C++ proqramlaşdırma dİlİ 19. 12. 2011



Yüklə 0,74 Mb.
səhifə3/11
tarix17.11.2018
ölçüsü0,74 Mb.
#80411
növüNümunə proqram
1   2   3   4   5   6   7   8   9   10   11
z = 99;

std::cout<<"z -in qiymeti simvol sheklinde: "<

return 0;

}

Proqramı kompilyasiya edib yerinə yetirək



C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>./prog2.exe

x ve y -in qiymetleri simvol sheklinde: a , B

x ve y -in qiymetleri eded sheklinde: 97 , 66

z -in qiymeti simvol sheklinde: c

C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>

C++ dilində hər hansı simvola müraciət etmək üçün bu simvolu tək dırnaq işarəsi ilə



göstəririk- ' ' . Misal üçün əgər proqramda 'x' , 'y' yazırıqsa kompilyator bunu simvol kimi qəbul edəcək, əks halda(dırnaqsız) isə dəyişən kimi. Günümüzdə simvolların sayı həddən artıq çoxdur, İngilis dilinin simvolları, kiril əlifbasının simvolları, ərəb, çin, yapon və digər əlifbanın 10 000 -la simvolu mövcuddur. Bu simvollar müxtəlif cür təsnif olunur ( unicode v.s. ) və ədəd qarşılığı göstərilir. Proqramçının bilməli olduğu ən əsas simvollar cədvəli ASCİİ simvollar cədvəlidir. ASCİİ cədvəli 128 simvoldan ibarətdir. Onların siyahısı və ədəd qarşılığı Əlavə B -də göstərilib. Bu siyahıdan olan bəzi ASCİİ simvolları daha çox istifadə olunur.

Bunlar aşağıdakılardır:



'\n' yeni sətir simvolu.

'\t' tabulyasiya simvolu.

'\0' sətrin sonunu bildirmək üçün istifadə olunan simvol.


2.5 Proqramda Şərhlər

C++ dilində yazılmış hər – hansı proqramı şərhsiz təsəvvür etmək olmaz. Şərh (comment, statement ... ) proqramın bu və ya digər hissəsinin hansı iş gördüyünü bildirmək üçün proqramın mətn koduna əlavə olunur . Şərhlər ancaq proqramın işini başa düşmək istəyənlər üçündür. Proqramın real yerinə yetirilən koduna şəhrlərin heç bir aidiyyəti yoxdur. Belə ki, kompilyator proqramı kompilyasiya edərkən birinci gordüyü iş şərhləri proqram kodundan silməkdir.

C++ dilində 2 cür şərhlərdən istifadə olunur: çoxsətirli - /* və */ və təksətirli - // . çoxsətirli

şərhlərdən istifadə etdikdə kompilyator /* və */ arasında qalan bütün proqram kodunu şərh kimi qəbul edəcək . Təksətirli şərhlərdən istifadə edən zaman kompilyator // simvollarından həmin sətrin sonuna kimi olan hissəni şərh kimi qəbul edəcək. Bu zaman kompilyator bu sətirləri nəzərə almayacaq. Onu da deyim ki, çox vaxt bu qaydadan proqramdakı səhvləri tapmada istifadə olunur (proqramın müəyyən hissəsini şərh kimi verib nəticəni yoxlamaqla). Misal üçün, tutaq ki, biz düzbucaqlının enini və uzunluğunu yadda saxlamaq üçün int tipli en və uz adlı dəyişənlər elan etmək istəyirik .



int en, uz;

Əgər biz bu dəyişənlərin hansı məqsəd üçün elan olunduqlarını proqramda şərh kimi daxil etmək istəyiriksə aşağıdakı kod hissəsini proqrama daxil edirik.



/* Burada en düzbucaqlnn enini, uz isə uzunluğunu bildirir. */

Kompilyator proqram kodunda /* ifadəsinə rast gəldikdə bu ifadə də daxil olmaqla */ -yə kimi hissəni şərh kimi qəbul edir. Şərhlər proqramçıya çox kömək edir və biz də şərhlərdən tez-tez istifadə edəcəyik.


2.6 Dəyişənlər üzərində əməllər.

Biz dəyişənlər üzərində onların tipindən asılı olmayaraq aşağıdakı hesab və müqaisə

əməllərini apara bilərik:

*, -, +, /, %

Uyğun olaraq vurma, çıxma, toplama, bölmə və qalıq əməllərini bildirir.


Dəyişənlər üzərində hesab əməlləri

Tutaq ki, bizə int tipindən olan x,y,z dəyişənləri verilib.



int x,y,z;

Onlara müxtəlif qiymətlər mənimsədək:



x = 786;

y = 93;

Indi tutaq ki, mən istəyirəm z x -in y -ə nisbətin mənimsədim.Yəni x -i y -ə böləndə alınan tam ədədə.

Kod aşağıdakı kimi olar:

z = x/y ;

Qeyd edək ki, bu əməliyyatda istifadə olunan bütün dəyişənlər tam tipli ( int ) olduğundan, bölmənin qalıq hissəsi atılır. Əgər mən istəsəydim x -in y -ə nisbətinin qalıq hissəsini tapım onda qalıq - '%' operatorundan istifadə etməliyəm.



z = x%y ;

Bu zaman z tam tipli dəyişən olduğundan qalığın 0-dan kiçik hissəsi atılır. Əgər mən bölmə əməliyyatının nəticəsini heç bir ixtisarsız, tam şəkildə almaq istəyirəmsə onda int əvəzinə double və ya float tipli dəyişənlərdən istifadə etməliyəm.



double = q;

q = x/z;

Proqram nümunəsi.

Aşağıdakı proqramı kompilyasiya edib yerinə yetirin:



//prg_2_7.cpp

#include

int main(){

int x,y,z,h;

double q,p,f;

// x,y -e bezi qiymetler menimsedek

x=238;


y=45;

// z -te x-in y-e nisbetinin tam hissesini menimsedek

z=x/y;


std::cout<<" 238 / 45 in tam hissesi = "<
// h -a x-in y-e nisbetinin qaliq hissesini menimsedek

h = x%y;


std::cout<<" 238 / 45 in qaliq hissesi = "<
// Indi ise q,p -ye bezi qiymetler menimsedek

q = 132.258;

p = 43.91;

// f-e q/p -ni menimsedek

f = q/p;


std::cout<}

Proqramı kompilyasiya edib yerinə yetirək



C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>./prog2.exe

238 / 45 in tam hissesi = 5

238 / 45 in qaliq hissesi = 13

132.258 / 43.91 = 3.01202

C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>


Çalışmalar !

1. Elə proqram yazın ki, istifadəçidən 5 ədəd daxil etməsini istəsin, daha sonra proqram bu ədədlərin cəmini ekranda çap etsin.

Yazıram!

int q,y,e,r,t,u;

std:: cin>>q;

std:: cin>>y;

std:: cin>>e;

std:: cin>>r;

std:: cin>>t;

u=q+y+e+r+t;

std:: cout<

2. Elə proqram tərtib edin ki, istifadəçidən üçbucağın tərəflərinin uzunluğunu daxil etməsini istəsin və üçbucağın perimetrini çap etsin.

int q,y,e,p;

std:: cin>>q;

std:: cin>>y;

std:: cin>>e;

p=q+y+e;

std:: cout<


3. Elə proqram tərtib edin ki, istifadəçidən dairənin radiusunu daxil etməsini istəsin və

dairənin sahəsini çap etsin. pi -nin qiymətini 3.14 götürün.

int s,r;

double p;

p=3.14;

std:: cin>>r;



s=p*r*r;

std:: cout<


$3 Operatorlar.

Əvvəlki paraqrafda biz proqramlaşdırmanın əsas elementlərindən biri - DƏYİŞƏNLƏR ,

onların tipləri və dəyişənlər üzərində hesab əməlləri ilə tanış olduq. Bu paraqrafda isə biz C++ dilində yazılmış proqramların digər əsas elementləri - OPERATORLAR ilə tanış olacayıq.


  • OPERATORLAR proqramlaşdırmada hər hansı şərtdən asılı olaraq proqramın növbəti icra istiqamətini müəyyənləşdirir. Misal üçün hər hansı şərtdən asılı olaraq bu və ya digər kod hissəsi icra olunar, hər hansı kod hissəsi bir neçə dəfə təkrar olunar və ya bir neçə kod hissəsindən biri icra olunar.

3.1 Şərt operatorları

Biz 3 qrup operatorlarla tanış olacağıq : Şərt, Dövr, Seçim.

Şərt opretaru çox sadədir. Əvvəlki proqram nümunələrində biz müxtəlif proqram kodları icra etdik.

Misal üçün:



std::cout << " x = "<

kod hissəsi ilə biz x -in qiymətini ekranda çap edirdik və bu zaman heç bir şərtdən istifadə etmirdik. Şərt opratoru bizə bu imkanı verir, yəni biz istədiyimiz şərtdən asılı olaraq x –in qiymətini çap edərik və ya heç bir iş görmərik.

Tutaq ki, məsələ belədir: Əgər x -in qiyməti 234 -dən böyükdürsə, onda onu çap et.

Kod aşağıdakı kimi olacaq:



if (x > 234)

std::cout<<" x = "<

Şərt operatorunun sintaksisi aşağıdakı kimidir:



if (şərt)

{ yerinə yetirilməli əməliyatlar }

else

{ digər əməliyatlar }

Qeyd edək ki, əgər cəmi bir əməliyyat yerinə yetirilirsə onda { } mötərizələrinə ehtiyac

yoxdur.

Izahı:

Əvvəlcə şərt yoxlanılır , əgər doğrudursa onda { } arasında olan əməliyatlar yerinə yetirilir əks halda else – dən sonrakı { } mötərizələri arasında olan əməliyatlar yerinə yetirilir.

Digər misal:

int x;

if (x<5)

std::cout<

else

std::cout<

Əgər verilmiş kod hissəsinin icra olunması üçün bir deyil bir neçə şərt ödənməlidirsə onda biz bu şərtlərin hamısını və (&&) operatoru ilə birləşdirə bilərik.

Aşağıdakı kimi:

if ((şərt1) && (şərt2) && (şərt3))

{

emel1;

emel2;

...

}

Əgər yuxarıdakı kod hissəsinin icra olunması üçün şərt1, şərt2, şərt3 -dən heç olmasa birinin ödənməsi kifayətdirsə onda biz bu şərtlərin hamısını və ya (||) operatoru ilə birləşdirə bilərik.

Aşağıdakı kimi:

if ((ş ərt1) || (şərt2) || (şərt3))

{

emel1;

emel2;

...

}

Qeyd edək ki, if operatorunun { } mötərəzələri arasında olan kod hissəsi ancaq və ancaq şərt ödəndiyi halda icra olunur. Lakin bir çox hallarda bizə lazım olur ki, bu şərtin əksi olan halda da hansısa əməliyyatları icra edək. Bu zaman biz else -dən istifadə edirik. else -dən proqramda sərbəst şəkildə istifadə edə bilmərik, else mütləq if -ə bitişik olmalıdır.

Şərt operatoruna aid proqram nümunələri:

//prg_3_1.cpp

#include

int main(){

int x;


std::cout<<"zehmet olmasa x-in qiymetini daxil edin\n";

std::cin>>x;



if (x<5)

std::cout<

else

std::cout<

return 0;

}

Proqramı kompilyasiya edək və hər dəfə müxtəlif qiymətlər daxil etməklə bir neçə dəfə



yerinə yetirək.

C:\cpp\prog2\Debug>prog2.exe

zehmet olmasa x-in qiymetini daxil edin

66

5 -den boyukdur

C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>prog2.exe

zehmet olmasa x-in qiymetini daxil edin

44

5 -den kichikdir

C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>

Müqaisə əməlləri

C++ dilində iki ifadənin qiymətini müqaisə etmək üçün aşağıdakı müqaisə əməllərdən

istifadə olunur:

== bərabərdir

!= fərqlidir

> böyükdür



< kiçikdir

<= kiçikdir bərabərdir

>= böyükdür bərabərdir

Misal üçün əgər mən x və y dəyişənlərinin qiymətlərinin bərabər olduğunu yoxlamaq

istəsəm onda aşağıdakı şərtdən istifadə edərəm:



if (x==y) {…}

3.2.dövr operatorları

for, while, do while

Dövr operatorları müəyən əməliyyatların bir neçə dəfə təkrar yerinə yetirilməsinə imkan

verir. Bu operatorlardan proqramlaşdırmada çox geniş istifadə olunur.

for operatoru

for operatorunun sintakisisi aşagıdakı kimidir:

for (sayğacın ilkin qiyməti; dövrün başa çatma şərti; sayğacın dəyişmə qaydası)

{ əməliyyatlar;}

Nümunə proqram:

10 dəfə salam dünya kəlməsini çap edən proqram qurun.



//prg_3_2.cpp

#include

int main(int argc, char *argv[]){

int k;


for (k=0; k<10; k=k+1)

{ std::cout<<"salam dünya\n";

}

return 0;

}

programı kompilyasiya edib yerinə yetirək.



C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>prog2.exe

salam dunya

salam dunya

salam dunya

salam dunya

salam dunya

salam dunya

salam dunya

salam dunya

salam dunya

salam dunya

C:\cpp\prog2\Debug>
+Tapşırıq:

Yuxarıdakı proqramda for (k=0; k<10; k=k+1) şərtini 1.for (k=5; k<10; k=k+1) 2.,for (k=0; k<3; k=k+1),3.for (k=0; k<10; k=k+7), 4.for (k=0; k<10; k=2) sətirləri ilə əvəz edib proqramı icra edin. Hər dəfə müxtəlif nəticələr alacağıq. Sonuncu halda isə ekranda Salam dunya ifadəsi sonsuz çap olunacaq(proqramın icrasını dayandırmaq üçün CTRL + Z düyməsini daxil edin).

Birinci halı təhlil edək.

1.for (k=0; k<10; k=k+1)

Sayğac olaraq k dəyişənindən istifadə olunur və ona başlanğıc qiymət olaraq 0 mənimsədilir: ( k=0;).

Dövrün sona çatması şərti kimi k<10; göstərilib. Bu o deməkdir ki, nə qədər ki, k < 10 şərti

ödənir dövrdə verilmiş əməliyyatlar təkrar icra olunacaq. Sayğacın qiymətinin dəyişmə

qaydası kimi k=k+1 (! Sonda ; simvolunun yoxluğuna diqqət yetirin) göstərilib, yəni dövr hər dəfə təkrar olunduqda sayğacın qiyməti 1 vahid artır.

Proses aşağıdakı şəkildə baş verir: Əvvəlcə k dəyişəni 0 qiyməti alır. Sonra dərhal k<10 şərti yoxlanılır. Şərt ödənir, belə ki, 0 < 10 ifadəsi doğrudur və avtomatik olaraq dövr opratorunun əməliyatları icra olunur(ekranda “salam dunya” sətri çap olunur). Daha sonra növbə sayğacın qiymətinin dəyişməsinə gəlir. Bunun üçün biz for -da k = k + 1; yazmışıq. Bu əməliyyat k –nın əvvəlki qiyməti nə idisə onu 1 vahid artırır. Baxdığımız hal üçün ( k -nın qiyməti 0 olan hal ) k-nın yeni qiyməti 1 olur. Şərt yoxlanılır. Bu proses k <10 qiyməti alana kimi davam edir. Bu zaman k < 10 şərti ödənmir və for operatoru sona çatır.



3.3 while operatoru

for operatorunda biz sayğac təyin etdik, dövrün başa çatması şərtini və sayğacın dəyişmə qaydasını verdik. Bəzən isə elə olur ki, dövrün başa çatması şərtinin nə vaxt ödənəcəyi əvvəlcədən bilinmir. Bu zaman while operatorundan istifadə olunur.

while operatorunun sintaksisi aşağıdakı kimidr.



while(şərt){

əməliyatlar; }

Nümunə:

char x;


x='b';

while (x!='a'){

std::cout<<"Salam dunya\n";

std::cout<<" yeni simvol daxil edin\n";

std::cin>>x;

}

Bu kod icra olunduqda ekranda Salam dünya sətri çap olunacaq və proqram isitfadəçinin hər hansı simvol daxil etməsini gözləyəcək. Əgər bu simvol 'a' -dırsa dövr sona çatacaq əks halda dövr təkrar olunacaq .



+Tapşırıq :

Bu kodu yoxlamaq üçün proqram tərtib edib, icra edin.


while dövr operatorunun digər forması do while operatorudur. do while operatorunun

sintaksisi belədir:



do{

əməliyyatlar;

} while(şərt);

Bu operatorun while opratorundan yeganə fərqi odur ki, bu halda şərtin nə zaman

ödənməsindən asılı olmayaraq əməliyyatlar ən azı 1 dəfə yerinə yetiriləcək.

3.3 switch operatoru

Əgər müəyyən halda proqramın icra istiqaməti bir neçə şərtdən asılıdırsa bu zaman if

opratoru ilə bu şərtlərin mürəkkəb konfiqurasiyasından istifadə etmək əvəzinə switch

operatorundan istifadə edirlər.



switch operatorunun sintaksisi aşağıdakı kimidir:

switch ( dəyişən ) {

case qiymət1:

/* əgər dəyişənin qiyməti == qiymət1 */

yerinə yetirilməli proqram hissəsi



break;

case qiymət2:

/* əgər dəyişənin qiyməti == qiymət2 */

yerin yetirilməli proqram hissəsi



break;

...


default:

/* yuxardakı şərtlərin hec biri odənmədikdə */

yerinə yetirilməli proqram hissəsi

}

switch opratoru dəyişənin qiymətini yuxarıdan aşağı case ifadəsinin qarşısında dayanan

qiymətlə yoxlayır və bərabər olarsa onda iki nöqtə(:) - dən sonra gələn bütün operatorları yerinə yetirir. break rast gəlinən yerdə switch opratoru işini dayandırır və proqramda switch-dən sonra gələn oprator yerinə yetirilir. switch operatoru ilə bağlı mühüm məqamlardan biri də odur ki, case ifadələrində qiymət kimi ancaq tam tipli dəyişənlərdən istifadə etmək olar.

(int) . default seçimindən istifadə etmək vacib deyil. Əgər qiymətlərdən heç biri ödənməsə onda default: seçimində göstərilən operatorlar yerinə yetiriləcək.

nümunə proqram:



//prg_3_3.cpp

#include

int main()

{ int color =0;

std::cout<<"Her hansi reng sechin(qirmizi=1,yashil=2,qara=3):\n";

std::cin>>color;



switch(color){

case 1: std::cout<<"siz qirmizi rengi secdiniz\n";

break;

case 2: std::cout<<"siz yasıl rengi secdiniz\n";

break;

case 3: std::cout<<"siz qara rengi secdiniz\n";

break;

default: std::cout<<"siz hech bir reng sechmediniz\n";

} return 0;

}

Proqramı kompilyasiya edib yerinə yetirək.



C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>prog2.exe

Her hansi reng sechin(qirmizi=1,yashil=2,qara=3):

2 siz yaşıl rengi secdiniz

C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>

3.4 continue və break

continue break operatorları dövr operatorlarının daxilində istifadə olunur.

break operatoru icra olunduqda dövr dərhal başa çatır.

continue operatoru icra olduqda dövr daxilində continue -dən sonra gələn əməliyyatlar icra olunmadan dövr yeni tsiklə keçir.

3.5 Şərtin qiyməti

Şərt və dövr operatorlarında diqqət yetirilməli digər bir məqam da şərtin qiyməti ilə bağlıdır.

C++ dilində hər şey rəqəmlərlə göstərilir - ünvan, məlumat, sətir, simvol … Şərtlər də istisna deyil: 0 - yanlış, 0 -dan böyük qiymətlər isə doğru kimi qəbul olunur. Misal üçün aşağıdakı yazılış doğrudur .Bu kod icra olunduqda heç nə yerinə yetirilməyəcək, çünki şərt ödənmir 0-dır:


if (0)

{ std::cout<<"Bakida havalar yaxshi kecir \n";

}

Bu kod isə icra olunduqda sonsuz sayda "Bakida havalar soyuq keçir" sətri çap olunacaq(şərt həmişə ödənir - 1).



while(1)

{ std::cout<<"Bakida havalar soyuq kecir \n";

}

Çalışmalar

if operatoru



  1. Elə proqram yazın ki, istifadəçidən 2 ədəd qəbul etsin və bunların ən böyüyünü çap etsin.

int n,m;

std::cout<<”1-ci ededi daxil et”<<”\n”;

std::cin>>n;

std::cout<<”2-ci ededi daxil et”<<”\n”;

std::cin>>m;

if(n>m


std::cout<”<else


std::cout<”<2.Elə proqram yazın ki, istifadəçidən 3 ədəd qəbul etsin və bunların ən böyüyünü çap etsin.

int k,s,p;

std::cout<<”1-ci ededi daxil et”<<”\n”;

std::cin>>k;`.

std::cout<<”2-ci ededi daxil et”<<”\n”;

std::cin>>s;

std::cout<<”3-cü ededi daxil et”<<”\n”;

std::cin>>p;

if((k>s)&&(k>p))

std::cout<<”en boyuk eded =”<

else


if((s>k)&&(s>p))

std::cout<<”en boyuk eded =”<

else

std::cout<<” ededlerin en boyuyu =”<


2.Elə proqram yazın ki, istifadəçidən 5 ədəd qəbul etsin və bunların ən böyüyünü çap etsin.

int x,y,z,q,d;

std::cout<<”x-i daxil et”<<”\n”;

std::cin>>x;

std::cout<<”y-i daxil et”<<”\n”;

std::cin>>y;

std::cout<<”z-i daxil et”<<”\n”;

std::cin>>z;

std::cout<<”q-ni daxil et”<<”\n”;

std::cin>>q;

std::cout<<”d-ni daxil et”<<”\n”;

std::cin>>d;

if((x>y)&&(x>z)&&(x>q) &&(x>d))

std::cout<<”ededlerin en boyuyu=”<

else

if((y>x)&&(y>z)&&(y>q) &&(x>d))



std::cout<<”ededlerin en boyuyu=”<

else


if((z>x)&&(z>y)&&(z>q) &&(z>d))

std::cout<<”ededlerin en boyuyu=”<

else

if((q>x)&&(q>y)&&(q>z) &&(q>d))



std::cout<<”ededlerin en boyuyu=”<

else


std::cout<<”ededlerin en boyuyu=”<for operatoru

1.Elə proqram qurun ki, istifadəçinin daxil etdiyi ədəd sayda ekranda 'a' simvolu çap etsin.

int x,k;


std::cout<<”x-i daxil et”<<” \n”;

std::cin>>x;

for(k=1;k<=20;k=k+1)

std::cout<<”a”<<”\n”;

2. Elə proqram qurun ki, 1 ilə 100 arasında olan ədədlər içərisində 3-ə qalıqsız bölünən

ədədləri çap etsin.

int k;

Std::cout<<”3-e bolunen ededler”<< “\n”;



for(k=3;k<100;k=k+3)

std::cout<

std::cin>>k;

6. Elə proqram qurun ki, 1 ilə 1000 arasında istifadəçinin daxil etdiyi ədədə qalıqsız bölünən ədədləri çap etsin.

int x,k;

std::cin>>x;

for(k=x;k<=1000;k=k+x)

std::cout<

std::cin>>x;

for və if operatorları

7. Elə proqram qurun ki, istifadəçidən hər-hansı ədəd qəbul etsin. Əgər bu ədəd 100-dən böyük olarsa onda ekranda 100 dəfə 'c' simvolu çap etsin, 50 ilə 100 arasında olarsa ekranda həmin ədəd sayda 'b' simvolu çap etsin, 50 -dən kiçik olarsa həmin ədəd sayda 'a' simvolu çap etsin.
int x,k;

std::cout<<”x-i daxil et”<< “\n”;

std::cin>>x;

if(x=>100)

for(k=1;k<=100;k=k+1)

std::cout<<”buyurun,100 defe c simvolu”<< “ \n”;

std::cout<<”c”<<”\n”;

else


if((x>50)&&(x<100))

for(k=1;k<=x;k=k+1)

std::cout<<”buyurun,istediyiniz sayda b simvolu”<< “ \n”;

std::cout<<”b”<<”\n”;

else

if(x<50)


for(k=1;k<=x;k=k+1)

std::cout<<”buyurun,istediyiniz sayda a simvolu”<< “ \n”;

std::cout<<”a”<<”\n”;
8.(*) for dovr operatorundan istifadə etməklə ekranda sonsuz olaraq "unix" kəlməsini çap edən proqram yazın.

int k;


for(k=0;k+<=77;k=7)

std::cout<<”unix”<<”\n”; 100%duzdu!


9. while dövr operatorundan istifadə etməklə ekranda sonsuz olaraq "linux" kəlməsini çap edən proqram yazın.

1)x='b';

while (x!='a'){

std::cout<<"linux \n";

std::cout<<" yeni simvol daxil edin\n";

std::cin>>x;

} std::cin>>x;

}

//birinci halda linux kəlməsi sonsuz sayda cap edəcək.//


2)x='b';

while (x!='a'){

std::cout<<"linux \n";

std::cout<<" yeni simvol daxil edin\n";

std::cin>>x;

}

//2-ci halda isə a simvolu daxil etdikdə proses sona çatır./



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə