Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə30/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

68
lardır. Əxlaq prinsipləri əsasında inkişaf edən etik kateqoriyalar onlardan asılı 
olaraq insanın mənəvi simasını, əxlaqi sifətlərini, davranış qaydalarını və baş­
qalarına münasibəti müəyyən edərək etikada mərkəzi yer tutur.
Əxlaq kateqoriyaları öz məzmununa görə obyektiv, həyatakeçmə formasına 
görə isə sub yektivdir. Bir tərəfdən, onlar həyata aid olub, onu qiymətləndirənin 
şüurundan asılı olmayaraq mövcuddur; digər tərəfdən, onların subyekt tərəfin­
dən  seçimi  azaddır,  yəni  insan  ya  xeyri,  ya  şəri  seçir;  eqoizmi  və  ya  altruiz­
mi üstün tutur. Kateqoriyaların bir qismi əks qütblü, digər qismi isə qarşılıqlı 
şərtləndirilmiş  olur.  Birincilərə  xeyir  və  şər,  ədalət  və  ədalətsizlik,  ikincilərə 
borc  və  vicdan,  şərəf  və  ləyaqət  və  s.  aiddir.  Özünəməxsus  xüsusiyyətlərə 
malik olan hər bir etik kate qo riya elmi idrakın müxtəlif pillələrini ifadə edərək, 
şəxsiyyət və cəmiyyət əlaqələrinin müəyyən tərəfini əks etdirir.
Əvvəlki dövrlərin filosofları, adətən, bu kateqoriyalardan hər hansı birini ön 
plana çəkir, digərlərini ona tabe edirdilər. Məsələn, Aristotel və Platon xeyri, 
Kant  borcu,  Hegel  vicdanı,  Demokrit,  Epikur,  Helvetsi,  Feyerbax  xoşbəxtliyi 
üstün tuturdu.
Hər  bir  tarixi  mərhələnin  özünəməxsus  əxlaqi  dəyərlər  sistemi  olduğun­
dan  insanların  müxtəlif  dövrlərdə  xeyir  və  şər,  borc  və  vicdan  və  s.  haqda 
təsəvvürləri də fərqli olur. Bu anlayışların formalaşmasına ümumbəşəri mənəvi 
təcrübə də təsir edir.
Etikanın əsas, ənənəvi kateqoriyaları bunlardır: xeyir və şər, borc və vicdan, 
şərəf və ləyaqət, xoşbəxtlik və həyatın mənası. Bu kateqoriyalar yalnız etika­
nın nəzəri anlayışları deyil, həm də əxlaqi şüurun əsas anlayışlarıdır ki, onların 
vasitəsilə cəmiyyət insanların davranışını tənzimləyir.
12. Xeyir və şər
İnsanın  hər  hansı  bir  fəaliyyəti  əxlaqi  şüurun  mərkəzi  anlayışı  olan  xeyir 
və  şər  kate qoriyaları  prizmasından  qiymətləndirilir.  Əxlaqi  şüurun  daha  əsas, 
ümumi və spesifik anlayışları olan xeyir və şər insanlara aid olub, yalnız etika 
tərəfindən öyrənilir. Etikanı bəzən hətta xeyir və şər haqqında təlim də adlan­
dırır, əxlaq və əxlaqsızlığı isə xeyir və şərin sinonimi kimi nəzərdən keçirirlər. 
İnsanların  xeyir  və  şər  haqqında  təsəvvürləri  bəşəriyyətin  ilk  çağlarında 
yaranaraq  dövrdən­dövrə,  zamandan­zamana  adladıqca  dəyişmişdir.  Antik 
dövrdə  xeyir  və  şər  vəhdətdə  nəzərdən  keçirilirdi.  Hegelə  görə,  təzə  doğu­
lan  insan  nə  xeyirxah,  nə  də  bədxah  olur.  O,  bu  keyfiyyətlərə  sonradan  nail 
olur.  Hegel  bu  kateqoriyaları  vəhdətdə  nəzərdən  keçirirdi.  Russo  hesab  edir­
di ki, insan təbiətən xeyirxahdır, Freydə görə isə insan əzazildir (83, səh.193). 
Ümumiyyətlə, xeyir və şərə yalnız insani keyfiyyət kimi baxan etikada onla­
rın fitri və ya sonradan qazanılan olması barədə fikirlər də müxtəlifdir. Bəziləri 


69
bunların fizioloji, bioloji təbiətə malik olduğunu israr edirlər. Aristotelə görə, 
fəzilətlər fitri olmayıb, təcrübə vasitəsilə əldə edilir.
Müsbət və mənfi keyfiyyətlər olan xeyir və şər daha ümumi anlayışlar olub, 
bütün  mə nəviyyatı  xarakterizə  edir  və  hətta  insanlar  arasındakı  münasibətlər 
çərçivəsindən çıxaraq təbiət hadisələrinə də şamil olunur (məsələn, “şər qüv­
vələr”, “qorxulu epidemiya”, “xeyirli səhər” və s). 
Bir  sözlə,  xeyir  –  insanların  xeyrinə  olan,  şər  –  zərərinə  olandır.  Xeyir  – 
hamının  arzuladığı,  dəyərli,  nümunəvi,  şər  isə  məhv  edilməli,  yolverilməz 
olan dır.  Bununla  əlaqədar,  xeyir,  adətən,  müsbət  –  mənəvinin,  şər  isə  əxlaq­
sızlığın sinonimi olur. Bu anlayışlar insanların şüurlu hərəkət lərini qiymətlən­
dirir. Adətən,  insanlar  şüurlu  surətdə  xeyirxahlığa  can  atır,  öz  fəaliyyətlərini 
xeyirlə eyniləşdirirlər. Şər haqqında isə heç kəs açıq danışmır, onu fəaliyyətin 
məqsədi  kimi  təqdim  etmir,  məcburi  addım  kimi  qələmə  verirlər.  Hətta  şərin 
hədələmək və ya daha böyük qəbahətlərdən qaçmaq məqsədi daşıdığını söylə­
yirlər. İnsan xeyir işlər gördükcə onun hüdud larını genişləndirir, şərin hüdudla­
rını isə daraldır. Xeyirxahlıq idealı insanı özünükamilliyədək yüksəldir. İnsan 
çox vaxt xeyri intuisiya vasitəsilə hiss edir. İnsan şəri ona görə tanıyır ki, xeyir 
haqqında kifayət qədər anlayışı var; xeyrə ona görə qiymət verir ki, öz təcrübə­
sində şərlə qarşı laşıb. Beləliklə, xeyir və şər bir­biri vasitəsilə dərk edilir.
Xeyir və şər anlayışları vasitəsilə insanlar ətraf aləmi də dərk edirlər. Hər 
hansı  bir  qiymət ləndirilmə  (yəni  əxlaqın,  mənəvi  keyfiyyətlərin,  insanlar  və 
ya  siniflər  arasındakı  münasibətlərin,  cəmiyyətdəki  durumun)  xeyir  və  şərin 
daha  konkret:  prinsip,  norma,  mənəvi  keyfiyyət  formasına  düşməsinə  səbəb 
olur.  Digər  mənəvi  keyfiyyətlər  kimi,  bu  anlayışlar  da  tarixən  dəyişkəndir. 
Məsələn,  inkvizisiya  dövründə  insanların  tonqalda  yandırılması,  insan  qur­
banlarının verilməsi, totalitarizm və s. insanların xeyir və şər haqqında yanlış 
təsəvvürlərindən irəli gəlirdi.
Xeyir anlayışı vasitəsilə insanların ümumi və mühüm maraqları, gələcəyə 
olan ümid və arzuları ifadə olunur. Nəyə aid və nədən asılı olaraq xeyir daha 
konkret mənalarda işlənir: xeyirxahlıq, ədalət, fəzilət və s.
Abstrakt  anlayışlar  olan  xeyir  və  şərdən  fərqlənən  ədalət  daha  konkret­
tarixi  xarakter  daşıyır.  Ədalət  konkret­tarixi  məzmun  daşıyan  bərabərlik  və 
bərabərsizliyin inikasıdır. İbtidai cəmiyyətdə ədalət o dövr üçün nəzərdə tutu­
lan  davranış  qaydaları  və  normalarını  pozanların  cəzalandırılmasını  tələb 
etmək kimi başa düşülürdü. Bunlara qan düşmənçiliyi də aid idi. Yunan mifo­
logiyasında  ədalət  ilahəsi  olan  Femida  gözübağlı  təsvir  edilirdi.  Bu,  hökm 
çıxaran zaman onun düzgün mövqe tutmasına işarə idi. O dövrdə icad edilən 
tərəzi  də  Femidanın  simvolu  idi.  Pifaqorçular  deyirdilər  ki,  tərəzi  bir  tərəfə 
əyilməməlidir,  yəni  cəza  ciddi  şəkildə  cinayətə  tən  gəlməlidir.  Demokritə 
və digərlərinə görə, ədalət təbiətə uyğun hərəkət etmək və öz borcunu yerinə 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə