C++ proqramlaşdırma dİlİ 19. 12. 2011



Yüklə 0,74 Mb.
səhifə2/11
tarix17.11.2018
ölçüsü0,74 Mb.
#80411
növüNümunə proqram
1   2   3   4   5   6   7   8   9   10   11
Proqram aşağıdakı kimi olar:

// prg_2_2.cpp

#include "stdafx.h"

#include

int main()

{ int x,y,z,h;

x=8;


y=45;

z=3;


h = x + y + z;

std::cout<qiymət mənimsədə bilərik, aşağıdakı kimi:



int x, y=20, z=0;

Yuxarıdakı elanda biz y və z dəyişənlərini elan edirik və bu dəyişənlərə başlanğıc qiymətlər mənimsədirik. Bundan əlavə C++ dilində aşağıdakı kimi də, mənimsətmə qaydalarından istifadə olunur: deyishen += qiymet;

Bu yazılış aşağıdakına ekvivalentdir .

deyishen = deyishen + qiymet;

Buradan görürük ki, mənimsətmə operatorunun sağ tərəfindəki ifdədə onun öz qiymətindən istifadə olunur. Proqramlaşdırma nöqteyi- nəzərdən burada hər şey qaydasındadır, belə ki, bu zaman dəyişənin əvvəlki qiyməti sağ tərəfin qiymətinin hesablanmasında istifadə olunacaq və yekun qiymət dəyişənə mənimsədiləcək.

Misal üçün:

x += 5; əməliyyatı x -in qiymətin 5 vahid artırır.

və ya


x += y; əməliyyatı x -in qiyməti üzərinə y əlavə edir.

Eyni qayda vurma və çıxma əməliyytalarına da aiddir.



x *= 5; əməliyyatı x -in qiymətin 5 dəfə artırır.
2.3 İnkrement və Dekrement.

C++ dilində İnkrement Dekrement adlandırılan xüsusi operatorlar var ki, onlar dəyişənlərin qiymətin müvafiq olaraq 1 vahid artırmaq və azaltmq üçün istifdə olunur. Bunlar uyğun olaraq aşağıdakılardır:



İnkrement - artırma ++, Dekrement azaltma -- .

Misal üçün inkrementdən istifdə edərək x -in qiymətin 1 vahid artırmaq istəsək aşağıdakı kimi yaza bilərik.



x++; və ya ++x;

Eyni qayda ilə dekrement x -in qiymətin 1 vahid azaldır, aşağıdakı kimi:



x--; və ya --x;

Bəs toplama, çıxma işarələrinin dəyişəndən əvvəl və ya sonra olmasının fərqi varmı? Əgər bu operatorun məqsədi sadəcə qiyməti dəyişməkdirsə onda işarəni sağda və ya solda yazmağın fərqi yoxdur. Lakin əgər inkrement və ya dekrement hansısa ifadənin

daxilindədirsə onda sağ,solun fərqi var. Belə ki, işrə solda olanda ifadədə dəyişənin ilkin

qiyməti, sağda olanda isə 1 vahid dəyişdirilmiş yeni qiyməti hesablanır.

Indi isə biraz daha maraqlı, interaktiv proqramlar tərtibi ilə məşğul olaq. Baxdığımız

proqramlarda biz hesab əməlləri üçün əvvəlcədən təyin olunmuş qiymətlərdən istifadə etdik, indi isə elə proqramlar yazaq ki, dəyişənlərin qiymətlərinin istifadəçi tərəfindən daxil edilməsi mümkün olsun. C++ dilində isitfadəçinin daxil etdiyi məlumatı proqramdakı dəyişənlərə mənimsətmək üçün əsasən std::cin funksiyasından istifadə olunur.



std::cin funksiyası barədə Əlavə A -da geniş izah verilir.

Tutaq ki, biz proqramda int tipli x dəyişəni elan etmişik.



int x;

Əgər biz istəyiriksə x - dəyişənin yaddaş sahəsinə (qısa olaraq x dəyişəninə deyəcəyik)

istifadəçi tərəfindən daxil olunan qiymət yazaq, onda proqrama aşağıdakı sətri

yerləşdirməliyik.



std::cin>>x;

Bütün bu dediklərimizi proqram nümunəsində test edək. Elə bir sadə proqram tərtib edək ki, istifadəçidən hər hansı ədəd daxil etməsini istəsin, daha sonra isə bu ədədin kvadratın ekranda зap eləsin.

Qısa bir qeyd: Gəlin yaratdığımız proqramları icra etmənin yeni metodu ilə tanış olaq.

Əvvəlcə C diskində yeni bir qovluq yaradırıq. Bu yeni yaratdığımız qovluğu cpp adlandıraq.

Daha sonra ilk test proqramında olduğu kimi yeni bir proyekt yaradırıq. New Project

pəncərəsinin Name alt pəncərəsinə yeni proqramımızın adını daxil edək, prog2. Location

pəncərəsinə isə ünvan olaraq yeni yaratdığımız qovluğun ünvanını daxil edək, C:\cpp.

Proqramımızın mətnində aşağıdakı kimi dəyişiklik edək.



// prog2.cpp : Defines the entry point for the console application.

#include "stdafx.h"

#include

int _tmain(int argc, _TCHAR* argv[])

{ std::cout<<"Salam dunya \

n";


return 0;

}

Yadda saxlayıb, kompilyasiya edirik. əgər proqramımızı əvvəlki qayda ilə icra eləsək, (Debug -> Start Debugging) onda kansol pəncərəsi bir anlığa açılıb bağlanacaq. Kansol (cmd) proqramını özümüz yükləyək.



Start -> Run -> CMD

və ya C:\Windows\system32 qovluğunda cmd.exe proqramını yükləyirik.

Daha sonra kansoldan aşağıdakı əmrləri daxil edirik:

cd C:\cpp\prog2\Degub

prog2.exe

Nəticədə proqramımız icra olunacaq.



C:\Documents and Settings\Admin>

C:\Documents and Settings\Admin>

C:\Documents and Settings\Admin>cd C:\cpp\prog2\debug

C:\cpp\prog2\Debug>prog2.exe

Salam Dunya

C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>

Bundan sonra bütün proqramlarımızı bu qayda ilə icra edəcəyik. İndi isə yuxarıda daxil

etdiyimiz ədədin kvadratı proqramı ilə məşğul olaq. Əvvəl proqramı daxil edək daha sonra isə izahı ilə tanış olarıq.

Proqramın mətn kodu aşağıdakı kimi olacaq:



// prg_2_3.cpp

#include "stdafx.h"

#include

int main()

{ int x,y;

std::cout<<"Zehmet olmasa her hansi eded daxil edin \n";

std::cin>>x;

y = x*x;


std::cout<
return 0;

}

Proqramı yerin yetirərkən, unutmayaq ki, proqramın mətn faylında hər - hansı dəyişiklik



etdikdən sonra bu dəyişikliklərin ikili faylda (prog2.exe) oturması üçün mütləq kompilyasiya etməliyik .

C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>prog2.exe

Zehmet olmasa her hansi eded daxil edin

67

67 in kvadrati = 4489

C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>

Proqramın izahı:

Proqramda int tipli x y dəyişənləri elan edirik. Daha sonra std::cin finksiyası ilə istifadəçinin daxil etdiyi qiyməti x dəyişəninə mənimsədirik (x -in yaddaş sahəsinə yazırıq). y -ə x –in kvadratını mənimsədirik və çap edirik.

Başqa proqrama baxaq:

Elə proqram tərtib edin ki, istifadəçidən düzbucaqlının enini və uzunluğunu daxil etməsini istəsin. Daha sonra proqram düzbucaqlının sahəsini ekranda çap etsin.

Əvvəlcə proqramı sərbəst yazmağa cəhd edin.

Proqram aşağıdakı kimi olacaq:



// prg_2_4.cpp

#include

int main(){

int en, uz, sahe;

std::cout<<"Zehmet olmasa duzbucaqlnn enini daxil edin \n";

std::cin>>en;

std::cout<<"Zehmet olmasa duzbucaqlnn uzunlugunu daxil edin \n";

std::cin>>uz;

sahe = en*uz;

std::cout<<"Duzbucaqlinin sahesi = "<

return 0;

}

Proqramı kompilyasiya edib yerinə yetirək:



C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>prog2.exe

Zəhmət olmasa duzbucaqlının enini daxil edin

56

Zəhmət olmasa duzbucaqlının uzunluğunu daxil edin

23

Duzbucaqlının sahəsi = 1288

C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug
2.4 Char tipi və ya Simvol tipi

Biz qeyd elədik ki, simvol tipi C++ dilində char kimi elan olunur. Gəlin simvol tipindən olan bir neçə dəyişən elan edək və onlara qiymət mənimsədək.



char x,y,z;

x = 'a'; y = 'B';

Yuxarıdakı proqram kodunda biz x dəyişəninə a qiymətini, y dəyişəninə B qiymətini

mənimsətdik. Sadə proqram nümunəsinə baxaq:

Proqram nümunəsi.

Aşağıdakı proqramı kompilyasiya edib yerinə yetirin:

// prg_2_5.cpp

#include

int main(){

char x,y;

x = 'a';

y = 'B';


std::cout<<"x ve y -in qiymetleri: "<
return 0;

}

Proqramı kompilyasiya edib yerinə yetirək



C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>./prog2.exe

x ve y -in qiymetleri: a , B

C:\cpp\prog2\Debug>

C:\cpp\prog2\Debug>

C++ dilində bir prinsip mövcuddur: hər şey ədəddir! Yəni bizim simvol, sətir, kəsr və .s. kimi qəbul etdiyimiz hər şey aşağı səviyyədə ədədlərlə ifadə olunur. Sadəcə olaraq ədədlərə müxtəlif tipdən olan dəyişən kimi yanaşmaq bizə istifadə rahatlığı yaradır. Başqa sözlə char tipindən olan dəyişəni ədədə mənimsədə bilərik .

Yuxarıda baxdığımız proqramın bir qədər dəyişilmiş variantına baxaq:

//prg_2_6.cpp

#include

int main(){

char x,y,z;

int f,h;

z = 99;


x = 'a'; y = 'B';

f = x; h = y;

std::cout<<"x ve y -in qiymetleri simvol sheklinde: " <

std::cout<<"x ve y -in qiymetleri eded sheklinde: "<


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə