Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə19/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

46
“ilm əl­hədis” – yəni “hədis haqqında elm” adlanır. Hədislər “səhih” və “qeyri­
səhih” və ya zəif olur. Hədislərin “səhih” kimi təsdiq edilməsi uzun, ciddi və 
dəqiq  tədqiqatdan  sonra  mümkün  olurdu.  “Səhih”  hədis  müəllifl ərindən 
əl­Buxari və Muslimi göstərmək olar.
Müəyyən tərəfləri “fikx”lə (dini­hüquqi fikir) uzlaşan müsəlman etikasında 
qiymətlən dir mə sistemi 5 əmələ əsaslanır: 1) vacib (fərz); 2) məsləhət görülən 
(müstəhəb);  3)  fərq  etməyən  (mubah);  4)  məsləhət  görülməyən  (məkruh); 
5) qadağan edilən (haram). Bu əməllər Yaradanın əmri və ya qadağası ilə əla­
qədar olub, axirətdə mükafat və ya cəza, savab və ya günah qazan maqla nəti­
cələnir. Vacib əməlləri yerinə yetirdikdə insan mükafatlanır, onlara əməl etmə­
dikdə isə cəzalana bilər (“cəzalanacaq” demək olmaz, çünki insan yalnız Allahın 
qərarı ilə cəzalanır, Allahın yerinə heç kim bu hökmü çıxara bilməz, əks halda 
Allahın  mərhəmətini  şübhə  altına  almış  olar).  Qadağan  edilən  əməlləri  icra 
etməyəndə  insan  mükafatlanır,  edəndə  –  onu  cəza  gözləyə  bilər.  Məsləhət 
görülən əməllərə görə insan mükafatlandırılır, onları etmədikdə isə cəzalanmır. 
Məsləhət  görülməyən  (məkruh)  əməlləri  icra  etdikdə  insan  cəzalandırılmır, 
onlardan  çəkinəndə  isə  mükafatlandırılır.  Fərq  etməyən  əməllərə  görə  isə  nə 
cəza,  nə  də  mükafat  nəzərdə  tutulmayıb.  İnsan  fikxə  görə  də  onları  icra 
etməkdə  və  ya  etməməkdə  azaddır.  İslam  etikasında  insanların  hərəkətlərinin 
xeyir və ya şər kimi qiymətləndirilməsinin əsas göstəricisi niyyətdir. Çox vaxt 
hakim də əməlin motivini bilmədən hökmü çıxarmaqda çətinlik çəkir.
Beləliklə, Quran Sünnəsiz, Sünnə isə Quransız mövcud ola bilmədiyindən 
və bunlar bir­birini tamamladığından müsəlman etikası bunlardan hansısa biri­
nin  olmadığı  halda,  tam  dərk  edilə  bilməz.  Klassik  ərəb  müsəlman  mədəniy­
yətində “müsəlman etikası” xüsusi sahə kimi mövcud olmasa da, daha çox elmi 
xarakter daşıyan Quran və Sünnə, eləcə də fikx, ədəb və s. təlimlər bütövlükdə 
etik problemlərin daşıyıcısıdır. Həm də bunlar yalnız müsəlmanlar üçün deyil, 
bütün bəşər övladları üçün nəzərdə tutulub. Çünki sonuncu səmavi kitab olan 
“Quran” və ümumiyyətlə müsəlman dini, ümumbəşəri xarakter daşıyır.
Sonda toxunacağımız vacib bir məsələ də var ki, o da ədiblərin dinə müna­
sibətidir. Əfsus ki, sovet dövrü ədəbiyyatında bu münasibət, o cümlədən ədib­
lərin  tənqid  obyekti  bizə  birtərəfli  və  təhrif  olunmuş  şəkildə  təqdim  edilirdi. 
Bunun  nəticəsində  ədiblərin,  əslində,  “nəyi”  tənqid  etmələri  kölgədə  qalır  və 
bu, “dinin tənqidi” kimi nəzərdən keçirilirdi. Bunun əsas səbəbi bizim özümü­
zün  (yəni  sovet  dövrü  adamlarının)  İslam  dinindən,  müqəddəs  “Quran”dan 
kifayət  qədər  xəbərdar  olmamağımız  idi.  Digər  tərəfdən,  yazıçıların  bir  qis­
minin “göz açıb” islamı bəzi təri qətlərin timsalında görüb qavraması da əsərin 
idraki­tərbiyəvi  funksiyasına  müəyyən  qədər  təsir  göstərmişdir.  Lakin  əksər 
ədiblərimizin əsərlərinə bir daha nəzər salsaq, orada tənqid hədəfinin İslam dini 
deyil, başqa təzahürlər olduğunu görərik: mövhumat, cəhalət, nadanlıq, avam­


47
lıq,  savad sızlıq,  fanatizm,  pirlərə  inam,  bidət,  yəni  peyğəmbərdən  sonra  dinə 
yenilik  gətirmək,  pey ğəm bərin  etmədiklərini  “şəriət”  adı  ilə  təqdim  etmək, 
islamı “matəm dininə” çevirmək, “siğə” adı ilə əxlaqsızlıq yaymaq və s. söylə­
diklərimizə  sübutdur.  Öz  çirkin  əməllərini  “din”  adı  ilə  həyata  keçirən, 
savadsızlıqdan  və  ya  bilərəkdən  xalqı  çaşdıran  yalançı  mollalar,  heç  bir  dini 
təhsili  və  səlahiyyəti  olmadan  fəaliyyət  göstərən  ruhanilər  və  başqaları  da 
ədiblərimiz tərəfindən tez­tez tənqid atəşinə tutulurdu.
İnsanların əxlaqı ilə əlaqədar məsələlər – valideynlərə təmənnasız münasi­
bət,  öz  ailəsinə  sədaqət  və  qayğı,  düzlük,  doğruçuluq,  imkansızlara  yardım 
etmək  və  s.  İslamda  mühüm  yer  tutur.  Sələmçilik  (faizlə  pul  vermək),  adam 
öldürmək,  zina,  oğurluq,  əyyaşlıq,  dələduzluq,  vəfa sızlıq,  xainlik,  acgözlük, 
yalançılıq, kobudluq və s. isə dinimizdə pislənən əxlaqi keyfiyyətlər dəndir ki, 
bugünkü  ədəbiyyatımız  məhz  belə  ideyalarla  silahlanmalıdır.  Beləliklə,  fana­
tizm, mövhumat və bidətçilikdən uzaq olaraq müqəddəs “Quran”a və peyğəm­
bərin hədislərinə istinad edən islam əhli bütün dünyada nümunəvi əxlaq nüma­
yiş etdirməyə qadirdir!
7. Əxlaqın mahiyyəti və əsas funksiyaları
Əxlaq bugünkü vəziyyətinə birdən­birə, “hazır şəkildə” gəlib çıxmamışdır. 
Primitiv norma və təsəvvürlərdən yetişməyə başlayan əxlaq, bəşəriyyətin bütün 
tarixi  boyu  mövcud  olmuş  və  olduqca  mürəkkəb,  uzun  və  hətta  çətin  bir  yol 
keçmişdir. Tarixi inkişafın hər bir pilləsində maddi və mənəvi istehsal prosesi 
zamanı  insanlar  müəyyən  davranış  normaları,  prinsipləri,  qay daları,  adət  və 
ənənələr, dəblər yaratmışlar. Cəmiyyətin təşəkkül tapdığı ilk günlərdən insanlar 
bir­biri ilə münasibətlərini tənzim etmək üçün yaratdığı bu birgəyaşayış qayda­
larına  riayət  edir,  öz  hərəkətlərində  nəyin  pis,  nəyin  yaxşı  olduğunu,  hansı 
hərəkətin  bəyənilib­bəyənilmədiyini  xeyir  və  şər  kateqoriyaları  vasitəsilə 
qiymətləndirmişlər.
İctimai şüurun qədim formalarından olan əxlaq insanlar arasındakı müna­
sibətləri  əks  etdirir.  Əxlaq  insanların  bir­birinə,  dövlətə  və  cəmiyyətə  olan 
münasibətlərini nizama salır, ic timai həyatın bütün sahələrində insanların hərə­
kətlərini tənzimləyir. Məsələn, əməkdə, məişətdə, siyasətdə, elmdə, ailədə, icti­
mai  yerlərdə  və  s.  Bunların  hər  birində  o,  müxtəlif  rol  oynayır.  Bununla 
əlaqədar, “peşə etikası”, “ailə və nikah etikası” və s. terminlər yaranıb. Bütün 
bu sahələrdə əxlaqla yanaşı, insanların hərəkətlərinin digər tənzimləyiciləri də 
var. Məsələn, dövlətin hüquq normaları və dekretləri, istehsalatdakı qanun­qay­
dalar,  təşkilatın  nizamnamələri  və  təli mat ları,  vəzifəli  şəxslərin  göstərişləri, 
dini­ritual xarakterli qaydalar, takt, etiket, ədəb, davranış qaydaları, idman və 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə