C fiziki şəxsin işəgötürənlə bağlanmış əmək müqaviləsi üzrə işçi öz əmək qabiliyyətinin realizəsi ilə bağlı işin yerinə yetirilməsi zamanı



Yüklə 402,03 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix24.02.2018
ölçüsü402,03 Kb.
#27802
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

c)  məhkəmənin qərarından asılıdır  

d)  AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə bağlanıla bilər  

e)  Dövlət Əmək Müfəttişliyinin qərarı ilə bağlanıla bilər 

119  Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilərmi?   

a)  ola bilər  

b)  ancaq məhkəmənin qərarı ilə ola bilər  

c)  Dövlət Əmək Müfəttişliyinin qərarından asılıdır  

d)  ola da bilər, olmaya da  



e)  ola bilməz  

120  Əmək müqaviləsinin məzmunu necə müəyyən edilir?   

 

a)  qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə  

b)  tərəflərin və həmkarlar ittifaqı təşkilatının razılığı ilə  

c)  ancaq qanunvericiliyin tələblərinə əməl edilməklə  

d)  ancaq qanunvericiliyinin tələbləri gözlənilməklə  

e)  qanunvericiliyin tələblərinə əməl edilməklə işəgötürən tərəfindən müəyyən edilir  

 

 



121  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə əmək müqaviləsi hansı 

formada bağlanıla bilər?   

 

a)  ancaq yazılı formada  

b)  həm yazılı, həm də şifahi formalarda  

c)  ancaq şifahi formada  

d)  forma nəzərdə tutulmamışdır  

e)  forma qanunla nəzərdə tutulmamışdır  

122  Əmək müqaviləsi neçə nüsxədə tərtib olunur?   

 

a)  iki nüsxədən az olmayaraq  

b)  bir nüsxədə 

c)  dörd nüsxədə  

d)  üç nüsxədə  

e)  bir nüsxədən az olmayaraq  



123  Əmək müqaviləsi hansı müddətə bağlanıla bilər ?     

a)  müddətsiz və ya 5 ilədək müddətə  

b)  ancaq müddətsiz 

c)  üç ilədək müddətə  

d)  beş ilədək müddətə  

e)  müddətsiz və ya 3 ilədək  

124  Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, 

həmin müqavilə müddətli, yoxsa müddətsiz bağlanmış hesab edilir?   

a)  müddətsiz  

b)  müddətli  

c)  həm müddətli, həm də müddətsiz 

d)  işəgötürənin mülahizəsindən asılıdır  

e)  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından asılı olaraq müddətli və 

ya müddətsiz bağlanmış hesab edilir 

125  Hansı hallarda müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab 

edilir?   

 

a)  müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə 

b)  müddətli əmək müqaviləsi fasiləsiz olaraq 4 ildən artıq müddətə davam edərsə  

c)  müddətli əmək müqaviləsi fasiləsiz olaraq 3 ildən artıq müddətə davam edərsə 

d)  müddətli əmək müqaviləsi fasiləsiz olaraq 2 ildən artıq müddətə davam edərsə 

e)  müddətli əmək müqaviləsi fasiləli olaraq 6 ildən artıq müddətə davam edərsə  

126  Müəyyən işin görülməsi üçün müddətli əmək müqaviləsi bağlanıla bilərmi?   

a)  tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı 

razılığı ilə bağlanıla bilər  

b)  bağlanıla da bilər, bağlanılmaya da  

c)  bağlanıla bilməz  

d)  işəgötürənin tələbi və tərəflərin qarşılıqlı razılığı ilə bağlanıla bilər  

e)  AR ƏM-nin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlarda işə düzələrkən 

bağlanıla bilər 



127  Müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər 

görülərkən müddətli, yoxsa müddətsiz əmək müqaviləsi bağlanılır?     



a)  müddətli 

b)  müddətsiz  

c)  həm müddətli, həm də müddətsiz əmək müqaviləsi bağlanıla bilər  

d)  işəgötürənin mülahizəsindən asılıdır  

e)  məhkəmənin qərarı ilə müddətsiz bağlanılır  

128  Əmək müqaviləsi bağlanılarkən işçidən aşağıdakı sənədlər tələb olunmur:   



a)  hərbi bilet, ailə tərkibi barədə arayış və pensiya vərəqəsi  

b)  şəxsiyyəti təsdiq edən sənəd  

c)  əmək kitabçası  

d)  dövlət sosial sığorta şəhadətnaməsi 

e)  pensiya vəsiqəsi  

129  Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində 

qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilərmi?   

a)  yox, şərtləndirilə bilməz 

b)  bəli, şərtləndirilə bilər 

c)  işəgötürənin mülahizəsindən asılıdır  

d)  məhkəmənin qərarından asılıdır  

e)  həmkarlar ittifaqı təşkilatının qərarından asılıdır 

130  15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən kimin 

razılığı tələb edilir?   

 

a)  valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlardan birinin və 



yaxud qanunla onları əvəz edən şəxslərin  

b)  ancaq onların valideynlərindən birinin  

c)  ancaq övladlığa götürənlərin  

d)  ancaq qəyyumlardan birinin  

e)  ancaq qanunla onları əvəz edən şəxslərin  

131  AR ƏM-in 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulan şərtlərdən hər 

hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi:   



a)  tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib 

edilməsi tələbi qoyula bilər  

b)  tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə bilər  

c)  tərəflərdən birinin təşəbbüsü ilə yenidən tərtib edilməsi tələbi qoyula bilər  

d)  həm etibarsız hesab edilə, həm də yenidən tərtib edilməsi tələbi qoyula bilməz  

e)  yalnız yenidən tərtib edilməsi tələbi qoyula bilməz  

132  Əmək müqaviləsinə dəyişikliklər:   

 

a)  yalnız tərəflərin razılığı ilə edilir  

b)  yalnız işçinin yazılı razılığı ilə edilir  

c)  yalnız işəgötürənin yazılı razılığı ilə edilir  

d)  işəgötürənin mülahizəsindən asılıdır 

e)  həmkarlar ittifaqı təşkilatının qərarından asılıdır  

133  Hansı hallarda işçi işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edir?     



a)  əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya 

təhsilinin olması zəruri sayılan hallarda  

b)  yeraltı işlərə qəbul olunarkən  

c)  zərərli işlərə qəbul olunarkən  

d)  əmək funksiyasının xarakterinə görə təhsilin olması zəruri olan hallarda 

e)  əmək funksiyasının xarakterinə uyğun olan peşə hazırlığının olması zəruri olan 

hallarda  

134  İşəgötürən işçidən AR ƏM-də nəzərdə tutulmamış, habelə işin 

(vəzifənin)xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədləri tələb də bilərmi?   

 

a)  tələb edə bilməz  

b)  tələb edə bilər  

c)  tələb edə də bilər, etməyə də  

d)  məhkəmənin qərarı əsasında tələb edə bilər 

e)  həmkarlar ittifaqı təşkilatı icazə verdikdə tələb edə bilər 

135  Bağlanmış əmək müqaviləsi aşağıdakı orqanlarda və ya qurumlarda 

qeydiyyata alınır və təsdiq olunur:     

a)  sadalananların orqanların heç birində  



Yüklə 402,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə