Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə36/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

80
şəxsiyyətin özünə verdiyi qiymət, şərəf, namus və ləyaqət məfhumları ictimai 
qiyməti  nəzərdə  tutur.  Namus,  şərəf,  ləyaqət  başqa  insanlara  münasibətdən 
sərf­nəzər  edilərsə,  heç  bir  mənaya  malik  olmaz…  “Şərəfin  tarixi  inkişafı 
haqqında  bir  neçə  qeyd”  adlı  məqaləsində  A.İ.Gertsen  şərəf  və  namusu 
insan  şəxsiyyətinin  yaranması  ilə  əlaqələndirir  və  göstərir  ki,  insan  yalnız 
ictimai  həyatda  şəxsiyyət  olduqdan  sonra  cəmiyyət  qarşısında  öz  şərəfini  və 
ləyaqətini dərk etməyə başlayır. Həmin məqalədə A.İ.Gertsen şərəf və namusun 
inkişafını  üç  əsas  dövrə  bölür.  Birinci  dövr  –  qəbilə  quruluşu  dövrüdür.  Bu 
dövrdə artıq şərəf, namus və ləyaqət haqqında ilk təsəvvür yaranır. Lakin bu 
dövrdə  şəxsiyyət  hələ  tam  formalaşmadığından  şəxsi  şərəf  və  namus  da  yox 
dərəcəsindədir. Çünki bu dövrdə şəxsiyyətin özü qəbilə, tayfa və ailədən ayrıl­
madığından, onun şərəf və namusu da qəbilə, tayfa, ailə şərəfi və namusudur. 
Ayrı­ayrı  fərdlər  öz  şəxsi  şərəf  və  namusu  uğrunda  deyil,  bütün  qəbilənin, 
tayfanın  şərəfi  uğrunda  düşməndən  qan  intiqamı  alırlar.  Başqa  sözlə  desək, 
bu dövrdə şəxsiyyətin özü kimi, onun şərəf və ləyaqəti də qəbilənin, tayfanın 
şərəfi içərisində əriyir.
Şərəfin inkişafının ikinci dövrünü A.İ.Gertsen yunan­Roma dövrü adlan­
dırır.  Bu  dövrdə  ayrı­ayrı  fərdlərin  vətəndaşlıq  ləyaqəti,  vətəndaşlıq  şərəfi 
haq qında  təsəvvürləri  xeyli  yüksəlir.  Bu  dövrdə  Afina  və  Roma  şəhərləri 
azad  şəhərlər  olduğundan,  bu  şəhərlərdə  doğulanlar  və  ya  yaşayanlar  azad 
vətəndaş lar hesab edilirdilər. Beləliklə, A.İ.Gertsenin haqlı olaraq qeyd etdiyi 
kimi,  adamların  ləyaqəti  onların  doğulduğu  ərazi  ilə  müəyyən  olduğundan, 
şərəf  –  əslində,  adam ların  öz  şərəfi  deyil,  Afina  və  Roma  kimi  şəhərlərin 
şərəfidir.  Bundan  əlavə,  Roma  və Afina  kimi  şəhərlərin  vətəndaşları  başqa 
şəhər və kəndlərin əhalisini tam şərəfsiz və ləyaqətsiz hesab edirdilər. Onlar 
öz  qullarına,  xaricilərə  “yarım  adam”,  barbarlar  kimi  baxırdılar.  Buna  görə 
də, əslində, bu dövrdə də şəxsiyyətin şərəfi, namusu və ləyaqəti tam forma­
laşmamışdı.
A.İ.Gertsenin nəzərincə, şəxsi şərəf və ləyaqət yalnız üçüncü dövrdə – orta 
əsrlərdə  qəti  formalaşıb  özünün  ən  yüksək  nöqtəsinə  çatır.  Bu  dövrdə  tarix 
səhnəsinə cəngavər əxlaqı çıxır. Şərəf, namus və şəxsi ləyaqət ən böyük fəzilət 
hesab  olunur.  Şərəf  və  namus  bir  növ  əxlaqın  meyarına  çevrilir.  Lakin  bu 
dövrdə şəxsi şərəf, namus vətəndaşlıq şərəfi hesabına inkişaf edir. Cəmiyyətin 
ümumxalq şərəfi arxa plana çəkilib kölgədə qalır. Buradan A.İ.Gertsen belə bir 
nəticə çıxarmışdı ki, şəxsiyyətin həqiqi şərəfi, namus və ləyaqəti inkişaf etmiş 
azad şəxsiyyətlə cəmiyyət arasında ahəngdar əlaqə yarandıqdan sonra mümkün 
ola  bilər.  Nə  qədər  ki,  şəxsiyyətin  həqiqi  azadlığı  təmin  edilməmişdir,  şərəf, 
namus və ləyaqət lazımınca inkişaf edə bilməz”.


81
15. Həyatın mənası və xoşbəxtlik
“İnsan həyatda nə üçün yaşayır”, “Onun dünyada mövqeyi nədən ibarətdir”, 
“İnsanın xoşbəxtliyi nədədir” kimi suallar hər bir ağıllı insanı narahat etməyə 
bilməz.
Xoşbəxtlik  –  etikanın  digər  kateqoriyalarından  fərqli  olaraq,  daha  konk­
ret məzmuna malik olsa da, xüsusən borc, vicdan, şərəf və s. məsələlərlə bağlı 
onlarla  sıx  əlaqədədir.  İnsan  mənəviyyatının  dərinlikləri  ilə  əlaqədar  olan 
xoşbəxtlik – əxlaqi şüurun əsas anlayışlarından olub, insanın daxilən razı qal­
masına  uyğun  bir  haldır. Arzu  kimi,  xoşbəxtlik  də  insan  idealının  hissi­emo­
sional formasıdır, lakin fərq bundadır ki, o yalnız məqsəddən, cəhddən ibarət 
olmayıb,  bunların  həm  də  həyata  keçirilməsi  ilə  bağlıdır.  Xoşbəxtlik  yalnız 
insanın  müəyyən  konkret  ob yektiv  mövqeyini  və  ya  subyektiv  vəziyyətini 
xarakterizə etmir, o, insanın həyatının necə olması və əsl səadətin nədən ibarət 
olması  barədə  təsəvvürləri  ifadə  edir.  Xoşbəxtlik  ruhun  daimi  rahat lığıdır.  O, 
fasiləsiz  sevinc  deyil,  əksinə,  ruhun  xüsusi  emosional  yüksəliş  məqamıdır. 
Buna görə də xoşbəxt həyata qəmli­qüssəli, dərdli məqamlar da aid ola bilər. 
Xoşbəxtliyə həm də həyatın bir çox sevinclərindən imtina etmə daxildir.
Xoşbəxtlik kifayət qədər güclü, gərgin və müsbət həyəcan olub, öz həya­
tından  yüksək  dərəcədə  razı  qalma  halıdır.  Bu  halın  yaranması  üçün  heç  də 
insanın  həyatının  bütün  sahələrində  müvəffəqiyyət  əldə  edilməsi  tələb  olun­
mur. Bu müvəffəqiyyət yalnız qlobal problemlərə aiddir. İnsanlar çox müxtəlif 
situasiyalarda  özlərini  xoşbəxt  hesab  edə  bilərlər.  Məsələn,  yenicə  evlənən lər 
bir  çox  kəm­kəsirləri  olsa  belə,  özlərini,  adətən,  xoşbəxt  hesab  edirlər.  Onla­
rı  nə  dəbdəbəli  ev,  nə  xarici  markalı  maşın,  nə  də  başqa  sərvətlər  maraqlan­
dırmır. Kasıb sənətkar da, öz əsərləri ilə bağlı müəyyən nailiyyət əldə etdikdə, 
özünü  xoşbəxt  hesab  edə  bilər.  Rəssamın  hər  hansı  mö təbər  sərgidə  iştira­
kı,  şairin  ilk  kitabının  çıxması,  müğənninin  mükafat  və  ya  fəxri  ad  alma­
sı  və  s.  bu  qəbildəndir.  Göründüyü  kimi,  xoşbəxtliyə  səbəb  olan  hadisələr 
uzunmüddətli olmur. Çünki həyatda qane olma halları daimi deyil. Xoşbəxtlik 
qısamüddətli  olub,  şimşəyin  çaxma  anını  xatır ladır.  Təsadüfi  deyil  ki,  “bal 
ayı” ifadəsi mövcuddur, “bal beşilliyi” isə gülüş doğura bilər. Sa dəcə olaraq, 
insan öz müvəffəqiyyətlərinə alışır və yeni­yeni zirvələr fəth etmək istəyir ki, 
bu  da  yeni,  daha  dərin  hisslər  keçirməyi  tələb  edir,  özünütəsdiq  və  mənəvi 
zənginləşmə  üçün  digər  yollar  axtarır.  Mütləq  xoşbəxtlik  mümkün  deyil. 
Tələbata uyğun olaraq, o, daim inkişafdadır. Xoşbəxtlik anlarında insan dün­
yanı da ayrı cür qavrayır. Görəsən, cinayətkarlar özlərini tam xoşbəxt hiss edə 
bilirlərmi? Yəqin ki, yox. Elə təkcə hər an ifşa olunmaq təhlükəsi buna mane 
ola  bilər.  Cinayətkar  öz  əməlindən  nə  dərəcədə  həzz  alsa  da,  uzun  müddət 
sevinc hissi keçirsə də, bu, əsl xoşbəxtlik deyil.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə