Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə23/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

54
sinfə  xidmət  edir,  həmin  sinfə  məxsus  norma  və  qaydaları  qoruyur.  Hər  iki 
halda bu normalar hər bir vətəndaşa aid olur.
Hüquqa  nisbətən  əxlaqın  tarixi  daha  qədimdir.  Əgər  əxlaq  cəmiyyətin 
təşəkkül tapdığı ilk dövrlərdən yaranıbsa, bəşəriyyət mövcud olduqca yaşaya­
caqsa, hüququn xeyli sonra – siniflər mey  dana gəldikdə yaranması diqqəti cəlb 
edir. Hüququn yaranması dövlətin yaranması ilə əla qədardır. Hüquq – dövlətin 
başlıca  tərkib  hissəsidir.  Onun  meydana  gəlməsi  şüurlu  xarakter  daşıyaraq 
dövlət tərəfindən əsaslandırılır. Məhz dövlətin yaranması ilə qan düşmənçiliyi, 
insanın qurban verilməsi kimi adətlərə son qoyuldu, müxtəlif cinslər arasındakı 
münasibətlər  nizama  salındı.  Dövlət,  həmçinin,  şər  qüvvələrin  tərksilah  edil­
məsi,  vətəndaşların  cinayətkarlardan  qo runması,  qarşıdurma,  toqquşma  və  s. 
halların aradan qaldırılması, o cümlədən mənəvi dəyərlərin həyata keçirilməsi 
işində də müstəsna rol oynayır. Ayrı­ayrı imkanlı şəxslər 10, 20, ən çox isə 100 
adama yardım edə bildiyi halda, məhz dövlət milyonlarla imkansız və kömək­
sizi öz qanadı altına almağa qadir olub, onların hüquq və azadlığını qorumaq 
iqtidarındadır.
Hər bir ictimai­iqtisadi formasiyanın özünəməxsus hüquq və əxlaq norma­
ları  olur.  Hər  bir  cəmiyyət  borc  və  vicdan,  ədalət  və  ədalətsizlik  haqqında 
ümum bəşəri  təsəvvürlərə  malikdir.  Hüququn  əsas  kateqoriyaları  ədalət,  əxla­
qınkı  –  xeyirdir.  Ədalətə  nisbətən  xeyir  kateqoriyasının  əhatə  dairəsi  daha 
genişdir. Bəzi hüquq normalarının əxlaqla qətiyyən əlaqəsi olmur. Əxlaq nor­
malarının da hamısı hüquq qaydalarında öz əksini tapmaya bilər. Hüquq qayda­
ları, adətən, ümumi olduğu halda, əxlaq qaydaları fərdi də ola bilər. Çünki heç 
bir hüquq məcəlləsi insan hərəkət lərinin rəngarəngliyini əvvəlcədən nəzərə ala 
bilməz. Əxlaq normaları ayrı­ayrı insanlar və ya kollektiv qarşısında qoyulan 
konkret tələblərdir ki, onların yerinə yetirilməsi hər bir kəsin vic danından asılı 
olub,  ictimai  rəyə  söykənir.  Hüquq  normaları  isə  dövlət  orqanlarının  nəzarəti 
altın da olur və onların pozulması hüquq qaydaları ilə nəzərdə tutulmuş sanksi­
yalarla müəyyənləşir. Hüquq normaları, adətən, yazılı şəkildə mövcud olduğu 
halda, əxlaq normaları şifahi mövcud olub, xalqın şüurunda yaşayır və ictimai 
rəy  tərəfindən  tənzim  edilərək  könüllü  xarakter  daşıyır.  Hüquq  qaydalarına 
əməl  edilməsi,  lazım  gəldikdə  xüsusi  qanunçuluq  aparatının  köməyi  ilə  səla­
hiyyətli şəxslər tərəfindən həyata keçirilən güc vasitələri ilə (inzibati, cinayət 
və iqtisadi sank siyalarla) təmin edilir.
Hüquq və əxlaqın münasibəti keçmişdə və indi mövcud olan etik nəzəriy­
yələrin ayrılmaz hissəsi olaraq qalır. Sokrat, Platon, Aristotel hüququn ideolo­
giyası barədə fikir söyləyərək, etikanı qanunçuluqla bağlamağa çalışırdılar.
Elm və əxlaq. Elm və əxlaq ilk baxışdan ictimai şüurun müxtəlif formaları 
olsa da, onlar müəyyən mənada bir­birini tamamlayır. Elmin nəzəri təfəkkürə 


55
əsaslanmasına, əxlaqın isə gün dəlik ailə­məişət problemləri ilə əlaqədar olma­
sına baxmayaraq, onlar bir­biri ilə qarşılıqlı əlaqə dədirlər. Alimin öz fəaliyyə­
tində əxlaq prinsiplərini rəhbər tutması əxlaqın elmə, əxlaq prinsip lərinin elmi 
cəhətdən  əsaslandırılması  imkanı  isə  elmin  əxlaqa  göstərdiyi  müsbət  təsirlə 
bağlıdır.  Çünki  bəzi  elmi  kəşflər  bəşəriyyətin  xeyrinə  deyil,  ziyanına  xidmət 
edə bilər. Alim insanların sağlamlığına və psixikasına mənfi təsir edəcək və ya 
kütləvi  işsizliyə  səbəb  olacaq  vasitələrdən  istifadə  etməzdən  əvvəl  bəşəriyyət 
qarşısındakı vətəndaşlıq borcunu, əxlaqi cavabdehliyini unut mamalıdır.
İncəsənət  və  əxlaq.  İncəsənət  və  əxlaq  ictimai  şüurun  digər  formalarına 
nisbətən bir­birinə daha yaxındır. Həm incəsənət, həm də əxlaqın əsasını etiklik 
və estetikliyin vəhdəti təşkil edir. Əxlaq və incəsənətin qarşılıqlı əlaqəsi gözəl­
lik  və  xeyirxahlıq  ideyalarının  birliyi  ilə  də  bağlıdır.  Bu  həm  əxlaq,  həm  də 
incəsənətdə müəyyən etik və estetik idealın formalaşmasına gətirib çıxarır. Hər 
iki ictimai şüur forması insanın mənəvi simasının formalaşmasına xidmət edir. 
İn cəsənət həyatı hərtərəfli əks etdirə bildiyi halda, əxlaq onun yalnız bir tərəfini 
– mənəvi müna sibətləri əks etdirir.
Əxlaqi  problemlər  incəsənətdə  mühüm  yer  tutur.  Buna  görə  də  həyat 
hadisələrini  in cəsənət  əxlaqa  nisbətən  daha  geniş  işıqlandıra  bilir.  Etikadakı 
xeyir  və  şər  problemləri  incə sənətdə  bədii  şəkildə  həll  edilərək,  gözəllik  və 
eybəcərlik kimi qiymətləndirilir. Həyatdakı əxlaqi – etik problemlər, məsələn, 
xeyirlə­şərin  mübarizəsi,  borc,  xoşbəxtlik,  məhəbbət  və  s.  incəsə nətdə  bədii 
vasitələrlə,  bədii  formada,  estetik  cəhətdən  həll  edilir.  İncəsənət  cəmiyyətin 
mənəvi idealının təbliğatçısına çevrilir. Əxlaqi normalar incəsənətə, sadəcə ola­
raq, köçürülmür, onlar əvvəlcə sənətkarın fikir süzgəcindən keçir. İncəsənət hər 
hansı bir hadisəyə həm əxlaqi (xeyir və ya şər), həm də estetik qiymət verərək 
(gözəllik,  ülvilik,  rəzillik)  onları  birləşdirir.  İncəsənətdə  mənəvi  gözəlliyin 
təsviri  –  bədii  yaradıcılığın  əsas  vəzifəsidir.  Xeyirxahlığa  xidmət  edən  incə­
sənət eyni zamanda gözəldir. Bu çox vaxt təkcə xeyirin təsdiqi kimi deyil, həm 
də şərin inkarı kimi verilir. Sənətkar eybəcərliyi və şəri fiziki cəhətdən məhv 
edə  bilməsə  də,  onları  mənən  yox  edir.  İncəsənət  şəri  inkar  etməklə,  insanda 
ona qarşı müəyyən estetik münasibət yaradır.
Həm əxlaqın, həm də incəsənətin ümumi funksiyası olan tərbiyəvi funksiya 
əxlaqda  əsas,  incəsənətdə  köməkçidir.  Əxlaq  tərbiyəsində  çox  vaxt  incəsənət 
daha  təsirli  rol  oynayır.  Lakin  incəsənətin  tərbiyəvi  funksiyaya  malik  olması 
onun əxlaqı əvəz edə bilməsi demək deyil. Bəzi sənət əsərləri əxlaqa hətta mənfi 
təsir də göstərə bilər. İncəsənətin tərbiyəvi funksiyası yalnız əxlaq tərbiyəsin­
dən ibarət deyil. Bura tərbiyənin digər növləri də aid ola bilər. Məsələn, əmək 
tərbiyəsi, vətənpərvərlik tərbiyəsi, fiziki tərbiyə (xoreoqrafiya sənətində, rəqsdə 
və s.), estetik tərbiyə (peyzaj, natürmort və s. janrların vasitəsilə) və s.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə