C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə46/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   42   43   44   45   46   47   48   49   ...   207

95 

 

3.    Tranzit or bakteriyagəzdirənlər - o şəxslər hesab edilir ki, onlarda yalnız 1-



2  dəfə  bakterioloji  müayinənin  cavabı  müsbət  olür.  Müayinələr  arasında fasilə  1  gündən  artıq 

olmamalıdır. Eyni zamanda həmin şəxsdə heç bir klinik əlamət qeyd edilmir və saimonelioza qarşı 

aparılan seroloji müayinələr də dinamikada həmişə mənfi olur. 

Subklinik forma. Bu zaman praktik olaraq sağlam olan, saimonelioza aid heç bir 

klinik  əlamət  olmayan  şəxsdə  nəcisin  bakterioloji  müayinəsi,  sal-moneiloza  qarşı  seroloji 

reaksiyaların cavabı müsbət olur. 

Əvvəllər  salmonellozun nazoparazitik formasını  da  ayırırdılar.  Bu  zaman 

salmonelloz infeksiyasının digər xəstəliklərlə birlikdə getməsi nəzərdə tutulurdu. 

Ağırlaşmaları. Salmonellozda  çox  saylı  və  müxtəlif  klinik  ağırlaşmalar 

mümkündür.  Qastrointestinal  formada  damar  kollapsı,  hipovalemik  şok,  kəskin  ürək-damar, 

böyrək  çatmamazlığı;  septiki  ağırlaşmalardan  irinli artrit,  osteomielit,  endokardit,  beyinin, 

dalağın,  böyrəyin,  qaraciyərin  absesi, meningit,  peritonit,  apendisit  və  s.  müşahidə  edilə  bilər. 

Bundan başqa pnevmoniya, sidik çıxarıcı yolların qalxan infeksiyası (sistit, pielit), İTŞ-un inkişafı 

da istisna edilmir. Bütün klinik formalarda residivlor mümkündür. 



Proqnozu . Qastrointestinal və yatalağa bənzər formada proqnoz xoşdur. Septiki 

variantda isə ciddi olub, letalhq 0,1- 0,3%-ə çatır. 



Diaqnozu. Salmonellozun diaqnozu klinik-epidemioloji, laborator müayinələrə 

əsaslanaraq qoyulur. Tipik qastroenteritik formada, xüsusən qrup şəklində xəstələnmələr zamanı 

klinik-anamnestik,  epidemioloji  məlumatlara əsaslanaraq  diaqnozu  qoymaq  mümkündür.  Bütün 

digər hallarda kliniki poli-morfızmi nəzərə alsaq, diaqnozun laborator təsdiqi vacibdir. 

Göstərmək  lazımdır  ki,  salmonellozun  klinikasında  elə  bir  xarakterik  klinik 

əlamət seçmək mümkün olmur ki, digər bağırsaq infeksiyalarında qeyd edilməsin. Ona görə də 

xəstəliyin  diaqnozunun  qoyulmasında  bakterioloji  və seroloji  müayinələr  həlledici  rol  oynayır. 

Bakterioloji  müayinə  üçün  patoloji materialı  mümkün  qədər  tez,  antibakterial  müalicəyə 

başlamamış  götürmək lazımdır.  Bu  məqsədlə  xəstəliyin  formasından  asılı  olaraq  qusuntu 

kütləsi, mədə-bağırsaq yuyuntusu, nəcis, 12b.bağırsaq möhtəviyyatı, qan, sidik, tək-tək hallarda 

iltihabi ocaqlardan irin və onurğa beyni mayesi götürülə bilər. Xəstəliyə səbəbdə şübhəli bilinən 

qida qalığından, hətta işlədilmiş qab-qacağın yuyuntusundan da götürülüb əkilə bilər. 

Seroloji müayinələr nisbətən gec aparılır. Belə ki, spesifik antitellər xəstəliyin 

5-7-ci günü meydana çıxır. Sonrakı günlər onların titıi artır və 1-2 ay müddətində yüksək qalır. 

Diaqnozu  təsdiq  etmək  üçün  seroloji  müayinə  2 dəfə,  5-7  gün  fasilə  ilə  aparılmalıdır.  I  dəfə 

xəstəliyin I həftəsinin axırında, II dəfə isə II həftənin axırı III həftəsinin əvvəllərində qoyulmalıdır. 

Antitellərin titrinin nəzərə çarpacaq artması diaqnozu təsdiqləyir. Seroloji reaksiyalardan əsasən 

AR - xəstəliyin 7-8-ci günü və DoHAR - xəstəliyin 5-ci günü istifadə edilir. Diaqnostik titr 1:160 

və ya 1:200 hesablanır. 

İFM üsulundan istifadə edərək qanda müxtəlif sinifdən olan immuno-

qlobulinlər (IgM, IgG) təyin edilir. 

Qanda  salmonella  antigenlərini  aşkar  etmək  üçün  aqreqat  hemaqlutina-siya 

reaksiyası, LAR, KAR, İFM, sidikdə isə İFM üsulundan istifadə edilir. 

downloaded from KitabYurdu.org




96 

 

Differensial  diaqnozu. Salmonellozu  onun  klinik  formasından  asılı  olaraq  çox 

sayda infeksion, terapevtik və cərrahi xəstəliklərdən dif-ferensiasiya etmək lazım gəlir. 

Qastrointestinal formanı bir sıra digər bağırsaq infeksiyalarından  -dizenteriya, 

qida  toksikoinfeksiyaları,  eşerixiozlar,  vəba,  virus  qastro-enteritlə-rindən;  göbələklərlə,  bir  sıra 

bitkilərlə,  qeyri-üzvi  zəhərlərlə,  kimyəvi  maddələr  və  ağır  metal  duzları  ilə  zəhərlənmələrdən 

fərqləndirmək lazım gəlir. 

Oxşar  əlamətlərlə  getdiklərinə  görə  bir  sıra  hallarda  bu  forma  kəskin  cər-rahi 

xəstəliklərdən - appendisit, pankreatit, xolesistit, bağırsaq keçməməzliyi, mezenterial damarların 

trombozu,  ginekoloji  xəstəliklər,  miokardın  infarktı, xroniki  qastritin  kəskinləşməsi, 

enterokolitlər, mədə- 12b.bağırsaq xorası və digər xəstəliklərlə differensə olunmalıdır. Yayılmış 

forma  isə  ilk  növbədə  müxtəlif  mənşəli  sepsislərdən,  qarın  yatalağı,  paratiflərdən,  qrip, 

pnevmoniya, malyariya, vərəm, limfaqranulomatoz kimi xəstəliklərdən fərqləndirilməlidir. 

Müalicəs  i.  Salmonellozun  patogenezinin  mürəkkəbliyi  hər  bir  xəstəyə  fərdi 

yanaşılıb, xəstəliyin klinik forması və ağırlığından asılı olaraq müalicə taktikası seçməyi tələb edir. 

Xəstələrin  stasionar  müalicəsi  klinik  və  epide-mioloji  vəziyyətindən  asılı  olaraq  aparılmalıdır. 

Əsasən ağır, orta ağır gedişli xəstələr, yataqxanada yaşayanlar, ərzaqla əlaqədar işdə işləyənlər, 

bir  sözlə cpidemioloji  cəhətdən  ətrafdakılar  üçün  təhlükə  yaradan  şəxslər  xəstəxanada müalicə 

edilməlidirlər. Digər hallarda mənzilin  sanitar vəziyyəti imkan verirsə müalicəni  evdə  aparmaq 

olar. Bu halda da mütləq epidemioloqa xəbər verilməlidir. 

Hazırkı  dövrdə  salmonellozun  qastrointestinal  formasında  etiotrop  müalicə 

demək  olar  ki,  məsləhət  görülmür.  Yalnız  bəzi  hallarda  ağır  və  orta ağır  gedişlərdə  3-5  gün 

müddətində ftorxinolon törəmələri verilə bilər: sipro-loksasin 1,0 q, ofloksasin gündə 0,8 q. Bu 

formada əsasən patogenetik müalicə aparılır. İlk növbədə dezintoksikasiya, su-duz mübadiləsinin 

bərpası,  hipok-siya,  hipoksemiya,  metabolik  asidozla  mübarizə,  ürək-damar  sisteminin, 

böyrəklərin normal fəaliyyəti nəzarətdə saxlanmalıdır. Xəstəliyin ilk saatlarında mədə 2%-li 2-3 

litr soda məhlulu və ya ilıq su ilə yuyulmalıdır. 

Yüngül formada mədənin yuyulması, pəhriz (4 saylı pəhriz) və duz məhlullarının 

verilməsi ilə kifayətlənmək olar. 1 litr içməli suda 3,5 q NaCl; 1,5 q HC1; 2,5 q NaCÜ3; 20 q 

qlükoza  həll  edib  xəstəyə  verilməlidir.  Bu  məqsədlə «Oralit»,  «Rehidron»,  «Sitroqlukosolan» 

istifadə edilir. Onlar az miqdarda, hissə-hissə, xəstənin itirdiyi mayeyə münasib verilməlidir. 

Orta  ağır  gedişli  forma  zamanı  da  hemodinamikada  elə  bir  pozğunluq  qeyd 

edilmirsə  və  qusma  yoxdursa  onda  peroral  rehidratasiya  aparılır.  Əgər susuzlaşma  nəticəsində 

hemodinamik  dəyişikliklər  baş  verərsə  və  tez-tez  qusma olarsa,  onda  poliion  məhlulların  vena 

daxili  yeridilməsi  məsləhətdir.  Bu  məhlullar  38-40°C  isidilməklə,  ldəq.  40-48  ml  sürətlə 

yeridilməlidir. Yaxşı nəticə verən poliion məhlul «Kvartosol» hesab edilir (1 litr apirogen suda 

4,75  q NaCl;  1,5  q  KC1;  2,6  q  Na-asetat;  10  q  Na-hidrokarbonat).  Bu  məqsədlə  «Tri-sol»  (5  q 

NaCl, 4 q Na-hidrokarbonat, 1 q KC1) və digər məhlullar da («Xola-sol», «Ringer-laktat») istifadə 

etmək olar. NaCl izotonik məhlulunun yeridilməsi effektsizdir. O itirilmiş duzların yerini bərpa 

etmir. 

Xəstələrə 4 saylı pəhriz təyin edilir. Mexaniki və kimyəvi qıcıqlandırıcı qidalar 



çıxarılır.  Xəstələrdə  tez-tez  laktoza  ferment  çatmamazlığı  inkişaf  etdiyinə  və  yağların  həzmi, 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə