Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə29/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

66
Fəlsəfə və etika tarixində əməllərin zahiri – obyektiv, yoxsa daxili – sub­
yektiv  elementlə rinə  daha  çox  fikir  verməklə  bağlı,  bir­birinə  zidd  iki  fikir 
mövcuddur.  Konsekvensial  (con sequentia  –  nəticə  sözündən)  etikanın,  məsə­
lən, evdemonizm, makiavellizm, utilitarizmin nüma yəndələri, əsasən, hərəkətin 
nəticələrinə  böyük  önəm  verir,  motivin  dəyərini  arxa  plana  çəkirdilər.  Bunu 
belə izah edirdilər ki, bəzən xoş niyyətlərdən xoşagəlməz işlər yaranır. Digər 
nəzəriyyənin  nümayəndələri  hərəkətlərin  dəyərini  yalnız  motivin  dəyəri  ilə 
ölçürdülər. Kant deyirdi ki, işin məğzi görünən hərəkətlərdə yox, onların görün­
məyən daxili prinsiplərindədir .
Bəzi  adamlar  müəyyən  hərəkətləri  vərdiş  etdikləri  və  ya  ictimaiyyətə 
xoş  gəlmək,  təriflən mək  üçün  edirlər.  Məsələn,  kimsəsizlərə  etdiyi  yardımı 
bacardığı  qədər  reklam  edənlər  var.  Buna  yalnız  o  zaman  haqq  qazandırmaq 
olar  ki,  bununla  başqalarına  nümunə  göstərilsin.  Və  yaxud  ayrı­ayrı  adamlar 
məscidə dərin dini hisslər, inam xatirinə deyil, vərdiş və ya özünü camaata din­
dar göstərmək üçün gedirlər. Bu, o vaxt belə olur ki, insanın əxlaqi davranışı 
zahiri xarakter daşıyır, xeyir və ədalət törətmək arzusu yox dərəcəsinə enir və 
əxlaqi motivasiyası kifayət qədər olmur. Motivasiya – motivin seçilməsi, dərk 
edilməsi, başqaları və ya özü qarşısında əsaslan dırıl masına deyilir.
İnsan fəaliyyətinin xüsusi növü olan əxlaqi fəaliyyət, əxlaqi niyyətdən yara­
nır, yəni əxlaqi niyyət onun motivi olur. Məsələn, “niyə məhz belə etdin” sua­
lına:  “Borcum  idi”  və  ya  “Başqa  cür  etməyə  vicdanım  yol  verməzdi”  cavabı 
alınır ki, bu da davranışın xalis əxlaqi motivdən doğduğunu göstərir. Bu, dar 
mənada əxlaqi fəaliyyətdir ki, belə hallara həyatda az­az təsadüf olunur. Doğ­
rudan da, motivi yalnız sırf əxlaqi hisslər, əxlaqi normalar, əxlaqi təsəvvürlər 
olan  fəaliyyət  –  nadir  hadisədir.  Adətən,  insanlar  öz  davranışlarında  əxlaqa 
aid olmayan digər məqsəd ləri, maraqları, meyarları rəhbər tuturlar, yəni onla­
rı fəaliyyətə əxlaqi şüura aid olmayan şüur elementləri də təhrik edir ki, bu da 
geniş  mənada  əxlaqi  fəaliyyətə  aiddir.  Məsələn,  məqsədə uyğunluq  (səmərə, 
xeyir  götürmə),  effektivlik  (qoyulan  məqsədə  daha  yaxşı  çatmaq  baxımın­
dan),  siyasi  proqramlar,  oyunlar  və  idmandakı  müəyyən  qaydalar,  təlimatlar, 
qəbul edilmiş gözəllik qanunları (dəb baxımından) və s. Beləliklə, əxlaq insa­
nın  hər  cür  fəaliyyətinin  və  davranışının  mühüm  tərəfidir.  Hansı  motivlə  sti­
mullaşmasından asılı olmayaraq, insanın bütün şüurlu və azad fəaliyyəti əxlaqi 
xüsusiyyətlərə  malik  olub,  “xeyir”,  “şər”,  “haqq”,  “nahaq”  meyarları  baxı­
mından qiymətləndirilir. Bura insanın dostlarına, yaxınlarına, ailəsinə, əməyə, 
kollektivə  münasibəti;  elm,  incəsənət,  mədəniyyət  sahəsində  fəaliyyəti;  eləcə 
də gündəlik işləri və s. aiddir. Bütün bunlar nəinki insanın cəmiyyətə, həmçinin 
cəmiyyətin insana, insanın təbiətə və özünə qarşı münasibətlərini formalaşdırır.
Şüurun daxili elementi olan niyyətlər əməlin motivi olmaya da bilər. Niyyət 
– hələ baş verməmiş fəaliyyətin obrazı olub, çox vaxt motivlə üst­üstə düşmür. 


67
Məsələn,  kimsə  iclasda  söz  almaq  niyyətindədirsə,  bunun  motivləri  müxtəlif 
ola  bilər:  həqiqəti  sübut  etmək,  rəqiblərin  cava bını  vermək,  kütlə  qarşısın­
da  özünü  göstərmək,  natiqlik  məharətini  nümayiş  etdirmək,  hazır cavab  kimi 
şöhrət qazanmaq və s. Niyyət əməldən əvvəl gəldiyi halda, motiv ondan sonra 
da  yarana  bilər.  Bu,  törədilmiş  əmələ  haqq  qazandırmaq,  onu  əsaslandırmaq 
üçün  edilə  bilər.  Məsələn,  məhkəmə  zamanı  aqressiv  xarakterli  adam  kiməsə 
xətər  yetirməsini  özünü  müdafiə  etmək,  öz  şərəf  və  ləyaqətini  qorumaq  kimi 
motivləşdirir. Hegelə görə, motiv həmişə daxili və subyektiv, lakin dərk edil­
miş səbəbdir. Əməlin strukturunda insanın şüur və iradəsinə tabe olan yeganə 
element subyektiv xarakter daşıyan motivdir. Ona görə də əməlin və ya dav­
ranışın əxlaqi qiymətləndirilməsi zamanı motivlər və onların əxlaqi keyfiyyəti 
mühüm  rol  oynayır.  Bu  zaman  biz  əvvəlcə  törədilmiş  əməlin  müsbət  və  ya 
mənfi tərəfi ilə, sonra onu icra edənin şəxsiyyəti ilə maraqlanırıq.
Heyvanlardan,  körpə  uşaqlardan  və  ruhi  xəstələrdən  fərqli  olaraq,  hər  bir 
normal insan öz əməllərinin mahiyyətini, şəxsi motivini, mənəvi (dini, əxlaqi) 
və  hüquqi  məsuliyyətini  dərk  etməlidir.  Çünki  qanunları  bilməmək  insanı 
məsuliyyətdən azad etmir.
11. Etikanın əsas kateqoriyaları
Hər  hansı  bir  təlimin  (estetik,  siyasi,  dini  və  s.)  öz  əsas  ideyalarını  ifadə 
etməsi  üçün  müəyyən  anlayışlar  aparatı,  özünəməxsus  “dili”  olur.  “Kateqori­
ya” adlandırılan ən ümumi anla yışlar gerçəkliyin mənəvi mənimsənilməsində 
mühüm  rol  oynayır.  Latınca  “mühakimə”,  “tərif”  mənasını  verən  “kateqo­
riya”  bütün  elmlərin  anlayışlar  sistemini  təşkil  edir.  Hər  bir  elm  öz  ob yek­
tini  öyrənmək  və  məzmununu  şərh  etmək  üçün  xüsusi  sözlərdən  istifadə 
edir:  riyaziyyat  –  mənfi  və  müsbət,  fizika  –  elektron,  kimya  –  molekul  və  s. 
Əxlaqın  müxtəlif  tərəflərini  və  funk siya larını  ifadə  edən  etik  kateqoriyalar 
xaraktercə  struktur  və  substansional  olur.  Struktur  kateqoriyalar  əxlaqı  onun 
komponentlərini  təşkil  edən  daxili  əlaqə  baxımından,  substansional  kate­
qoriyalar  isə  əxlaqı  cəmiyyət  və  şəxsiyyət  arasında  yaranan  münasibətlərin 
məzmununun  xüsusiyyətləri  baxımından  xarakterizə  edir.  Birincilərə  əxlaq 
normaları,  prinsipləri;  əxlaqi  qiymətləndirmə,  ideal,  baxışlar,  hisslər;  adətlər, 
hərəkət,  davranış,  münasibətlər  və  s.;  ikincilərə  isə  xeyir,  şər,  borc,  vicdan, 
ədalət və s. aiddir. Etikanın nəzəri əsası olan kateqoriyalar cəmiy yətin mənəvi 
həyatının zənginliyini və rəngarəngliyini, əxlaqi münasibətlərin obyektiv qanu­
nauyğunluqlarını əks etdirir.
Etikanın  kateqoriyalar  sistemi  əxlaqın  strukturunu  müəyyən  edən,  əxlaqi 
prinsiplərin və əxlaqi şüurun mühüm tərəflərini əks etdirən ən ümumi anlayış­


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə