Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə38/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

84
hallar  mövcuddursa,  tam  mənada  xoşbəxtlikdən  danışmağın  heç  yeri  deyil. 
Əgər ətrafdakı insanlar əzab çəkirsə, qan tökülürsə, hansı xoşbəxtlikdən danış­
maq olar? Torpaqları işğal altında olan hansı xalq rahat yaşaya bilər? 
Xoşbəxtliyin  yaranması  dövrlə,  xalqın  adət­ənənələri,  mədəni  xüsusiy­
yətləri,  siyasi  rejimi  və  s.  amillərlə  də  bağlıdır.  Obyektiv  amillərə  həmçinin 
insanın  sağlamlığı,  temperament  tipi  (məsələn,  kimsə  tündməcazlığı,  hər 
hansı  mənfi  xüsusiyyəti  ucbatından  cə miyyət,  kollektiv,  qonşular,  qohumlar 
tərəfindən  sevilmir),  hətta  xarici  görkəmi  aiddir.  İnsanın  məşğuliyyəti  də  bu 
baxımdan mühüm rol oynaya bilər. Çünki çox vaxt yaradıcılıq uğurları insanda 
nəinki adicə məmnunluq hissi oyadır, hətta onu yetərincə xoşbəxt edir.
Subyektiv amillərə insanın məsləkləri, əqidə və etiqadı, maraqları, nəyəsə 
olan həvəsi, əhvali­ruhiyyəsi və s. aiddir. Subyektiv amillər çox vaxt müxtəlif 
hadisələrə  fərdin  münasibətini  formalaşdırır.  Bu  bir  daha  o  deməkdir  ki,  biz 
hadisələri dəyişə bilməsək də, onlara münasi bə timizi dəyişməyə qadirik ki, bu 
da  bizi  xoşbəxt  edə  bilər.  Seneka  deyirdi  ki:  “Özünü  xoşbəxt  hesab  etməyən 
adam  bədbəxtdir”.  Doğrudan  da,  insanın  xoşbəxt  olması  yalnız  obyektiv, 
xarici  şəraitdən  deyil,  həm  də  subyektiv  amillərdən,  insanın  özündən,  onun 
fəallığından,  məqsəd yön lülüyündən  asılıdır.  Pessimist  insan  asanlıqla  öz 
xoşbəxtliyindən yan keçə bilər. Əfsanəyə görə, Makedoniyalı İskəndər çəlləkdə 
yaşayan  Diogendən  soruşanda  ki,  “dünyada  ən  xoşbəxt  adam  kimdir?”,  o, 
cavab  vermişdi  ki:  “mənəm,  çünki  dünyanın  yarısı  sənin  ola­ola  gözün  doy­
mur,  mə nim  isə  heç  nəyim  olmasa  da,  heç  nəyə  ehtiyacım  yoxdur”.  F.Nitsşe 
isə  deyirdi  ki,  “xoşbəxtliyə  yalnız  seçmə  adamların  hüququ  var,  çünki  onlar 
digərləri üzərində müəyyən hakimiyyətə malik dirlər”. A.Şopenhauerə görə isə: 
“xoşbəxtlik  yalnız  iztirabların  olmamasıdır.  İztirablar  pozitiv  və  real  olduğu 
halda  xoşbəxtlik  həmişə  arzu  kimi  qalacaq”.  L.Bethovenə  görə,  “başqalarını 
xoşbəxt etmək özü xoşbəxtlikdir”. J.Rasin hesab edirdi ki, “xoşbəxtlik ona görə 
mövcuddur ki, onu ki minləsə bölüşməyi bacarasan”.
A.Bakıxanov “Təhzibül­əxlaq” və “Nəsihətnamə” əsərlərində təvazökarlığı 
xoşbəxtlik  əldə  etməyin  mühüm  vasitələrindən  biri  hesab  etmişdir.  Onun 
nəzərincə, təvazökar olmayan adam heç bir vaxt sakitlik, qəlb rahatlığı əldə edə 
bilməz. Təvazökarlıq insanın cəmiyyətdə mövqeyini yaxşılaşdırmağa, həm də 
ona  daxilən  mənəvi  cəhətcə  təkmilləşməkdə  kömək  edir. Təvazökar  olmayan 
adam öz əxlaqını saflaşdıra bilməz. Çünki təkəbbürlü və lovğa adam çox vaxt 
öz nöq sanlarını və zəif cəhətlərini görə bilmir. Təvazökarlığın mənəvi mənfəəti 
ondadır ki, insan özünün nöqsan və acizliyindən xəbərdar olduğu üçün sadəliyi 
üstün tutur.
A.Bakıxanova görə, insan öz ağlına müəyyən hədd qoyub deyə bilməz ki, 
daha mən hər şeyi bilirəm, çünki insanın dünyada dərk etməli olduğu çox şeylər 
vardır. Kim ki öz bilik və təcrübəsini artırmağa ehtiyac hiss etmir, o,  cid  di su rət­


85
də yanılır. Öz biliyinə həddindən artıq gü vən mək cəhalət əlamətidir.   A.Bakıxa­
nov bu münasibətlə özü haqqında deyir ki, gənclik çağlarında öz əqlimə tama­
milə  inanırdım,  nöqsanlı  olduğumu  heç  vaxt  ürəyimə  gətirmirdim.  Rəyimə 
mü vafiq olmayan bir işi, öz istəyimin əksinə nəticələnən bir məsələni özgəsin­
dən bilərək, zəmanə adamlarını təqsirləndirirdim. Hərçənd ki, onlar da günahsız 
deyildilər.  Lakin  onların  günahı  mənim  düşündüyüm  qədər  deyildi.  Getdikcə 
tədqiqatım və təcrübəm artdı. Öz əqlimin dərə cə sinə şübhə etməyə başladım, 
bilmədiyim nöqsanlar yavaş­yavaş meydana çıxdı. Nəhayət, zövq ü mün xoş bir 
çağında və yabançılardan uzaq olduğum bir zamanda insafı hakim edərək özü­
mün  xasiyyət  və  rəftarımı  bir­bir  nəzərdən  keçirdim.  Məlum  oldu  ki,  mənim 
təsəv vür lərim puç imiş, nəfsimin və şəhvətimin təsiri altında imiş. Yaxşı sandığım 
şey mənim halıma uyğun deyilmiş. Zehnim və zirəkliyim xudbinliyimə qalib 
gəlmiş olsaydı, bu gün xatırladıqda, peşmançılığını çəkdiyim işləri görməzdim.
A.Bakıxanov məsləhət görmüşdü ki, elm və kamalımızın nöqsanları oldu­
ğunu  bildikdən  sonra  insan  gərək  öz  elm  və  etiqadına  arxayın  olmasın.  İşi 
hərtərəfli dərin düşünmədən ona əl atmasın; əqli tədqiqatını, dünyanın böyük 
adamlarının və xalqlarının görkəmli alimlərinin rəyləri ilə tətbiq etsin və ümu­
minin faydasına olan işi qəbul etməkdən utanmasın. Çünki bizim heç bir işimiz 
təqlidsiz olmamalıdır, heç olmazsa, pisliyə və zərərə səbəb olan iş deyil, ümu­
minin faydasına olan iş təqlid edilsin.
Maraqlıdır  ki,  Abbasqulu  ağa  Bakıxanov  təvazökarlıq  və  sadəlikdən 
danışarkən, sadəliyi prinsipsizlik, acizlik dərəcəsinə endirməməyi tələb etmiş­
dir.  O  yazırdı  ki,  “həlimliyin  acizlik,  təvazökarlığın  isə  alçaqlıq  dərəcəsinə 
gəlib çıxmasından saqınmaq lazımdır. Ancaq acığı və vüqarı, yeri gəldiyi vaxt­
da, bədəni qorumaq üçün alət etmək lazımdır. Çünki bir çoxları bir nəfəri aciz 
gördükdə onu incitməyə tələsirlər”.
Z.Göyüşov özü isə belə hesab edir ki, “…xoşbəxtlik – əxlaqi ideal və arzu 
ilə  sıx  surətdə  bağlıdır.  Əxlaqi  ideal  və  arzu  insanın  xoşbəxtliyinin  mühüm 
tərkib hissəsi olmaqla bərabər, həm də qiymətli əxlaqi sərvət xarakteri daşıyır. 
İdealsız,  arzusuz,  məqsədsiz,  gələcəyə  inamsız  mənalı  insan  həyatı  təsəvvür 
etmək çətin olduğu kimi, bunlarsız əsl xoşbəxtlik də mümkün deyil”.
İnsan həyatında yalnız sevinc yox, kədər də mövcuddur. Xoşbəxtlik kimi, 
bədbəxtlik də dərin həyəcanla müşayiət olunur. Lakin xoşbəxtlik fəlsəfi anla­
yış  olduğu  halda,  bədbəxtlik  fəl səfi  anlayış  deyil.  Psixoloqlardan  fərqli  ola­
raq, filosoflar bədbəxtlik haqqında müzakirə açmırlar. Ona görə yox ki, onlar 
insan  həyatına  biganədirlər,  sadəcə  olaraq,  xoşbəxtlik  anlayışı,  onlara  görə, 
ideala yaxındır. İnsanlar xoşbəxtliyi uğurdan ayıra bildikləri kimi, bədbəxtliyi 
də  şansın  reallaşmamasından,  bəxti  gətirməməkdən  fərqləndirməyi  bacarır­
lar.  Bəzən  adi  danışığımızda  dərdi,  bəlanı,  dərin  həyəcanları  bədbəxtlik  kimi 
tələffüz etsək də, bunun əsl bədbəxtlik olmadı ğını başa düşürük. Bədbəxtlik – 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə