Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə20/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   16   17   18   19   20   21   22   23   ...   52

48
digər  oyunların  şərtləri,  nəqliyyatın  idarəolunma  qaydaları,  sanitar­gigiyena 
normaları və s. Bütün bunlar bəzən əxlaq normalarının spesifikasını aydınlaş­
dırmağa  bir  qədər  mane  olur.  Əxlaqa  “bu  belədir”  anlayışı  ilə  yanaşı,  belə 
olmalıdır” daha çox uyğun gəlir.
Bəzi  təsir  formaları,  məsələn,  milli  ənənələr,  məişətdəki  estetik  normalar, 
əmək vərdişlə ri nin tərbiyə edilməsi və s. əxlaqla yanaşı, digər sahələrə də aid­
dir.  Ayrı­ayrı  insanların  tərbiyəsinə  təsir  edən  ictimai  formalar  –  adət  və 
ənənələr, ictimai rəy, tərbiyə və s. əxlaqla bağlı olsa da, bütünlükdə ona məxsus 
ola bilməz.
Hər bir dövrün və cəmiyyətin özünəməxsus əxlaq qaydaları, prinsip və nor­
maları  olduğu  üçün,  hər  bir  insan  da,  əsasən,  yaşadığı  dövrün  və  cəmiyyətin 
əxlaq qaydalarına tabe olur. Tarixi hadisə olan əxlaq bəşəriyyətin ictimai tərəq­
qisi gedişində dəyişir və inkişaf edir. Cəmiyyət sinifl ərə bölünən zaman əxlaq 
qaydaları  da  sinfi  xarakter  daşımağa  başladı.  Hər  sinfin  özünəməxsus  əxlaq 
qaydaları  yarandı.  Müəyyən  sinfə  xidmət  edən  əxlaq  sinfi  xarakter  daşıyaraq 
hakim sinfə xidmət edir. Tarixdə əxlaqın aşağıdakı əsas tipləri var ki, bunlara 
əxlaqın  konkret­tarixi  tipləri  də  deyilir:  1)  ibtidai  icma  əxlaqı;  2)  quldarlıq 
əxlaqı;  3)  feodal  əxlaqı;  4)  burjua  əxlaqı  və  s.  Əxlaqın  inkişafında  bəşər 
mədəniyyətinin tarixi tərəqqisini əks etdirən varislik elementlərinə də rast gəl­
mək  olar.  Əxlaq  bir  formadan  digərinə  keçərkən  insanlar  arasındakı  münasi­
bətlərdə humanizm ünsürləri də artır. Artıq ibtidai icma dövründə qarşılıqlı yar­
dımın sadə formaları yaranır. Adam əti yemək adəti yox olur. Tayfa ittifaqları 
və dövlətin yaranması ilə qan düşmənçiliyinə son qo yulur. Feodal əxlaqı təh­
kimli  kəndlini  öldürməyə  yol  vermir,  halbuki  quldarın  öz  qulunu  öl dürməsi 
onun  şəxsi  işi  idi.  Burjua  əxlaqında  şəxsiyyətə  hörmət  prinsipi  təsdiqlənir. 
Zaman keç dikcə, cəmiyyət inkişaf etdikcə əxlaq qaydaları da dəyişir. Çox vaxt 
hətta zahirən əbədi gö rünən əxlaq qaydaları belə dəyişikliyə uğrayır, öz əvvəlki 
məzmununu itirir və ya onlara heç bir ehtiyac qalmır.
Əxlaq – gerçəkliyi dərketmə vasitəsi olub, insanın praktik­mənəvi dünyagö­
rüşüdür.  Mü rək kəb  və  ictimai  hadisə  olan  əxlaqın  təbiətini  öyrənmək  üçün 
onun strukturunu aydınlaşdırmaq lazımdır. İctimai şüurun digər formaları kimi, 
əxlaqın da strukturu ictimai münasibətlərlə müəy yənləşir. Əxlaqi münasibətlər 
ictimai münasibətlər sistemində mühüm yer tutur ki, bunlar da əxlaq haqqında 
elm olan etika tərəfindən öyrənilir.
Əxlaq  insanı  birgəyaşayış  şəraitində  yaşamaq  qabiliyyətləri  baxımından 
xarakterizə edir. Əxlaqın məkanı – insanlar arasındakı münasibətlərdir. İnsanın 
güclü  və  ya  ağıllı  olmasını  müəy yən  etmək  üçün  onu  digər  insanlarla  müna­
sibətdə  görmək  və  ya  müqayisə  etmək  vacib  deyil,  çünki  bu,  fərdin  özünə­
məxsus  xüsusiyyətləridir.  Lakin  insanın  nə  dərəcədə  xeyirxah,  əliaçıq,  meh­
riban olmasını və bu kimi digər xüsusiyyətlərinin şahidi olmaq üçün, onu məhz 


49
başqaları ilə ünsiyyət prosesində görmək zəruridir. Məsələn, Robinzon Kruzo 
nə qədər ki, adada tək idi, onun mənəvi keyfiyyətlərinin olub­olmamasının heç 
bir əhəmiyyəti yox idi. Məhz Pyatnitsa peyda olan dan sonra bu xüsusiyyətlərin 
üzə çıxmasına imkan yarandı.
Əxlaq  normaları  hər  yerdə,  müxtəlif  şəraitlərdə  təzahür  edərək  universal, 
bəşəri  xarakter  daşıyır.  Onlar  həm  cəmiyyətin,  həm  də  ayrı­ayrı  şəxslərin 
rə yinə əsaslanır. Əxlaq normaları kifayət qədərdir. Bunlara ətrafdakılarla nəza­
kətli rəftar tələb edən sadə normalardan tutmuş, “öldürmə!”, “oğurluq etmə!”, 
“böyüklərə hörmət et!”, “yalan danışma!” kimi mürəkkəb, insanın həyat prin­
sipinə çevrilmiş normalaradək aid etmək olar. Lakin əxlaqı normalar məc musu 
kimi təsəvvür etmək o qədər də düz deyil. Çünki, əvvəla, bu normaların özləri 
əsaslandırılmalıdır,  məsələn,  “nəyə  görə  oğurluq  etmək  olmaz?”,  “öldürmək 
olmaz?”;  ikincisi,  konkret  situasiyalarda  bu  normalar  bir­birini  inkar  da  edə 
bilər. Məsələn, bir cani qadının ardınca qaçır və yol dakılardan onun hansı tərəfə 
getdiyini soruşur, məgər bu zaman adamlar caniyə sözün düzü nü deməlidir lərmi? 
Və  yaxud  həkim  öz  xəstəsinə  həmişə  diaqnozu  olduğu  kimi  deməlidirmi? 
Ümumiyyətlə,  nəzərə  almaq  lazımdır  ki,  yaranmış  situasiyalar  elə  rəngarəng 
ola bilər ki, onların hərəsi üçün ayrıca norma fikirləşmək heç mümkün də deyil.
İnsan əxlaqi şüurla birgə doğulmur. O, əxlaq normalarını və davranış qayda­
larını  tədricən  mənimsəyir.  Bu  normalar  və  qaydalar  müəyyən  vaxtdan  sonra 
onun fərdi şüurunda özünə yer tapır ki, bu da “yaxşını pisdən”, “əxlaqı əxlaq sız­
lıqdan” ayırmağa kömək edir. İnsan çox vaxt hətta öz istəyinin əksinə gedərək, 
ictimai rəyi nəzərə alıb, hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və 
əxlaq normalarına uyğun hərəkət etməli olur. Çünki cəmiyyətdə yaşayan insan 
ondan  təcrid  oluna  bilməz.  O,  bu  və  ya  digər  mənada  cəmiyyət  qaydalarına 
tabe olmaq məcbu riyyətində qalır. Çox vaxt, əsasən, “öz ürəyinin hökmü ilə” 
hərəkət edən insan cəmiyyət və ya ayrı­ayrı şəxslər qarşısındakı borc və vicdan 
hislərinin təhriki ilə hər hansı addımı atır və bu zaman özü də hiss etmədən icti­
mai  mənafe  şəxsi  mənafedən  üstün  tutulur.  Belə  olmasaydı,  nə  maddi  və 
mənəvi nemətlər istehsal oluna bilər, nə də insan cəmiyyəti mövcud ola bilərdi.
Hər hansı addımın, hərəkətin hansı cəmiyyətdə baş verməsindən asılı olma­
yaraq, o həmişə “xeyir və şər”, “ədalət və ədalətsizlik” mövqeyindən qiymət­
ləndirilibdir.
Əxlaqın mahiyyətini daha yaxşı başa düşmək üçün onun əsas funksiyalarını 
da nəzərdən keçirmək lazımdır. Əxlaqın formalaşması və mədəniyyətin müstə­
qil sahəsinə çevrilməsi prose sində müəyyən əxlaq funksiyaları yaranıb ki, onlar 
bu gün də aktualdır. Əxlaqın funksiyaları içə risində ən əsasları bunlardır:
1) qiymətləndirici; 2) idraki; 3) dünyagörüş; 4) tərbiyəvi; 5) tənzimləyici.
Qiymətləndirici funksiya əsas funksiya olub, onu yalnız əxlaqa deyil, digər 
ictimai şüur for malarına – incəsənətə, dinə, hüquqa, siyasətə və s. də aid etmək 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə