Ç ixari ş İştirak edirlər: rh-nin üzvləri və digər dəvət olunmuş əməkdaşlar. Gündəlik məsələlər: Kənd təsərrüfatı bitkilərinin yüksək reproduksiyalı toxum və tinglərinin qiymətləndirilməsi barədə



Yüklə 17,02 Kb.
tarix11.07.2018
ölçüsü17,02 Kb.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin

Rəyasət Heyətinin 23 iyun 2016-cı il tarixli iclasının 01 saylı protokolundan
Ç I X A R I Ş
İştirak edirlər: RH-nin üzvləri və digər dəvət olunmuş əməkdaşlar.
Gündəlik məsələlər:
1.Kənd təsərrüfatı bitkilərinin yüksək reproduksiyalı toxum və tinglərinin qiymətləndirilməsi barədə.

2.Kvota üzrə istehsal olunmuş kənd təsərrüfatı bitkilərinin elit toxumlarının (tinglərinin) bölgü əsasında verilərkən satış qiymətinin müəyyənləşdirilməsi barədə.


EŞİDİLDİ : I. Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktor müavini Mürşüd Qəhrəmanov kənd təsərrüfatı bitkilərinin yüksək reproduksiyalı toxumlarının (tinglərinin) Azərbaycan Respublikası Prezidentinin 12 mart 2007-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş kvota əsasında elmi-tədqiqat institutlarının nümunəvi texnoloji xəritələri üzrə qiymətləndirilməsi haqqında həmin institutların Elmi Şuralarının protokolundan çıxarışları RH üzvlərinin nəzərinə çatdırdı. Məlumat verərək bildirdi ki, Əkinçilik ETİ Elmi Şurasının 11 aprel 2016-cı il tarixli 12 saylı protokolundan çıxarış, Tərəvəzçilik ETİ Elmi Şurasının 11 aprel 2016-cı il tarixli 6 saylı protokolundan çıxarış, Bitki Mühafizə və Texnili Bitkilər ETİ Elmi Şurasının 11 fevral 2016-cı il tarixli 2 saylı protokolundan çıxarış, Meyvəçilik və Çayçılıq ETİ Elmi Şurasının 12 aprel 2016-cı il tarixli 3 saylı protokolundan çıxarış və Üzümçülük və Şərabçılıq ETİ Elmi Şurasının 26 fevral 2016-cı il tarixli 1 saylı protokolundan çıxarış Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə təqdim olunmuşdur. Həmin çıxarışlarda qiymətlər nümunəvi texnoloji xəritələr əsasında təsdiq edilmişdir. Protokoldan çıxarışlar müzakirə edilib oxunur və çıxarışlar protokola əlavə olunur.

Müzakirə zamanı Rəsul Balayev, Eldar Kosayev, Şükür Əhmədov, Sadıx Salahov və başqaları təklif etdilər ki, Elmi-Tədqiqat İnstitutları Elmi Şuralarının qərarları məqsədəuyğundur, təsdiq olunsun.



Qərar: Kənd təsərrüfatı bitkilərinin yüksək reproduksiyalı toxum və tinglərinin kvotaya uyğun olaraq nümunəvi texnoloji xəritələr üzrə qiymətləndirilməsi haqda Elmi-Tədqiqat İnstitutları Elmi Şuralarının qərarları təsdiq edilsin, protokoldan çıxarış və qiymət cədvəli Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunsun.

EŞİDİLDİ: II. Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktor müavini Mürşüd Qəhrəmanov kvota üzrə istehsal olunmuş kənd təsərrüfatı bitkilərinin elit toxumlarının (tinglərinin) bölgü əsasında verilərkən satış qiymətinin müəyyənləşdirilməsini vacib hesab etdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə elit reproduksiyalı taxılın satış qiyməti onun istehsalına çəkilən xərcin 50%-i miqdarında nəzərdə tutulmuşdur və təsərrüfatın maddi-texniki bazasının gücləndirilməsinə yönəldilmişdir. Təklif etdi ki, digər kənd təsərrüfatı bitkilərinin kvotaya əsasən istehsal olunmuş elit toxumlarının (tinglərinin) satış qiyməti təsdiq olunan qiymət cədvəlində göstərilən 1kq toxumunun (1 ədəd tingin) istehsalına çəkilən xərcin 20%-i miqdarında müəyyənləşsin.

Rəsul Balayev, Cavanşir Təlai, Ələddin Eyvazov, Sadıx Salahov, Laləzər Sadıxova və başqaları məsələni müzakirə etdilər və təklifin qəbul olunmasını məqsədəuyğun hesab etdilər. Bu məsələnin müzakirəsi ətrafında vacib məqamlara da toxunuldu və qərar layihəsində öz əksini tapdı.



Qərar: 1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən kvotada nəzərdə tutulmuş subsidiya hər bir təsərrüfat üzrə kənd təsərrüfatı bitkilərinin orijinal, superelit və elit toxumlarının istehsalına çəkilən xərclərə görə hesablansın.Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə şöbəsinin,Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və ET İnstitutlarının mühasib və iqtisadçılarından ibarət komissiya yaradılması tövsiyə edilsin.

2. Kvota əsasında istehsal olunmuş kənd təsərrüfatı bitkilərinin yüksək reproduksiyalı toxumlarının satış qiyməti taxıl üçün nümunəvi texnoloji xəritələr üzrə qiymətləndirmə cədvəlində göstərilən 1 kq toxumun istehsalına çəkilən xərcin 50%-i,digər toxumlar üçün isə 20%-i miqdarında qəbul edilsin və k/t bitkilərinin elit toxumları üçün AZN ilə ifadədə aşağıdakı kimi müəyyən olunsun:

taxıl -0.22

qarğıdalı - 0,20

noxud - 0,28

mərcimək - 0,28

çəltik - 0,30

yonca - 1,10

xaşa - 0,28

pambıq - 0,14

pomidor -14,46

xiyar -10,58

soğan - 6,06

kələm -7,62

lobya - 0,48

kartof - 0,18

3. Kvotadan kənar istehsal edilən yüksək reproduksiyalı toxumların faktiki istehsal maya dəyərindən aşağı satılmaması tövsiyə edilsin.

4. Toxum təmizlənməsindən alınan yararlı çıxarın satış qiymətinin minimum həddi faktiki istehsal maya dəyərinin 50%-i miqdarında müəyyənləşdirilsin.


Sədr: R.Ə.Balayev
Katib: L.Q.Sadıxova

Əsli ilə düzdür:



Baş elmi katib: L.Q.Sadıxova


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə