Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə15/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

38
etməz. Eyni zamanda nəzakətli və nəcib adamlar söz gəzdirməklə məş ğul olub, 
başqasının nüfuzuna toxunmamalıdırlar. Bu barədə ideal cəmiyyət adamlarının 
adından danışan Nizami “İqbalnamə”də yazır:
Xəbərçilik bilməz bir nəfərimiz,
Özgənin eybinə göz yumarıq biz.
Şair  bununla  insanları  pis  əməllərdən  əl  çəkib,  xeyirxah  olmağa  çağırır. 
Nizami  öyrədir  ki,  ağıllı  və  xeyirxah  adamlar  özlərinin  yaxşı  əməllərini  öz 
mən fəətlərindən  daha  çox,  başqalarının  mənfəətinə  sərf  etməlidirlər.  Nizami 
göstərir  ki,  birisi  hirsli  və  ya  qəzəbli  olarsa,  xeyirxah  adamın  borcu  özünün 
mülayim və ağıllı məsləhətləri ilə əsəbiləşmiş adamı sakit edib, ona kö məklik 
etməkdir ki, həmin adam pis yola getməsin, fitnə törədib nahaq yerə qan tökül­
məsinə  səbəb  olmasın.  Digər  tərəfdən  Nizami  göstərir  ki,  birisinə  qarşı  bir 
bədbəxtlik  üz  verərsə,  cəmiy yət  üzvləri  onun  qəminə  şərik  olmalıdırlar.  Şad 
günlərdə  –  toyda,  bayramda  hamı  bir  yerdə  şadlıq  edib,  şən  həyat  keçirmə­
lidir... Nizaminin fikrincə, cəmiyyət üzvləri lazımi qaydalara əməl etsələr, onda 
xəstəliklərin  qarşısı  alınar  və  insanlar  vaxtsız  ölməzlər...  Nizami  göstərir  ki, 
yüksək tərbiyəli cəmiyyətdə möhkəm əxlaqi qaydalar olmalıdır. Bu cəmiyyətin 
adamları əxlaqi cəhətcə təmiz və xüsusilə tamahkar olmamalıdırlar. Nizaminin 
fikrincə,  ideal  cəmiyyətdə  əxlaqi  təmizlik,  yəni  insanların  əxlaqlı  olması  bir 
adət kimi həyata keçirilməlidir. Hər kim cəmiyyətin bu müqəddəs qaydalarını 
pozarsa, o, həmin cəmiyyətdən qovulmalıdır. Nizami həmçinin göstərir ki, “...
təlim  və  tərbiyə  cəmiyyətin  inkişafında  böyük  əhəmiyyəti  olan  vasitələrdən 
biridir”.  “Sir lər  xəzinəsi”ndə  Nizami  təlim,  tərbiyə  və  əxlaq  qaydalarından 
bəhs edir. Qitələrin bəzilə rində şair yaxşı insanları tərənnüm, pis adamları isə 
tənqid etməklə, birincilərə hüsnrəğbət, ikincilərə isə nifrət bəslədiyini bildirir. 
Nizami vətənpərvər, bacarıqlı və əxlaqlı insan tərbiyə etməyi cəmiy yətin əsas 
vəzifələrindən  biri  hesab  edirdi.  Çünki  cəmiyyətin  səadəti  insanın  kamilli­
yindən,  onun  xalqa  düzgün  münasibətindən  çox  asılıdır.  Şair  “Leyli  və  Məc­
nun” əsərində belə deyir:
Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa!
Böyük  şairin  fikrincə,  yaxşı  təlim­tərbiyə  almış  adam  sağlam  və  tərəqqi­
pərvər  ideyalar  irəli  sürməklə,  yaxud  bu  ideyalara  tərəfdar  olmaqla,  həyatda 
yaxşı yaşamağa adət edər, qarşıya çıxan bütün çətinliklərin öhdəsindən asanlıq­
la gələr. İnsan gərək heç kəsi aldatmasın, cəmiyyət üzvləri qorxmaz, cəsarətli, 
işgüzar  və  şən  olsunlar.  Onlar  bir­birinə  ziyan  vermədən,  ədavət  bəsləmədən 


39
kinsiz­küdurətsiz olaraq daim səmimi yaşasınlar. Nizami göstərir ki, gözəl bir 
həyat  qurub  səa dətlə  yaşamaq  ən  böyük  xoşbəxtlikdir.  O,  adamların  yüksək 
tərbiyəli,  nəcib  sifətli,  nəzakətli,  gözəl,  mülayim  xasiyyətli  və  xüsusən  elmli 
olmasını gözəl həyat qurmaq üçün nəcib bir şərt hesab edir. ...Şair göstərir ki, 
insan yaxşı tərbiyə alıb kamal sahibi olarsa, həyatda həmişə hörmətlə qarşıla­
nar... Səadət ancaq kamal nəticəsində başa gələ bilər... Nizami hiyləgərlik və 
fitnə  ilə  məşğul  olanlara  həmişə  nifrət  etmişdir.  İnsan  çalışıb  həyatda  və 
məişətdə həmişə təmiz və namuslu olmalıdır. Nizami ...insanları səmimi yaşa­
mağa çağırırdı. 
Nizami dünyadakı bəlaların “bir səbəbini də cəmiyyətdəki əxlaq pozğunlu­
ğunda,  xud pə səndlik,  lovğalıq,  şöhrətpərəstlik,  ikiüzlülük,  hiyləgərlik,  saxta­
karlıq, paxıllıq, kinlilik, xəsislik, tamahkarlıq, tüfeylilik, əməyə, əməkçiyə xor 
baxmaq,  kobudluq,  qərəzçilik,  eyş­işrət  düşkün lüyü,  hədsiz  varlanmaq  həris­
liyi, məsləksizlik kimi mənfi əxlaqi keyfiyyətlərdə görürdü. “Xəm sə”də biz bu 
mənfi əxlaqi keyfiyyətləri zülmkar şahlarda, saray əyanlarında, böyük rütbə və 
ixtiyar sahiblərində, sələmçi tacirlərdə, yalançı dindarlarda – bir sözlə, başqala­
rının  əməyi  ilə  ya şayan  tüfeylilərdə  görürük  (“Sirlər  xəzinəsi”ndə  əmanətə 
xəyanət  eyləyən  şeyx,  rəiyyəti  incidən  zalım  padşah,  “Xosrov  və  Şirin”də 
Bəhram  Cubi,  Şiruyə,  “Yeddi  gözəl”də  Yəzdigürd,  Simnarın  ölümünə  hökm 
verən şah, xalqa divan tutan vəzir Rast­Rövşən, tamahkar tacir Məlixa, şöhrət­
pərəst  slavyan  qızı,  “İskəndərnamə”də  Dara,  onu  öldürən  rütbə  sahibləri...). 
Bunların əksinə, “Xəmsə”də nə qədər gözəl mənəvi­əxlaqi keyfiyyətlər varsa, 
hamısı: düzlük, doğruluq, sadəlik, təvazökarlıq, mehribanlıq, xeyirxahlıq, qay­
ğıkeşlik,  əməksevərlik  ...rəiyyətdə,  yoxsullarda,  zəh mət  adamlarında,  qismən 
də  alimlərdə  görünür  (“Sirlər  xəzinəsi”ndə  kərpickəsən  qoca,  “Xosrov  və 
Şirin”də  Fərhad,  “Leyli  və  Məcnun”da  Zeyd,  “Yeddi  gözəl”də  Fitnə,  kəndli 
kürd,  onun  qadını,  qızı,  qoca  çoban,  qoca  bağban,  7  məzlum,  “İskəndər na­
mə”də çinli kəniz, qoca çoban). Belə bir əxlaqi fərqləndirmə öz­özlüyündə şai­
rin  əxlaq  məsələlərinə  də  ictimai  məna  verdiyini  və  əxlaq  pozğunluğunu  da, 
əsasən, despotizm üsul­idarəsi ilə əlaqələndirdiyini göstərir”.
Ədalətli  olmaq  fikri  XIII­XIV  əsr  Azərbaycan  filosofu  Şəbüstərinin 
(1287­1320) yara dıcı lığında da öndədir. O, hamını bir gözdə görmək, insanlara 
səda qətlə xidmət göstərmək, dostluq etmək kimi nəcib keyfiyyətləri təbliğ edir. 
Demək  olar  ki,  o,  bütün  əsərlərində  gözəl  əxlaqa  malik  olmaqdan  bəhs  edir: 
“Ədalətli  olmaq  –  gözəl  əxlaqın  əsas  xüsusiyyətlərindən  biridir,  ona  görə  ki, 
ədalətə sahib olan hər kəsin əxlaqı gözəl olur, çünki ondan heç vaxt zülm baş 
verməz”. 
Yaxın  və  Orta  Şərq  xalqlarının  ictimai­fəlsəfi  həyatında  mühüm  yer  tutan 
Nəsirəddin Tusinin (1201­1274) “Əxlaqi­Nasiri” (Nasir əxlaqı) əsəri Azərbay­
canın etik fikir tarixində mühüm hadisədir. Elmi­ədəbi irsi olduqca rəngarəng 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə