Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə21/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

50
olar. Bu funksiyanın xüsu siyyəti, hər şeydən əvvəl, ondan ibarətdir ki, burada 
qiymətləndirmə əxlaqi şüurun əsas anlayışları prizmasından – xeyir, şər, ədalət, 
vicdan, borc və sairdən keçir. Əxlaqi qiymətləndirmə, adətən, universal xarak­
ter daşıyaraq insanın bütün hərəkətlərinə aid olur. Hüquq sahəsində bu, başqa 
cür dür.  Məsələn,  hörmətsizliyə,  kobudluğa,  nəzakətsizliyə  görə  heç  kəsi 
cinayətkar kimi müha kimə etmirlər. Siyasi qiymətləndirmə də bütün hərəkət­
lərə aid olmur. Burada da müəyyən məh dudiyyətlər, hərəkətlərin təzyiq, hədə­
qorxu,  hər  hansı  affektin  (qorxu,  qısqanclıq)  təsiri  altında  baş  verməsinin 
nə zərə alınması və s. səbəblər mövcuddur. Əxlaqi qiymətləndirmə həm də fər­
din  mənəvi  əqidəsinə  və  ictimai  rəyin  nüfuzuna  əsaslanır.  İnsan  şüurunda 
əxlaqi  qiymətləndirmə,  adətən,  “xalis”  olmayıb,  estetik,  siyasi  və  s.  qiymət­
ləndirmə ilə tamamlanır.
İdraki  funksiya  qiymətləndirici  funksiya  qədər  intensiv  və  əhəmiyyətli 
olmasa da, onunla geniş mənada uzlaşır. Adətən, fərd başqalarının və ya özü­
nün hərəkətlərini qiymətləndirdiyi zaman digər şəxslərin və ya özünün daxili 
aləmi haqqında, natamam da olsa, təsəvvür əldə edir. İdrakın bütün formaları­
nın,  o  cümlədən  elmi  idrakın  əsas  şərti  mənəvi  keyfiyyətlərdir.  Çünki 
obyektiv lik dən  uzaq  olan  alim  qibtə  və  yalana  əl  ata  bilər,  öz  xeyrini  güdə 
bilər, əldə etdiyi nəticələri təhrif edə bilər, şöhrətpərəstlikdən özünü və ya baş­
qalarını  aldada  bilər.  Əxlaqın  idraki  funksiyası  elmin  idraki  funksiyasından 
onunla fərqlənir ki, əxlaq daha obrazlı olub, ön plana hisləri, inamı və intuisi­
yanı çəkir. Elmi idrakda isə ağıl, dərrakə bunları üstələyir. Beləliklə, əxlaqın 
da  idraki  funksiyası  ictimai  şüurun  digər  formalarında  olduğu  kimi,  sosial 
gerçəkliyi əks etdirir. Lakin əxlaqi şüur mövcud olan və ya formalaşan sosial 
varlığı, ictimai münasibətləri qanunlar şəklində deyil, cəmiyyətin tələbləri və 
şəxsiyyətin  maraqlarını  bildirən  ideya,  təsəvvür,  ümid,  arzu,  əhvallar  kimi 
müəyyən məq sədlər şəklində, yəni “bu belədir” əvəzinə, “belə olmalıdır” kimi 
əks etdirir.
Dünyagörüş  funksiyası  müxtəlif  sistemli  əxlaq  normalarının,  prinsip­
lərinin,  ideallarının  cəmiyyət  və  şəxsiyyətin  fəaliyyətinə  yol  göstərən 
dəyərlər məcmu sundan ibarət olması ilə əlaqədardır. Fərd cəmiyyətin yarat­
dığı əxlaqi norma və prinsipləri mənimsəyərək öz şüurunda özünə gərək ola­
caq  müəyyən  baxış  və  məsləklər  formalaşdırır.  Əxlaq  sadə  normalardan 
ibarət ola bilməz. O, bu normaları əsaslandırmalı, onlara haqq qazandırmalı, 
onların nəyə görə yerinə yetirilməli olduğunu göstərməlidir. Beləliklə, əxlaqi 
şüur  həyat  əhəmiyyətli  suallarla,  ali  dəyər lərlə  əlaqədar  olur.  Bunları  həll 
etmək  üçün  insanın  dünyadakı  mövqeyini  aydınlaşdırmaq  tələb  olunur. 
Bunun  üçün  isə  dünya  haqqında,  heç  olmasa  elementar  da  olsa,  təsəvvürə 
malik olmaq lazımdır. Dünya haqqında təsəvvür əldə etmək üçün yalnız elmi 


51
nəticələrə əsaslanmaq olmaz, indiki halda bu natamam olar. Dünyanın elmi 
mənzərəsi və dünyagörüşü eyniyyət təşkil etmir. Dünyagörüş yalnız biliklər 
əsasında formalaşmır, bura həmçinin insan hislərinin rəngarəng qamması da 
aiddir.  Əxlaqi  şüurda  dünyagörüş  xüsusi  anlayışlar  prizmasında  formalaşır: 
dünya ya xeyirxah, ya qəddar, ya da neytral, qaydaya salınmaz və ya xaotik 
kimi nəzərdən keçirilir.
Tərbiyəvi funksiya – əxlaqın əsas funksiyalarındandır. Fasiləsiz, intensiv və 
məqsədyönlü  tərbiyə  prosesi  olmadan  nə  cəmiyyət  mövcud  ola  bilər,  nə  də 
ayrıca insan şəxsiyyət kimi for malaşa bilər. Tərbiyənin mərkəzində şəxsiyyətin 
mənəvi özəyini formalaşdıran əxlaq tərbiyəsi dayanır.
Tənzimləyici  funksiya  digər  funksiyaların  özünəməxsus  sintezidir.  Lakin 
əxlaq  insanların  hərəkətlərinin  yeganə  tənzimləyicisi  deyil:  din,  incəsənət, 
hüquq,  siyasət  də  bu  qəbildəndir.  Məhz  əxlaqi  dəyərlər  insanın  mənəvi  alə­
minin mərkəzində dayanaraq, onun həm siyasi möv qeyinə, həm mövcud hüquq 
qaydalarına (o cümlədən insanın hüquqi şüuruna) müna sibətinə, həm müxtəlif 
dini təlimlərə qiymət verməsinə, həm də incəsənət sahəsindəki biliklərinə (este­
tik zövqünə) təsir edir. Hüquq, siyasət və estetik şüurdan fərqli olaraq əxlaq, 
demək olar ki, insan həyatının bütün sahələrini tənzimləyir. Əxlaq insanlardan 
çox şey tələb edərək onları mənəvi ideala yaxınlaşdırır (bu, qeyri­mümkün olsa 
da  belə).  Nəhayət,  bu  funksiya  da  insanın  əxlaqi  əqidəsinə  və  ictimai  rəyin 
nüfuzuna,  ilk  növbədə  vicdana  əsaslanır.  Lakin  bütün  bunlarla  yanaşı,  əxlaq 
kifayət  qədər  gücə  malik  deyil.  Buna  saysız­hesabsız  cinayətlərin  olması, 
gündəlik hə yatdakı kobudluq, nəzakətsizlik və s. misaldır. Bunların da səbəbi 
az  deyil:  əvvəla,  ayrı­ayrı  fərd lərin  əxlaqi  şüuru  çox  vaxt  lazımi  səviyyədə 
olmur; ikincisi, ictimai rəy də səhv edə bilər. Bundan başqa, bəzən həyat şəraiti 
əxlaqi  hisləri  boğur.  Məsələn,  uşaqları  acından  ölən  qadının  cinayətə  və  ya 
oğurluğa əl atması və s.
8. Əxlaq və ictimai şüurun digər formaları
Əxlaq – ictimai şüurun qədim formalarından olub, insanlar arasındakı qarşı­
lıqlı münasi bətlərin xüsusiyyətlərini əks etdirir və tənzimləyir. Əxlaqi münasi­
bətlərin rüşeymləri insan cə miy yətinin formalaşmağa başladığı ilk dövrlərdən 
yaranıb. İbtidai dövrdə görülən bir çox işlər, məsələn, yem axtarma prosesi, bu 
zaman  görüləcək  işlərin  planlaşdırılması  və  razılaşdırılması,  əməyin  bölün­
məsi,  əmək  alətlərinin  hazırlanması  təcrübəsinin  yayılması  zərurəti  insanlar 
arasın da  olan  qarşılıqlı  münasibətlərin  tənzimlənməsini  tələb  edirdi.  Adətlər 
şəklində reallaşan bu cür tənzimlənmə ibtidai cəmiyyətin ilk əxlaq normalarına 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə