Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə27/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

62
isə  Quran  özünəməxsus  əxlaq  kodeksidir.  Əxlaq  prin sipləri  əxlaqi  tələblərin 
ümumiləşmiş ifadəsidir.
Mənəvi ideal əxlaqi şüurun daha geniş, ümumiləşmiş formasıdır. O, bəşər 
tarixinin  nis bə tən  sonrakı  pillələrində  yaranıb.  İbtidai  və  quldarlıq  cəmiyyət­
lərində o hələ inkişaf etməmişdi. Əgər əxlaq normaları bugünkü davranış qay­
dalarını  tələbata  uyğun  ifadə  edirsə,  mənəvi  ideal  əxlaqi  tələbləri  mümkün 
qədər  mütləqləşdirərək,  gələcəyə  tuşlanır.  Mənəvi  ideal  –  əxlaqi  qiy mət­
ləndirmə, prinsip və normaların sintezidir.
Əxlaqi  qiymətləndirmə  –  əxlaqi  şüurun  mühüm  elementi  olub,  insanların 
hadisələr, şəx siyyətlər, adətlər, davranış qaydalarının mənəvi dəyəri haqqındakı 
təsəvvürləridir.  Burada  sub yektin  qiymətləndirilən  obyektə  rəğbəti  və  ya 
tənqidi ifadə olunur. Subyekt – ayrıca insan, insan birliyi, yəni kollektiv, sinif, 
cəmiyyət; obyekt isə fərdin əməllərindən tutmuş, qlobal ictimai­siyasi hadisə­
lərə və ya tarixi dövrlərədək olan daha geniş anlayışdır. Qiymətləndirməyə aid 
olan  mühakimələrə  “bu  yaxşı  işdir”,  “bu  ədalətli  deyil”,  “layiqli  hərəkətdir”, 
“ləyaqətli insandır” və s. daxildir.
Beləliklə, əxlaqi şüurun çoxşaxəli olduğunun şahidi olduq.
10. Əxlaqi fəaliyyət
Əxlaq  da  ictimai  şüurun  digər  formaları  –  siyasət,  hüquq,  elm,  din  və  s. 
kimi  yalnız  şüur  formasında  deyil,  həm  də  insanın  davranışının,  praktik 
fəaliyyətinin bir növü kimi mövcuddur.
İnsanın  hər  hansı  fəaliyyəti  onun  tələbatları  və  maraqları  ilə  çox  bağlıdır. 
Etika və psixo logiya mütəxəssislərinin çoxu bu fikirdədirlər ki, insanın bütün 
motivlərinin  əsasını  onların  şüurlu  tələbat  və  maraqları  təşkil  edir.  Məsələn, 
estetik fəaliyyətin əsasında estetik tələbat və maraqlar durur. Estetik şüur anla­
yışına insanın estetik tələbatları, estetik maraqları, estetik zöv qü, estetik idealı, 
estetik  hisləri,  bədii  emosiyaları,  bədii  qabiliyyətləri,  bədii  təfəkkürü,  bədii 
təxəyyülü daxildir və onun zəminində həyata keçir. O cümlədən əxlaqi fəaliy­
yəti əxlaqi şüur reallaşdırır. (Doğrudur, bəzən insan hər hansı bir işi istəmədən, 
məcburən və ya kiməsə xoş gəl məkdən ötrü görür, ya da öz borcunu, vəzifəsini 
yerinə yetirir.)
Tələbat və maraqlarla yanaşı, insanın əxlaqi fəaliyyətinə əxlaqi hislər, xüsu­
sən, utancaqlıq, məhəbbət və s. təsir göstərir. Bunlar çox vaxt xeyirxah işlərin 
əsas səbəbi olur. Bədxah işlər paxıllıq, düşmənçilik, kinlilik, qısqanclıq, eqo­
izm, şöhrətpərəstlik və s. hislər nəticəsində yara nır. Beləliklə, estetik fəaliyyət­
dən fərqli olaraq, əxlaqi fəaliyyət yalnız müsbət deyil, həm də mənfi ola bilər.
Əsasən insanların gündəlik həyatında və rəftarında reallaşan əxlaqi fəaliy­
yətin  “hüceyrəsi”,  “kərpici”,  “hissəciyi”  hərəkətdir.  Fəaliyyət  məhz  hərəkət­


63
lərin  məkan­zaman  ardıcıllığı  nəticə sin də  yaranır.  Hərəkətlər  iki  cür  olur: 
1)  əməliyyat  xarakterli;  2)  əməl  xarakterli.  Əməliyyat  xarakterli  hərəkətlərdə 
digər  tərəfin  münasibəti  tələb  olunmur.  Məsələn,  “o,  ağacdan  alma  dərdi” 
cümləsi əxlaqi keyfiyyətlərdən bəhs etmir. “O, özgənin ağacından alma dərdi” 
deyi lərsə,  söhbət  oğur luqdan  gedər  ki,  bu  da  mühakiməyə  səbəb  olan 
hərəkətdir.  Artıq  diqqət  mərkəzində  hərə kətin  baş  verməsi  faktı  deyil,  onun 
əxlaqi tərəfi dayanır. Hərəkət əməliyyatdan əmələ çevrilir. Adətən, əməliyyata 
“neytral” hərəkət, əmələ isə etik hərəkət deyilir. Məsələn, “o, mağazadan çörək 
aldı” neytral hərəkət, yəni əməliyyat, “o, mağazadan xəstə qonşusu üçün çörək 
aldı” isə etik hərəkət, əməldir. Əməliyyat kortəbii, mexaniki, əməl isə şüurlu 
işdir. Məsələn, mağazadan nəsə almaq, ev işləri ilə məşğul olmaq, nəqliyyatdan 
istifadə etmək və s. heç bir əxlaqi məqamla müşayiət edilmədiyi halda, məsu­
liy yətli  və  ədalətli  olmaq,  xeyirxahlıq  etmək,  kiminsə  qayğısına  qalmaq  kor­
təbii  surətdə  mümkün  deyil.  İnsan  bunları  dərk  edərək  həyata  keçirir.  Çünki 
fərdi davranış aktı olan əməl – insanın şüurlu surətdə istiqamətlənmiş və sona 
yetən hərəkətidir. Əmə lin qiymətləndirilməsi onu törədənin şəxsiyyətindən çox 
asılıdır,  yəni  cinsindən,  yaşından,  icti mai  vəziyyətindən,  xasiyyətindən  və  s. 
Məsələn, qadının cinayətkara fiziki zərbə endirməsi, Fitnənin ağır heyvanı qal­
dırması,  futbol  yarışında  qadınlardan  ibarət  komandanın  kişi  koman dasına 
qalib gəlməsi, azyaşlı uşağın qonaqpərvərliyi, böyüklərə münasibəti və s. Pis 
adamın yaxşı hərəkət etməsi o dəqiqə gözə görünür və təriflənir, çünki ondan 
bunu  heç  kəs  gözləmirdi.  Yaxşı  adamın  bu  hərəkəti  etməsi  isə  heç  kəsin 
diqqətini cəlb etmir. Alovun içində yanan uşağı  yoldan keçən xilas edirsə, bu, 
qəhrəmanlıq kimi nəzərdən keçirilir, yanğınsöndürənlər xilas edirsə, bu, onların 
vəzifə borcu hesab olunur. Adətən, məşhur adamların adi hərəkətləri şişirdilir, 
pis əməlləri isə ya hiss edilmir, ya bağışlanır. Adi adamlarda isə, əksinə, yaxşı 
əməlləri  gözə  görünmür,  əhəmiyyətsiz  qüsurları  şişirdilir.  Əməlin  qiymətlən­
dirilməsində onun yönəldiyi obyekt də mühüm rol oynayır. Məsələn, köməksiz 
adama – uşağa, qocaya, əlilə və s. əl qaldır maq, özünü müdafiə edə bilənə əl 
qaldırmaqdan daha çox günah hesab edilir.
Əməl  –  insanın  konkret  hərəkətlərindən  ibarət  olub,  tərifə  və  ya  müha ki­
məyə, müsbət və ya mənfi münasibətə səbəb olan hər hansı ictimai əhəmiyyətli 
hərəkətdir.
Əməl – yalnız hərəkətlə yox, həm də hərəkətsizliklə, sükunətlə, susmaqla, 
passivliklə, laqeydliklə və ya ton, jest, baxış və s. ilə bildirilən münasibətlə də 
ifadə  oluna  bilər.  Məsələn,  lazımi  məqamda  etiraz  etmək  əvəzinə  susmaqla 
müəyyən insanlara müvafiq işə başlamaq üçün razılığını bildirmək, yəni “sus­
maq  –  razılıq  əlamətidir”;  iclasda  hücuma  məruz  qalan  kolle qasının  xeyrinə 
olan  faktları  açıqlamamaq,  laqeydliklə  susmaqla  nə  olacağını  gözləmək, 
“nəyimə lazımdır?” – deyə heç nəyə qarışmamaq; nüfuzundan istifadə edərək 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə