Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə16/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

40
olan N.Tusi əhatə etdiyi sahələrin diapa zonu ilə də fərqlənir. O, nücum (astro­
nomiya),  riyaziyyat,  tibb,  məntiq,  psixologiya,  fəlsəfə,  ədəbiyyat,  coğrafiya, 
mədənşünaslıq  (kimya),  ilahiyyat,  incəsənət,  musiqi,  tarix,  iqtisadiyyat  və  s. 
elmlərdən  mükəmməl  xəbərdar  olmuşdur.  H.Məmmədbəyli  özünün  “Marağa 
rəsədxanasının banisi Nəsirəddin Tusi” adlı əsərində Tusinin 76 əsərinin adını 
çəkir. Alimə dünya şöhrəti qa zandıran onun riyaziyyat və nücum elmlərinə aid 
yazdığı “Zince Elxani” kimi əsəri və Marağa rəsədxanasıdırsa, onu Şərq xalq­
larına sevdirən “Əxlaqi­Nasiri” əsəri olmuşdur. Bu əsərin qəribə yazılma tarixi 
vardır.  Əxlaq,  fəlsəfə,  məntiq  məsələləri  ilə  maraqlanan,  bəzən  özü  də  bu 
məsələ lərə aid əsər yazan İsmaili hökmdarı Nasir, Tusini yanına çağıraraq ona 
Əli Misgəvehin “Ət­təharə” adlı kitabını fars dilinə tərcümə etməyi təklif edir. 
O  zaman  İbn  Misgəvehin  bu  kitabı  ərəb  dilində  əxlaq  haqqında  yazılmış  ən 
gözəl  əsər  hesab  edilirdi. Tusi  bu  kitabı  tərcümə  etmək  əvəzinə,  onu  çoxdan 
məşğul edən fəlsəfi­əxlaqi, ictimai­siyasi məsələləri dərindən şərh etmək üçün 
daha mükəmməl bir kitab yazmaq qərarına gəlir. Tusi özü bu barədə yazır: “Bu 
kitabın  yazılması  onun  əmri  və  təşviqi  ilə  olduğundan  adı  “Əxlaqi­Nasiri” 
qoyuldu”. “Əxlaqi­Nasiri” 3 məqalə və 30 fəsildən ibarətdir. Əsərin əvvəlində 
“Müqəddimə”,  “Bu  kitabın  yazılmasının  səbəbi  haqqında”,  “Kitabın  məqsədi 
və fəsilləri haqqında başlanğıc” adlanan hissələr yerləş dirilib. “Əxlaqın saflaş­
dırılması haqqında” adlanan birinci məqalə “Əsaslar (başlanğıclar) haqqında” 
və  “Məqsədlər  haqqında”  adlanan  2  hissədən  ibarətdir.  Birinci  hissədə  7, 
ikincidə 10 fəsil mövcuddur. “Evdarlıq elmi haqqında” adlanan ikinci məqalə 
5, “Ölkə (şəhərləri) idarəetmə qaydaları” adlanan üçüncü məqalə isə 8 fəsildən 
ibarətdir. Hələ kitabın əvvəlində əsərin məhz fəlsəfi əsər olduğu bəlli olur: “Bu 
kitabın  məqsədi  hikmətə  aid  məsələlərdən  biri  olduğundan  ilk  növbədə 
hikmətin  mənasını  şərh  etmək,  onun  təsnifatını  vermək  lazımdır”.  Müəllif 
hikmətə  tərif  verərək  onu  2  yerə  bölür:  biri  –  elm,  o  biri  –  əməl  (iş).  Sonra 
müəllif hikməti nəzəri hikmət və  əməli hikmətə bölərək, bunların hər  birinin 
bölmələrindən danışır və onların geniş təsnifatını verir ki, bunların da hər biri 
öz­özlüyündə  böyük  maraq  doğuran  problemlərdir.  Məsələn,  3  yerə  ayrılan 
nəzəri hikmətin birinci hissəsinə ilahiyyat, fəlsəfə; “Riyaziyyat” adlanan ikinci 
hissəyə  həndəsə,  astronomiya,  astrologiya,  musiqi;  “Təbiət  elmi”  adlanan 
üçüncü  hissəyə  kimya,  bota nika,  biologiya,  psixologiya,  fizika  və  s.  aiddir. 
Əməli  hikmət  də  üç  yerə  bölünür:  birinci  –  əxlaqın  saflaşdırılması;  ikinci  – 
evqurma qaydası; üçüncü – şəhərsalma siyasəti.
Etik  görüşləri  hələ  kifayət  qədər  tədqiq  edilməyən  Tusi  insan  və  ona 
məxsus olan xüsusiyyətləri mərkəzi planda nəzərdən keçirir, yaradıcılığı boyu 
insanın əxlaqi keyfiyyətlərini tərənnüm edir. Tusi əxlaqi sifətlərin yaranmasını 
real  gerçəklikdə  görür:  “əxlaqi  sifətlər  yalnız  ictimai  həyatda  yaranır  və  heç 
də anadangəlmə proses deyil”, “insanlar öz əxlaqi sifətlərini hə yatda tapdıqları­


41
na görə özlərini yaxşı tərbiyə etməyi də bacarmalıdırlar”. Tusinin etik sis te mi nə 
əsasən, insanlar öz xarakterinə görə dörd qrupa bölünür: birinci, o adam ki, bi lir 
və bildiyini başqalarına öyrədir, o, alimdir, ona ehtiram edin; ikinci, o adam ki, 
bilir  və  bildiyinə  güvənir,  o,  özündən  xəbərsizdir,  lovğadır,  onu  tənqid  edin; 
üçüncü, o adam ki, bilmir və öyrənməyə ciddi cəhd edir, o zəhmətkeşdir, ona 
kömək edin; dördüncü, o adam ki, bilmir və öyrənmək də istəmir, o adam ağıl­
sızdır,  ondan  uzaq  olun.  Tusinin  fikrincə,  insanlar  həyatda  əxlaqi  sərvətləri, 
keyfiyyətləri yaxşı mənimsəmək üçün uşaqlıq dövründən düzgün tərbiyə edil­
mə lidir, ata və analar, hər şeydən əvvəl, övladlarını vicdanlı olmağa öyrətməli 
və sonra təlim və tərbiyə işlərinə başlamalıdırlar. Tərbiyə lap körpə yaşların­
dan başlamalıdır, çünki kiçik yaşda uşaqların mə nəviyyatı sadə və təmiz olur. 
Hər bir valideyn öz övladının idealına çevrilməyə çalışmalıdır. Hər bir valideyn 
və  tərbiyəçi  uşaqlara  həyatda  zəruri  tələbatı  ödəmək  üçün  maddi  nemətlərə 
sərf  edilən  əməyin  və  zəhmətin  rolundan  geniş  danışmalıdır.  Uşaqlar  başa 
düşməli dirlər  ki,  onların  yediyi,  içdiyi  və  geyindiyi  maddi  nemətlər  üçün 
valideynləri  böyük  əmək  və  zəhmət  sərf  etmişlər.  Belə  olarsa,  uşaqlar  körpə 
yaşlarından  əməyin  və  zəhmətin  nəyə  qadir  olduğunu  düzgün  dərk  edərlər. 
Onlar  uşaqların  nəzərində  mal­dövlətin,  qızıl  və  gümüşün  rolunu  heç  vaxt 
şişirt məməlidirlər, çünki qızıl və gümüşün vurduğu ziyan böyük bəlalara səbəb 
olar. Heç kəs ana dangəlmə fəzilət sahibi olmur, məsələn, heç kəs dülgər, katib, 
ya başqa mütə xəs sis doğulmur. Fəzilət təcrübə sayəsində əldə edilir, lakin çox 
zaman bir adam fitri olaraq bir fəziləti tez qəbul edir, onu mənimsəmək istedadı 
çox  olur.  İnsanı  dörd  amil  hörmətli  edər:  doğruçuluq,  ədəblilik,  elmlilik  və 
xoşxasiy yətlilik. Doğruçuluğun zinəti həya, camalı mənəvi saflıq, səmərəsi isə 
elmdir.  Ədəblilik  hörmət  artırar,  elm  insanı  yüksəldər.  Elmin  dəyəri  mal­
dövlətin dəyə rindən faydalıdır. Xoşxasiyyətlilik insanın xoşbəxtliyi deməkdir. 
Xoşxa siy yətlilik  yaxşılığın  mayasıdır.  Tusinin  fikrincə,  dostluq  edənlər  eyni 
xasiyyətə  malik  olmalıdırlar:  Bir­birinə  həsəd  çəkib  paxıllıq  etməməli,  bir­
birindən  mənfi  xasiyyətləri  gizlətməməli,  bir­birinə  etibar  etməlidirlər. Vəfalı 
dost  seçib  onu  axıra  qədər  qorumaq  çətindir.  Xeyirxah  insanlarda  10  cür 
müsbət əxlaqi sifət olmalıdır: əvvəla, yalançı olmamalıdır; ikinci, insaflı olma­
lıdır,  üçüncü,  eyib  axtar mama lıdır;  dördüncü,  xalqın  günahından  keçməyi 
bacar malıdır;  beşinci,  üzrxahlığı  bacarmalıdır;  altıncı,  əziyyətə  dözməyi 
bacarmalıdır; yeddinci, özünü tənbeh etməyi bacarmalıdır; səkkizinci, öz eybi­
ni  başqasının  eybindən  tez  görməlidir;  doqquzuncu,  hamı  ilə  mülayim  rəftar 
etməlidir;  onuncu,  özünü  çox  təriflə mə məlidir,  özü  haqqında  yüksək  fikirdə 
olmamalıdır. Tusi  xeyir  və  səadətin  növ lərini  göstərir:  xeyirlər  şərafətli,  təri­
fəlayiq, qüvvə artıran və fayda verəndir. Xe yirlər kimi, səadətin də dörd növü 
var: hikmət, şücaət, iffət və ədalət.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə