Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə3/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   2   3   4   5   6   7   8   9   ...   52

8
5. Estetik mədəniyyət 
Qloballaşma şəraitində estetik mədəniyyət getdikcə daha böyük əhəmiyyət 
kəsb  edir.  Estetik  mədəniyyətin  spesifikası  və  funksiyası  subyektin  dünyaya 
münasibətinin azad özünüifadə etməsi ilə bağlıdır. Deməli, estetik mədəniyyət 
insanın hər bir predmetdə onun öz növünün ölçüsünü tapmaq, tətbiq etmək və 
beləliklə də, predmetin dəyərini aşkara çıxarmaq qabiliy yətində təzahür edir. 
Estetik mədəniyyət estetik düşüncənin məhsuludur. 
Estetik  dü şüncə  təkcə  maddi  baza  əsasında  yox,  həm 
də icma kollektivlərinin mənəvi həyatı əsasında yara nır. 
Bir sözlə, estetik düşüncə bu və ya digər formasiyada 
ictimai  həyatın  ən  yüksək  mənəvi  forması  kimi  çıxış 
edir. Məhz buna görə də estetik mədə niy yətdə ictimai, 
siyasi,  əxlaqi  və  dini  baxışlar,  təbiətin  dərki,  ətraf 
mühitə müna si bət kimi çoxcəhətli mənəvi keyfiyyətlər 
birləşir.
Deməli, estetik mədəniyyət insan və dünya, insan və 
insan və nəhayət, insan və cəmiyyət arasındakı köklü 
münasibətləri birləşdirən mənəvi inkişafın zərurə tindən 
doğan ictimai şüur formasıdır. Dünyanın, maddi alə min 
insan düşüncəsində estetik şəkildə əks olunmasını yara­
dan  səbəb  nədir?  Bu  tələb,  hər  şeydən  əvvəl,  insan 
mənə viyyatının mövcudluq zərurətidir. İnsan ya radıcıdır. O, gördüyünü, sadəcə, 
olduğu kimi görmür, onu yenidən yaradır; ona özünəməxsus duyğu əlvanlığı, 
emosional  çalarlılıq,  fikir  zənginliyi  verir;  hadisəni,  predmeti  öz  mənəvi  alə­
minin daşıyıcısına çevirir. Deməli, estetik tələbat ictimai varlığın dünyanın mü­
rəkkəbliyi və sa dəliyi ilə birlkdə qavramaq, anlamaq, duymaq və dərk etmək 
qabiliyyətinin imkanından doğur və onu şərtləndirir. Bu tələb necə formalaşır 
və insan cəmiyyətinin başlanğıcından hansı şəkildə estetik düşüncənin obyek tinə 
çevrilir?  Gerçəkliyin  dərk  edilməsi  gözəllik  qanunları  əsasında  baş  verir.  Bu 
zaman isə hər şey gözəllik obyektinə çevrilir.
6. Gözəllik nədir?
Gözəllik  haqqında  çoxlu  nəzəriyyələr  olmuşdur.  Bir  qisim  nəzəriyyəçilər 
iddia etmişlər ki, həqiqi aləmdə gözəllik yoxdur və gözəllik haqqında fikirlər, 
mülahizələr anadangəlmə, yaxud yuxarıdan təlqin olunur. Onların digər qismi 
isə təbiətdəki gözəlliyi ilahi ruhun inikası hesab et mişlər.
Üçüncü qisim nəzəriyyəçilər də belə fərz etmişlər ki, gözəllik, gu ya, insandan 
asılı olmayaraq yaşayan və insan üçün görünməz olan əbədi ideyalardan ibarətdir.  
“Mona Liza”. Dahi italyan 
rəssamı Leonardo da
Vinçinin əsəri


9
Onu da qeyd edək ki, bu nəzəriyyələrdən ən əhəmiyyətlisi N.Q.Çer nı şevskinin 
nəzəriyyəsi olmuşdur. Onun belə bir tərifi çox məşhurdur: “Gözəllik bizim təsəv­
vür etdiyimiz həyatdır; o əşya gözəldir ki, o, özündə həyatı əks etdirir və ya bizə 
həyatı xatırladır”.
İnsanın estetik qabiliyyəti cəmiyyətlə birlikdə doğulur və 
inkişaf edir. İbti dai icma dövründə bu qabiliyyətin artma sına 
və inkişafına təbiətin özü güclü təkan vermişdir. Təbiət çox ­
cəhətlidir  və  bu  da  özünü  təbiət  hadisələrində  aşkar  edir. 
Təbiət  gözəlliyi:  simmetriya,  harmoniya,  ahəngdarlıq,  ki­
çiklə böyük arasındakı ölçülülük və s. ibtidai icma döv rü nün 
sənətkarları  tərəfindən  genişliyi  və  dərin liyi  ilə  qavranılıb 
təsvir olunmuşdur. Azərbaycan ərazisində aşkar edilmiş qə­
dim  yaşayış  məskənlərindəki  qayaüstü  və  mağara  rəsm­
lərində  insanlardakı  gözəlliyi  qavramaq  və  istifadə  etmək 
qabiliyyətinin estetik düşüncə səviy yəsinə çatdığının şahidi 
oluruq. İnsan, artıq estetik obyekt olduğu kimi, bütün real lığı 
və çoxcəhətliliyi ilə birlikdə təsdiq etməyi bacarır. Təbiətdə gözəllik bila vasi tə­
dir, onun özün dədir, yəni birbaşadır. Həmin gözəlliyi insan anladığı zamandan 
bu, onun şüurunun məzmununa çevrilir. Məhz buna 
görə  də  insanın  estetik  düşüncəsi  təbiət  hadisə­
lərinin dərki ilə başlayır. İbtidai insanın dünyaya, 
reallığa  münasibəti  sinkretik  xarakter dədir.  Buna 
görə də ibtidai insanın düşüncəsində hələ məntiqi 
olanla hissi olan, dini, etik və estetik olan ayrılmır, 
bütövlükdə  mövcuddur.  Buna  baxmayaraq,  biz 
düşüncənin  elə  cəhətlərini  aşkarlayırıq  ki,  həmin 
cəhətlər ictimai şüurun bu və ya digər formasında 
özünün sosial inkişafını tapır. Gözəlliyi görmək üçün yalnız ətrafa baxmaq kifa­
yətdir. İnsan qarşısında açılan aləmin hər hadi səsində gözəlliyi görür.
Təbiət – gözəlliyin ən qədim və ən geniş mənbəyidir. Gözəllik təbiətdə insan­
dan asılı olmayaraq mövcuddur. Lakin onun kamilliyini təkcə insan başa düşə 
bilər, bu gözəllik yalnız insan üçün təbiəti dəyişən əməyin yaradıcı ilham mən­
bəyidir. 
Təbiətdə gözəllik insandan əvvəl də mövcud olmuşdur. Amma təbiət aləminə 
daha dərin dən nüfuz etdikdə, o, qarşımızda daha rəngarəng, daha gözəl görünür.
Canlı  təbiətin  kamil  gözəlliyinin  formaları  yaşamaq  uğrunda  hər  dəqiqə 
gedən  əbədi,  daimi  mübarizənin,  təbii  seçmənin  amansız  qanununun  nəticəsi 
ilə müəyyən olunur. Yalnız həyata da ha yaxşı uyğunlaşa bilən bitki və heyvan 
orqanizmləri yaşaya bilər. Təbiətdəki bütün canlı alə min yaşamaq uğurundakı 
bu mübarizəsi forma kamilliyini həyatı qorumağın qanunlarından birinə çevirir.
N.Q.Çernışevski 
(1828­1889) – rus 
mütəfəkkiri və 
filosofu
“Naməlum qadın”.
Rəssam İvan Кramskoy.


10
“Qudyalçay vadisi”. Rəssam Səttar Bəhlulzadə (1909­1974).
Hər bir canlı varlığın bir­birinə oxşamamasına baxmayaraq, onları bir qanun 
birləşdirir: on lar dan hər biri ona görə yaşayır ki, onun forması vəzifəsindən irəli 
gəlir. Canlı varlıq öz nəs linə məxsus cəldliyini itirsə, öz növünə uyğun şəkildə 
yaranmasa, məhv olub gedər.
Gözəllik real və obyektiv varlıqdır. O, cansız və canlı təbiətin öz xidmətidir. 
Biz  maddi  aləmi,  mühiti  dərk  etdiyimiz  kimi,  gözəllik  duyğusu  da  həyatdakı 
gözəlliyin  inikasıdır.  Öz  dövrünün  inkişaf  səviyyəsindən  asılı  olaraq,  hamı 
gözəlliyi duyur. Bu duyğu predmetlərə və hadisələrə qarşı bizim xoş və müsbət 
münasibətimizi bildirir. Gözəlliyin sadə və bəsit əlamət lərini insanların əksə riy­
yəti  müşahidə  edə  bilir.  Bu  əlamətlər  qayda,  səliqə,  uyğunluq,  yaraşıq,  əvəz­
ləmə, tənlik (simmetriya) və tənasüb (proporsiya) elementlərindən, rəng lə rin və 
səslərin ahəngindən, hislərin qarşılıqlı əlaqəsindən, vəhdət və bütünlük təsi rin­
dən ibarətdir. Lakin gö zəllik anlayışı bu əlamətlərlə məhdud deyil, çünki gözəl­
lik yalnız şəkil və forma da deyil. O ancaq zahiri görüntüdən ibarət ola bilməz. 
Əsl gözəllik mənalı və mündəricəlidir.
Dünyanı  gözəllik  qanunları  ilə  mənimsəyən  sənətkar  onları  istər­istəməz 
bəşəriyyətlə mü na sibətdə, bəşər nəsli üçün əhəmiyyətliliyi baxımından qiymət­
ləndirir. Belə ümumbəşəri əsaslar təkcə beynəlmiləl deyil, həm də milli və sinfi 
əsaslardan ibarətdir, çünki ümumbəşəri dəyərlərin özünün dərk edilməsi tarixi, 
sinfi və milli cəhətdən şərtləndirilmişdir. Və milli baxış nə qədər bənzərsiz dirsə, 
o, bir o qədər də qiymətli, təkrarsız dəyərə malik olur. Eyni zamanda onun dəyər 
və əhəmiyyəti ümumbəşərilik və beynəlmiləlçiliklə, sinfilik və milli bənzər siz­
liklə nə qədər sıx qovuşarsa, bir o qədər də artar. Elə buna görə də əsərin yük sək 
bədiiliyinin  mühüm  şərtlərindən  biri  onun  klassik  səviyyədə  və  ümumdünya 
səviyyəsində olmasıdır.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə