Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə35/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

78
şısında  konkret  tələblər  məcmusu  mövcuddur.  Öz  növbəsində  ictimai  əxlaq 
“kişi şərəfi”, “qadın şərəfi”, “əsgər şərəfi”, “fəhlə şərəfi”, “ailə şərəfi”, “zavo­
dun  şərəfi”,  “məktəbin  şərəfi”  və  s.  anlayışlarla  əlaqədardır.  Hətta  əvvəllər 
“qəbilənin şərəfi” kimi anla yış lar da mövcud olub. Şərəf insanları bir­birindən 
fərqləndirərək onların şöhrətində, qazan dıqları ad və etibarında öz əksini tapır.
Şərəf  kimi  ləyaqət  də  həm  cəmiyyətin  insana,  həm  də  insanın  özünə 
qarşı  münasibətlərini  aydınlaşdıraraq  əxlaqi  qiymətləndirməni  və  özünü 
qiymətləndirməni ifadə edir, insanlar ara sın dakı münasibətləri və insanın dav­
ranışını tənzim edir.
İnsanın  öz  ləyaqətini  başa  düşməsi  özünüdərketmənin  və  özünənəzarətin 
bir  formasıdır  ki,  insanın  özünə  qarşı  tələbkarlığı  bunun  əsasında  formalaşır. 
Öz  ləyaqətinin  qorunması  və  təsdiq lənməsi  üçün  insan  elə  müvafiq  addımlar 
atır  ki,  ləyaqətinin  ləkələnməsi  üçün  səbəb  ol masın.  Şəxsi  ləyaqətinin  dərk 
edilməsi  insanın  ilk  növbədə  özü  qarşısında  məsuliyyətini  artırır.  Ləyaqət  – 
digər  adamlardan  öz  hüquqlarının  qorunması  üçün  özünə  qarşı  hörmət  tələb 
etməkdir.  Şəxsi  ləyaqətini  yüksək  tutan  insan  alçaqlıq  və  satqınlıq  etmir,  nə 
özünü, nə də başqasını alçaltmır, həyatını nəyəsə tabe etmir. Ləyaqət insanların 
bərabərliyi prinsipini əsas tutur.
Ləyaqət  həm  həqiqi,  həm  də  aldadıcı  ola  bilər.  Birinci  halda  ictimai  rəy 
ədalətli olaraq insana xeyirxah işlərində, insanlara etdiyi yaxşılığa görə müsbət 
qiymət  verir.  İkinci  halda  isə  bu  rəy  düzgün  olmur,  çünki  haqqında  söhbət 
gedən adam hamını aldatmağa müyəssər olur, öz hərəkətlərini həddindən artıq 
şişirdir. Əslində, onun ictimai­faydalı əməkdə rolu çox cüzidir, onun borc və 
vicdanla bağlı əxlaqi hissləri də çox zəif inkişaf edib.
Şərəf  və  ləyaqətlə  çox  bağlı  olan  məsələlərdən  biri  də  şöhrətpərəstlikdir. 
Məşhur  olmaq,  hamıdan  irəlidə  getmək  şöhrət  qazanmaq,  tanınmaq,  müasir­
lərindən seçilmək, şəxsiyyət kimi parlamaq çoxlarının arzusudur. Bu, müəyyən 
mənada  yaxşı  nəticələr  verə  bilər.  Yəni  insan,  məqsədindən  asılı  olmayaraq, 
xeyirxah işlər görmüş olur. Lakin əksər hallarda bu hisslər şöhrət pərəstliyə apa­
rıb çıxarır. Bunu eqoizmin nəticəsi kimi də başa düşmək olar. Ancaq unutmaq 
olmaz ki, şöhrət insana özü gəlir. Onu süni yolla çox yaşatmaq mümkün deyil. 
Şişirdilmiş  şöhrət  gec­tez  partlayır.  Şöhrətpərəstlik  cəmiyyət  üçün  qorxulu 
hala çevrilə bilər. Bəzi adamlar şöhrət naminə, adının tarixə pis cəhətdən olsa 
belə düşməsi xatirinə hətta cinayətə əl atırlar. Hitler, Mussolini və bu kimilər 
belələrindəndir.
Şöhrətpərəstliyə əks olan keyfiyyət – təvazökarlıqdır. O, insanda daha çox 
diqqəti cəlb edir və hörmətlə qarşılanır.
Şərəf və ləyaqət kateqoriyaları ilk dəfə Roma stoikləri Seneka, Epiktet və 
Mark Avreli  tərəfindən  işlənib.  Onların  fikrincə,  bu  kateqoriyalar  insanın  ali 
dəyərləridir,  bunlarsız  həyat  öz  mənasını  itirir.  Onlar  hətta  intiharı  şərəfsiz 


79
və  ləyaqətsiz  həyatdan  üstün  tuturdular.  Epiktet  yazırdı  ki,  insanın  doğulub 
həyatdan  getməsinə,  pulundan  və  evindən  məhrum  olmasına  heyf silənmək 
lazım  deyil,  yalnız  o  vaxt  heyfsilənmək  olar  ki,  insan  əsl  mülkiyyəti  olan 
ləyaqətini itirsin. İntibah dövründə Piko della Mirandola, Lorenso Valla, Rot­
terdamlı Erazm bu kate qo riyaları nəzəri cəhətdən daha çox əsaslandırırdılar.
Azərbaycan filosofu Ziyəddin Göyüşov da bu kateqoriyaları özünəməxsus 
şəkildə nəzər dən keçirib: “İnsan cəmiyyətinin inkişafı tarixində yaranıb forma­
laşmış  mühüm  əxlaqi  sərvət lərdən  biri  şərəf,  namus  və  ləyaqətdir.  Vicdan, 
insaf və həya kimi şərəf, namus və ləyaqət də eyni mənalı əxlaqi anlayışlardır. 
Bunlar insanın əxlaqi şüurunun eyni bir cəhətini əks etdirir. Başqa əxlaqi kate­
qoriyalar  kimi  şərəf,  namus  və  ləyaqət  də  uzunsürən  əxlaqi  tərəqqinin 
məhsullarıdır”.
Şərəf – insanın və onun hərəkətlərinin sinif, millət, xalq, kollektiv, cəmiy­
yət tərəfindən bəyənilməsi və qiymətləndirilməsi deməkdir. Şərəf insanın öz 
şəxsi  ləyaqətini  dərk  etməsidir.  Ləyaqət  isə  onun  bir  şəxsiyyət  kimi  özünü 
başa  düşməsindən  ibarətdir.  Namus  insanın  öz  şərəf  və  ləyaqətini  əzizləyib 
qoruması  və  qiymətləndirməsi  deməkdir.  Göründüyü  kimi,  bu  üç  anlayış 
arasında  keçilməz  bir  sədd  qoymaq  və  bunları  bir­birindən  ayırmaq  olmaz. 
Bunlar bir­birini ta mam layan və bir­biri ilə qırılmaz dialektik vəhdət halında 
mövcud olan eyni ümumi anlayış və əxlaqi sərvətlərdir, qoşa əxlaqi kateqori­
yalardır.
Şərəf, namus və ləyaqət haqqında təsəvvür formaca fərdi, müstəqil xarak­
ter daşısa da, məzmun etibarilə həmişə ictimai xarakter daşıyır. Çünki şərəf, 
namus  və  ləyaqət  insanın  başqa  insanlarla,  insan  qrupları  ilə,  bütövlükdə 
cəmiyyətlə  əlaqə  və  münasibətlərini  nəzərdə  tutur.  Şərəf  və  ləyaqət 
şəxsiyyətə verilən ictimai qiymətlə şəxsiyyətin özünün özünə verdiyi qiyməti 
təcəssüm etdirir. Bu iki cür qiymətin mütənasibliyi olmadan şərəf, namus və 
ləyaqət kimi əxlaqi sərvətlərin təbiəti düzgün aydınlaşdırıla bilməz. …Bəzi 
əxlaq  nəzəriyyəçiləri  şərəf  kateqo riyası nın  məzmununu  müəyyən  etməyə 
cəhd edər kən şəxsiyyətə verilən ictimai qiyməti nəzərə alma yıb, şərəfi ancaq 
şəxsiyyətin  özünün  özünə  verdiyi  qiymətlə  məhdudlaşdırırlar.  Məsələn, 
T.Lipps  “Etikanın  əsas  məsələləri”  adlı  kitabında  yazır  ki,  şərəf  ancaq 
mənim şərəfim, yəni mənim vicdanlılığım və namusluluğum ola bilər. Başqa 
adamlar məndə şərəf olduğunu təsdiq edə bil sələr də, onlar mənə şərəf verə 
bilməzlər.
Şərəf  və  namusun  məzmununu  bu  cür  şərh  etmək,  şəxsiyyətin  özünə 
verdiyi  qiyməti  icti maiyyətin  şəxsiyyətə  verdiyi  qiymət  hesabına  şişirtmək 
və  ictimai  qiyməti  nəzərə  almamaq,  əlbəttə,  yanlışdır.  Çünki,  ümumiyyətlə, 
cəmiyyətdən  kənarda  şəxsiyyəti  düşünmək  mümkün  olmadığı  kimi,  ictimai 
qiymətdən kənarda namus, şərəf, ləyaqət də təsəvvür etmək olmaz. Əs lində, elə 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə