Cı IL tarixli qərarı ilə > 2016-cı IL Qeydiyyat və notariat baş idarəsinin rəisi Birliyin Səlahiyyətli şəxsi



Yüklə 32,6 Kb.
tarix13.11.2017
ölçüsü32,6 Kb.

<< Dövlət qeydiyyatına alınmışdır >> << Təsdiq edilmişdir >>

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Birliyin Konfransının 11.01.2016- cı il tarixli qərarı ilə

<<_______>> ____________________ 2016-cı il

Qeydiyyat və notariat baş idarəsinin rəisi Birliyin Səlahiyyətli şəxsi:

İlqar Məmmədov _______________ ______________
_________________________

İctimai Birliyin

NİZAMNAMƏSİ

(2-ci redaksiyada)

I ÜMUMİ MÜDDƏALAR

1.1. xxxxxxxxxxxx ictimai birliyi (bundan sonra – Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstiyusiyası, “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xxxxxxxxxx tarixdə xxxxxxxxxxxxxx nömrə ilə dövlət qeydiyyatına alınmışdır.

Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

1.4. Birliyin yerləşdiyi ünvan: xxxxxxxxxxxxxxxx



II Birliyin Məqsəd və Vəzifələri

2.1. Birliyin əsas məqsədi iqtisadi inkişaf proseslərini dəstəkləmək və sosial problemlərinin həllinə kömək etməkdən ibarətdir.

2.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:


  • ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proseslərini öyrənmək, əldə edilmiş uğurları yaymaq;

  • məşğulluq problemlərinin həllinə kömək etmək;

  • əlillərin, gənclərin işlə təmin olunmalarına yardım etmək;

  • əlillərə və aztəminatlı şəxslərə yardım göstərmək;

  • kimsəsiz uşaqların problemlərinin həllinə kömək etmək.

2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:

  • elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir;

  • ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökümət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;

  • məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;

  • Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

2.4. Birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin edir.

2.5. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.



III BİRLİYİN HÜQUQLARI

3.1. Birlik aşağıdakı hüquqlara malikdir:



  • öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələri daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;

  • fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;

  • Azərbaycan Respublikasının ərazisində və xaricdə filial nümayəndəliklərini təsis etmək;

  • banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;

  • müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;

  • qanunvericilikdə qadağan edilməyən nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

IV BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:



  • təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;

  • idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri;

  • səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər və gəlirlər;

  • öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

  • qrantlar;

  • sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;

  • təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;

  • qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

4.8. Birlik qanunvericilikdə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.

V BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ,

ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.

5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericilikdə yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.

5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti ilə yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.

5.4. Birliyə üzvlərin qəbulu Birliyin idarə heyəti tərəfindən aparılır.

5.5. Birliyə daxil olmaq üçün idarə heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

5.6. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:


  • bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada taşkilatın idarəçiliyində iştirak etmək;

  • Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;

  • Birliyin fəaliyyətində və təşkil etdiyi tədnirlərdə iştirak etmək;

  • Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;

  • Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;

  • Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

5.7. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

5.8. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:



  • Birliyin Nizamanaməsinə əməl etmək;

  • Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;

  • Nizamnamə tələblərinə riayət etmək;

  • Birliyin tədbirlərində iştirak etmək.

5.9. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

5.10. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:



  • könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;

  • Birliyin üzvlüyündən çıxarıldıqda.

5.11. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

  • Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;

  • mütamadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;

  • Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.

5.12. Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.

5.13. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.



VI BİRLİYİN TƏÇKİLATİ STRUKTURU

VƏ İDARƏETMƏ ORQANLARI

6.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

6.2. Ümümi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

6.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

6.4. Ümumi Yığıncağın səlahiyyəti aşağıdakılardır:


  1. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi və ya ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.2. Birlik ləğv edildiyi tədqirdə ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir və onu Ümumi Yığıncağın təsdiqinə verir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak Birliyin Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.Birliyin ləğvi Azərbaycan Respublikasının “Mülki Məcəlləsi”-nə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

8.DİGƏR ŞƏRTLƏR

8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.



8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

8.3. Birliyin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və həmin ilin 31 dekabrında başa çatır.Növbəti maliyyə illəri isə 1 yanvarda başlayır və dekabr ayının 31- dək olan dövrü əhatə edir.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə