Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə37/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

82
Xoşbəxtliyin  yaranma  prosesi  bir  sıra  özünəməxsus  əxlaqi  xüsusiyyətləri 
də üzə çıxarır. Hadisənin və şəraitin xırda eqoizm mövqeyindən deyil, yüksək 
əxlaqi dəyərlər baxımından qiy mətlən dirilməsi xoşbəxtliyin başa düşülməsində 
mühüm  rol  oynayır.  Müxtəlif  əxlaqlı  adamların  xoşbəxtliyi  və  onu  başa 
düşməsi arasında müəyyən fərqlər mövcud olur.
Xoşbəxtlik  azad  quşa  bənzəyir.  O  olmayan  yerdə  insanı  güclə  özünü 
xoşbəxt hesab etməyə məcbur etmək olmaz. Bu baxımdan xoşbəxtliyə aid bir 
sıra  atalar  sözləri  də  mövcuddur.  Məsələn,  “xoşbəxtlik  at  deyil  ki,  boynuna 
cilov taxasan” və ya “xoşbəxtlik balıq deyil ki, onu tilovla tutasan” və s.
Xoşbəxtlik fərdi olur. Yəni hər bir insanın, ailənin, sosial qrupun, millətin 
xoşbəxtliyi ola bilər. Xoşbəxtlik insanın mənəvi ideala nə dərəcədə yaxın ola 
bilməsi ilə də üzə çıxır. “Yaxşı həyat nədir və insan ilk növbədə nəyə can atma­
lıdır» kimi suallar xoşbəxtliyə aid olan əsas məsələlərdəndir.
Xoşbəxtliklə  bağlı  insanların  fikirləri  çox  müxtəlifdir.  Bəziləri  üçün 
xoşbəxtlik öz zahiri əlamətləri ilə seçilməlidir ki, bura ilk növbədə uğur, həzz, 
şərəf, var­dövlət və s. aiddir. İnsanın sevincə, rahatlığa, arzularının icrasına can 
atması  təbiidir.  Lakin  bunların  əxlaqi  tələblərlə,  mə sələn,  borcla  toqquşması 
problem yarada bilər.
Bəxtigətirmə, tale kimi başa düşülən xoşbəxtlik insanın özündən asılı deyil. 
Buna  baş qaları  da  qarışa  bilməz.  Bu  barədə  düşünən Aristotel  o  fakta  diqqət 
yetirib  ki,  insanın  ədalətli  olması,  və  yaxud  hər  hansı  xeyirxahlığı  uğur  kimi 
qiy mətləndirilmir.  Çünki  bu  keyfiyyətlər  insanın  cəhdindən,  səyindən  asılı­
dır. Lakin mirasa sahib olmaq, yaxşı yaşayışa, fitri istedada malik olmaq uğur, 
müvəffəqiyyət  kimi  başa  düşülür.  Pis  bir  hadisədən,  qəzadan  yaxa  qurtar­
maq özü də uğurdur. Lakin Allahın göndərdiyi səadət belə insandan müəyyən 
zəhmət  tələb  edir.  “Səndən  hərəkət,  Allahdan  bərəkət”  misalı  da  təsadüfən 
yaranmayıb. Lakin hər hansı uğur, həyatın “insana gülümsəməsi” hələ insana 
özünü xoşbəxt hiss etməyə imkan vermir. Eyni zamanda xoş bəxtliyin yaşanma­
sı, duyulması onun əsas məqamıdır. Xoşbəxtlik o vaxt həqiqi olur ki, o, insanda 
sevinc və razılıq duyğuları oyatsın.
Xoşbəxtlik  haqqında  yayılmış  təsəvvürlərdən  biri  də  budur  ki,  o  yaşanan 
zaman keçirilən sevinc hissi dərin olur. Lakin bu cür həyəcan vəziyyəti də tez 
keçəndir.  Xoşbəxtlik  ona  görə  qısa  ömürlü,  epizodik  hal  kimi  xatırlanır  ki, 
insan xoşbəxt olanda saat yadına düşmür, hər saat bir ana çevrilir.
Həzz  və  xoşbəxtliyin  fərqini  insanlar  nəinki  çoxdan  başa  düşüblər,  hətta 
onu da dərk ediblər ki, hər bir həzz heç də xoşbəxtliyə aparmır. Qədim Yuna­
nıstanda  məşhur  siyasi  xadim,  e.ə.  VI  əsrdə  yaşamış  Solon  deyirdi  ki,  “sənə 
qüssə gətirəcək həzdən qaç”. Bəzən bədbəxt adamlar da nədənsə həzz ala bilər. 
Eyni  zamanda,  xoşbəxtlik  də  həzlə  müşayiət  edilir.  Həzsiz  xoşbəxtliyi  dərk 
etmək çətindir. Lakin həzz xoşbəxtliyin nə şərti, nə də məzmunu deyil.


83
Xoşbəxtlik  haqqında  yayılan  digər  təsəvvür  var­dövlətlə  bağlıdır.  Lakin 
var­dövlət həmi şəmi xoşbəxtlik gətirir? Burada var­dövlətin hansı yolla qaza­
nılması  da  rol  oynayır.  Bundan  başqa,  bir  çox  var­dövlət  sahibləri  heç  də 
özlərini xoşbəxt hiss etmirlər. Əlbəttə, halal yolla qa zanılmış var­dövlət insa­
na  əziyyət  vermir,  ondan  qətiyyən  qaçmaq  lazım  deyil,  çünki  kasıb  ola­ola 
xoşbəxt olmaq doğrudan da çətindir. Lakin bir daha xatırladırıq ki, xoşbəxtlik 
var­dövlətlə, onun miqdarı ilə ölçülmür. Doğrudur, uğurlu tale, sevinc, maddi 
və  mənəvi  baxımdan  zəngin  həyat,  xoşbəxtliyin  əldə  edilməsinə  səbəb  olan 
amillərdir. Lakin bunlar xoşbəxtlik üçün yalnız əlverişli şəraitdir, onun səbəbi 
və məzmunu deyil. Sokrat deyirdi ki, xoşbəxtlik insanın tərbiyəsindən, təhsi­
lindən və nə dərəcədə xeyirxah olmasından asılıdır. Yalnız layiqli və namuslu 
adamlar xoşbəxt ola bilər, ədalətsiz və səfehlər xoşbəxt ola bilməzlər. Ədalət­
sizlər cəzalanmırsa, onda onlar xüsusilə bədbəxtdirlər.
Xoşbəxtlik  məmnunqalma  kimi  başa  düşülürsə,  deməli,  bu  qaneolun­
ma  ani  deyil,  uzun müddətlidir,  həyatın  böyük  bir  zaman  kəsiyini  əhatə  edir. 
Xoşbəxtlik  üçün  kəmiyyət  göstəriciləri  olmasa  da,  həyatın  bütövlükdə  və  ya 
ayrı­ayrı tərəflərinin insanı qane etməsi kimi kəmiyyət göstəriciləri mövcuddur.
Xoşbəxtlik sevinc hissi ilə də çox yaxındır. Sevinc emosional olduğu halda, 
xoşbəxtlik sa kit də yaşana bilər.
Birgəyaşayış  şəraitində  mövcud  olan  insan  nə  iləsə  barışmalı,  nəyin 
naminəsə özünü qur ban verməli, müəyyən məhdudiyyətlərə dözməlidir. Bu cür 
dözümlü,  xeyirxahlıqlarla  dolu  həyat  xoşbəxtliyə  səbəb  ola  bilər.  Bir  çoxları 
məhz bu fikirdədirlər ki, “xoşbəxt olmaq istəyirsənsə, xeyirxah ol”. Bu, əlbəttə, 
çətin xoşbəxtlikdir. Qədim filosofların çoxu xoşbəxtlik və xeyir xahlığın nisbəti 
barədə artıq öz fikirlərini söyləyiblər. Polyak filosofu B.Tatarkeviç (1886­1980) 
özünün  “Xoşbəxtlik  və  insanın  kamilliyi”  adlı  əsərində  xoşbəxtliyin  bir  neçə 
növündən  söhbət  açır:  “1)  həzz,  ləzzət;  2)  uğur,  bəxtigətirmə;  3)  tale  (qədim 
yunan mifologiyasında tale və xoşbəxtlik ilahəsi Tixe, qədim Romada isə For­
tuna idi); 4) sərvətə malik olma”.
Xoşbəxtlik  çox  mürəkkəb  anlayış  olsa  da,  onun  mövcudluğunun  təzahürü 
olan  bir  sıra  amillərdən  danışmaq  mümkündür.  Nahaq  yerə  demirlər  ki,  xoş­
bəxt lik balıq deyil ki, onu tilovla tutasan. Bu amillər xoşbəxtliyin yaranmasına 
zəmanət verməsə də, hər halda, müəyyən mənada ona təkan ola bilər. Bu amil­
ləri şərti olaraq obyektiv və subyektiv olaraq 2 qrupa ayırmaq olar: Obyektiv 
amillər, əsasən, insanın şüurundan və iradəsindən asılı deyil, subyektiv amillə­
rin  yaran masında  isə,  adətən,  insan  özü  iştirak  edir.  Obyektiv  amillərə  təbii 
şərait (əlverişli iqlim, coğrafi mövqe, təbii fəlakətlərin baş verməməsi və s.) və 
cəmiyyətin  vəziyyəti  (müharibə  və  ya  sülh  şəraitində  yaşaması,  qanunların 
işləməsi,  ədalətin  bərqərar  olması  və  s.)  aiddir.  Əgər  ölkədə  təbii  fəlakət  baş 
verirsə, qorxulu epidemiya yayılırsa, vətəndaş müharibəsi gedirsə və s. bu kimi 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə