Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə28/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

64
hansısa  işə  razı  olmadığını  səsinin  tonu,  hərəkət,  baxış  və  ya  jestlə  anladıb, 
onunla  hesablaşacaqlarını  bilə­bilə  istədiyi  nəticəyə  nail  olmaq,  “gizli  səs­
vermə”də kimə səs vermək lazım olduğunu müdirin “üzündən oxumaq” və s. 
Bəzi valideynlər övladını cəzalandırmaq üçün onunla müəyyən müddət danış­
mırlar. Və yaxud iki mübahisə edən şəxsdən biri o birinin söyüşlərini, təh qir­
lərini, sadəcə olaraq, cavabsız buraxır, onun “səviyyəsinə enmir”. Ya da övlad 
ev üçün, valideynləri üçün heç bir iş görmür, bütün günü onlar ilə heç danışmır 
da.  Buna  görə  də  “danışmaq  gümüşdür,  susmaq  qızıl”  kəlamı  özünü  nəinki 
doğrultmur, hətta bəzən mənfi nəticə verir.
İnsanların  və  heyvanların  ekologiya,  psixologiya,  pedaqogika,  kriminolo­
giya  sahəsindəki  fəaliyyətinə  bəzən  davranış  deyilir.  Etikada  davranış  yalnız 
şüurlu fəaliyyətdir ki, bu zaman hərəkətlər azad seçim şəraitində baş verməli 
və  əxlaqi  keyfiyyətə  malik  olmalıdır.  Əxlaqi  dav ranış  cəmiyyətdə  mənəvi 
iqlimin  yaranmasında,  əxlaqi  sərvətlərin  formalaşmasında  böyük  rol  oyna­
yır. Əxlaqi davranış əxlaqi fəaliyyətə nisbətən daha dar məna daşıyır. Əxlaqi 
davranış  insanın  şüur  və  iradəsi  ilə  bağlı  olan  əxlaqi  əməllərin  məcmusudur. 
Yəni əməl davranışın vahid elementidir. Hər hansı bir əməlin törənməsi insan­
ların  bir­birinə  müəyyən  münasibəti  ilə  nəti cələnə  bilər.  Belə  münasibətlər 
çox  zaman  əxlaqi  münasibətlər  olur.  Əxlaqi  münasibətlər  arzu  və  ya  xülya 
şəklində mövcud olmayıb, müəyyən fəaliyyətlə əlaqədardır. Kömək, məsləhət, 
toxtaqlıq  və  s.  bu  qəbildəndir.  Əxlaqi  münasibətlərə  milli,  dini  və  s.  amillər 
də  təsir  edir  ki,  bu  da  bəzi  adət  və  ənənələrə  gətirib  çıxarır.  Məsələn,  alman 
dəqiqliyi,  Şərq  qonaqpərvərliyi  və  s.  Əslində,  hər  hansı  şəxsiyyətlərarası  və 
ya ictimai münasibətlər müsbət və ya mənfi əxlaqi keyfiyyətə malik olarsa, bu 
zaman əxlaqi münasibətlər kimi şərh edilə bilər. Məsələn, siyasi münasibətlər 
baxı mından  müharibə,  müstəsna  da  olsa,  müəyyən  şəraitdə  zəruri  formadır. 
Əxlaqi  cəhətdən  qiymət ləndirdikdə  isə  müharibə  insanların  kütləvi  şəkildə 
öldürülməsinə səbəb olduğu üçün əxlaqsız hərəkətdir. Beləliklə, əxlaqi davra­
nış əməllərin, adətlərin, əxlaqi münasibətlərin məcmusudur. Davranışın əxlaqi 
və ya qeyri­əxlaqi (əxlaqsız) ola bilməsini nəzərə alaraq qeyd edirik ki, insa­
nın davranışına qiymət vermək elə də asan deyil. Belə qiymətləndirmə zamanı 
meyar, adətən, o olur ki, insanlara bunun nə kimi xeyri və ya ziyanı var, qəbul 
edilmiş  normalara  bu  nə  dərəcədə  uyğundur?  Bu  ziyanı  və  ya  xeyri  dərhal 
düzgün  qiymətləndirmək,  işin  nəticələrini  əvvəlcədən  görə  bilmək  də  həmişə 
mümkün  olmur.  Bu  zaman  işin  nəyin  naminə  görüldüyünü  də  bilmək  vacib­
dir. Belə hallarda bəzi amillər nəzərə alınmalıdır. İlk növbədə əməllərin bir­biri 
ilə  əlaqədar  olan  struktur  elementlərindən  başlamaq  lazımdır.  Bunlara  motiv, 
nəticə, şərait və vasitələr aiddir. İnsanı hər hansı hərəkətə, adətən, bir yox, bir 
neçə  motiv  təhrik  edir.  Belə  hallarda  əsas  motiv  aşkara  çıxarılmalıdır.  Eyni 
hərəkətlər motivindən asılı olaraq müxtəlif cür qiymətləndirilə bilər. Məsələn, 


65
ağacların  budanması  və  ya  xuliqanlıq  məqsədilə  kəsilməsi.  Bir  də  görürsən, 
xoş niyyətlə  başlanan  iş  heç  də  xeyirxah  əməllərə  gətirib  çıxarmır.  Nəticədə 
xoş  niyyətlərdən  bəd  əməllər  yaranır:  “Yaxşılıq  etmək  istədim,  pislik  çıxdı”. 
Buna görə də hər hansı bir əməlin nəti cəsini, yəni insanlara nə dərəcədə xeyir 
gətirib­gətirməyəcəyini nəzərə almaq lazımdır. Əməlin baş verdiyi şəraitin də 
əhəmiyyəti  böyükdür.  Məsələn,  imkanlı  adamın  yardım  etməsi  ilə  im kan sız 
adamın “yox yerdən”, “özündən kəsərək” yardım etməsi arasında böyük fərq 
var.  Məhz  şərait  motivi  nəticəyə  çevirə  bilər.  Məqsədə  çatmaq  üçün  istifadə 
olunacaq  vasitələrin  də  olması  vacib dir.  Məsələn,  öz  qohumlarına  yardım 
etmək  üçün  dövlət  vəsaitindən  istifadə  edilir;  dövlətdə  və  ya  idarədə  nizam­
intizam  yaratmaq  üçün  insafsızlığa  yol  verilir,  insanların  şərəf  və  ləyaqəti 
tap da lanır.  Bəzən  insan  dara  düşmüş  bir  adama  kömək  etmək  istəyir,  lakin 
bacarmır, çünki ya lazımi maddi vəsaiti yoxdur, ya da həmin konkret sahədə 
lazımi  bacarığı,  prinsipiallığı,  mətinliyi  kifayət  qədər  deyil.  Məsələn,  tibb 
sahəsindən  elementar  bilgisi  olmayan  insan,  qəzaya  düşənə  ilk  tibbi  yardımı 
lazımi səviyyədə göstərə bilmir və ya ətrafdakıların təsiri altına düşərək düzgün 
olmayan hərəkətlər edir. Məsələn, tələbə imtahan vaxtı qrup yoldaşının ondan 
köçürməsinə şərait yaradır. Belə hadisələr bəzən ikiüzlülüyə də gətirib çıxarır: 
tələbələr özləri “şparqalka”dan köçürməyi, üzürsüz dərs buraxmağı pisləsələr 
də,  heç  nə  dəyişmir.  Belə  hallar  hətta  müəllimlərin  də  başına  gəlir.  Dərsdə 
şagird və tələbələrə müxtəlif iradlar tutan müəllimlər özləri iclaslarda oturarkən 
və ya təkmilləşmə kurslarında mühazirə dinləyərkən bir­biri ilə söhbət edir və 
hətta partaları da yazırlar.
Bəzən elə hallar da olur ki, hər hansı şəxs ürəkdən bunu istəsə belə, vəzifə 
borcu  ilə  əla qədar  iş  başında  olduğu  üçün  xeyirxah  işi  yerinə  yetirə  bilmir. 
Məsələn, əsgər gecəyarı çox mühüm bir obyekti qoruyarkən kimsə yaxındakı 
çayda boğulur və köməyə çağırır. Əsgər nə etməlidir? Öz vəzifə borcunu yerinə 
yetirməkdə davam etməli, yoxsa insan həyatını xilas etməyə çalışmalıdır? Hər 
iki halda o, öz borcuna və vicdanına qarşı çıxmış olur. İnsanın bir­birini təkzib 
edən  işlər  arasında  seçim  etmək  məcburiyyəti  qarşısında  qalmağına  əxlaqi 
konflikt  deyilir.  Be ləliklə,  insanların  davranışının  düzgün  qiymətləndirilməsi 
o qədər də asan məsələ olmadığı üçün burada tələm­tələsikliyə yol verilə bil­
məz. Yenə də, əlbəttə ki, hərəkətin motivi bəlli olmalıdır. Bəzən insanlar heç 
özləri öz əməllərinin əsas motivini düzgün müəyyən edə bilmirlər: “özüm də 
bilmirəm niyə belə etdim?” deyirlər. Əməlin baş verdiyi obyektiv, zahiri (təbii, 
sosial, məsələn, “ictimai fon”) və subyektiv, daxili (məsələn, insanın dünyagö­
rüşünün tipi, psixikasının vəziyyəti, xarakterinin cizgiləri və s.) şərait onu icra 
edənin  iradəsindən  asılı  olmaya  da  bilər.  Çünki  əməlin  artıq  fakta  çevrilmiş 
nəticələri daha insanın hökmünə tabe deyil. Hegelin dediyi kimi: “Daş əlindən 
çıxdısa, şeytana məxsus olur”.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə