işçinin nominal əmək haqqı müqabilində əldə etdiyi istehlak şeyləri və 

xidmətlərin məcmusu 

270  İşəmuzd əmək haqqı sisteminin növləri hansılardır?   

 

a)  mütərəqqi işəmuzd sistem 



b)  müstəqim (düzünə) və yanakı (dolayı) işəmuzd sistem 

c)  akkord işəmuzd sistemi 

d)  kollektiv işəmuzd sistemi 

e)  bütün cavablar düzdür 

271  Hasilat norması dedikdə:   



a)  işçinin müvafiq ixtisas üzrə vahid iş vaxtı ərzində görəməli olduğu işin həcmi 

başa düşülür 

b)  işçinin müvafiq ixtisas üzrə vahid iş vaxtı ərzində istehsal etdiyi məhsula sərf 

etdiyi iş vaxtının müddəti başa düşülür 

c)  işçinin müvafiq ixtisas üzrə vahid iş vaxtı ərzində xidmət göstərməli olduğu 

istehsal obyektlərin sayı başa düşülür 

d)  iş vaxtı ərzində əmək funksiyalarının və ya işin həcminin yerinə yetirilməsi üçün 

zəruri işçilərin sayı başa düşülür 

e)  iş vaxtı ərzində əmək funksiyalarının müəyyəyn hissəsinin yerinə yetirilməsi başa 

düşülür 

272  Xidmət norması dedikdə:   

 

a)  işçinin müvafiq ixtisas üzrə vahid iş vaxtı ərzində görəməli olduğu işin həcmi başa 



düşülür 

b)  işçinin müvafiq ixtisas üzrə vahid iş vaxtı ərzində istehsal etdiyi məhsula sərf 

etdiyi iş vaxtının müddəti başa düşülür 

c)  işçinin müvafiq ixtisas üzrə vahid iş vaxtı ərzində xidmət göstərməli olduğu 

istehsal obyektlərin sayı başa düşülür 

d)  iş vaxtı ərzində əmək funksiyalarının və ya işin həcminin yerinə yetirilməsi üçün 

zəruri işçilərin sayı başa düşülür 



e)  iş vaxtı ərzində əmək funksiyalarının müəyyəyn hissəsinin yerinə yetirilməsi başa 

düşülür 


273  Əmək haqqının ödənilməsinin hansı formaları var?   

a)  pul forması  

b)  natura forması 

c)  valyuta forması 



d)  pul və natura forması 

e)  istehlak məhsul forması 

274  Əmək haqqının əsas hissəsi necə adlanır?   

a)  tarif (vəzifə)maaşı  

b)  əmək haqqına əlavələr  

c)  əvəzli ödəmələr  

d)  təminatlı ödəmələr  

e)  təminatlı və əvəzli ödəmələr  

275  Əmək intizamı nədir?   

a)  müəssisənin tərkibindəki qayda-qanun 

b)  işçinin təsbit olunmuş intizam qaydasına, müəssisə rəhbərinin sərəncamlarına 

tabeçiliyi və işçilərdən tələb olunan davranış qaydalarının məcmusu  

c)  işçinin təsbit olunmuş intizam qaydasına tabeçiliyi 

d)  işçinin müəssisə rəhbərinin sərəncamlarına tabeçiliyi 

e)  işçilərdən tələb olunan davranış qaydalarının məcmusu 

 

 

276  İstehsalat intizamı dedikdə:   



a)  müəssisənin tərkibindəki qayda-qanun başa düşülür 

b)  istehsalatda qayda-qanunun bərqərar olması başa düşülür 

c)  işçinin təsbit olunmuş intizam qaydasına tabeçiliyi başa düşülür 

d)  işçinin müəssisə rəhbərinin sərəncamlarına tabeçiliyi başa düşülür 

e)  işçilərdən tələb olunan davranış qaydalarının məcmusu başa düşülür 

277  Hüquq qaydası kimi əmək intizamı nəyi müəyyən edir?   



a)  tərəflərin öhdəlikləri yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini 

b)  əmək qanunvericiliyinin tələblərinin gözlənilməsini 

c)  əmək intizamının təmin olunmasını 

d)  istehsalatda qayda-qanunun bərqərar olmasını 

e)  bütün cavablar düzdür 

278  Həvəsləndirilmə dedikdə:   

 

a)  əməyin yüksək səviyyədə qiymətləndirilməsi başa düşülür 



b)  müxtəlif fəaliyyət sahələrində istənilən fərqləndirmə başa düşülür 

c)  işçinin uğürlarının təqdiretmə formaları başa düşülür 



d)  müxtəlif fəaliyyət sahələrində istənilən fərqləndirmə və işçinin uğürlarının 

təqdiretmə formaları başa düşülür 

e)  müəyyən işə görə əmək haqqına əlavənin verilməi başa düşülür 

279  İşçi barəsində nə vaxt həvəsləndirmə tədbiri tətbiq olunmur?     

a)  işçi məzuniyyətdə olduqda 

b)  işçi ezamiyyətdə olduqda 

c)  işçi barəsində intizam tədbiri qüvvədə olduğu müddətdə 

d)  işçi xəstə olduqda 

e)  işçi fəaliyyət qabiliyyətsiz olduqda 

 280 İntizam məsuliyyətinin hüquqi əsasını nə təşkil edir?  



a)  intizam xətası 

b)  inzibati xəta 

c)  hüquq pozuntusu 

d)  hüquqazidd hərəkət 

e)  xəbərdarlıq 

 281 İşçi müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən hansı 

intizam tədbirləri tətbiq oluna bilər?   

a)  töhmət vermək 

b)  sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək 

c)  əmək haqqının ¼ məbləğindən çox olmamaqla cərimə etmək 

d)  əmək müqaviləsini ləğv etmək 



e)  bütün cavablar düzdür 

  282Müəssisədaxili intizam qaydaları hansı məqsədlərlə qəbul edilir?   

 

a)  əmək müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarətin, əmək 

müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarətin və bağlanmış 

kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə 

nəzarətin həyata keçirilməsi  

b)  əmək müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarətin həyata 

keçirilməsi  

c)  bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə 

nəzarətin həyata keçirilməsi  

d)  əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi  

e)  əmək intizamının təmin olunması  

283  Aşağıda qeyd olunanlardan hansılar intizam tənbehi sayılmır?   



a)  yazılı xəbərdarlıq  

b)  töhmət 

c)  sonuncu xəbərdarlıqla şiddətli töhmət  

d)  kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa aylıq əmək haqqının ¼-i 

məbləğindən çox olmamaq şərti ilə cərimə  

e)  işdən azad etme 

 284 İşəgötürən intizam tənbehini verərkən nələri nəzərə almalıdır?   

a)  bütün cavablar düzdür  



b)  işçinin şəxsiyyətini 

c)  işçinin kollektivdəki nüfuzunu  

d)  işçinin peşəkarlıq səviyyəsini  

e)  işçinin törətdiyi xətanın xarakterini  

285  Maddi məsuliyyət üçün hansı xarakterik cəhət əsasdır?   

a)  ödənişli olması 



b)  kompensasiya xarakterli olması 

c)  əvəzsiz olması 

d)  əvəzli olması 



e)  ödənişsiz olması 

286  Hansı əsaslar olduqda maddi məsuliyyət yaranır?   

a)  ziyanın həqiqətən vurulduğu aşkar olduqda 

b)  təqsirkarın əməli qanuna zidd olduqda 

c)  təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda 

d)  əməl qəsdən və ya ehtiyatsızlıqla törədildikdə 



e)  bütün cavablar düzdür 

  287Məcburi işburaxma müddəti nədir?   

a)  işçinin isdən imtina edərək işə çıxmadığı müddət 

b)  işçinin xəstə olduğu müddət 

c)  işçinin xəsarət aldığı müddət  

d)  işçinin ezamiyyətdə olduğu müddət 



e)  işçinin işdən çıxarıldığı gündən başlayaraq işçinin əvvəlki işinə bərpa edilənə 

qədərki müddət 

288  AR ƏM-nin 207-ci maddəsi nəyəi nəzərdə tutur?   

a)  işçilərin hüquqlarını 

b)  işçilərin vəzifələrini 



c)  işçilərin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququnu 

d)  əmək haqqının ödənilməsi qaydalarını 

e)  əmək müqaviləsinin ləğv edilməsi qaydalarını 

289  Mənəvi ziyan əmək hüquq münasibəti subyektlərinin hansı hüquqlarına ziyan 

vurur?  

a)  maddi hüquqlarına 

b)  əxlaqi hüquqlarına  

c)  şəxsi əmlak hüquqlarına 



d)  şəxsi qeyri-əmlak hüquqlarına 

e)  işgüzar münsibətlərinə 

290  Aşağıdakılardan hansı işçinin şəxsi qeyri-əmlak hüququna aiddir?   

 

a)  əmək hüququ 



b)  istirahət hüququ 


c)  minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq huququ 

d)  normal əmək şəraitində işləmək hüququ 



e)  bütün cavablar düzdür 

291  İşçiyə vurulmuş mənəvi ziyanın məbləği işəgötürən tərəfindən hansı formada 

ödənilir?     

a)  əmlak formasında 



b)  pul formasında 

c)  1 aylıq əmək haqqı formasında 

d)  işçinin istifadə etdiyi istehlak əşyaları formasında 

e)  müəssisədə istehsal olunan mal formasında 

292  Mənəvi ziyanın vurulması və onun məbləği kim tərəfindən müəyyn edilir?   

a)  işəgötürən tərəfindən 

b)  həmkalar ittifaqı tərəfindən 

c)  məhkəmələr tərəfindən 

d)  AR Nazirlər Kabineti tərəfindən 

e)  Baş Məşğulluq İdarəsi tərəfindən 

293  İstehsalat zədəsi və ya peşə xəstəliyi nəticsində işçiyə dəymiş ziyanın və 

çəkilmiş xərclərin əvəzini kim ödəməlidir?-   

 

a)  həmkarla ittifaqı  



b)  işəgötürən 

c)  işçinin özü tərəfindən ödənilir 

d)  AR Sosial Müdafiə Fondu 

e)  məhkəmənin qərarı ilə müəyyən edilmiş tərəf 

294  İstehsalat zədəsi və ya peşə xəstəliyi nəticsində sağlamlığı pozulmuş işçiyə 

ödənclərin verilməsi qaydası hansı dövlət orqanı tərəfindən müəyyən edilir?   



a)  AR Nazirlər Kabineti tərəfindən 

b)  AR Maliyyə Nazirliyi tərəfindən 

c)  AR Sosial Müdafiə Fondu tərəfindən 

d)  AR Dövlət Neft Fondu tərəfindən 

e)  AR Fövqaladə Hallar Nazirliyi tərəfindən 



295  Əməyin mühafizəsi xidmətinin tərkibinə kimlər daxil edilir?   

a)  həkimlər 

b)  ekspertlər 

c)  əmək qanunvericiliyini və əməyin mühafizəsi normalarını mükəmməl bilən 

mütəxəssislər 

d)  hüquqşünaslar 

e)  iqtisadçılar 

296  Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsinin həcmi və mənbəyi nə 

ilə müəyyən edilir?   

 

a)  əmək müqaviləsi ilə 



b)  kollektiv müqavilə ilə 

c)  kollektiv sazişlə 

d)  danışıqlar yolu ilə 

e)  razılaşma ilə 

297  Ağırlıq dərəcəsinə görə istehsalatdakı bədbəxt hadisələr hansı qruplara 

bölünür?   

a)  yüngül hadisələr 

b)  ağır hadisələr 

c)  ölümcül hadisələr 

d)  az ağır hadisələr 



e)  yüngül, ağır, ölümcül hadisələr 

298  Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət 

vaxtından əlavə uşağı yedizdirmək (əmizdirmək) üçün verilən fasilənin müddəti nə 

qədərdir?   



a)  30 dəqiqə olmaqla hər 3 saatdan bir 

b)  20 dəqiqə olmaqla hər 3 saatdan bir 

c)  30 dəqiqə olmaqla hər 2 saatdan bir 

d)  45 dəqiqə olmaqla hər 2 saatdan bir 

e)  1 saat olmaqla 3 saatdan bir 



299  Qadının hamiləliyinə və ya himayəsində 3 yaşınadək uşağı olmasına görə 

əmək müqaviləsinin əsassız ləğv edilməsinə görə AR CM - ilə işəgötürənə qarşı 

hansı sanksiya tətbiq edilə bilər?  

a)  əmək haqqı məbləğinin 10 mislindən 100 mislinədək cərimə 



b)  əmək haqqı məbləğinin 500 mislindən 1000 mislinədək cərimə 

c)  əmək haqqı məbləğinin 50 mislindən 100 mislinədək cərimə 

d)  əmək haqqı məbləğinin 20 mislindən 200 mislinədək cərimə 

e)  əmək haqqı məbləğinin 200 mislindən 2000 mislinədək cərimə 

300  Yaşı 18-dən aşağı olan işçilərin hansı işlərə cəlb olunması qadağandır? 

a)  gecə vaxtı işlərinə  

b)  iş vaxtından artıq işlərə 

c)  istirahət, bayram günlərində 

d)  ezamiyyətə göndərilməsi 

e)  bütün cavablar düzdür 

 

 



 

Yüklə 402,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə