Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə11/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

29
pərvərlik  kimi  tərcümə  edilən  “jen”dir.  “Lun­yuy”da  bu  anlayışın  rən ga rəng 
interpretasiyaları verilir. Jen həm də cəmiyyətdə və ailədə insanlar arasın dakı 
münasibətləri  müəyyən  edən  əxlaq  prin sipidir.  Jenlə  bağlı  olan  syao  – 
valideynlərə  və  bö yüklərə  hör mət;  li  –  mərasim,  ritual;  tzyun­tzı  isə  əxlaq 
nümunəsi olan sa diq, ədalətli, nəzakətli ər deməkdir.
Moizm. Mo­tzı (Mo Di e.ə. 470­400) Konfutsinin etik­siyasi konsepsiyası 
ilə rəqabət apa rır və hətta e.ə. IV­III əsrlərdə onu üstələyirdi. Şər – konkretdir, 
onun daşıyıcısı isə varlılardır.
Qanunçular  (Fa­tzyun).  Bu  məktəb  “leqistlər”  və  ya  “fa”  da  adlandırılır. 
Ölkənin  idarə  olun  ması,  konfutsiçilərin  dediyi  kimi,  mərasimlər,  ənənələr, 
rituallarla deyil, qanunlar əsasında olmalıdır. Qanun imperatordan da yüksəkdə 
dayanır. Qanun qarşısında hamı bərabərdir. Cə miyyətin həyatı üçün əxlaq yox, 
qanunlar əsas idi.
Materialist  etika  (Yan  Çju  və  Van  Çun).  Yan  Çjuya  görə,  əgər  fəzilətlər 
xoşbəxtliyə, sakit və sevincli həyata xidmət etmirsə, onda nəinki neytral deyil, 
hətta  ziyandır.  Van  Çun  hesab  edir  ki,  xeyirxah  adamlar  öz  təbiətlərinə  görə 
belədirlər.  Pis  adamları  isə  tərbiyə  etmək  və  yaxşılıq  etməyə  həvəsləndirmək 
olar. İnsanın fəaliyyətdə olması onu həm əxlaqlı, həm də əxlaqsız edə bilər. Van 
Çun konfutsiçilik və Qədim Çin dinlərini tənqid edir, səma, ruhlar və qurban­
vermə haqqında dini təlimlərdən imtina edirdi.
3. Antik dövrün etik fikri
Qədim Yunanıstan. Həm ibtidai, həm də qədim dövrün əxlaq problemləri 
nəinki mifo logiya, epos, poeziya və dramaturgiyada, həmçinin antik mütəfək­
kir lərin  ilk  fəlsəfi  konsepsi yalarında  öz  əksini  tapdı.  E.ə.  VII  əsrdə  mövcud 
olan və ilk fəlsəfi məktəb sayılan Milet məktə binin nümayəndələrinin (Fales, 
Anaksimandr, Anaksimen)  sadəlövh  materializmi  və  Efesli  Heraklitin  dialek­
tikası mifoloji ənənələri inkar etdi.
E.ə. IV­III əsrlərdə Afina fəlsəfi mərkəz oldu. Bu, əvvəlcə digər pólislərdən 
(şəhər­döv lətlər)  olan  sofistlərin  (məsələn,  Abderdən  Protaqor,  Leontindən 
Qorgi,  Keosdan  Prodik,  Eleydən  Gippi)  və  onlarla  daim  mübahisə  edən 
Sokratın, sonra isə Platonun Akademiyasının və Aris to telin Likeyinin fəaliyyəti 
nəticəsində baş verdi. Sokratın söhbətləri, Demokrit və sofistlərin tə lim ləri ilə 
yanaşı,  kirenaiklər  (Sokratın  şagirdi  Aristipp),  kiniklər  (Qorgi  və  Sokratın 
şagirdi An tisfen), stoiklər (Kitiondan olan Zenon), skeptiklər (Karneaddan olan 
Arkesilay)  məktəbləri  də  yarandı.  Bunlarla  mübarizədə  Epikur  özünün 
materializmə  yaxın  optimist  konsepsiyasını  yaratdı.  E.ə.  II  əsrdə  Yunanıstan 
Romanın əyalətinə çevriləndən sonra Qədim Yunan fəlsəfəsi tənəzzülə uğradı. 


30
Onun  son  mərhələsi  III­IV  əsrlərdə  neoplatonizmin  (Plotin,  Porfiri,  Prokl) 
çiçəklənməsi dövrünə təsadüf edir. Qədim Yunan etikasının ən maraqlı dövrü 
e.ə.  V­III  əsrlər  Demokrit  və  Sokratdan  başlamış  Epikura  qədərdir.  Məhz  bu 
vaxt mənəviyyat barədə Ellin təlimlərinin bütün xüsusiyyətləri daha parlaq və 
müəyyən edilmiş şəkildə təzahür edir.
Sokrat (e.ə. 469­399) şüurlu surətdə böyük diakosmosun tədqiqindən imtina 
edir və diq qətini “kiçik diakosmos”, yəni insan üzərində cəmləyir. O hesab edir 
ki,  insanlara  praktik  cəhət dən  xeyri  olmayan  şeyləri  öyrənmək  əbəsdir.  Əgər 
insanlar  ulduzlarda  heç  bir  dəyişiklik  edə  bil məyəcəksə,  onu  öyrənməyin  nə 
mənası? Tədqiqat real dəyişikliklərlə nəticələnməlidir. İnsan öz hökmünə tabe 
olan, dəyişdirilməsi və mükəmməlləşdirilməsi mümkün olan obyektləri tədqiq 
etməlidir. Belə obyekt insanın özüdür: özünü dərk et ki, dəyişə biləsən. İdrakın 
sonsuzluğunu söyləyən Sokrat tez­tez təkrar edirdi: “Bircə onu bilirəm ki, heç 
nə bilmirəm”. Xeyirxah olmaq üçün bilikli olmaq lazımdır. Xeyrin əsl mahiy­
yətini anlayan insan heç vaxt pislik etməz. Fə zi lətlər elm və təhsillə əldə edil­
diyi üçün əxlaqın mahiyyəti intellektual inkişafdır.
Platon (e.ə. 427­347) etikasının əsasını ideyalar və ruh haqqında təlim təşkil 
edir.  Mənəvi  keyfiyyətlərin,  yəni  fəzilətlərin  fitri  olduğunu  söyləyən  filosof 
hesab edirdi ki, düzgün tərbiyə bun ları nizama salır, yanlış tərbiyə isə insanın 
“qabında olanları” ya məhv edir, ya da təhrif edir. Əxlaqın təməli, mənəviyyat 
nümunəsi Allahdır. “Allah hər şeyin meyarıdır”. Xeyir ideyası Pla ton etikasın­
da mühüm yer tutur ki, bu da əbədi olan ideyalar aləmində Allahın müntəzəm 
nəza rəti  altında  mövcuddur. Yer  üzündə  olan  xeyrin  bütün  növləri  ali  “xeyir 
ideyasının” yalnız surəti ola bilər ki, bu da 3 anlayışın vəhdətindən ibarətdir: 
ölçü, gözəllik, həqiqət. İnsanın bunadək art ması əxlaqi davranış nümunəsidir. 
Beləliklə, Platon hesab edirdi ki, insanın əxlaqı Allahın tabe liyindədir. Bu dün­
yada ali xeyir ideyası 4 fəzilətlə əlaqədardır: 1) müdriklik; 2) mərdlik; 3) təd­
birlilik; 4) ədalət. Sonuncu, yəni ədalət əvvəlkilərin harmonik uzlaşmasıdır ki, 
bu  da  insanın  bədənində  müvəqqəti  sığınacaq  tapmış  “ideyalar  aləminin” 
nümayəndəsi olan ruhun hissələrinə uyğun gəlir 1) ağıl; 2) iradə; 3) hissiyyat. 
Müdriklik ağıla, mərdlik iradəyə, tədbirlilik hissiyyata uyğun fəzi lətdir. Platon 
“Dövlət” əsərində dövrünün ictimai təbəqələrinin mövqeyinə uyğun əxlaq qay­
dalarının  təsnifatını  verirdi:  müdriklər  –  cəmiyyəti  idarə  edən  filosoflar, 
qəhrəmanlar – vətənin keşiyində duranlardır. Ya gərək cəmiyyətin üzvləri filo­
soflar səviyyəsinə yüksəlsin, ya da gərək cəmiyyəti filosoflar idarə etsin. Platon 
bu fikirdə idi ki, ali əxlaqa, yəni müdriklik və mərd liyə yalnız əslən aristokrat 
olanlar malikdirlər. Demosun (xalqın) əxlaqı isə tabeçilik və ya öz başınalıqla 
bağlıdır  ki,  bu  da  onu  mövcud  qanun­qaydaya  qarşı  mübarizəyə  ruhlandırır. 
Platon  qulları,  ümumiyyətlə,  insan  hesab  etmir  və  güman  edirdi  ki,  onlar 
mənəvi  həyata  qadir  deyillər.  Buna  görə  də  diqqət  mərkəzində  ola  bilməzlər. 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə