Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün


 Azərbaycanda etik fikir tarixindən



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə14/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

36
5. Azərbaycanda etik fikir tarixindən
Dünya mifoloji və fəlsəfi fikir tarixi insanın mənəvi həyatı ilə bağlı nümu­
nələrlə  zəngindir.  Belə  nümunələrdən  biri  “Avesta”dır.  Şərq  xalqlarının  və 
ümumiyyətlə,  dünya  xalqlarının  fikir  tarixində  görkəmli  yer  tutan  Zər düştilik 
və  onun  nəzəri  təcəssümü  olan  “Avesta”  dualist  zəmində  inkişaf  tapmışdır. 
Dini­fəlsəfi doktrina olmaqla yanaşı, Zərdüştlük etik ideyalarla da zəngindir. O, 
insanların  həyat  tərzini,  davranışını  əks  etdirərək  onları  bir­birinə  hörmət 
etməyə,  qardaşlıq  münasibətləri  bəsləməyə,  xeyirxah  olmağa,  şər  qüvvələrə 
qarşı  mübarizə  aparmağa  səsləyir.  Zərdüşt  inamına  görə,  bütün  varlıq  2  əks 
qüvvənin mübarizəsi üzərində qurulub: 1) işıq; 2) zülmət. Bütün şəxsiyyət ide­
alı  3  amilin  vəhdətindən  yaranıb:  1)  xeyirxah  niyyət;  2)  xeyirxah  söz  və  ya 
fikir; 3) xeyirxah əməl.
Uzun əsrlik tarixə və zəngin ənənələrə malik olan Azərbaycan xalqının etik 
mədəniyyəti və onun ayrı­ayrı problemləri xüsusi tədqiqat obyekti olduğundan, 
onun bəzi maraqlı məqamları üzərində dayanmağa çalışaq.
Ərazisində  ibtidai  insan  məskənləri,  mağaralar,  şəhər  xarabalıqları,  qaya 
təsvirləri,  isteh kamlar,  silahlar,  əmək  alətləri,  gil  qablar,  bəzək  əşyaları  və  s. 
tapılan Azərbaycan çoxəsrlik tarixə malik qədim mədəniyyət ölkəsidir.
Arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş müxtəlif materiallardan məlum 
olur ki, hətta qədimlərdə Azərbaycanda zəhmətkeş insana, şəxsiyyətə hörmət, 
insanpərvərlik,  kollektivçilik  hissi  geniş  təbliğ  edilmişdir.  Müəyyən  mədəni 
abidələrimizdə,  mədəniyyət  nümunələrində  in sanlar  əməksevərliklərinə  görə 
təriflənir, onların öz peşəsi sahəsindəki məharəti, mənəvi qüd rəti təsvir edilir.
Azərbaycan maddi mədəniyyət nümunələri ilə yanaşı, mənəvi mədəniyyət 
abidələri ilə də zəngindir. Bu baxımdan, şifahi xalq ədəbiyyatımızda insanların 
humanist arzularını, istəklərini əks etdirən çoxlu nağıllar, dastanlar və mahnılar 
mövcuddur.  Burada  zülmə,  haqsızlığa  qarşı  nifrət,  xoşbəxt  gələcəyə  çağırış 
sədaları  nəzərə  çarpır.  Humanist  ideyaların  əsasında  isə  insan ların  dinc 
həyatını, əməyini qoruyan sədaqətə və dostluğa çağırışlar durur. Belə humanist 
fikir lərə əmək nəğmələrində də rast gəlirik. Əmək nəğmələri xalq yaradıcılığı­
nın  ən  qədim  janr la rından  olub,  əmək  prosesində  insanların  zəhmətini  yün­
gülləşdirmək məqsədilə ifa edilirdi. Bu nəğmələr kollektivi həvəsə gətirir, işə 
səfərbər  edir,  əməyin  çətinliyini,  ağırlığını  aradan  qaldırır,  insanlarda  xoş 
əhvali­ruhiyyə  yaradırdı.  Burada  həmçinin  yoldaşlıq,  qayğıkeşlik,  dostluq 
tərən nüm edilirdi.
Şifahi xalq ədəbiyyatımızın ən maraqlı janrlarından olan Azərbaycan xalq 
nağılları etik fikir baxımından daha çox diqqəti cəlb edir. Nəinki realist səpkili 
məişət nağıllarında, hətta romantik səpkili sehrli nağıllarda, həmçinin heyvan­
lar haqqında olan nağıllarda da xeyir və şər, ədalət və haqsızlıq, dostluq, əmək­


37
sevərlik,  sədaqət,  xəyanət,  məhəbbət  və  s.  kimi 
məsələlərdən bəhs edilir.
Yazılı ədəbiyyatımız da bu baxımdan az maraq 
doğurmur.  Məsələn,  XI  əsr  Azərbaycan  filosofu 
Bəhmənyar  ibn  Mərzban  (?­1066)  müxtəlif 
əsərlərində – “Məratib əl­mövcudat” (“Möv  cu datın 
mərtəbələri”),  “Mabəd  ət­təbiə”  (“Metafizika”)  və 
məktublarında  humanist  fikirlər  söylə yərək, 
xoşbəxtliyin  xeyirxahlıq  yolu  ilə  əldə  edilməsini, 
insanın  sədaqətli,  əxlaqlı  olmasını,  insanpər vər­
liyini və s. xüsusiyyətləri və bunların ağıl və bilik 
yolu ilə əldə edilə biləcəyini ön plana çəkirdi. 
Nizami Gəncəvinin (1141­1209) əsərlərinin ana 
xəttini məzlum insan üçün səadət və ədalət axtarışları, zülmə, istismara, qeyri­
bərabərliyə etiraz və nifrət təşkil edirdi. İnsan başqasından sədəqə istəməməli, 
öz  ləyaqətini  alçaltmamalıdır.  İnsanın  ağıl  və  biliyi  Nizami  əsərlərinin  baş 
qəhrəmanıdır.  “Sirlər  xəzi nəsi”,  “İskəndərnamə”  və  digər  poemalarda  xeyir­
xahlıq idealı siyasi idealla bağlı nəzərdən keçirilir. Dövlətin idarə edilməsində 
ədalət  prinsipi  ön  plana  çəkilir.  “İqbalnamə”də  insanın  səmimi  olmasının 
vacibliyi  vurğulanır,  onun  təbiətlə  ayrılmazlığından  danışılır.  Q.Məm mədov 
qeyd  edir  ki,  Nizamiyə  görə,  “ideal  cəmiy yətdə  şəxsi  və  ictimai  mülkiyyəti 
oğrulardan,  çapqınçılardan  və  qənimətçilərdən  qorumağa  ehtiyac  yoxdur. 
Cəmiyyət  üzvləri  iqtisadi  cəhətdən  təmin  olunduqları  və  eyni  zamanda, 
tərbiyəli, əxlaqlı, düşüncəli adamlar olduqları üçün onlar nalayiq hərəkətlərlə 
məşğul olmurlar. Nizami oğurluğu, hər hansı bir qəbahət və xəyanəti cəmiyyət 
üçün fəlakət hesab edərək, ayrı­ayrı şəxs lərdən tələb edirdi ki, onlar ancaq öz 
əmlaklarını yox, eyni zamanda başqalarının da əmlakını müdafiə və mühafizə 
etməlidirlər.  Onun  fikrincə,  birisi  başqasının  əmlakına  tamah  məqsədi  ilə 
toxunmadıqda,  o,  özünü  müdafiə  etmiş  olur.  Maraqlı  burasıdır  ki,  Nizaminin 
təsvir  etdiyi  ideal  cəmiyyətdə  bütün  sürülər  çobansız  otlamaqla  bərabər, 
əkinlərə də ziyan vermirlər. Əkini qoru maq üçün heç bir qoruqçu da yoxdur. 
İdeal cəmiyyətin ağsaqqalları bu barədə İskəndərə deyir: “Əkin əkəndən altı ay 
sonra bir də onu biçmək üçün ora gedirik”. Şair göstərir ki, əkin, bağ və bosta­
nın becərilməsi mədəni cəmiyyətin ümumi səviyyəsinə müvafiq olaraq həyata 
keçirilməlidir. Nizami xəbərçilik və böhtançılığı fitnə və fəsadların səbəbi kimi 
qeyd etməklə, bunları özünə peşə edən düşkün, amalsız adamlara həmişə nifrət 
etmişdir.  Nizaminin  fikrincə,  alicənab  adam  heç  bir  əsas  olmadan  başqasına 
eyib  tutub,  onun  əsəblərinə  toxunmaz,  başqasını  öz  hərə kətləri  ilə  narahat 
Nizami Gəncəvi


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə