Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə24/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

56
Din və əxlaq. Din əxlaqdan sonra yaranan ictimai şüur formasıdır. Müxtəlif 
adət və ənənələr, əxlaq qaydaları (primitiv şəkildə də olsa) dindən xeyli əvvəl 
mövcud idi və insanlar bu na riayət edirdi.
Dünya dinlərindən hər biri öz inkişafında müəyyən iqtisadi, sosial amillərlə 
yanaşı,  əxlaqa  da  dəfələrlə  müraciət  ediblər.  Bütün  dini  sistemlərdə  əxlaq 
prinsipləri, norma və qaydaları haqqında kifayət qədər informasiya var. Din heç 
də  yarandığı  gündən  cəmiyyətin  əxlaqi  funksiyalarının  daşıyıcısı  olmamışdır. 
Məsələn,  qədim  misirlilərin,  babillilərin  və  yunanların  dini  ilk  vaxtlar  əxlaq 
məsələləri ilə bağlı deyildi. Din cəmiyyətin hakim əxlaq nəzəriyyələ rinin daşı­
yıcısı  olaraq  ibtidai  icma  quruluşunun  sonunda  tədricən  əxlaqın  məzmununa 
qatıldı və ona güclü təsir göstərməyə başladı. Artıq əxlaq qaydaları insanların 
dini təsəvvürlərindən asılı oldu ki, bu da kahinlər və rəhbərlərin şəxsi maraqla­
rına xidmət edirdi.
Dinə  yalnız  inam  sistemi  kimi  deyil,  həmçinin  mədəniyyət,  dünyagörüş, 
əxlaq  və  hüquq  kimi  də  yanaşmaq  lazımdır.  Bütün  dini  abidələr  insanların 
həyatını, əxlaqını, məişətini, adət və ənənələrini əks etdirir. Belə dini kitablar 
tarix və mədəniyyət abidələridir.
Ən möhtəşəm və son din olan İslam və onun müqəddəs kitabı “Qurani Kərim” 
bütün bəşəriyyətə Allah tərəfindən göndərilən və vacib buyurulan əvəzedilməz 
nemətdir. “Qurani Kərim” dini abidə olmaqla yanaşı, həm də insanların ictimai 
həyatının bütün sahələrini əhatə edərək istənilən məsələ və problemlərin həlli 
yollarını göstərir. Burada müxtəlif elmi (elmin bü tün sahə lərinə – astronomiya, 
okeanologiya, embriologiya, coğrafiya, fizika, kimya, sosiologiya, etika, biolo­
giya,  hüquq,  tarix  və  sairə  aid),  tərbiyəvi  və  digər  məsələlər  işıqlandırılıb. 
Bütün bunları ilk dəfədən anlamaq asan olmadığından, İslam dini insanların ilk 
növbədə  elmli  olması  zərurətini  yaradır.  “Qurani  Kərim”də  dini  tərbiyə  ilə 
yanaşı, insanların hüquq və əxlaq tərbiyəsi də ön plana çəkilərək, konkret vəziy­
yətlərdə  necə  hərəkət  etməyin  lazım  olması  məsləhət  və  ya  zəruriyyət  kimi 
göstərilir. Bu baxımdan “Quran” bütün dövrlər, bütün xalqlar və millətlər üçün 
dəyişilməz  qalan  əxlaq  kodeksidir.  Bu  gün  olduqca  dəbdə  olan  gender  prob­
leminə, ümumiyyətlə qadının həm cəmiyyətdə, həm ailədə mövqeyinə hələ VII 
əsrdə “Quran”da münasibət bildirilmiş və bütün məsələlərdə qadının mənafeyi 
üstün tutulmuşdur. Vərəsəlik, övladgö türmə və s. kimi hüquqi problemlər, insa­
nın həyat yoldaşına, valideynlərinə, övladlarına, qonaqlara, dövlət başçı sına və 
digər  insanlara  olan  münasibəti,  hətta  geyimi,  yerişi  ilə  əlaqədar  bəzi  əxlaqi 
problemlər islami dəyərlərin üstünlüklərini nümayiş etdirir.


57
9. Əxlaq və şüur
Müasir  tədqiqatçıların  çoxu  əxlaqda  iki,  nisbətən  müstəqil  sahə  olduğunu 
söyləyir:
1) əxlaqi şüur;
2) əxlaqi fəaliyyət (praktika və ya təcrübə).
Bəziləri  əxlaqda  3­cü  elementi  də  ayırır  ki,  bu  da  əxlaqi  münasibətlərdir. 
Lakin  əxlaqi  münasibətlər  əxlaqi  fəaliyyətlə  (praktika  ilə)  əlaqədar  olduğu 
üçün əksər hallarda hər iki element vəhdətdə nəzərdən keçirilir.
Əxlaqi şüur ictimai şüurun spesifik forması olub, ictimai münasibətləri əks 
etdirən anlayış və təsəvvürlərin məcmusundan ibarətdir. Anlayışlar sistemi hər 
hansı bir təlimin – siyasi, dini, estetik və s. özünəməxsus “dilidir” və bunlarsız 
əsas ideyaları ifadə etmək mümkün deyil. Ən ümumi anlayışlar kateqoriyalar 
adlanır  ki,  bunların  vasitəsilə  gerçəklik  müxtəlif  səviyyələrdə  dərk  edilir. 
Əxlaqi şüur anlayışlarının spesifikliyi ondan ibarətdir ki, onlar cəmiyyətin və 
şəx siyyətin mənəvi həyatını özünəməxsus şəkildə əks etdirir. Bu anlayışlardan 
hər  hansı  bir  hərə kətin  qiymətləndirilməsi  zamanı  da  istifadə  olunur.  Əxlaqi 
şüurun əsas anlayışlarına xeyir və şər, borc və vicdan, şərəf və ləyaqət, əxlaqi 
hislər, əxlaq normaları, əxlaqi prinsiplər, əxlaqi ideal, əxlaqi qiymətləndirmə və 
s.  aiddir.  Əxlaqi  şüur  insan  həyatının  əhəmiyyətli  tərəflərini  –  insan ların  bir­
birinə,  cəmiyyətə  və  bütün  dünyaya  münasibətlərini  əks  etdirən  norma,  adət, 
ənənə, dəb, baxış, ideya, emosiya, hiss və təsəvvürlərdən ibarətdir ki, bunlar da 
xeyir, şər, ədalət, vicdan, ləyaqət və s. anlayışlarla ifadə olunur.
Əxlaqi şüur anlayışının təşəkkülü hələ qədim dövrlərdən başlayır. Etika ilə 
məşğul olan ilk filosoflar – Platon, Aristotel, Epikur və başqaları əxlaqın əsas 
anlayışlarının  bir  çoxunun,  mə sələn,  ədalət,  xoşbəxtlik,  müxtəlif  fəzilətlər  və 
sairini dərin təhlil etmişlər. Hətta müxtəlif anla yışların təsnifatına, içərilərindən 
ən  əsaslarının  seçilməsinə  də  cəhd  göstərmişlər.  Əsas  anlayışın  müəyyən 
edilməsinə, digər anlayışların onun üzərində qurulmasına da təşəbbüs edilmiş­
dir. Bu istiqamətdə hərə öz variantını qurmağa çalışsa da, antik etikanın əsas 
anlayışı  xoşbəxtlik  sayılırdı.  Həzz  (zövq  almaq)  də  bu  qəbildən  idi.  Epikur 
hesab  edirdi  ki,  bütün  fəzilətlər  öz  təbiətinə  görə  gözəl  həyatla  əlaqədardır, 
həzz isə həyatın bizə verdiyi ilk və fitri xoşbəxtlikdir. Sonralar İ.Kant əsas anla­
yış  kimi  borcu  diqqət  mərkəzinə  qoydu  və  onun  vasitəsilə  digər  anlayışları 
müəyyən etməyə çalışırdı.
Antik etikanın diqqət mərkəzində, həmçinin əxlaqi şüurun əsas anlayışların­
dan  olan  şəx siyyətin  mənəvi  keyfiyyətləri  dururdu  ki,  bunlar  da  “fəzilət”  və 
“qəbahət” adlanır. “Fəzilət” dedikdə müsbət əxlaqi keyfiyyətlər – əməksevər­
lik, təvazökarlıq, nəzakət, xeyirxahlıq, səmimi lik, vicdan, düzlük, cəsarət, mərd­
lik, öz səhvini etiraf etmək, başqasının halına yanmaq və s., “qəbahət” dedikdə 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə