Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə17/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

42
“Ən yüksək dərəcədə arzu edilən xeyir və səadət haqqında” adlanan fəsildə 
xeyir və səadət arasında olan fərq aydınlaşdırılır, xeyir və səadətin növlərindən 
danışılır, bəzi qədim alimlərin rəyi verilir.
“Xasiyyətin  (xarakterin)  mahiyyəti,  həddi  (tərifi)  və  əxlaqın  dəyişdi rilmə­
sinin mümkün lüyü haqqında” adlanan fəsildə xasiyyətə tərif verilir, xasiyyətin 
fitri olub­olmaması barədə fikirlərin müxtəlif olduğu söylənir. Bununla əlaqə­
dar Aristotel və digər filosoflardan misal gətirilir: “Sonrakı alimlərin xasiy yətin 
fitri olmaması haqqında dəlilləri bundan ibarətdir. Onlar deyirlər ki, xasiyyətlər 
dəyişkəndir,  dəyişkən  isə  fitri  ola  bilməz.  Buradan  belə  nəticə  çıxardırlar  ki, 
heç bir xüsusiyyət fitri deyil”. Sonrakı fəsillərdə fəzilət cinslərinin sayı, növ­
ləri, onlara zidd rəzilət zümrələri, fəzilətlərin oxşarları və fərqləri, ədalət və s. 
məsələlərdən danışılır.
“Evdarlıq elmi haqqında” adlanan ikinci məqalədə “Mənzilə olan ehtiyacın 
səbəbi, onun əsasları və ən mühüm cəhətləri”, “Ailə dolandırmaq və evdarlıq 
qaydaları haqqında”, “Övlad saxlamaq və tərbiyə etmək qaydaları haqqında”, 
“Xidmətçiləri və qulları idarə etmək qaydaları haqqında” fəsillər, “Söz demək 
qaydaları”, “Oturub­durmaq adətləri, hərəkət və sükut qay da ları”, “Yemək qay­
daları haqqında”, “Şərab içmək qaydaları” kimi yarımfəsillər mövcuddur.
Nəhayət, “Ölkə (şəhərlərin) idarəetmə qaydaları” adlanan üçüncü məqalədə 
“İctimaların əlaqəsi üçün zəruri olan məhəbbətin fəziləti və növləri haqqında”, 
“İctimaların  növlərinin  və  şəhərlərin  əmələ  gəlməsi  haqqında”,  “Sədaqətin 
fəziləti və sədaqətli adamlarla (dostlarla) davranış qaydaları haqqında”, “Ölkə 
dolandırmaq siyasəti və şahların xisləti haqqında”, “Şah xidmətində olmaq və 
rəiyyətin qayda­qanunları haqqında”, “Xalqın bütün təbəqələr ilə davranış qay­
daları (xüsusiyyətləri) haqqında” fəsillərindən sonra isə sonda: “Bütün fəsillər 
üçün  faydalı  olan  Əflatunun  vəsiyyətləri  haqqında”  fəsil  gəlir  ki,  bununla  da 
əsər bitir.
Füzuli (1498­1556) yaradıcılığında məhəbbət problemi ön plandadır. Füzuli 
məhəbbəti ilahi məhəbbət olub, insanın mənəvi gözəlliyini təsdiq edir. Füzuli 
məhəbbəti həm də ideal məhəbbətdir. Şair onu təzadların inkarı kimi göstərir. 
“Fəzliyə  nəsihət”  əsərində  Füzuli  yazır  ki,  hər  kəs  özünə  əməklə  yol  açır, 
cəmiyyətdə  etibar  sahibi  olur  və  şöhrətlənir.  Ona  görə  də  əmək sevər  olmaq 
lazımdır.  İnsanın  zəhmətə,  əməyə  qatlaşması  onu  ədalətli,  yüksək  əxlaqi 
sifətlərə sahib edir. “Şikayətnamə”, “Rind və Zahid”, “Ənisül­qəlb” əsərlərində 
ictimati ədalətsizlik və zülm tənqid edilir. Şairin fikrincə, bədxah adamlar heç 
vaxt həyatda xoşbəxt ola bilməzlər”.
Füzulinin fəlsəfi, etik və estetik görüşlərini diqqətlə tədqiq etmiş akademik 
Fuad Qasım zadə “Qəm karvanı, yaxud zülmətdə nur” əsərində yazır: “Füzuli 
öz  əsas  fəlsəfi  traktatı  olan  “Mətləül­etiqad”da  yunan  fəlsəfəsinə  dərindən 
bələd olduğunu büruzə verir. Əsər bir çox yunan mütəfəkkirləri haqqında dol­


43
ğun və yığcam, həm də, əsasən, düzgün məlumat verdiyindən, o, bir növ fəl­
səfə tarixinə aid olan əsərə, ayrı­ayrı filosoflar və cərəyanlar haqqında biliklər 
verən  məlumat  kitabçasına,  ensiklopediyaya  oxşayır...  “Mətləül­etiqad”da 
qədim  yunan  fəlsəfəsinin  Fales,  Heraklit,  Demokrit,  Anaksaqor,  Empedokl 
kimi  materialist, Aristotel  (materializm  və  idealizm  arasında  tərəddüd  edən), 
Pifaqor, Sokrat, Platon, Prokl kimi idealist nümayəndələrinin və başqalarının, 
habelə  bir  sıra  alimlərin  adları  çəkilir,  yaradıcılığı  izah  olunur.  Füzuli  bədii 
əsərlərində də yunan alim və mütəfəkkirlərini, tarixi şəxsiyyətləri tez­tez qeyd 
edir, onların işlə rinə yüksək qiymət verir. Onun şeirlərində Ərəstunun (Aristo­
tel), Əflatunun (Platon), Make doniyalı İskəndərin (Aleksandr), Buqratın (Hip­
pokrat)  və  başqalarının  adına  rast  gəlirik.  Farsca  yazılmış  qəsidələrdə  Füzuli 
Aristotelin  fəlsəfəsini,  Hippokratın  tibbi  görüşlərini  tərifləyir,  onları  İbn  Sina 
və Loğmanla yanaşı təbliğ edir. Şair su, od, torpaq və havadan danışaraq (şüb­
həsiz  ki,  Empedokla  işarədir)  yunanlarda  böyük  alimlərin  olduğunu  yazır. 
“Ənisül­qəlb”də də yenə Əfl atunun adı çəkilir, onun həqiqət sirlərini aça bilmə­
diyi  qeyd  olunur  və  bununla  belə,  yunan  mütəfəkkirlərinə,  ümumiyyətlə, 
yüksək  və  layiqincə  qiymət  verən  Füzuli  onları  “yunan  bili ciləri”  adlandırır. 
Əsərdə Əflatunun (Platonun) adını hörmətlə çəkən şair oxucuya xitabən deyir 
ki,  hətta  Əflatunu  belə  hikmətdən  xəbərdar  güman  etmə.  Məhz  platonik  eşqi 
nəzərdə tutan Füzuli “qərəz” rədifli qəzəlində göstərir ki, xalqın qərəzi gözəl 
vüsalından rahatlanmaqdır, aşiq üçün isə qərəz bu deyildir, təsərrüfsüz tamaşa­
dır (seyr etməkdir). Platonik eşqin müəyyən təzahürləri “Leyli və Məcnun”da 
da  vardır.  Əsərin  başlanğıcında  verdiyi  rübailərdə  Füzuli  ilahi  eşqə,  pla tonik 
eşqə  işarə  edərək  yazır  ki,  o,  həqiqət  tələbinə  görə  məcaz  yolunu  tutmuşdur. 
Füzulinin  etik  görüşlərini  təhlil  edən  müəllif  daha  sonra  yazır  ki:  “şair  əxlaq 
məsələləri  ilə  elmin  məşğul  olması  zərurətini  dərk  etmiş  və  əxlaqdan  xüsusi 
olaraq bəhs etməyi bir elm saymışdır. Yəni ...o, etika nın – bu istilahın özü onda 
olmasa da – əxlaq haqqında təlim, əxlaqi anlayış və qaydalardan bəhs edən elm 
olduğunu bilmişdir. ...Şair etikanı (fünuni­ədəb, yəni ədəb elmi) bir elm kimi 
qəbul etsə də, nəhayətdə insan əxlaqının əvvəlcədən təyin edildiyi kimi təzahür 
edəcəyini, pis təbiətli adamın bütün ömrü boyu məhz belə qalacağını söyləmiş 
və beləliklə də, əxlaqın çıxış nöqtəsi kimi ilahi başlanğıcı, Allahı qəbul etmiş­
dir.  Əxlaqın  mənşəyi  məsələsində  onun  idealist  mövqeyi  bir  çox  şeirlərində 
aydın görünməkdədir və şair bunu dəfələrlə, dönə­dönə söyləmişdir. “Leyli və 
Məcnun”  poemasındakı  minacatlardan  birində  o,  Məhəmməd  peyğəmbəri 
mədh edərək yazır ki:
Keyfiyyəti­halı rövşən etdin,
Xeyrü­şər işin müəyyən etdin.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə