Cı il, 5 aprel 2016 cı il və 17 noyabr 2017-ci il tarixli qanunlarla q



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü0,58 Mb.
#69436


Bank olmayan kredit təşkilatları haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



 

 (

21 iyun 2013-cü il tarixli,  30 sentyabr 2014-cü il tarixli, 4 mart 2016-



cı il, 5 

aprel 2016-

cı il və

 17 noyabr 2017-ci il tarixli qanunlarla q

əbul edilmiş 

d

əyişikliklə

rl

ə

 

Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin maliyyə 



resurslarına  olan  ehtiyaclarının  daha  dolğun  ödənilməsi,  maliyyə 

xidmətlərindən  istifadəsi  üçün  əlverişli  şəraitin  yaradılması  məqsədilə  bank 

olmayan  kredit  təşkilatlarının  təsis  edilməsi,  idarə  olunması  və  fəaliyyətinin 

tənzimlənməsi qaydalarını müəyyən edir. 

  

I fəsil 

Ümumi müddəalar 

  

Maddə 1. Əsas anlayışlar 

  

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.0.1. Bank olmayan kredit təşkilatı (bundan sonra – BOKT) xüsusi razılıq 

(lisenziya)  əsasında  kreditlərin  verilməsi  və  bu  Qanunla  nəzərdə  tutulmuş 

digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatı; 

1.0.2.  Birgə  borcalanlar  qrupu  –  müqaviləyə  əsasən  qrupun  hər  bir 

üzvünün aldığı kreditin qaytarılmasına qarşılıqlı zamin kimi çıxış edən şəxslər; 

1.0.3.  Girov  əmanəti  –  kredit  müqaviləsinin  qüvvədə  olduğu  müddətdə 

borcalan  və  ya  birgə  borcalanlar  qrupu  tərəfindən  kreditin  qaytarılmasının 

təminatı formalarından biri kimi BOKT-yə birdəfəlik və ya hissə-hissə ödənilən 

pul vəsaiti; 

1.0.4. İnzibatçı – BOKT-nin təkbaşına rəhbəri və ya icra orqanının üzvləri, 

mühasibat  xidmətinin  rəhbəri  (baş  mühasib,  maliyyə  meneceri  və  s.),  girov 

əmanətinə sərəncam vermək hüququ olan digər əməkdaşları, daxili auditoru, 

habelə  girov  əmanəti  qəbul  etmək  hüququ  olan  BOKT  filialının  və  onun 

mühasibat xidmətinin rəhbərləri; 



1.0.5. aidiyyəti olan şəxslər – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-

1.1-ci maddəsində göstərilən şəxslər;  


1.0.6. Maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimləmə və 

nəzarətin  həyata  keçirilməsi  məqsədilə  müvafiq  icra  hakimiyyəti  orqanının  yaratdığı 

qurum. 

  

Maddə 2. BOKT-nin fəaliyyətinin hüquqi əsasları və bu Qanunun tətbiq 



dairəsi 

  

2.1.  BOKT-nin  fəaliyyəti  Azərbaycan  Respublikasının  Konstitusiyası,  bu 

Qanun,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  “Azərbaycan 

Respublikasının  Mərkəzi  Bankı  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu,  Azərbaycan  Respublikasının  digər  qanunları  və  normativ  hüquqi 

aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra — Mərkəzi 

Bank) və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə və 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə 

tənzimlənir.  

2.2. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. 

  

Maddə 3. BOKT-nin müstəqilliyi 

  

3.1.  BOKT  öz  fəaliyyətini  bu  Qanunla  müəyyən  edilmiş  səlahiyyətlər 

çərçivəsində müstəqil həyata keçirir. 

3.2.  Qanunvericiliklə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  BOKT 

dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil və həmin orqanlar 

onun cari fəaliyyətinə müdaxilə edə bilməzlər. 

3.3. BOKT dövlətin öhdəliklərinə, dövlət isə BOKT-nin öhdəliklərinə görə 

məsuliyyət daşımır. 

3.4.  BOKT  tərəfindən  verilən  kreditlər  üzrə  faiz  dərəcəsi,  habelə  bu 

Qanuna  müvafiq  olaraq  göstərilən  maliyyə  xidmətlərinə  görə  tutulan 

komisyon  və  xidmət  haqlarının  məbləği  BOKT  ilə  borcalan  (xidmətlərdən 

istifadə edən) arasında bağlanılan müqavilə ilə müəyyən olunur. 

  

Maddə 4. BOKT-nin birlikləri və assosiasiyaları 

  



4.1. 

BOKT-lər 

fəaliyyətinin 

əlaqələndirilməsi, 

habelə 

ümumi 


mənafelərinin  birgə  təmsil  edilməsi  və  müdafiəsi  məqsədilə  birliklər  və 

assosiasiyalar yarada bilərlər. 

4.2. 

BOKT-lər 



rəqabətin 

məhdudlaşdırılmasına 

və 

bazarın 


inhisarlaşmasına  istiqamətlənən  sazişlər  bağlamaq  və  razlılaşdırılmış 

əməliyyatlar  aparmaq,  o  cümlədən  faiz  dərəcələrini  və  komisyon  haqlarını 

müəyyən etmək üçün birlik və assosiasiyalardan istifadə edə bilməzlər. Birlik 

və 


assosiasiyalar 

öz 


fəaliyyətini 

həyata 


keçirərkən 

antiinhisar 

qanunvericiliyinin tələblərinə riayət etməlidilər. 

  

II fəsil 



BOKT-nin yaradılması və idarə edilməsi 

  

Maddə 5. BOKT-nin təşkilati-hüquqi forması və növləri 

  

5.1.  BOKT-lər  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  hüquqi 

şəxslər  üçün  nəzərdə  tutulmuş  təşkilati-hüquqi  formada,  Azərbaycan 

Respublikasının və (və ya) xarici dövlətlərin fiziki və hüquqi şəxsləri, habelə 

beynəlxalq təşkilatlar tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-

ləri  yalnız  fond  formasında,  Azərbaycan  Respublikasının  bağladığı 

müqavilələrə uyğun olaraq beynəlxalq təşkilatlar, habelə xarici ölkələrin dövlət 

büdcəsindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları tərəfindən təsis edilə 

bilərlər.  Qeyri-kommersiya  BOKT-ləri  kommersiya  təşkilatları  yarada  və  ya 

onlarda iştirak edə bilməzlər. 

5.2. BOKT-lər iki növə - girov əmanəti qəbul etmək hüququ olan və belə 

hüququ olmayan kredit təşkilatlarına bölünürlər. 

5.3.  Xarici  ölkələrin  ərazisində  fəaliyyət  göstərən  BOKT  Azərbaycan 

Respublikasında  yalnız  girov  əmanəti  qəbul  etmək  hüququ  olmayan  filiallar 

təsis  edə  bilər.  Belə  filiallara  lisenziyaların  verilməsi,  onların  fəaliyyətinin 

tənzimlənməsi  və  fəaliyyətləri  üzərində  nəzarət  bu  Qanunla  girov  əmanəti 

qəbul  etmək  hüququ  olmayan  BOKT-lər  üçün  müəyyən  edilmiş  qaydada 

həyata keçirilir. 

  

Maddə 6. BOKT-nin adı 

  



6.1.  BOKT-nin  adında  “bank  olmayan  kredit  təşkilatı”  sözləri  olmalıdır. 

Heç  bir  BOKT  sənədlərdə,  elanlarda  və  ya  reklamlarda  öz  nizamnaməsində 

göstərilən addan fərqli adla adlandırıla bilməz. 

6.2.  BOKT  dövlət  qeydiyyatına  alınmış  və  fəaliyyətdə  olan  –  bankların, 

kredit  ittifaqlarının  və  digər  bank  olmayan  kredit  təşkilatlarının  adlarından 

istifadə edə bilməz. 

  

Maddə 7. BOKT-nin nizamnamə (şərikli) kapitalı 

  

7.1.  BOKT-nin  minimum  nizamnamə  (şərikli)  kapitalı,  habelə  qeyri-

kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-nin təsisçilərinin əmlak haqları 

pul  şəklində  ödənilməlidir.  Nizamnamə  (şərikli)  kapitalı  (əmlak  haqları) 

Azərbaycan Respublikasının milli valyutasında formalaşdırılmalıdır. 

7.2.  BOKT-lərin  nizamnamə  (şərikli)  kapitalının  minimum  miqdarı, 

onların  formalaşdırdıqları  ilkin  əmlaka  dair  minimum  tələblər maliyyə 

bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunur. 

  

Maddə 8. BOKT-nin təşkilati strukturuna və inzibatçılarına dair tələblər 



  

8.1.Təşkilati-hüquqi  formasından  asılı  olmayaraq  BOKT-nin  təşkilati 

strukturunda ən azı aşağıdakı vəzifələr nəzərdə tutulmalıdır: 

8.1.1. rəhbər (direktor, kollegial icra orqanının rəhbəri); 

8.1.2. mühasibat xidmətinin rəhbəri (baş mühasib, maliyyə meneceri); 

8.1.3. kredit mütəxəssisi; 

8.1.4. daxili auditor. 

8.2. BOKT-nin inzibatçıları ali təhsilə və ən azı bir illik iş təcrübəsinə malik 

olmalıdırlar.  Mühasibat  xidmətinin  rəhbəri  ali  iqtisadi  təhsilə  və  müvafiq 

ixtisas üzrə ən azı bir illik iş təcrübəsinə və ya orta ixtisas təhsilinə və müvafiq 

ixtisas üzrə ən azı 5 illik iş təcrübəsinə malik olmalıdır. 

8.3.  Qanunla  müəyyən  edilmiş  qaydada  müvafiq  vəzifənin  tutulması 

qadağan edilən, habelə qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olan 

şəxslər BOKT-nin inzibatçıları ola bilməzlər. 

  

Maddə 9. BOKT-nin filialları və nümayəndəlikləri 

  



9.1. BOKT öz filiallarını və nümayəndəliklərini aça bilər. 

9.2.  Girov  əmanəti  qəbul  etmək  hüququ  olan  BOKT-nin  filialı 

yalnız maliyyə bazarlarına nəzarət orqanın verdiyi icazə əsasında açıla bilər. 

9.3. Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-nin filialı və hər 

iki  növdən  olan  BOKT-nin  nümayəndəliyi  əvvəlcədən maliyyə  bazarlarına 

nəzarət  orqanına yazılı  məlumat  verilməklə  açıla  bilər.  Bu  halda  BOKT  öz 

filialının  və  ya  nümayəndəliyinin  açılması  barədə  qərarın  qəbul  edildiyi 

gündən  5  iş  günü  müddətində maliyyə  bazarlarına  nəzarət  orqanına yazılı 

məlumat  verməlidir. Məlumatda  qərarı  qəbul  edən  idarəetmə  orqanının  adı, 

qərarın  tarixi  və  nömrəsi,  açılan  filialın  və  ya  nümayəndəliyin  adı,  onların 

ünvanı  və  rəhbərləri  (ixtisası  və  iş  təcrübələri)  barədə  informasiya  əks 

olunmalıdır. 

9.4. Filial və nümayəndəliklərin əsasnaməsi BOKT tərəfindən təsdiq edilir. 

9.5. BOKT öz filialının və nümayəndəliyinin fəaliyyətinə və öhdəliklərinə 

görə tam məsuliyyət daşıyır. 

  

  

III fəsil 

Lisenziya və icazələrin verilməsi 

  

Maddə 10. Lisenziya 



  

10.1.  Kreditlərin  verilməsi  üçün  BOKT maliyyə  bazarlarına  nəzarət 



orqanından xüsusi razılıq (lisenziya) (bundan sonra – lisenziya) almalıdır. 

10.2. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə 

xüsusi  icazə  olmalıdır.  Belə  icazə  olmadan  BOKT-nin  girov  əmanəti  qəbul 

etməsi qadağandır. 

10.3. BOKT-yə verilən lisenziya müddətsizdir. 

10.4.  Lisenziya maliyyə  bazarlarına  nəzarət  orqanı tərəfindən  verildiyi 

gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə 

edilə bilər. 

  

Maddə 11. Lisenziyanın alınması üçün müraciət 

  



11.1.  Lisenziyanın  alınması  üçün  BOKT maliyyə  bazarlarına  nəzarət 

orqanına aşağıdakı sənədləri təqdim etməlidir: 

11.1.1.  təsisçi  (təsisçilər)  və  ya  qanunvericiliyə  müvafiq  qaydada  vəkil 

edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə; 

11.1.2.  dövlət  qeydiyyatı  haqqında  şəhadətnamənin  və  nizamnamənin 

notariat qaydasında təsdiq edilmiş surətləri; 

11.1.3.  minimum  nizamnamə  (şərikli)  kapitalının  ödənilməsi  (ilkin 

əmlakın formalaşdırılması) barədə bank sənədi; 

11.1.4. təşkilati strukturu haqqında məlumat; 

11.1.5.  inzibatçılarının  peşə  yararlılığı  və  qəsdən  törədilmiş  cinayətlərə 

görə məhkumluqlarının olmaması haqqında məlumat; 

11.1.6.  maliyyələşdirmə  mənbələri,  habelə  kredit  siyasətinin  əsas 

göstəriciləri (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditlərin verilməsi 

müddətləri, faiz dərəcələri və s.) barədə məlumat; 

11.1.7. xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan 

Respublikasında  filialının  açılmasına  xarici  nəzarət  orqanının  icazəsi  (həmin 

ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda); 

11.1.8. lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq 

edən sənəd.  

11.2.  Bu  Qanunun  11.1-ci  maddəsində  nəzərdə  tutulan  məlumatlar 

lisenziyanın  alınması  üçün  ərizə  verən  şəxs  (şəxslər)  tərəfindən  imzalanır. 

Ərizənin  forması  və  məzmunu,  ona  əlavə  edilən  sənədlər maliyyə  bazarlarına 

nəzarət orqanın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab 

verməlidir. 

11.3.  Lisenziyanın  alınması  üçün  müraciətə maliyyə  bazarlarına  nəzarət 

orqanı tərəfindən  30  gün  müddətində  baxılır.  Təqdim  edilmiş  sənədlərdə 

çatışmazlıqlar aşkar olunduqda maliyyə bazarlarına nəzarət orqanı onların aradan 

qaldırılması  barədə  ərizə  qəbul  edildikdən  sonra  15  gündən  gec  olmayaraq 

müraciət  edənə  yazılı bildiriş göndərir.  Çatışmazlıqlar aradan  qaldırıldıqdan 

sonra maliyyə bazarlarına nəzarət orqanı 15 gün müddətində sənədlərə baxır və 

müvafiq qərar qəbul edir. 

  

  

Maddə 12. Lisenziyanın verilməsindən imtinanın əsasları 

  



12.1. Lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilir: 

12.1.1.  təqdim  olunmuş  sənədlər  qanunvericiliyin  tələblərinə  cavab 

vermədikdə və ya məlumatlar yanlış olduqda; 

12.1.2. maliyyə bazarlarına nəzarət orqanı tərəfindən tələb olunan minimum 

nizamnamə (şərikli kapitalının ödənilməsi və ya təsisçilərin əmlak haqlarının 

formalaşdırılması barədə bank sənədi təqdim edilmədikdə; 

12.1.3. inzibatçılar peşə yararlılığı tələblərinə cavab vermədikdə və (və ya) 

onların qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olduqda. 

12.2. Maliyyə  bazarlarına  nəzarət  orqanı lisenziyanın  verilməsindən  imtina 

etdikdə,  müraciət  edənə  imtinanın  səbəblərini  göstərməklə  yazılı  məlumat 

verir. 

12.3. Lisenziyanın verilməsindən imtina barədə maliyyə bazarlarına nəzarət 



orqanın qərarından  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  məhkəməyə 

şikayət verilə bilər. 

  

Maddə  13.  BOKT-nin  filialının  açılmasına  icazənin  alınması  üçün 

müraciət 

  

13.1.  Girov  əmanəti  qəbul  etmək  hüququ  olan  BOKT  öz  filialının 

açılmasına icazənin alınması üçün maliyyə bazarlarına nəzarət orqanına aşağıdakı 

sənədləri təqdim etməlidir: 

13.1.1. BOKT-nin rəhbəri tərəfindən imzalanmış ərizə; 

13.1.2. filialın açılması barədə BOKT-nin səlahiyyətli idarəetmə orqanının 

qərarı; 

13.1.3. filialın əsasnaməsi; 

13.1.4.  filialın  inzibatçılarının  təyin  edilməsi  haqqında  BOKT-nin 

səlahiyyətli  idarəetmə  orqanının  qərarı,  onların  peşə  yararlılığı,  qəsdən 

törədilmiş  cinayətlərə  görə  məhkumluqlarının  olmaması  haqqında  məlumat 

(məlumat BOKT-nin rəhbəri tərəfindən imzalanır). 

13.2.  Filialın  açılmasına  icazənin  alınması  üçün  müraciətə maliyyə 

bazarlarına nəzarət orqanı tərəfindən 20 gün müddətində baxılır. Təqdim edilmiş 

sənədlərdə  çatışmazlıqlar  aşkar  olunduqda maliyyə  bazarlarına  nəzarət 



orqanı onların  aradan  qaldırılması  barədə  ərizə  qəbul  edildikdən  sonra  5  iş 

günündən  gec  olmayaraq  müraciət  edənə  yazılı  bildiriş  göndərir. 




Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra maliyyə bazarlarına nəzarət orqanı 10 

iş günü müddətində sənədlərə baxır və müvafiq qərar qəbul edir. 

13.3. Təqdim edilmiş sənədlər və məlumatlar qanunvericiliyin tələblərinə 

cavab  verdikdə maliyyə  bazarlarına  nəzarət  orqanı filialın  açılmasına  icazənin 

verilməsi barədə qərar qəbul edir, əks halda imtinanın səbəblərini göstərməklə 

BOKT-yə yazılı məlumat verir. 

  

Maddə 14. Lisenziyaların və icazələrin reyestri 

  

14.1. Maliyyə  bazarlarına  nəzarət  orqanı BOKT-lərin,  onların  filiallarının  və 

nümayəndəliklərinin  ictimaiyyət  üçün  açıq  olan  vahid  reyestrini  tərtib  edir. 

BOKT-lərin,  onların  filiallarının  və  nümayəndəliklərinin  adları,  ünvanları, 

onlara verilmiş və ləğv edilmiş lisenziyaların və icazələrin qeydiyyat nömrələri 

və tarixləri, inzibatçıları barədə məlumat, fəaliyyətinə xitam verilmiş BOKT-lər, 

onların  filial  və  nümayəndəlikləri  haqqında  məlumat  alındıqdan  sonra  3  iş 

günü müddətində reyestrə daxil edilir. 

14.2.  BOKT  reyestrə  daxil  edilmiş  məlumatda,  habelə  təsis  sənədlərində 

(nizamnamədə,  əsasnamədə)  dəyişikliklər  barədə maliyyə  bazarlarına  nəzarət 



orqanına 5  təqvim  günü  müddətində  yazılı  bildiriş  göndərməlidir.  BOKT-yə 

yeni inzibatçı təyin edildikdə bildirişə həmin şəxslərin bu Qanunun 8.2-ci və 

8.3-cü  maddələrində  nəzərdə  tutulmuş  tələblərə  cavab  verməsi  barədə 

məlumat daxil edilməlidir. 

  

IV fəsil 

BOKT-lərin fəaliyyətinə dair tələblər 

  

Maddə 15. BOKT-lərin fəaliyyəti 



  

15.1. BOKT maliyyə bazarlarına nəzarət orqanından aldığı lisenziya əsasında 

təminatlı və təminatsız kreditlər verə bilər. BOKT tərəfindən verilən kreditlər 

daşınan  və  daşınmaz  əmlakın  girovu,  girov  əmanəti,  qarantiya,  zaminlik  və 

qanunvericiliklə  nəzərdə  tutulmuş  digər  üsullarla  təmin  oluna  bilər.  Girov 

əmanəti yalnız maliyyə bazarlarına nəzarət orqanın BOKT-yə verdiyi lisenziyada 

bu barədə xüsusi icazə olduqda qəbul edilə bilər. 



15.2. Kreditlərin verilməsi üçün lisenziya almış BOKT aşağıdakı fəaliyyət 

növlərini də həyata keçirə bilər: 

15.2.1. borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq); 

15.2.2. lizinq; 

15.2.3. veksellərin uçotu; 

15.2.4. qarantiyanın verilməsi; 

15.2.5. sığorta agenti xidmətinin göstərilməsi

15.2.6.  borc  alanlara,  o  cümlədən  birgə  borcalan  qruplarına  maliyyə, 

texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi. 

15.3.  Bu  Qanunun  15.2-ci  maddəsində  göstərilən  fəaliyyət  növləri  üçün 

qanunvericiliklə lisenziyanın alınması tələb olunduqda, BOKT həmin fəaliyyət 

növləri ilə müvafiq lisenziya aldıqdan sonra məşğul ola bilər.  

15.4. BOKT-nin hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi 

qadağandır. 



15.5.  BOKT  tərəfindən  aidiyyəti  olan  şəxslərlə  əqdlərin  bağlanması  qaydaları 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  49-1-ci  maddəsi  ilə  tənzimlənir. 

Girov  əmanəti  qəbul  etmək  hüququ  olan  BOKT  aidiyyəti  olan  şəxslərə  kreditlərin 

verilməsi zamanı, həmçinin bu Qanunun 19.1.2-ci maddəsinə müvafiq olaraq müəyyən 

olunan prudensial normativlərə və tələblərə əməl etməlidir.  

15.6.  BOKT  vergi  və  maliyyə  məlumatlarının  mübadiləsini  nəzərdə  tutan 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu 

dövlətlərin  hüquqi  və  fiziki  şəxslərinə  Azərbaycan  Respublikasının  ərazisində  hesab 

açdıqda  və  ya  maliyyə  xidmətləri  göstərdikdə,  bu  barədə  məlumatları  Azərbaycan 

Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici 

dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir. 

  

Maddə 16. BOKT-lərin fəaliyyətinin maliyyələşdirilmə mənbələri 



  

16.1. BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə 

bilər: 

16.1.1. nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; 



16.1.2. cəlb edilmiş kreditlər; 

16.1.3.  fiziki  və  hüquqi  şəxslərin  ianələri,  qrantları  və  digər  formalarda 

əvəzsiz olaraq ayırdıqları vəsaitlər; 



16.1.4.  qanunvericilikdə  qadağan  olunmayan  digər  mənbələrdən  əldə 

edilən vəsaitlər. 

16.2. Beynəlxalq təşkilatlar, xarici ölkələrin hökumətləri və digər donorlar 

tərəfindən əvəzsiz olaraq ayrılan vəsaitlər, habelə onlardan əldə olunan gəlirlər 

BOKT-lər tərəfindən Azərbaycan Respublikasından kənara çıxarılmamalıdır. 

  

Maddə 17. Kredit müqaviləsi 



  

17.1.  BOKT  kreditlərin  verilməsində  şəffaflığı  təmin  etməli,  borcalanları 

aldıqları  kreditin  dəyəri  və  kreditlə  əlaqədar  çəkəcəkləri  xərclər  barədə  tam 

məlumatlandırmalıdır. 

17.2.  Qanunvericilikdə  ayrı  qayda  nəzərdə  tutulmadıqda,  BOKT  ilə 

borcalan arasında bağlanılan kredit müqaviləsində ən azı aşağıdakılar öz əksini 

tapmalıdır: 

17.2.1. tərəflərin adları və hüquqi ünvanları; 

17.2.2. kreditin məqsədi; 

17.2.3. kreditin məbləği; 

17.2.4. kreditin qaytarılma müddəti; 

17.2.5. kreditin qaytarılma üsulu; 

17.2.6. təminatın forması (təminatlı kredit verildikdə); 

17.2.7. kredit üzrə faizlərin, o cümlədən illik faiz dərəcəsinin məbləği (illik 

faiz dərəcəsi kreditin qaytarılma müddətindən asılı olmayaraq göstərilməlidir); 

17.2.8. kredit üzrə borcun (əsas borcun və faizlərin) bərabər aylıq ödənişlər 

formasında ödənilməsi nəzərdə tutulduqda, kreditdən istifadə edilən müddət 

ərzində orta hesabla ödəniləcək həqiqi faiz dərəcəsi; 

17.2.9. tərəflərin məsuliyyəti. 

17.3. Kredit müqaviləsi yazılı formada ən azı iki nüsxədə tərtib olunur və 

bir  nüsxə  borcalana  verilir,  digər  nüsxələr  isə  BOKT  tərəfindən  kreditin 

rəsmiləşdirilməsinə dair sənədlər toplusuna əlavə edilir. 

17.4. Birgə borcalanlar qrupu ilə bağlanılan kredit müqaviləsində qrupun 

bütün üzvləri barədə məlumatlar (adları, hüquqi ünvanları və s.) əks olunmalı 

və hər bir üzv üçün ayrıca nüsxə tərtib edilərək, onlara təqdim edilməlidir. 

17.5. Borcalan bu Qanunun 17.2-ci maddəsində göstərilən şərtlərin kredit 

müqaviləsində əks etdirilməməsi nəticəsində ona dəyən zərərin ödənilməsini 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada BOKT-dən tələb edə bilər. 




  

Maddə 18. Girov əmanəti 

  

18.1.  Kredit  müqaviləsində  veriləcək  kreditin  girov  əmanəti  ilə  təmin 

edilməsi  nəzərdə  tutula  bilər.  Girov  əmanətinin  məbləği  təmin  olunan  əsas 

borcun  qalığı  və  ona  hesablanacaq  faizlərdən,  müddəti  isə  kreditin 

müddətindən artıq ola bilməz. 

18.2.  Girov  əmanəti  nağd  və  ya  nağdsız  qaydada  BOKT-yə  ödənilir  və 

BOKT tərəfindən 2 iş günü ərzində ona xidmət göstərən bankda (banklarda) bu 

əmanətlər üçün açılmış xüsusi hesabda (hesablarda) yerləşdirilir. 

18.3.  BOKT  qəbul  etdiyi  hər  bir  girov  əmanətinin  fərdi  uçotunu 

aparmalıdır. Uçot məlumatları borcalanı (birgə borcalanlar qrupunu) və girov 

əmanəti ilə təmin edilmiş krediti tam eyniləşdirməyə imkan verməlidir. 

18.4. Kredit tam ödənildikdə və ya kredit müqaviləsi ilə müəyyən edilmiş 

digər  hallarda  girov  əmanəti  borcalanın  müraciət  etdiyi  gündən  ən  geci  2  iş 

günü  müddətində  BOKT  tərəfindən  borcalana  (birgə  borcalanlar  qrupuna) 

qaytarılır. 

18.5. Kredit müqaviləsi ilə nəzərdə tutulan hallarda BOKT girov əmanəti 

üzrə hesablanmış faizləri ödəməlidir. 

18.6.  Borcalan  (birgə  borcalanlar  qrupu)  kredit  üzrə  borcu  (əsas  borc, 

faizlər,  cərimə)  ödəyə  bilmədikdə,  kredit  müqaviləsində  nəzərdə  tutulduğu 

hallarda, BOKT həmin borcu mübahisəsiz (akseptsiz) qaydada girov əmanəti 

hesabından tuta bilər. 

18.7.  BOKT  girov  əmanəti  hesablarında  yerləşdirdiyi  vəsait  hesabına 

kreditlər  verə  və  digər  maliyyə  xidmətləri  göstərə  bilməz. Girov  əmanətinin 

yerləşdirildiyi hesabdan yalnız aşağıdakı hallarda istifadə edilə bilər: 

18.7.1.  dövlət  qiymətli  kağızları  və  mərkəzi  bankların  qiymətli  kağızları 

alındıqda (bu Qanunun 18.4-cü maddəsinin tələblərinə riayət etmək şərti ilə); 

18.7.2.  bu  Qanunun  18.6-cı  maddəsində  nəzərdə  tutulmuş  hüquqdan 

istifadə edildikdə. 

  

Maddə  19.  BOKT-nin  fəaliyyətinə  dair  prudensial  normativlər  və 

tələblər 

  



19.1.  Girov  əmanəti  qəbul  etmək  hüququ  olan  BOKT-nin  maliyyə 

sabitliyini  təmin  etmək  məqsədilə maliyyə  bazarlarına  nəzarət  orqanı bu  növ 

BOKT-nin  fəaliyyətinə  dair  aşağıdakı  prudensial  normativləri  və  tələbləri 

müəyyən edə bilər: 

19.1.1.  bir  borcalana  və  birgə  borcalanlar  qrupuna  verilən  kreditin 

maksimum miqdarı; 

19.1.2. aidiyyəti şəxslərə verilən kreditlərin maksimum məbləği və həmin 

şəxslərlə aparılan əməliyyatlara dair tələblər

19.1.3. qəbul edilmiş girov əmanətlərinin BOKT-nin kapitalına olan nisbəti; 

19.1.4. 


aktivlərin, 

balansarxası 

öhdəliklərin 

təsnifatından 

qiymətləndirilməsindən asılı olaraq mümkün zərərin ödənilməsi üçün xərclər 

hesabına yaradılan xüsusi ehtiyatlara aid tələblər. 

19.2. Maliyyə 

bazarlarına 

nəzarət 

orqanı BOKT-nin 

fəaliyyətinin 

tənzimlənməsi prosesində zərurət yarandıqca normativlərin hamısını və ya bir 

qismini tətbiq edə bilər. 

19.3. Girov əmanəti qəbul etmək hüququ olmayan və ya qeyri-kommersiya 

hüquqi şəxs kimi fəaliyyət göstərən BOKT öz fəaliyyəti dövründə nizamnamə 

(şərikli)  kapitalını  (əmlakını) maliyyə  bazarlarına  nəzarət  orqanıtərəfindən 

müəyyən edilən minimum miqdardan az olmayan  səviyyədə təmin etməlidir. 

19.4. Maliyyə  bazarlarına  nəzarət  orqanı tərəfindən  müəyyən  edilmiş  yeni 

prudensial  normativlər  və  tələblər,  onlarda  dəyişikliklər  fəaliyyətdə  olan 

BOKT-lərə rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə 

(şərikli) kapitalının (əmlakın) minimum miqdarına aid tələblərə dəyişikliklər 

isə  BOKT-lərə  rəsmən  bildirildikdən  sonra  bir  ildən  tez  olmayaraq  qüvvəyə 

minir. Yeni prudensial normativlərin və tələblərin geriyə qüvvəsi yoxdur. 

  

Maddə 20. BOKT-də mühasibat uçotu və maliyyə hesabatı 

  

20.1.  BOKT  “Mühasibat  uçotu  haqqında”  Azərbaycan  Respublikası 

Qanununa və digər normativ hüquqi və normativ xarakterli aktlara uyğun olaraq 

mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını tərtib etməlidir.  

20.2.  Borcalanlar,  habelə  digər  maraqlı  şəxslər  BOKT-nin  maliyyə 

hesabatları ilə tanış olmaq hüququna malikdirlər. 

20.3. BOKT maliyyə ili qurtardıqdan sonra ən geci 5 ay müddətində kənar 

auditor  tərəfindən  təsdiqlənmiş  illik  maliyyə  hesabatını maliyyə  bazarlarına 




nəzarət  orqanına təqdim  etməli  və  onu  kütləvi  informasiya  vasitələrində  dərc 

etdirməlidir. 

  

  

Maddə 21. BOKT-nin fəaliyyətinin şəffaflığı ilə bağlı tələblər 



  

21.1. BOKT və onun filialları öz inzibati binasında xidmətlərin göstərilməsi 

şərtləri,  o  cümlədən  kreditlərin  verilməsi  şərtləri  barədə  məlumatı  və  öz 

lisenziyasını  aydın  görünən  yerdə  yerləşdirməli  və  istənilən  şəxsə  həmin 

şərtlərlə tanış olmaq imkanı yaratmalıdır. 

21.2.  BOKT  öz  fəaliyyəti  haqqında  bilərəkdən  yalan  reklama  yol 

verməməli  və  reklam  haqqında  qanunvericiliyin  digər  tələblərinə  riayət 

etməlidir. 

21.3. BOKT öz adının və ünvanının dəyişdirilməsi barədə ən geci 7 təqvim 

günü  müddətində  kütləvi  informasiya  vasitələrində  məlumat  dərc 

etdirməlidir. 

  

Maddə 22. Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatın verilməsi 



  

22.1. BOKT hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət 



orqanının normativ  xarakterli  aktları  ilə  müəyyən  edilmiş  iş  reqlamentinə,  o 

cümlədən  məlumatın  xarakterinə,  onun  verilməsi  qaydalarına  və  şərtlərinə 

uyğun 

olaraq maliyyə 



bazarlarına 

nəzarət 

orqanında yaradılmış 

Mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. 

22.2.  BOKT  Mərkəzləşdirilmiş  kredit  reyestrinin  iş  reqlamentinə,  o 

cümlədən  məlumatın  verilməsi  qaydalarına  və  şərtlərinə  uyğun  olaraq  öz 

borcalanları və kredit almaq üçün müraciət edən şəxslər haqqında məlumatı 

həmin reyestrdən ala bilər. 

22.3. BOKT-nin istənilən borcalanı Mərkəzləşdirilmiş kredit reyestrindən 

özü haqqında məlumatı reyestrin iş reqlamentinə uyğun olaraq ala bilər. 

22.4.  BOKT  tərəfindən  Mərkəzləşdirilmiş  kredit  reyestrindən  alınan 

məlumata qanunvericilikdə nəzərdə tutulmuş bank sirrinin qorunması rejimi 

tətbiq  olunur.  Bank  sirrinin  qorunması  rejimini  pozan  şəxslər  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyət daşıyırlar. 

  



Maddə 23. Məxfilik 

  

BOKT öz müştəriləri ilə apardığı əməliyyatların, o cümlədən qəbul etdiyi 

girov  əmanətinə  dair  məlumatın  məxfiliyini  “Kommersiya  sirri  haqqında” 

Azərbaycan  Respublikası  Qanununa  müvafiq  surətdə  qorumalı,  onun 

qanunsuz  açıqlanmasına  yol  verməməlidir.  Həmin  məlumat  müştəri  ilə 

qarşılıqlı münasibətlərə xitam verildikdən sonra ən azı 5 il müddətində BOKT-

də saxlanmalıdır. 

  

V fəsil 



BOKT-nin fəaliyyətinə nəzarət 

  

Maddə 24. BOKT-nin fəaliyyətinə nəzarət 

  

24.1.  BOKT-nin  fəaiyyətinə  nəzarət  onun  nizamnaməsində  müəyyən 

edilmiş idarəetmə orqanı tərəfindən həyata keçirilir. 

24.2. BOKT fəaliyyəti barədə prudensial tələblərə dair hesabatları maliyyə 



bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş forma və məzmunda hər 

hesabat  rübü  başa  çatdıqdan  sonra  10  gündən  gec  olmayaraq maliyyə 



bazarlarına nəzarət orqanına təqdim etməlidir. 

24.3.  Hesabatların  təhlili  nəticəsində  bu  Qanunun, maliyyə  bazarlarına 



nəzarət  orqanının normativ  xarakterli  aktlarının  tələblərinin  pozulması  halları 

aşkara çıxarıldıqda və ya bu cür pozuntulara səbəb ola biləcək faktlar məlum 

olduqda maliyyə  bazarlarına  nəzarət  orqanı onların  aradan  qaldırılması  barədə 

BOKT-yə  xəbərdarlıq  məktubu  göndərir.  Məktubda  BOKT  tərəfindən  yol 

verilmiş pozuntuların (nöqsanların) və ya bu cür pozuntulara səbəb ola biləcək 

faktların  aradan  qaldırılması  üçün  görülməli  tədbirlər  və  onların  yerinə 

yetirilməsi müddəti göstərilir. 

24.4.  BOKT  xəbərdarlıq  məktubunda  müəyyən  olunan  vaxt  ərzində 

göstərilmiş  tədbirlərin  həyata  keçirilməsi  barədə maliyyə  bazarlarına  nəzarət 

orqanına yazılı məlumat verməlidir. Maliyyə bazarlarına nəzarət orqanıtərəfindən 

müəyyən  olunmuş  vaxt  ərzində  tədbirlər  tam  və  ya  tələblərə  uyğun  şəkildə 

həyata  keçirilmədikdə, maliyyə  bazarlarına  nəzarət  orqanı BOKT-yə  ikinci 

xəbərdarlıq məktubu göndərir və müvafiq tədbirlərin müəyyən olunmuş vaxt 




ərzində  həyata  keçirilməyəcəyi  təqdirdə  lisenziyanın  ləğv  ediləcəyi  barədə 

xəbərdarlıq edir. 



24.5. Maliyyə bazarlarına nəzarət orqanı BOKT-nin fəaliyyətini “Sahibkarlıq 

sahəsində  aparılan  yoxlamaların  tənzimlənməsi  və  sahibkarların  maraqlarının 

müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlayır.  

  

Maddə 25. Lisenziyanın və icazələrin ləğvi 

25.1. BOKT-nin lisenziyası və ya filiallara verilmiş icazələr aşağıdakı bir və 

ya bir neçə əsas olduqda maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ləğv edilə 

bilər: 

25.1.1. BOKT tərəfindən müvafiq ərizə təqdim edildikdə; 



25.1.2. lisenziya və ya icazə almaq üçün BOKT tərəfindən təqdim edilmiş 

məlumatların yanlış olduğu müəyyən edildikdə

25.1.3.  BOKT  və  ya  onun  filialı  lisenziyanın  və  ya  icazənin  qüvvəyə 

mindiyi gündən on iki ay müddətində fəaliyyətə başlamadıqda; 

25.1.4.  fəaliyyətində  yol  verdiyi  pozuntuların  aradan  qaldırılması 

barədə maliyyə bazarlarına nəzarət orqanının və ya Mərkəzi Bankın göstərişlərinə 

əməl etmədikdə;  

25.1.5.  tələb  olunan  hesabatları  ardıcıl  olaraq iki  hesabat  tarixinə maliyyə 



bazarlarına nəzarət orqanına təqdim etmədikdə və ya maliyyə bazarlarına nəzarət 

orqanına təhrif olunmuş hesabat təqdim etdikdə; 

25.1.6.  bu  Qanunla  nəzərdə  tutulmamış  və  ya  lisenziyasında  qadağan 

edilmiş fəaliyyəti həyata keçirdikdə; 

25.1.7. qanunvericiliyə müvafiq olaraq BOKT ləğv olunduqda və ya müflis 

elan edildikdə. 

25.1-1.  Bu  Qanunun  25.1.4-cü  maddəsində  göstərilən  əsas  olduqda, 

səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Mərkəzi Bank lisenziyanın və ya icazənin 

ləğv  edilməsi  üçün  maliyyə  bazarlarına  nəzarət  orqanına  əsaslandırılmış  yazılı 

müraciət edir.  

25.2. Lisenziyanın ləğv edilməsi haqqında qərar dərhal BOKT-yə, qərarın 

qüvvəyə  mindiyi  gündən  5  iş  günündən  gec  olmayaraq  isə  müvafiq  vergi 

orqanına  göndərilir,  habelə  kütləvi  informasiya  vasitələrində  dərc  edilir. 

BOKT-nin  filialına  verilmiş  icazənin  ləğvi  barədə  bildiriş maliyyə  bazarlarına 

nəzarət orqanının qərarı qüvvəyə mindiyi gündən 3 iş günü müddətində BOKT-

yə göndərilir. 




25.3. Lisenziyanın ləğv edilməsi haqqında qərarda başqa müddət nəzərdə 

tutulmadıqda,  qərar  kütləvi  informasiya  vasitələrində  dərc  edildiyi  gündən 

qüvvəyə minir. 

25.4.  BOKT  lisenziyasının  ləğv  edilməsi  haqqında  qərarın  qüvvəyə 

mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki 

Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir. 

25.5.  BOKT  lisenziyasının  ləğv  edilməsi  haqqında maliyyə  bazarlarına 

nəzarət  orqanının qərarından  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada 

məhkəməyə  şikayət  verə  bilər.  Şikayətin  verilməsi maliyyə  bazarlarına  nəzarət 



orqanının müvafiq qərarının icrasını dayandırmır. 

  

Maddə 25-1. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar 

  

Bank  olmayan  kredit  təşkilatları  maliyyə  bazarlarına  nəzarət  orqanına  həmin 

orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyirlər. 

  

VI fəsil 



Keçid müddəaları 

  

Maddə 26. Keçid müddəaları 



  

26.1. Bu Qanunun 17-ci maddəsinin tələbləri fəaliyyətdə olan BOKT-lərin 

bu Qanun qüvvəyə mindikdən sonra bağladıqları kredit müqavilələrinə şamil 

olunur. 


26.2. Girov əmanəti qəbul etmək hüququnu əldə etmək istəyən BOKT-lər 

bu Qanuna müvafiq qaydada yeni lisenziya almaq üçün müraciət edə bilərlər. 

  

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 



Bakı şəhəri, 25 dekabr 2009-cu il

 

№ 933-IIIQ



 

 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə