Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə34/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

76
həyatı,  daxili  aləmi,  məslək  seçimi  azad  olmalıdır.  Dar  mənada  bu,  dini 
ayinlərə riayətetmə ilə əlaqədardır.
Vicdan, hər şeydən əvvəl, ayrı­ayrı şəxslərə məxsusdur. Lakin “ictimai vic­
dan” haqqında da fikirlər mövcuddur. Kütləvi informasiya vasitələri, ictimai təş­
kilatlar ictimaiyyətin rəyini ifadə edir və formalaşdırır. Bu rəy, adətən, bitərəf 
və olduqca ciddi olur. Beləliklə, vicdan insanın bütün mənəvi həyatını fəallaş­
dırır, xeyirxahlıq və ədalətin təsdiqinin mühüm “mexanizmi” kimi çıxış edir.
“Vicdan”  anlayışına  Demokritin  dövründə  hələ  rast  gəlməsək  də, 
“utancaqlıq”dan danı şarkən, görünür ki, Demokrit məhz vicdanı nəzərdə tutur­
muş: “Adam pis iş tutanda əvvəlcə öz­özündən utanmalıdır” – söyləyən filosof, 
“Başqalarından  utanmaqdan  daha  çox  özündən  utan mağı  öyrən”  tezisini  irəli 
sürürdü. Demokritin bu fikri də məlumdur ki, yaxşı adam yalnız həmişə yax­
şılıq edən adama deyil, ömründə bir dəfə də olsun pislik haqqında fikirləşməyi 
bacarmayan  və  pis  hərəkət  etməyən  adama  deyilməlidir. Aristotel  “Nikomax 
etikası”nda  yazır  ki,  ağıl  və  vicdanı  insana  təbiət  bəxş  edib.  Siseron  “Allah­
ların təbiəti” adlı traktatında bütün ümid lərini vicdana bağlayır: “O, hər hansı 
ilahi  zəkadan  asılı  olmayaraq,  fəzilət  və  qəbahəti  öl çüb­biçmək  qabiliy yətinə 
malikdir.  O  olmasa  –  hər  şey  batar”.  Naturalist  nəzəriyyənin  nüma yəndələri 
olan Darvin, Spenser, Leturno, Kropotkin vicdanı qeyri­ictimai, insanla bərabər 
heyvana da məx sus bir hadisə kimi nəzərdən keçirirdilər. Vicdanın mənbəyini 
ictimai instinktlərdə görürdülər. Darvin hətta deyirdi ki, ictimai instinktə malik 
olan hər hansı heyvan mənəvi hiss və vicdan əldə edir.
Z.Göyüşov  bu  problemi  də  yuxarıda  adı  çəkilən  əsərində  araşdıraraq  ona 
tarixi  baxımdan  yanaşmış  və  maraqlı  tədqiqat  apara  bilmişdir:  “Böyük  rus 
 yazıçısı L.N.Tolstoy öz əsərlərində vicdana müstəsna əhəmiyyət verərək yaz­
mışdır  ki,  “mən  dünyada  iki  həqiqi  bədbəxtlik  tanıyı ram:  biri  vicdan  əzabı, 
o  biri  xəstəlikdir”.  Vicdan  –  insanların  həyatının  doğru  yol  göstəricisidir. 
Bö yük fransız filosofu və riyaziyyatçısı L.Paskala görə: “vicdan – bizim malik 
olduğumuz ən yaxşı əxlaq kitabıdır, yoldan azmamaq üçün ona tez­tez baxmaq 
lazımdır”. Dahi Norveç yazıçısı H.İb senə görə: “saf vicdan – ən yumşaq yas­
tıqdır”. Görkəmli fransız yazıçısı və əxlaq nəzəriy yəçisi O.Balzakın nəzərincə, 
vicdan, hələ ki, biz onu ləkələməmişik, çox qabil və səhv etməyən ha kimdir. 
Görkəmli amerikan yazıçısı Heminquey yazırdı ki, “saxtakarlıqdan qorunmaq 
üçün  Parisdə  saxlanan  metr  –  etalon  kimi  mütləq  surətdə  dəyişməz  vicdana 
malik  olmaq  lazımdır”.  Çex  xalqının  qəhrəman  oğlu  Yulius  Fuçik  demişdir 
ki, “vicdanı ləkələnmiş adamlara baxmaq döyülüb əzilmiş adamlara baxmaq­
dan daha qorxunc və daha dəhşətlidir”. Böyük proletar yazıçısı M.Qorki dönə­
dönə qeyd etmişdir ki, “vicdan insanın mənəvi saflığının mühüm əlamətidir”. 
Onun fikrincə, yalnız özünü yalan, abırsızlıq və həyasızlıq zirehinə bürüməyən 
adam  vicdan  mühakiməsi  qarşısında  titrəməyə  bilər.  Vicdansız  olsan,  böyük 


77
ağlın  olsa  belə  yaşaya  bilməz sən.  …Qeyd  etmək  lazımdır  ki,  Şərqin  Şeyx 
Sədi,  Şirazi,  Hafiz,  Nəziri,  Cəlaləddin  Rumi,  Mahmud  Şəbüstəri  kimi  əxlaq 
nəzəriyyəçiləri  də  vicdan  və  insafı  məhz  yüksək  əxlaqlılığın,  fə zilətliliyin 
mühüm  əlaməti  kimi  tərənnüm  etmişlər.  Onların  hamısı  vicdanlı  və  insaf­
lı  olmağı  əxlaqi  məziy yətlərin  əsası  saymışlar.  Bu  cəhətdən  Azərbaycanın 
görkəmli  maarifçisi  və  mütəfəkkirlərinin  fikirləri  də  çox  xarakterikdir.  Gör­
kəmli  maarifçimiz  və  əxlaq  nəzəriyyəçimiz  A.Bakıxanov  öz  fəlsəfi  traktatı 
“Təhzibül­əxlaq”da insaf kateqoriyasının şərhinə ayrıca bir fəsil həsr etmişdir”.
14. Şərəf və ləyaqət
Şərəf və ləyaqət digər kateqoriyalar kimi şəxsiyyət və cəmiyyət arasın dakı 
münasibətləri tənzim edir, insanın özünə qarşı münasibətlərini aydınlaşdırır, onun 
mənəvi dəyərlərini ifadə edir və onların əxlaqına təsir edəcək vasitəyə çevrilir.
Bir­biri ilə bağlı olan bu kateqoriyalar sosial qrupların, siniflərin, insanla­
rın  əxlaqi  fəaliy yəti  prosesində  formalaşır.  Onların  məzmunu  son  məqamda 
mövcud  cəmiyyətin  iqtisadi  quruluşu  ilə  müəyyənləşir.  Məsələn,  feodal 
cəmiyyətinin  hakim  dairələri  şərəf  və  ləyaqətdən  çox  danı şırdılar.  Müxtəlif 
cəngavər  adətləri  məhz  bu  anlayışlarla  bağlı  idi.  Lakin  onlar  çox  vaxt  zahiri 
xarakter daşıyırdı. Zadəgan özünə layiq olmayan işlər görməklə özünü alçalt­
mamalı,  “aşağı”  təbəqəyə  qoşulmamalı,  özünü  “yüksək”  tutmalı  idi.  Orta 
əsrlər zadəganlarının ləyaqət və şərəf ko deksində duellər mərkəzi yer tuturdu. 
Məlumdur  ki,  arvadının  doğrudan  və  ya  yalandan  təhqir  edil məsinə  görə  ər 
qarşı  tərəfi  duelə  çağırmalı  idi,  özü  isə  başqasının  arvadını  yoldan  çıxarmağı 
yüksək cəngavər şücaəti hesab edirdi.
Feodal  cəmiyyətinin  qanunlarını  ləğv  edən  burjuaziya  orta  əsrlərdəki 
şərəf  və  ləyaqət  haq qında  olan  təsəvvürləri  alt­üst  etsə  də,  təbəqələşmə  ilə 
bağlı,  insanın  ictimai  vəziyyəti  ilə  əla qədar  məsələlərə  münasibətini  saxla­
mışdı.  Bununla  yanaşı,  hər  bir  xalqın,  millətin  şərəf  və  lə yaqət  haqqında  öz 
təsəvvürləri var idi.
Bir­birinə  yaxın  olsalar  da,  bu  kateqoriyalar  arasında  həm  insanın  əxlaqi 
dəyərlərini  ifadə  etmək  baxımından,  həm  də  digər  aspektlərdən  müəyyən 
fərqlər  var.  Şərəf  insanın  əxlaqi  dəyərlərini  onun  konkret  ictimai  vəziyyəti, 
fəaliyyət  növü,  ictimai  həyatdakı  rolu,  əxlaqi  xidmətləri  ilə  əlaqədar  ifadə 
edir. Hər bir insan cəmiyyətin bir hissəciyi olduğu halda, ictimai rəydən qaça 
bilməz.  “Şərəf”  anlayışının  məzmunu  müəyyən  qrupun  üzvü,  müəyyən  icti­
mai  funksiyaların  daşıyıcısı  olan  insanın  hərəkətləri,  davranışı,  həyat  tərzinə 
ictimai əxlaq tərəfindən qoyulan tələblərə riayət etmək baxımından açılır. Bu 
baxımdan  kişi,  qadın,  əsgər,  fəhlə,  həkim,  müəllim,  gənc  və  başqaları  qar­


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə