Caббaр Mяммядов


V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli



Yüklə 3,67 Mb.
səhifə27/34
tarix17.09.2017
ölçüsü3,67 Mb.
#221
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli


«İnqilabı dahilər yaradır, fanatiklər həyata keçirir, ondan fırıldaqçılar fayda götürür»

Bismark

Təbiət insanın sonsuz arzularını sonlu imkanlara bükməklə, cəmiyyət ona istədiyini deyil, yalnız xeyirli olanları verməklə, ətraf insanlarsa ruzisinə şərik çıxmaqla insan azadlığını məhdudlaşdırır. İddiaları ilə imkanları arasındakı rəqabətdən stimullaşan insan fəaliyyəti isə yalnız bunların tam bərabər halında özünün maksimum taraz halında olur və bu baxımdan, onlardan hər hansısa birinə təsir göstərməklə insanın fəaliyyətini reqlamentləşdirmək mümkündür.

İnsanın iddialarının bəsitliyi onun nəzəri potensialının, imkanının məhdudluğundan və ehtiyatında zəruri fəaliyyət proqramının olmamasından irəli gəlir (iddia ilə arzunu qarışdırmamalı). Bu baxımdan, ona lazımi məsləhət, proqram vermək, çıxış yolu göstərmək, çoxsaylı variantlarla təchiz etmək və ya tapmasına yardımçı olmaq və b. onda yeni iddialar yaratmağın zəruri şərtidir. İctimai rəyi idarə etmək üçün yaradılmış sosial institutlar, məhz bu məqsədə xidmət edirlər.

İmkanların məhdudluğu isə iddialar qarşısında baryer çəkən digər amildir. əlavə imkanlar insanda əlavə iddialar doğurur. Bu baxımdan, insanı zəruri texnologiya ilə – silah, alət, vasitə, cihaz, infrastruktur və s. ilə təchiz etmək onda zəruri iddianı stimullaşdırmağın digər vasitəsidir. Silahla təchiz olunmuş dövlətlərin «qan-qan» iddiasına düşməsi, vəzifəsi yüksələn adamın köhnə dostlardan soyuması və b. bu nüansa nümunələrdəndir. əksinə, lazım olan bu sahələrdəki, imkanlarını məhdudlaşdırmaq, onun həmin bu istiqamətdəki iddialarını məhdudlaşdıran amillərdəndir.

Hər bir həyati situasiya kimin üçünsə məqbul, kimin üçünsə qeyri-məqbuldur. Situasiya o adam üçün məqbuldur, hansının ki, bu durumda əldə etdikləri və ya əldə etməkdə olduqları ilə arzuları arasında təqribi bərabərlik işarəsi durur. Hansı üçün ki, burada bərabərsizlik işarəsi durur, onlar üçün bu şərait dözülməzdir. Deməli, burada «arzular» və «əldə olunanlar» adlanan iki dəyişən mövcuddur. Və fərdin və ya kütlənin mövcud vəziyyətə qarşı narazılığını artırmaq və ya azaltmaq üçün də, bu iki dəyişənlə manipulyasiya etmək zəruridir. Bu isə, sizin üçün problem təşkil edən məsələdə daha çox tərəfin özünə problem görməsini təşkil etmək üçün gərəkdir. Beləliklə:

V.3.1) Rəqib cəbhəsində hazırkı vəziyyətdən narazı olan, ondan qurtulmağa, onu dəyişməyə meylli olan şəxslər axtarılıb tapılır, hər vasitə ilə dəstəklənir, onların orada söz və imkan sahibi olmalarına çalışılır.



Rəqib cəbhəsində (1) vəzifə və ya digər qazanc iddiasında olanlar; (2) vəzifədən getdiyinə görə və ya iflas olduğuna görə incik qalan və «bəlkə də qaytardılar» ümidi ilə yaşayanlar; (3) vəziyyətin ağırlığını birbaşa çiyinlərində daşıyanlar (məs., müharibə zamanı – sıravi əsgərlər kimi) və b. bu kateqoriyadandır.

V.3.2) Belələri yoxdursa və ya olanların cəbhəsini genişləndirmək məqsədi ilə, rəqib cəbhəsi üzvlərində hazırkı vəziyyətdən narazılığın süni şəkildə yaradılması istiqamətində iş aparılır. Bunun üçün:

V.3.2.1) Situasiya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:

V.3.2.1.1) Situasiyanın zəif məqamları, yəni təbliğat hədəfi olan tərəflərin (tərəfin) zövqü, baxışı, marağı (arzusu, istəyi, adəti, stereotipi və s.) ilə uyğun gəlməyən cəhətləri axtarılıb tapılır. Bu məqsədlə onların (konkret fərdin, rəqib liderinin, rəqib cəbhəsi üzvlərinin, əhalisinin, əsgər heyətinin və b.):

Hazırkı problemləri axtarılıb tapılır, gözləri qarşısında qabardılır, canlandırılır (bax: «Təbliğat» bölümünə [burada, səh. 52])məs., aclıq, susuzluq, yuxusuzluq, yaxınlarından xəbər-ətərsizlik, sevimli peşələrindən, əyləncələrindən ayrılıq, hətta belə məqamlarda heç də az əhəmiyyət kəsb etməyən seksual təcridlik və s. kimi problemləri, bu işin hüquqi və digər məsuliyyətləri, onun ucbatından rastlaşdığı bəlaları, sair uğursuzluqları, itkiləri, tənəzzülü, böhranı, çatışmamazlıqları, məhrumiyyətləri və s. – ələlxüsus bu yolu tutmayan və ya tutub sonradan ondan əl çəkənlərin, yaxud onunla eyni və bəlkə də ondan da az hüququ, xidməti, ləyaqəti və s. olub, sadəcə olaraq, pulunun, adamının və ya digər məziyyətlərinin sayəsində daha rahat şəraitdə olub, bundan daha çox qazanc götürənlərin, yaxud digər hər hansı səbəbdənsə bu yolda olmayanların hazırkı ‘‘xoş güzəranlarının’’ (təbii ki, təbliğat psixologiyasına uyğun olaraq, güzəranlarından seçmə xoş epizodlarının) eyhamlı reklamı ilə kontrastda;

Perspektiv təhlükələri (real və ya qurama təhlükələri) gözləri qarşısında qabardılır, canlandırılır (bax: «Təbliğat» bölümünə [burada, səh. 52])məs., vəziyyətin getdikcə ona əleyh dinamika üzrə inkişaf etməsi, yaxın vaxtda daha da pisləşəcəyi, qida, su, sursat, enerji, xammal, pul və s. ehtiyatlarının tükənmək ərəfəsində olması, şəraitin, iqlimin getdikcə ona əlverişsiz istiqamətə yönəlməsi, bəla, hücum, xəstəlik gözlənilməsi, sair qorxduğu şeyin yaxınlaşmaq üzrə olması və s.

Keçmiş xoş güzəranları gözləri qarşısında qabardılır, canlandırılır (bax: «Təbliğat» bölümünə [burada, səh. 52]) – ələlxüsus, nostalji, sentimental ruhlu şeir, film, hekayə, rəvayət, müsahibə, plakat, şəkil, həzin musiqi, xatirə, söhbət və s.-in (səsləndirmək, eşitdirmək, göstərmək və s. yolları ilə) təsiri fonunda.



Bu kimi məqamlar tapılıb seçmə və ya qurama faktlar, statistikalar, yaxud saxta analiz, arqument, nümunə, nümayiş və s. yolu ilə onlara (ona) izah edilir, başa salınır (bax: «Təbliğat» bölümünə [burada, səh. 52]). Bununla da panika, depressiya, ruh düşkünlüyü, bədbinlik, qorxu, apatiya, frustrasiya, şok və s. kimi mənfi emosional hallara düşmələrinə, bugünlərini diskomfort, sabahlarınısa çıxılmaz kimi qavramalarına, situasiya əleyhinə köklənmələrinə, vəziyyətdən çıxış yolu axtarmalarına, onu dəyişməyə meyllənmələrinə və s. nail olunur.

Nümunə 1: Somali prezidenti Məhəmməd Aydid 1995-ci ildə «Sülhyaratma missiyası» adı ilə bu ölkəyə müdaxilə etmiş ABŞ qoşunlarını buradan, sadəcə olaraq, ABŞ-ın buradakı problemlərini onun əhalisinin nəzərində qabartmaq taktikası ilə çıxarmağa müvəffəq olmuşdu: Bunun üçün, ABŞ-ın buradakı qələbələrini reklam edən təbliğat kompaniyasını iflasa uğratmaq və ictimai rəy vektorunun oriyentasiyasını ABŞ-ın nəzarətindən çıxararaq, bunu ABŞ-a sərf edən istiqamətdən, sərf etməyən istiqamətə döndərmək üçün, M.Aydid bir qədər real və bir qədər də montaj üsulları ilə Moqadişi küçələrində qalaqlanıb qalmış amerikan əsgərlərinin meyitlərini və onlarla təhqiramiz surətdə davranan Somali əsgərlərini əks etdirən videosüjetləri «burada baş verənlərin real mənzərəsi» kimi bir sıra ABŞ telekanallarında, o cümlədən, Si-En-En telekanalında nümayiş etdirməyə müvəffəq oldu (və yaxud B.Klintonun və ya ümumiyyətcə, ABŞ-ın əleyhdarlarının köməyi ilə göstərilməsini təşkil edə bildi). Nəticədə, əsgər analarının, müxalifətin, hər şeyi xüsusi mübaliğə ilə təqdim etməyə alışmış mətbuatın və istiqaməti bunlardan müəyyənləşən sadə kütlə ehtirasının güclü əks-reaksiyası nəticəsində, ABŞ məqsədinə çatmamış, öz qoşunlarını bu ölkədən geri çıxarmağa məcbur oldu.



Nümunə 2: Körfəz müharibəsi dövründə (1991 yanvar-fevral) ABŞ özünün demokratik bir dövlət olduğunu, əsirlərin hüququnu qoruduğunu və s. əldə bayraq edərək ələ keçirdiyi ilk 5-10 əsiri ən bahalı mehmanxanalarda yerləşdirib, onlara hər növ komfort şərait, o cümlədən, normal qida, tibbi xidmət, doğmaları ilə məktublaşmaq, vaxtın əyləncəli keçirilməsi (o cümlədən, qabaqcadan bu məqsədlə xüsusi hazırlanmış fahişə xidməti), dini ayinlərin icrası, sonrakı yaşayış yerinin sərbəst seçilməsi və s. kimi imkanlar yaradır. Sonra isə ABŞ-ın düşməninin sadə iraklılar yox, Səddam Hüseyn olduğunu əsas gətirərək, bir həftədən sonra onların hamısını azad edir. Qayıdandan sonra əsirlərin hər biri əsirlikdə gördüyü bu kefi ağız dolusu öz hərbi hissəsində reklam edir. Həmçinin, ABŞ xüsusi idarələri, paralel olaraq, leqal və qeyri-leqal informasiya kanalları ilə, o cümlədən, mətbuata müsahibə verən əsirlərin və ya azad edilən əsgərlərin öz dili ilə, bunu, eləcə də, əsir düşməyin yollarını, mexanizmini, prosedur qaydalarını və s., həmçinin əsir düşməyin kütləvi hal almış olduğunu – İrak əsgərlərinin hazırkı ağır güzəranı ilə kontrastda – geniş reklam etdirir. ABŞ əsirliyinin işgəncə yox, sanatoriya olduğunu eşidib bilən, eyni zamanda, bu kefi görməyin dəqiq xəritəsinə, instruktajına, yoluna malik olan İrak əsgərləri növbəti dəfə artıq bir qədər az müqavimətlə əsir düşürlər. ABŞ xüsusi idarələri ikinci dəfə də yenə bir neçə min iraklının bu qayda ilə hazırlayıb geri qaytarandan sonra, artıq bütün İrak cəbhəsi boyu hamıda əsirlik qorxusu nəinki bilmərrə yox olur, əksinə, hamıda ömründə bircə dəfə də olsa bu kefi görmək həvəsi yaranır. Nəticədə, Müttəfiq qoşunları 40 gün ərzində İrakın 83 969 (!) əsgər və zabitini əsir düşməyə («Azad olmaq – əsir olmaqdan, lakin əsir olmaqsa – ölməkdən üstündür!» prinsipi) təhrik edə bilmişdi (götürməyə müvəffəq olmuşdu). O cümlədən, əsir düşmək üçün növbəyə duran İrak əsgərlərinin sayı o dərəcədə çox idi ki, ABŞ hətta əsirləri qəbul etmək, qeydə almaq və yerbəyer etmək üçün bir-neçə xüsusi diviziyasını döyüşdən ayırıb, bu işə qoşmuşdu. (Təbii ki, artıq lazımi məqsəd əldə olunduqdan sonra, üçüncü dəfə, daha əsirlər geri qaytarılmır və onlara artıq əvvəlki, kef verilmirdi).

ABŞ ekspertlərinin hesablamalarına görə bir iraklını öldürmək, orta hesabla ABŞ-a 400 min (!) dollara başa gəlirdisə, inandıraraq əsir düşməyə təhrik etmək – cəmisi 125 dollara başa gəldi (Bənzər mövzularla əlaqədar bax, burada: səh., 61, 126).

Həmçinin, rəqib əsgərlərini əsirliyə, silahı yerə qoymağa vadar etmək məqsədilə amnistiya, mükafat, imtiyaz və s. müəyyənləşdirmək də, əhəmiyyətli effekt verə bilir.

Nümunə 3: Vyetnam müharibəsi dövründə Vyetkonq partizanları 1965-ci ildə ABŞ-ın buradakı ordularına poçt gətirən bir avtomobili ələ keçirməyə müvəffəq oldular. Buradakı məktublar əsasında amerikan əsgərlərinin bir çoxunun şəxsi həyatı barədə müəyyən faktları öyrənən vyetnamlılar, artıq sabahısı günü bunu psixoloji əməliyyatın xammalına çevirdilər. Səsgücləndiricilər və ya radio vasitəsilə çatdırılan informasiyalardan bəzi amerikan əsgərləri «öyrəndilər» ki, arvadları onlara xəyanət edib, bəziləri «öyrəndi» ki, nişanlıları onların ən yaxın dostları ilə ailə qurmağa hazırlaşır, bəziləri artıq nişanlılarının başqasına ərə getdiyini, bəziləri valideynlərindən hansınınsa öldüyünü və s. ‘‘öyrəndilər’’. Özü də informasiya bütün hallarda elə formada təqdim edilirdi ki, bütün bunların hamısının günahı bu və ya digər formada onların bu mənasız müharibə ucbatından evlərindən, ailələrindən uzaq düşməsinin üstünə gəlib çıxırdı. Nəticədə, ABŞ-ın buradakı ordusunun mənəvi-psixoloji durumu ifrat dərəcədə aşağı düşərək, burada dezertirliyin kütləvi xarakter almasına gətirib çıxardı (Bənzər mövzularla əlaqədar bax, burada: səh., 61, 126).



Deyilən metodlarla diqqəti öz güzəranına və perspektivinə yönəldilmiş və bunların o qədər də ideal olmadığı qənaətinə gətirilmiş rəqib (yaxud rəqib əhalisi, ordusu və s.), istər-istəməz narahat olmağa, öz vəziyyəti üzərində düşünüb-daşınmağa, real vəziyyətindən doğan psixi diskomfortluğunun həlli yollarını araşdırmağa başlayasıdır.

Bundan sonra onlara (rəqib əhalisinə, ordusuna, xalqına, liderinə və ya ümumiyyətcə, konkret hansısa şəxsə):

V.3.2.1.2) Bu qeyri-əlverişli vəziyyətin «səbəb» və «səbəbkarlarını» axtarıb-tapmaqda ona ‘‘yardım edilir’. Maraqlardan və işin mahiyyətindən asılı olaraq belə «səbəb» və ya «səbəbkar» mövqeyində aşağıdakılardan bir və ya bir neçəsi təqdim oluna bilər:

a) Ya məsuliyyət öz üzərinə götürülür və bütün hallarda aşkar və ya üstüörtülü formalarda (məs., jest, eyham, ritorik sual və s. dili ilə) başa salınır ki, təzyiqləriniz nəylə əlaqədardır və bunun qarşısını almaq üçün o nə etməlidir; ya da:

b) Günah sizə lazım olan kiminsə üstünə;

c) Ya rəqibin tutduğu yolun (ideya, plan, xətt, kurs, platforma, ideologiya, məqsəd, amal, arzu, istək, addım, yol, cəhd, nəzəriyyə, doktrina, lozunq, konsepsiya, baxış, prinsip və s.-in) üstünə;

d) Ya onun realizə vasitəsinin (texnikanın, mövcud planın, hansısa kadrın, o cümlədən, liderin) üstünə;

e) Ya bu yolun, məqsədin realizəsində iştirakın üstünə;

f) Ya qəzavü-qədərin üstünə;

g) Yaxud da bunlardan bir neçəsinin üstünə atılır.

Yəni sizin maraqlarınızdan asılı olaraq, vəziyyət analiz edilərək bu problemlərin günahı bu və ya digər formada deyilən bu hədəflərdən hər hansısa birinin və ya bir neçəsinin üstünə atılır. əslinə qalsa isə, imkan daxilində iş elə qurulur ki, o özü qeyd-şərtsiz olaraq problemlərinin günahını əvvəlcədən bunlardan sizə lazım olan hansındasa görsün və sizin bu təbliğatınıza, ümumiyyətcə, heç bir ehtiyac qalmasın, və ya bu təbliğat köməkçi funksiya daşısın;

V.3.2.1.3) Bundan sonra, ona alternativ variant, situasiyadan konstruktiv «çıxış yolu» axtarıb tapmaqda «yardım edilir».



Bunun üçün, ilkin mərhələdə, prosesə obyektivlik rəngi vermək üçün, onun ağlına gələ biləcək, lakin sizə sərf etməyən digər bir neçə variantlar (mümkün qərarlar, addımlar, seçimlər və s.) deyilən qaydalarla saxta analiz edilərək, bütün bu variantların onun üçün o qədər də əlverişli olmadığı, əksinə, yararsız olduğu qənaətinə gəlməsinə, onda bu cür təsəvvür formalaşmasına çalışılır.

Sonrakı mərhələdə, xüsusi fəndlərlə (xüsusi eyhamla, ortaya söz atmaq, diskussiya obyektinə çevirmək, bu ərəfələrdə bu səpkili filmlərə, şəkillərə, söhbətlərə və s. geniş yer və ya xüsusi diqqət ayırmaq, onun yaxınlarının nə vaxtsa bu mövzuda söylədiyi fikirləri aktuallaşdırmaq və s. yolları ilə) meydana sizə sərf edən alternativ ideya (plan, məqsəd və s.) atılır və ya onun özünün tədricən bu variantın üstünə gəlib çıxmasına, bunun üzərində düşünüb-daşınmasına nail olunur.

Deyilən alternativ ideya rolunda çıxış edə bilər:

a) Bu məsələ ilə ümumiyyətcə, heç bir əlaqəsi olmayan hər hansısa bir digər yola getmək; yaxud

b) əvvəlki məqsəddən (ideyadan, amaldan və s.) imtina etmək;

c) Onun realizə vasitələrindən (texnikadan, mövcud plandan, hansısa kadrdan, o cümlədən, liderdən) imtina etmək və ya –

d) Realizədə iştirakdan imtina etmək;

e) Bu ideyanı dəyişmək;

f) Onun (bu yolun, məqsədin, ideyanın, amalın və s.), onun realizə vasitələrinin və ya ümumiyyətcə, kiminsə, nəyinsə əleyhinə fəaliyyət göstərmək və s.



Bir sözlə, buraya aiddir: hər vasitə ilə bu varianta passiv və ya aktiv şəkildə müqavimət göstərmək metodları.

Məsələn, MÜHARİBə ZAMANI mülki əhali üçün – müharibəni dayandırmaq tələbi ilə kütləvi çıxışlara (nümayiş, mitinq, piket və s.-lərə) başlamaq; müharibəyə işləməkdən imtina etmək; orduya səfərbərlikdən yayınmaq; fəal müqavimət hərəkatları təşkil etmək; kütləvi itaətsizlik, əks tərəfin hərbi qüvvələrinə qarşı loyal münasibət bəsləmək və s.; Ordu üçün – əmrləri yerinə yetirməkdən imtina etmək; hərbi texnikanı sıradan çıxarmaq; döyüş yerini özbaşına tərk edib getmək; komandirləri bir başqaları ilə əvəzləmək; özünü simulyantlığa (yalandan xəstəliyə) vurmaq, dezertirlik və b. bu cür variantlardandır.

V.3.2.1.4) Bundan sonra onun nəzərində həmin yeni variantın və onun realizəsində iştirakın cəlbedici (yəni rəqibin, onun əhalisinin, əsgərlərinin, müdafiəçilərinin və b. zövq, baxış və maraqları [sosial norma və dəyərləri] ilə uyğun gələn real və qurama) məqamlarını, parıltılı tərəflərini qabardan, əks-tərəflərini, yəni zəifliklərini (başqa sözlə, həmin tərəflərin zövq, baxış və maraqları [sosial norma və dəyərləri] ilə uyğun gəlməyən və hətta ziddiyyət təşkil edən cəhətlərini) isə ört-basdır edən və ya kiçildən, neytrallaşdıran təbliğat aparılır ki, bununla da şirnikləşdirilir, oriyentasiyalarının proqramlaşmasına nail olunur.

Nümunə üçün, məs., kimisə hansısa yoldan (məs., əvvəlki kursdan) çəkindirmək üçün, həmin yolun «perspektivsizliyi», «çürüklüyü», «ziyanlılığı» və s. burada sadalanan manipulyasiyalarla onun nəzərlərində qabardılıb, ona «isbat» edildikdən sonra, bu yoldan əl çəkməyin onu filan dairənin gözündə hörmətə mindirəcəyi, bununla onun «daha vacib» olan sair filan-filan problemlərini həll etmək üçün yetərincə vaxtı, imkanı olacağı, enerji və vaxtını «daha çox» xeyir gətirə bilən digər fəaliyyətlərə yönəldə biləcəyi və s. ona izah edilir, «başa salınır». Paralel olaraq nostalji və sentimental ruhlu şeir, plakat, şəkil, film, musiqi, söhbət və s.-lə və yaxud bu yolu tutmayan və ya tutub sonradan ondan əl çəkən bir başqalarının xoş güzəranı (təbii ki, təbliğat psixologiyasına uyğun olaraq, güzəranından yalnız seçmə xoş epizodlar, fraqmentlər) nümunəsi ilə, həmçinin sair vasitələrlə bu təsir maksimum həddə çatdırılır;

Yaxud məs., rəssama izah etdikdə ki, bu kitab onun üçün tribuna, sərgi, vitrindir və oraya çəkdiyi illüstrasiyalar neçə min nüsxə ilə çap olunub, yayılıb, onun qabiliyyətini reklam etdirəcək və ona xeyli nüfuz, müştəri gətirəcək, o zaman rəssam (və ya digər sənətçi) hətta pulsuz işləməyə və zəhmətini hədiyyə etməyə də razı ola bilir (Qərb psixologiyasında bu variant «piroqun genişləndirilməsi» metodu adı ilə tanınır);

Azərbaycanın nüfuzlu özəl telekanallarından olan ANS, özünün hər həftənin cümə axşamları efirə gedən, Azərbaycan və Ermənistan ziyalılarının telegörüşündən ibarət «Atəş xətti» verilişində iqtisadi yönümlü müzakirələrdə (məs., 15.02.2001. tarixli verilişdə) mütəmadi olaraq Azərbaycanın zəngin və hazırda da sürətlə inkişaf edən iqtisadiyyatından bəhs edərək, bir tərəfdən, heç nəyi olmayan Ermənistan üçün perspektivin necə faciəli olacağı onlara sətiraltı izah edilir, digər tərəfdən, şirnikləşdirərək bundan pay götürmək üçün real şansa malik olduqları onlara təlqin olunur – hansının ki, əsas şərtinin işğal etdikləri Azərbaycanın torpaqlarını azad etmələri olduğu hər iki tərəfə aydındır;



Təbliğat deyilən qaydada düzgün qurulubsa, yəni əvvəlki variantın qüsurları və bu yeni variantın üstünlükləri, sizin baxımınızdan olan xüsusiyyətlər kimi yox, neytral tərəflərin, avtoritetli şəxs və mənbələrin, onun öz cəbhəsindən olan ayrı-ayrı şəxslərin, çoxluğun və b. meyarı baxımından olan cəhətlər kimi təqdim edilib, bunun hətta sizin özünüzün də marağınıza «bir az uyğun gəlmədiyi» qənaəti formalaşdırıla bilinibdisə (ətraflı bax: «Təbliğat» bölümünə [burada, səh. 52]), tam əmin olmaq mümkündür ki, avtomatik olaraq rəqibin digər istiqamətlərdəki variantlarla bağlı düşüncəsi blokirovka olunub, diqqəti qeyri-şüuri olaraq bu variant üzərində konsentrasiya olunasıdır...

əvvəlki variantın «aşkar zəiflikləri» fonunda təklif edilən bu yeni variantın cəlbedici tərəflərini geniş reklam etdirməklə, hissə-hissə tərəfdaşın rəy və baxışlarının, kristallaşmış stereotip və «ustanovka»larının transformasiyasına nail olunur.

Bütün bunlardan sonra, formalaşdırılmış həmin bu yeni iddianı, arzunu, istəyi, utopiyanı reallaşdırmaq üçün obyektə bu yolda olan psixoloji və fiziki baryerləri dəf etmək məsələsində «yardım» edilir. Bunun üçün:

V.3.2.2.5) Ona bu ideyanın realizəsini və realizədə iştirakı sadələşdirən mexanizm, bu addımı atarkən qarşıya çıxa bilən təhlükələrdən sığortalanmağın metodları, onun ehtimal etdiyi təhlükələrin bir çoxunun əsassız olması və s. izah edilir, öyrədilir, başa salınır:

Nümunə üçün, məs., Koreya müharibəsi dövründə (1950-1953) Koreya tərəfi, gözlənilən təhlükələr, rəqib əsgərlərinin ailəsindəki faciələr, dezertirliyin kütləvi xarakter olması və s. barədə intensiv dezinformasiya yayıb, həmçinin qaçmağın mexanizmini, yolunu, xəritəsini (məs., şəhər polisini zəif olduğu əraziləri) öyrətməklə 3 il ərzində ABŞ-ın 160 minə yaxın əsgər və zabitinin dezertirliyinə nail olmuşdu (Bənzər mövzularla əlaqədar bax, burada: səh., 61, 124, 124).

İkinci Dünya Müharibəsi dövründə Almaniya, aşağıdakı sadə metoddan istifadə etməklə rəqib qoşunlarının kifayət qədər əsgərinin simulyantlığına (yalandan özünü xəstəliyə vurub hospitala düşməsinə) nail olmuşdu: Almaniya müttəfiqlərin əsgərləri arasında onların öz dilində olan və üzərində onların öz ölkələrinin nəşriyyatı tərəfindən çap olunduğu qeyd olunmuş «Tibbi məlumat kitabçası» adlanan, əslində isə, müxtəlif xəstəliklərin əlamətlərini özündə yalandan necə quraşdırıb, hospitala yalandan necə düşməyin yollarını öyrədən instruksiya yayır. Nəticədə, müttəfiq qoşunlarının hospitalları döyüşdən canını qurtarmaq istəyən “yalançı” xəstələrlə dolur (Bənzər mövzularla əlaqədar bax, burada: səh., 61, 124).

V.3.2.2.6) Hərəkatların formalaşması üçün pafoslu çıxışların, gözəl ideyaların güclü liderlərlə tamamlanması zəruridir. Ona görə də rəqib cəbhəsindəki bu ideyanın dəstəkçiləri arasından kimlərinsə (özü və ya platforması sizə yaxın olan və ya heç olmazsa sizə yaxın olmasa da, rəqibə də yaxın olmayan, imkan olarsa, hətta ona əleyh olan ixtiyari qüvvənin) kursunu süni şişirtməklə (bunun metodları barədə bax: növbəti abzasa) onların kütlə nəzərində bütləşməsinə çalışılır. Hadisələrə öz liderlərinin gözü ilə baxmağa adət edən kütlə isə, bu zaman həmin bütlərin, yoxsa ki, ideyaların qulu olduğundan xəbərsiz surətdə, bir zombi kimi ən qatı ağılsızlıqlara belə qadir olur;

V.3.2.1.7) Rəqibin sizin maraqlarınıza uyğun addımları və ya söhbət kütlədən, xalqdan qrupdan gedirsə, onların sizin maraqlarınıza uyğun mövqedə olan qismi hər vasitə ilə dəstəklənir. Deyilən dəstək kateqoriyasına isə burada (bax: məs., səh. 127) sadalanan təzyiq vasitələrinin tam əksi aiddir, o cümlədən, buraya stavka qoyduğunuz tərəfi vaxtaşırı olaraq bu sahədəki işinə, fəaliyyətinə yardım edə biləcək müvafiq məsləhət, instruktaj, fəaliyyət proqramı, kəşfiyyat materialları, kadr hazırlığı, ideya, sair hər növ zəruri informasiya ilə, həmçinin texnika, pul, tribuna, enerji, xammal, kadr və s.-lə təchiz etmək, lehinə təbliğat aparmaq, hüquqi, siyasi, təşkilati yardım, müxtəlif problemlərini birbaşa həll etmək və ya bir başqalarının vasitəsilə, ya da öz gücü ilə həll etməsinə kömək göstərmək və s. aiddir.

V.3.2.1.8) Rəqibinizə rəqib olan, lakin öz aralarında bir-birilə düşmən, rəqib olan müxtəlif qüvvələri ümumi rəqibə qarşı olan fəaliyyət ətrafında səfərbər edə bilmək, onları ümumi məxrəcə gətirə bilmək üçün onların münasibətlərinin yaxınlaşmasına və ya reanimasiyasına çalışılır. Bunun üçün aralarındakı (tarixi və sosial) ümumilikləri qabardıb, fərq və ziddiyyətləri (narazılıqları, problemləri, tarixi haçalanmaları, sosial (etnik, dini və s.) fərqləri, normalar, dəyərlər, maraqlar, baxışlar, zövqlər və s. arasındakı uyğunsuzluqları və s.) ört-basdır edən və ya rasionallaşdıran təbliğat aparılır, mübahisə, problem və konfliktlərinin həlli üçün konkret tədbirlər görülür: məs., aralarında vasitəçilik edilir, müxtəlif şirnikləndirici və ya təhdidedici vasitələrlə kin-küdurətlərini unudub yaxınlaşmaları stimullaşdırılır, o cümlədən, indinin özündə də, bir-birinin əleyhinə addım atıb, söz danışmaları, əlaqə qurmaları, aralarındakı ədavəti qabartmaları, yada salmaları sanksiyalaşdırılır, əksinə, ümumi platformadan çıxış edən fəaliyyətləri, bir araya gəlib birgə işbirliyi yapmaları, hansısa məsələdəsə bir mövqedən çıxış etmələri, ümumi norma və dəyərlər yaratmaları, tarixə baxışda oxşar məxrəcə gəlmələri və s. mükafatlandırılır, dəstəklənir (Deyilən mübahisə, problem və konfliktlərin köklü və ya kosmetik formada həll edilməsinin növü isə, həmin tərəflərin bu əlbirliyinin perspektivdə sizin özünüz üçün törədə biləcəyi təhlükəsinin ehtimallıq dərəcəsi ilə hesablandırılıb dozalandırılır).

V.2.2.2) İnsanda hansısa bir meyli formalaşdırmaq, və ya hansısa meylinin qarşısını almaq üçün həm də praktik fəaliyyət aparılır, başqa sözlə, təşviqat metodlarından (bax: «Təşviqat» bölümünə [burada, səh. 53]) gen-bolluqla istifadə edilir.



Bu məqsədlə onda bu fəaliyyətlə bağlı iddia formalaşdırmaqla bərabər, həm də ona müəyyən şərait yaradılır ki, bu istiqamətdə irəliləyə bilsin.

V.3.2.2) Rəqib, yaxud rəqib cəbhəsinin hansısa qismi təbliğata uymayıb əvvəlki qərarından dönməzsə, onlar üçün müxtəlif vasitələrlə bu kimi halların, yəni onların çıxılmaz vəziyyətə düşməsinin, problem burulğanında başlarını itirməsinin, güzəranlarının dözülməz cəhənnəmə çevrilməsinin süni təşkil edilməsi istiqamətində iş aparılır. Yəni artıq praktik formada hücuma keçilir, o cümlədən:

 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə