Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə26/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

60
Gündəlik əxlaqi şüur hələ ibtidai icma dövründə kortəbii şəkildə yaranaraq 
müxtəlif əxlaq problemləri, onların qiymətləndirilməsi, əxlaqi hislərlə əlaqədar 
gündəlik mülahizələri ifadə edir. Bu anlayışlar, adətən, ziddiyyətli və anlaşıl­
maz  olur.  Gündəlik  əxlaqi  şüur  nəzəri  əxlaqi  şüur la  sıx  əlaqədardır.  Onların 
arasında “Çin səddi” çəkmək düzgün deyil.
Nəzəri əxlaqi şüur əqli əməyin fiziki əməkdən ayrılması, peşələrin yaran­
ması  və  bu  peşə  sahiblərinin  –  filosofların,  müəllimlərin,  din  xadimlərinin, 
drama turqların  və  başqalarının  gənc lərin  təlim­tərbiyəsi  ilə  məşğul  olması, 
mənəvi  həyatın  müxtəlif  problemlərini  nəzərdən  keçir məsi  ilə  əlaqədardır  ki, 
burada  da  əsas  rolu  əxlaq  fəlsəfəsi  olan  etika  oynayır.  O  daha  məqsəd yönlü 
şəkildə  formalaşır  və  əsasən,  insan  varlığının  mərkəzinə,  həyat,  əhəmiyyətli 
məsələlərə  doğru  tuşlanaraq  ardıcıllığı,  rasionallığı,  sistemliliyi,  aydınlığı  ilə 
xarakterizə edilir.
İnsanın mənəvi həyatında inam və hislər daha çox iştirak etdiyindən, məhz 
onlar  əxlaqi  şüurun  bütün  səviyyələrinə  nüfuz  edirlər.  Bəzi  müəlliflər  əxlaqi 
şüurun 2 səviyyəsini ön plana çəkir: 
1) hissi­emosional; 
2) rasional.
Əxlaqi  şüurun  hissi­emosional  səviyyəsi  əxlaqi  hiss  və  həyəcanların 
məcmusundan ibarətdir. Hislərin ümumpsixoloji təsnifatına görə zehni və este­
tik hislər kimi ali hislərə aid olan əxlaqi hislər, şəxsiyyətin mənəvi tələbatları 
və  maraqları  ilə  bağlıdır.  Əxlaqi  hislər  insanların  düzgün  addım  atmasına  və 
düzgün hərəkət etməsinə kömək edir. Bu hislər hərəkətin motivi olduğu üçün 
əxlaqi əhəmiyyətə malik olur. Onlar, adətən, müxtəlif emosional vəziy yətlərdə 
yarana bilən borc və vicdan hislərindən ibarətdir. Belə vəziyyətlər utancaqlıq, 
peşmançılıq, vicdan əzabı və s. ilə əlaqədardır. Şəxsi ləyaqət və şərəf hissi də 
bu qəbildəndir. Lakin əxlaqi hislər bununla bitmir. İnsanın hər hansı bir hissi 
əxlaqi əhəmiyyətə malik ola bilər, belə ki, o, əməl xarakteri daşıyan hərəkətdən 
törəyir.  Məsələn,  hər  bir  insana  xas  olan  qorxu  hissi  təbii  hiss  olub,  əsasən 
özünümüdafiə instinkti ilə bağlı olduğu üçün heç bir əxlaqi əhəmiyyətə malik 
deyil. Lakin müxtəlif situasiyalarda o həm qorxaqlıq kimi, həm də qorxunu dəf 
etməyə yönəlmiş cəsarət, igidlik, şücaət və s. kimi üzə çıxır. Bunu digər hislərə 
də aid etmək olar: mə həbbət, nifrət, sevinc, heyfsilənmək, məğrurluq və s. Bu 
əxlaqi hislər şəxsiyyətin, kollektivin, qrupun spesifik reaksiyasıdır ki, bunlar da 
insanla insan və ya insanla cəmiyyət arasında baş verir.
Şüur,  əxlaqi  hislər  və  emosiyalar  gerçəkliyi  əksetdirmənin  və  hərəkətin 
motivinin ayrı­ayrı tərəfləri olsa da, bir­biri ilə qarşılıqlı əlaqədədirlər. Əxlaqi 
şüuru yalnız qaydalardan ibarət olan insan, real həyatla, insanın hiss və iztirab­
ları ilə qarşılaşdıqda, ətrafdakılar üçün, adətən, qu ru, aciz, sxematik təsir bağış­
layır. O, insanlara qarşı laqeyddir, sevməyə və nifrət etməyə layiq deyil, onun 


61
“normaları” insan qəlbinin dərin qatlarına nüfuz edə bilmir. Emosiya və hislər 
insa nın  mənəvi  həyatını  daha  dolğun  edir,  əxlaqi  şüura  sabitlik  və  aydınlıq 
gətirir, hərəkətin qəbul edilib­edilmədiyini, qənaətbəxş olub­olmadığını, alqışa 
və  ya  məzəmmətə  səbəb  olduğunu  düz gün  müəyyən  etməklə  əlaqədar  əxlaqi 
şüurun  qiymətləndirmə  bacarığını  gücləndirir,  hadisələrə  olan  reaksiyasını 
tamamlayır.
Əxlaqi şüurun rasional səviyyəsi normativ­dəyər məzmunlu xüsusi tip anla­
yışlardan ibarət dir ki, bunlara əxlaq normaları, mənəvi prinsip və ideallar, düz­
gün olan və olmayanlar haqqında ideyalar, əxlaqi qiymətləndirmə aiddir. Şüu­
run digər formalarında olduğu kimi, əxlaqi şüurda da emosional tərəflə rasional 
tərəf bir­biri ilə qovuşur, hissi təcrübə ilə idrak (ağıl) birləşir. İ.Kant yazırdı ki, 
ağıl  hissi  təcrübəsiz  boşdur,  hissi  təcrübə  isə  ağılsız  kordur.  Ağıl  hislərə 
müəyyən ictimai istiqamət verir, şüur isə emosional hislərin intellektual əsası 
kimi çıxış edir.
Əxlaq normaları insanların hərəkətlərini müəyyənləşdirir, istiqamətləndirir, 
nəyi etmək olar, nəyi yox, hansı şəraitdə nə cür hərəkət etmək lazımdır və s. 
kimi suallarda onlara yardımçı olur, davranış qaydalarının çərçivəsini, standart­
larını  bildirir.  Əxlaq  normaları  mənəvi  və  praktik  tərəflərin  vəhdətindən 
ibarətdir. Onlar əxlaqi şüurun özəyidir. Əxlaq normaları yalnız davranış qayda­
ları  qarşısında  tələblər  qoymur,  həm  də  cəmiyyətin  buna  münasibətini  ifadə 
edir, onları qiymətləndirir. Əxlaq normaları eyni zamanda həm tələb, həm də 
qiymətləndirmədir.  Bunlara  norma­tələblər,  norma­qiymətləndirmə  deyilir. 
Bun dan başqa, hər hansı davranış xəttini müəy yən edən norma­məqsədlər və 
hərəkəti məhdudlaşdıran və ya qadağan edən norma­çərçivələr də mövcuddur. 
Bunlar vasitəsilə cəmiyyət şər əməlləri mühakimə edir, xeyir əməllərə bəraət 
qazan dırır.  Beləliklə,  əxlaq  normaları  sonuncuların  (xeyrin)  katalizatoru  kimi 
çıxış edir.
Əxlaqi  şüurun  tərkib  hissəsi  olan  adət  və  ənənələr  insanların  məişətinə 
möhkəm daxil olaraq davranış qaydalarının sabit tərəfi kimi çıxış edir. Onların 
formalaşması böyük insan birliklərinin iştirakı ilə illərlə, hətta on illərlə davam 
edir. Bu zaman insanların tələbatı və ictimai rəy nəzərə alınır. “Ənənə” anlayışı 
“adət”  anlayışından  daha  genişdir.  Ənənəyə  bir  neçə  adət  daxil  ola  bilər, 
məsələn,  qonaqpərvərlik,  toy  adətləri  və  s.  Hərbi,  vətənpərvərlik,  inqilabi, 
mədəni,  məişət,  milli,  beynəlmiləl  və  s.  ənənələr  də  mövcuddur.  Bir  çox 
ənənələr minilliklərin sı nağından keçib. Öz dövrünü yaşamış, mürtəce xarakter 
almış  adət­ənənələrlə  cəmiyyət  heyf silən mədən  vidalaşır,  insanların  xeyrinə 
olan adətlərin isə qoruyucusuna çevrilir.
Əxlaq prinsipləri əxlaqi şüurun daha mürəkkəb forması olub, ayrıca əxlaq 
normalarında  konkretləşir.  Əxlaqi  norma  və  prinsiplərin  məcmusu  əxlaq 
kodeksini yaradır. Bütün dini kitablar (əlbəttə, orijinal variantları), ən başlıcası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə