409
Profilaktikası. Profilaktika tədbirləri xəstələrin vaxtında aşkara çıxarılıb təcrid
edilməsi və müalicəsinə yönəldilməlidir. Leyşmaniozla yoluxmuş itlər tələf edilməlidir. Xəstəlyin
törədiciləri ilə - hünülərlə mübarizə tədbirləri işlənib hazırlanmalıdır.
DƏRİ LEYŞMANİOZU
( LEİSHMANİOSİS CUTANEA )
Dəri leyşmaniozu əsasən tropik, subtopik iqlim qurşaqlarında rast gəlinir. Dəridə
sonradan çapıqlaşma ilə nəticələnən xoraların əmələ gəlməsi ilə xarakterizə olunur. Aşağıdakı
kliniki formaları vardır.
I. Köhnə dünya dəri deyşmaniozu
a) Antropanoz - şəhər tip dəri leyşmaniozu - gec sağalan forma
b) Zoonoz - çöl-kənd tip dəri deyşmaniozu - kəskin nekrozlaşan forma
II. Yeni dünya dəri leyşmaniozu. Amerika qitəsində yayılmışdır.
Dəri leyşmaniozunun leyşmaniyaların müxtəlif növləri tərəfindən törədilən
kliniki variantları vardır.
A NTROPONOZ DƏRİ LEYŞMONİOZU
Antroponoz dəri leyşmoniozu - ADL - başqa adlarla da adlandırılır: il yarası,
Aşqabad xorası, I tip Borovski xəstəliyi, Şərq xorası və s.
Törədicisi Leishmania tropica minor, infeksiya mənbəyi xəstə insanlar,
keçiriciləri hünülərdir: Ph.papatasii, Ph.sergenti, Ph.caucasieus. Bütün il boyu rast gəlinir.
Əsasən Aralıq dənizi, Yaxın və Orta Şərq ölkələrində, Hindistan yarımadasında yayılmışdır.
Keçmiş SSRİ məkanından Orta Asiya respublikalarında və Zaqafqaziya qeyd edilir. O cümlədən
Azərbaycanda da təsadüf edilən xəstəliklərdəndir.
Zədələnmiş dəridə histiositlər, plazmatik hüceyrələr və qismən də neytro-
fillərdən ibarət qanulomatoz infiltirat əmələ gəlir. Endotel qişanın şişkinləşmə-si, proliferasiyası,
həmçinin damar divarının infiltrasiyası ilə əlaqədar damarların daralması qeyd edilir.
ADL uzun sürən inkubasion dövrdən sonra inkişaf edir. Bu 2-4 aydan 1-2 ilədək
çəkir, bəzən 4-5 ilədək uzana bilər, iləm antroponoz, həm də zoonoz dəri leyşmaniozda aşağıdakı
kliniki formalar müşahidə edilir.
1) İlkin leyşmanioma: a) qabarcıq mərhələsi, b) xoralaşma mərhələsi,
c) çapıqlaşma mərhələsi;
2) Ardıcıl baş verən leyşmanioma
3) Diffuz injiltratlaşmış leyşmanioma
4) Tuberkuloid dəri leyşmaniozu
Törədicinin daxil olduğu yerdə bir elə də nəzərə çarpmayan 2-3 mnı dia-
metrində qabarcıq meydana çıxır. Dəri üzərindən hiss olunmaz dərəcədə yüksələn qabarcıqda
gözlə görünən iltihab dəyişikliklər olmadığından uzun müddət xəstələrin diqqətindən kənarda
qalır. Bununla belə qabarcıq qonura çalan rəngdə olub, diqqətlə müayinə etdikdə - lupa ilə
baxdıqda onun mərkəzi hissəsində tıxacı xatırladan pulcuqlarla dolu çökəklik müəyyən edilir.
Qabarcıq tədricən, 3-6 ay müddətində iriləşərək diametri 5-10 mm-ə çatır. Qırmızı-qonur rəng alır,
pulcuqlu qartmaqla örtülür. 6-10 aydan sonra qartmaq düşür yerində bərk infiltratlaşmış zona ilə
əhatə olunmuş, kənarları girintili-çıxıntılı vulkan kraterini xatırladan, dibi irinlə örtülmüş xora
downloaded from KitabYurdu.org
410
əmələ gəlir. Xoradan çoxlu seroz-irinli ifrazat olur. Ətrafındakı infiltratlaşmış sahənin dağılması
hesabına xoranın sahəsi tədricən böyüyür, 4-6 sm-ə çatır. Əmələ gələn xora dərin olmayıb, dərialtı
toxumaya keçmir. Sonradan xora tədricən çapıqlaşmağa başlayır. Xəstəliyin başlanmasından,
qabarcıqdan çapıqlaşma formalaşana qədər orta hesabla lil keçir. Xəstəliyin adının
sinonimlərindən biri - il yarası da buradan götürülmüşdür. Bəzən, bu müddət uzun, 1,5-2 il və daha
artıq davam edir. Xora yerində əmələ gələn çapıq əvvəl çəhrayı, sonra solğun atrofik olur. Xoralar
adətən bədənin açıq yerlərində üzdə, əllərdə rast gəlinir. Sayı 1-3, bəzən isə 8-10-na çata bilər.
Göstərmək lazımdır ki, xoraların inkişafı zamanı orqanizmin ümumi vəziyyəti
demək olar ki, dəyişmir və ya bu dəyişikliklər çox zəif olur.
Bəzi hallarda ilkin leyşmaniomalarla paralel - ardıcıl olaraq ilkin leyşma-
niomalaıia eyni olan leyşmaniomalar inkişaf edir. Daha gec inkişaf edən bu cür leyşmaniomalar
immunitetin inkişafı ilə əlaqədar abortiv keçərək xoralaş-ma vermir. Yaşlı və zəif xəstələrdə
leyşmaniyaların limfogen yolla yayılaraq diffuz - infiltrativ leyşmaniomalar verməsi mümkündür.
Bu zaman daha böyük sahələrə yayılmış infiltratlaşmış ocaqlar meydana çıxır. Dəri qızarmış,
hamar və ya bir qədər kələ-kötür olur, nazikləşir. Qabıqlanma verir. Xoralaşma-ğa meyilli olmur.
Bəzi hallarda isə ümumi infiltratlaşmış fonda bir neçə yerdə kiçik ölçülü səthi xoralar müşahidə
edilir ki, onlar da özlərindən sonra güclə nəzərə çarpan çapıqlaşmalar qoyur. Digər hallarda isə
infiltratlar heç bir iz qoymadan tədricən 5-7 ay müddətində sorulurlar.
Tuberkuloid forma tək-tək hallarda rast gəlinir. Əsasən uşaqlarda və gənclərdə
olur. Vərəm qurdeşənəyini xatırladır və illərlə davam edir. Çapıqların ətrafında və ya çapıqlar
üzərində xırda çox saylı xoralaşmayan sarı-qonur rəngli qabarcıqlar meydana çıxır. Bəzən
qabarcıqlar böyüyərək bir-biri ilə birləşirlər. Proses 5-20 il davam edir və çapıq verməklə
sağalırlar.
ZoöNk)L,
D
Ə
K
İ
LEYŞMANİOZU
Sinonimləri: II tip Borovski xəstəliyi, pendin xorası, kəskin nekrozlaşan forma,
kənd-çöl leyşmaniozu və s.
Törədicisi antigen və bioloji xüsusiyyətləri ilə ADL törədicisindən
fərqlənən L.iropika mayordur. İnfeksiya mənbəyi gəmiricilər - siçovullar, siçanlar, sünbülqıranlar,
qum siçanları, gəlincik və s. ola bilər. Keçiriciləri hünülərdir -əsasən Ph.papatasii. Hünülər
gəmiricilərdən qan sorduqdan 6-8 gün sonra yo-luxdurucu olurlar. Əsasən yay aylarında qeyd
edilir və kənd yerlərində rast gəlinir. Endenıik zonalarda əsasən uşaqlar və ora təzə gələnlər
xəstələnirlər. Belə ki, yerli əhalidə immunitet formalaşmış olur. Xəstəlik Afrika ölkələrində,
Hindistanda, Ərəbistan yarımadasında, Yaxın Şərqdə yayılmışdır. Türkmənistanda, Özbəkistanda,
Gürcüstanda, Ermənistanda da qeyd edilir.
İnkubasion dövr nisbətən qısa olur, 1 həftədən 1-1,5 ayadək çəkir. Orta hesabla
10-20 gündür. ADL-nun klinik formaları zoonoz dəri leyşmaniozunda da - ZDL - qeyd edilir.
Leyşmaniyalar daxil olduqları yerdə, makrofaqlarda çoxalaraq produk-tiv iltihab
verirlər. Makrofaqlardan, epitelial və plazmatik hüceyrələrdən, Iim-fositlərdən, fıbroblastlardan
ibarət spesifik qranulomalar əmələ gəlir. Belə ki, törədici daxil olan yerdə 2-4 mm diametrində
konusa oxşar, çəhrayı rəngdə qa-barcıq meydana çıxır. Bir neçə gündən sonra ölçüləri böyüyərək
1-1,5 snı-ə çatır. Bəzən ətraf toxumaların iltihabı və limfanqaitlərlə gedən furunkulu xatırladır.
downloaded from KitabYurdu.org