C. V. Qəhrəmananov K. H. Allahyarov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix28.06.2018
ölçüsü0,72 Mb.
#52346
1   2   3   4   5   6   7   8   9   ...   22


 
sonluqlar, lakli təsvirlər, döymə üsulla bəzədilmiş dəri cilidlər 
rəngarəngliyi  ilə  diqqəti  cəlb  edir.  Əlyazmalardan  mühüm 
hissəsi  yüksək  sənətkarlıqla  işlənmiş  sujetli  miniatürlərlə 
bəzədilmişdir  ki,  orta  əsrlərin  görkəmli  rəssamları  tərəfindən 
işlənmişdir.  Belə  nadir  əlyazmalarından  bir  neçəsi  Bakıda 
Məhəmməd 
Fizuli 
adına 
Əlyazmalar 
İnstitutunda 
saxlanılır.Onlardan  birində  Təbriz  rəssamlıq  məktəbinin 
yaratdığı 44 rəngli miniatür vardır. Belə əlyazmaların hər biri 
onların saxlanıldığı kitabxananın qürur mənbəyidir.  
Hazırki 
nəşrə 
Nizaminin 
Şərq  əlyazmalarının  
kataloqlarında  və  digər  sorğu  nəşrlərində  rast  gəldiyimiz 
bütov  əsərləri  və  əsərlərindən  iri  parçalar  daxil  edilmişdir. 
Buraya  ancaq      ayrı-ayrı  şeir  toplularında  (cünglərdə, 
bayazlarda,  məcmuələrdə)  rast
 
gəlinən  tək-tək  şeirlər, 
poemalardan  kiçik  parçalar,  həmçinin  “Xəmsə”dən  seçmələr 
(“Xülasətül-“Xəmsə”) daxil edilməmişdir.  
Kataloqda əvvəlcə “Xəmsə” əlyazmalarının, sonra ayrı-
ayrı poemaların xronoloji ardıcıllıqla təsviri verilmişdir. Ayrı-
ayrı  poemaların  əlyazmalarının  təsviri  şairin  onları  yazdığı 
tarixi  ardıcıllıqla  verilmişdir.  Kitabın  sonunda  şairin 
“Divan”ının əlyazma  nüsxələrinin təsviri.  
Həm 
“Xəmsə”nin, 
həm 
ayrı-ayrı 
poemaların 
əlyazmalarının  təsviri  onların  köçürüldüyü  tarixə  uyğun 
olaraq  ardıcıllıqla  verilmişdir.  Hər  bir  ayrıca  əlyazmasının 
təsviri  isə  aşağıdakı  prinsipə  uyğun  qurulmuşdur.  Təsvirin 
sıra  nömrəsi,  əlyazmasının  saxlanıldğı  fondun  yerləşdiyi 
şəhər,  əlyazmasının  şifri,  əlyazmasını  köçürən  katibin  tam 
adı,  əlyazmasının  tamamlanma  tarixi  və  əlyazmasında  olan 
vərəqlərin  sayı  (əgər  onlar  məlumdursa),  əgər  əlyazmasında 
onun  köçürülməsinin  dəqiq  tarixi  yoxdursa,  onda  bizim 



 
istifadə  etdiyimiz  kataloqu  tərtib  edənin  müəyyənləşdirdiyi 
təqribi  tarix  qeyd  olunur.  Ancaq  müstəsna  hallarda  kataloqu 
tərtib  edənin  əlyazmasının  tarixini  müəyyənləşdirərkən  səhvi 
tamamilə  aşkar  görünəndə  biz  bəzi  əlyazmalarının  tarixi  ilə 
bağlı  düzəliş  etməyə  məcbur  olurduq.  Məsələn,  qədim  fars 
əlyazmalarının öyrənilməsi və sistemləşdirilməsi sahəsində ən 
böyük mütəxəssis olan İran alimi Əhməd Münzəvi  iki tarixi 
qeyd  olunmayan  “Xəmsə”  əlyazmasının    (bizim  nəşrdə 
13və14saylı)  paleoqrafik  keyfiyyətlərinə  görə  XII  və    XIII 
əsrlərə,  yəni  şairin  həyatda  olduğu  dövrə  aid  etmişdir. 
Qəribədir  ki,  eyni  zamanda  həmin  əlyazmalarının    nəstəliqlə 
yazıldığını da qeyd edir. Halbuki məlumdur ki, nəztəliq xətti 
XIV  əsrin  sonunda  görkəmli  Azərbaycan  xəttatı  Xəttat  Mir 
Əli Təbrizi tərəfindən kəşf olunmuş və xəttatlıqda işlədilməyə 
başlamışdır.  Bu  cəhətləri  nəzərə  alaraq  biz  həmin 
əlyazmalarını  XIV  əsrin  sonlarına  aid  etmişik.  Nə  dəqiq 
köçürülmə  tarixi  olan,  nə  də  təxmini  tarixi  müəyyənləşdirilə 
bilinən  əlyazmalarının  təsviri  müvafiq  əsərlərin  təsvirinin 
sonunda yerləşdirilmişdir. Əlbəttə, sadalanan prinsiplər bütün 
hadisələri tam əhatə etmir. Bəzən əlyazmasının  köçürüldüyü 
yer  haqqında,  əlyazmasında  olan  miniatürlərin    sayı  və  onun 
müasir vəziyyəti, əlyazmasının tamlığı  haqqında bilgi verilir. 
Hər  bir  əlyazması  haqında  daha  ətraflı  məlumat  ala 
bilməyi  asanlaşdırmaq  üçün  hər  bir  ayrıca  təsvirin  sonunda 
mötərizədə  həmin  əlyazması  haqqında  bilginin  alındığı 
mənbəyə istinad olunmuşdur. Belə istinadlar ancaq ölkəmizdə 
olan  və  kataloqlaşdırılmayan  əlyazmalarının  təsvirində 
yoxdur.  Qaynaqların  adı  tam  şəkildə  kataloqun  sonunda  –
“İxtisarlar” bölümündə verilmişdir. 



 
Şəxs  və  əsər  adlarının  transkripsiyası  zamanı  müasir 
şərqşünaslıq  ədəbiyyatında  ən  çox  işlənən  sistem 
gözlənilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
“Xəmsə” 
 
1.
 
Tehran.  Universitet  Kitabxanası.  5179.  Köçürülmə 
tarixi  –  718/1318-19-cu  illər.  179  vərəq.  “Sirlər 
xəzinəsi”  və  “Xosrov  və  Şirin”  poemaları  yoxdur. 
Monqol  mənşəli  17  miniatür  var.  (Münzəvi.  № 
28035). 
2.
 
Paris. Milli kitabxana Supplement Persan 1817. Katib 
–  Əhməd  İbn  Əl-Hüseyni  İbn  Sina.  Köçürülmənin 
tamamlanması  tarixi  –  6  rəcəb  763/1  may  1362-ci  il  
(Bloşe. №1247) 
3.
 
Berlin.  Almaniya  dövlət  kitabxanası.  Minutoli  35. 
Köçürülmə  -  tarixi  764-765/1362-63-cü  illər.  269v. 
“İskəndərnamə” poeması yoxdur. (Perç(B) №724). 
4.
 
Lahor. 
Ümumi 
kitabxana 
(Professor 
Şirani 
kolleksiyası). 6367. Köçürülmə tarixi 765/1363-64-cü 
illər. (Münzəvi, № 6347). 
5.
 
Oksford.  Bodlian  kitabxanası.  Ousley  274,  275. 
Köçürülmə tarixi- Rəbiul - əvvəl 769/ Noyabr 1365-ci 
il. 141v., 152v. (Ete,(B) № 1248), 
6.
 
Paris.  Milli  kitabxana.  Suppelment  Persan.  580. 
Köçürülmə  tarixi-I  zülhiccə  767/9  avqust  1366-ci  il. 
(Bloşe. № 1248). 
7.
 
Ərak.  Əbdülhüseyn  Bayatın  kolleksiyası.  Məs.  2. 
Köçürülmə tarixi – 773/1371-72-ci illər, (Münzəvi. № 
28037). 
8.
 
S-Peterburq.  Universitet  kitabxanası.  Məc.  O.  354. 
Köçürülmə  tarixi.  777-778/1375-1376-cı  illər.  239v. 
“Sirlər xəzinəsi” və “Yeddi gözəl” poemaları yoxdur. 
(Zaleman. s.14). 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə