Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə10/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

27
brahmanlara qarşı zəif pro test kimi çıxış etdi. “Ved” və “Upanişad”ın müqəd­
dəsliyini inkar edən buddistlər insanların bə rabərliyini, bərabər əzab çəkməsini 
təsdiq edirdilər. Bu təlim e.ə. VI­III əsrlərdə Hindistanda ge niş yayılaraq, döv lət 
dininə çevrildi. Seylonda, Birmada, Siamda, Tibetdə, Çində, Koreyada və Yapo­
niyada isə bu təlim çox populyar oldu. Düzdür, Hindistanın özündə VI­X əsr­
lərdə buddizmi onun yeni növləri – şivaizm və vişnuizm əvəz etmişdi. Lakin 
dini­fəlsəfi­etik  təlim  kimi,  o,  bu  günə  qədər  də  mövcuddur.  Caynizm  kimi, 
buddizm də “allahsız, yaradansız bir dindir”. Bud danın keçdiyi yol – hər kəs 
üçün nümunədir. Bunun əldə edilməsinə hamı nail ola bilər. Bunun üçün 8 fəzi­
lətə çatmaq lazımdır: 1) düzgün baxışlar olmalı; 2) düzgün qərar qəbul etmə 
(bunun  üçün  dünyaya  bağlılıqdan,  pis  işlərdən  və  düşmənçilikdən  əl  çəkmək 
lazımdır);  3)  düzgün  nitq  (yalan  və  böhtandan,  pis  söhbətlərdən  əl  çəkmək); 
4) düzgün davranış (canlını öldürməkdən, oğur luq dan imtina etmək); 5) düzgün 
həyat tərzi (yalnız düz yolla pul qazanmaq); 6) düzgün səylər (pis fikirlərdən 
uzaqlaşma  və  yaxşı  ideyaların  əldə  edilməsi.  Bu  səylər  müntəzəm  olma lıdır, 
çün ki  pis  fikirlər  qayıda  bilər);  7)  düşüncənin  düzgün  istiqamətləndirilməsi 
(öyrənilənin unu dul maması); 8) fikrin düzgün cəmləşdirilməsi.
Caynizmlə oxşarlığı olsa da, buddizmdə insanlara qarşı məhəbbət duyulur. 
Yeni əxlaq konsepsiyaları Qədim Hind  ədəbiyyatının  gözəl nümunəsi sayılan 
“Mahabharata”  kitablarından  birində  –  “Bhaqavadgita”da  (“Gita”)  öz  əksini 
tapıb ki, onun da müəyyən ideyaları “Artxaşstra” və “Manu qanunlarına” daxil 
olub. “Bhaqavadgita”da Brahman ənənələrinin izahı yoq, caynizm və buddiz min 
müddəaları nəzərə alınmaqla, özünəməxsus şəkildə, novatorcasına şərh edilib. 
Buna baxmayaraq, “Gita”da harmonik şəkildə mövcud olan özünəməxsus yeni 
əxlaqi mövqe ifadə olunub. Poemadakı təlimlərin formalaşması o dövrdə baş 
vermişdi ki, brahmanizm, bud dizm, caynizm, sankxya, yoq və s. kimi müxtəlif 
dini­fəlsəfi  məktəb  və  cərəyanlar  artıq  mövcud  idi.  Onlarla  qarşılıqlı  təsirdə 
olan  və  bəzi  müddəalarını  qəbul  edən  “Gita”  eyni  zamanda  özünü  tamamilə 
orijinal və müstəqil baxışlar sistemi kimi göstərirdi.
Lokayata. Materialist hesab edilən bu məktəbin nümayəndələrinin əsərləri 
barədə məlumat yoxdur. Onların adlarını materializmdən uzaq olan müəlliflər­
dən  öyrənmək  olar  ki,  bu  da  onların  dünya görüşü  barədə  olan  təsəvvürlərin 
təhrif  olunmuş,  saxtalaşdırılmış  olduğu  haqqında  fikir  yaradır.  Onların  ateist 
olmaları fikri də mövcuddur. Hətta bəzi müasir hind tədqiqatçıları hesab edirlər 
ki, Lokayata hər hansı şəxs və ya insanlarla bağlı olan fəlsəfə olmayıb. O, düş­
mən Brah man doktrinasına qarşı çevrilən və kütlələrin həyatında dərin kök salan 
təcrübə  və  əqidələrin  məc musudur.  Çattopadxyaya  lokayat  sisteminin  əsasını 
təşkil edən baxışların köklərini nəinki “Ved”ə qədərki, hətta daha qədim dövr­
lərə aid edərək, onların sadəlövh­materialist xarakterli olduğunu və hətta ibtidai 
dövrdə anaxaqanlıq zamanı mövcud olan bir çox həyat normalarını əks etdir di­


28
yini qeyd edir. Buradakı mərasimlərin təsvirinə “Upanişad” və “Ved”də də rast 
gəlirik  ki,  həmin  mənbələrdə  onlardan  günah  iş  kimi  danışılır.  Bu  sadəlövh 
materializm ideyalarını ümumiləşdirən və fəlsəfi sistem formasında ifadə edən 
mütəfəkkirlər,  demək  olar  ki,  əfsanəvi dirlər.  “Upanişad”,  “Mahabharata”  və 
ondan  sonrakı  şahidliklərə  istinad  edərək  lokayata  mək təbinin  (hətta  məktəb­
ləri nin, çünki Radxakrişnan Qədim Hindistanda 4 materialist məktəbin olma­
sından danışır) nümayəndələrini sadalamaq olar. Adı çəkilən Brixaspati, Dxişan, 
Çarvak, çox güman ki, əfsanəvi mütəfəkkirlərdir. Uddilaki (e.ə.VII əsr), Kas­
sapa, Acita, Kesakambal, Pakudxi Kaççayana (e.ə. VI­V əsrlər), həkim, şair və 
filosof Vatsyayan (b.e.­nın III­IV əsrləri) – daha real adlardır.
Lokayata təliminə görə, insan həyata yaxşı yaşamaq üçün gəlir. Yer üzün dəki 
həyat  –  ye ganə  həyat  olduğu  üçün  onu  xoşbəxt  yaşamağa  çalışmaq  lazımdır. 
Asket olmaq mənasızdır. Həyatdakı əzablara görə həzdən imtina etmək olmaz. 
Məgər  içində  dadlı  düyü  olan  toxumu  qabıqlı  olduğu  üçün  tullayarlar?  Həzz 
həmişə əzabla əlaqədardır. Bəzi hind tədqiqatçıları loka yatanı gedonizmlə eyni­
ləşdirir, bəziləri onları həyata yüngül münasibət bəsləməkdə, “ye, iç, kef çək, 
sabah onsuz da öləcəyik” deməkdə günahlandırırlar. Bəziləri isə hətta loka ya ta­
nın ümu miy yətlə mövcud olmadığını söyləyirlər.
Çin. Qədim Çinin tarixi, fəlsəfəsi haqqında olan kitablarda əxlaq problem­
lərinə toxunulsa da, etik təlimlərə həsr olunmuş xüsusi əsərlər mövcud deyil. 
“Ved” kimi dini­fəlsəfi mənbəyi olan Qədim Hind fəlsəfəsindən fərqli olaraq, 
Çində etika ilə əlaqədar belə dini­mifoloji mənbə yox idi. “Dəyişikliklər kitabı” 
– “İ tzin” fəlsəfə üçün yeganə istinad mənbəyi oldu ki, bu da, əsasən, falçılıq dan 
bəhs edən mətnlərdən ibarət idi. Əsas ideya – təbiətdə baş verən daimi də yişik­
liklərdir.  Təbiət  və  cəmiyyətdə  “yan”  və  “in” 
kimi əksliklər (işıq – qaranlıq, bərk – yumşaq, 
kişi – qadın, uğurlu – uğursuz) mövcuddur.
Daosizm. Banisi Lao­tzı (e.ə. VI­V əsrlər) 
olan  bu  cərəyanın  etik  görüş lə rində  insanlar 
arasındakı  münasibət,  əsl  əxlaqla  qondarma 
əxlaq  arasındakı  fərq,  təmənnasız  və  eqoist 
xarak terli davranış və sairədən danışılır.
Konfutsiçilik. Bu cərəyan 3 adamın adı ilə 
bağlıdır: Kun­tzı, yəni Konfutsi (e.ə. 552­478) 
təlimin  banisi  olub,  onun  əsas  müddəalarını 
“Lun­yuy” – “Kəl mələr və söhbətlər” əsərində 
şərh  edib;  Man­tzı  (e.ə.  372­289)  –  təlimi 
sistemləşdirib; Syun­tzı (e.ə. 313­238) Man­tzı 
ilə əks mövqedə dayanırdı. Konfutsi təli minin 
əsas  anlayışı  və  etik  qanunu  –  adətən,  insan­
Konfutsi


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə